MSŞA Koalisiyası Şurasının iclası #23(103)(13/07/2007)
İştirak edirlər; 7 nəfər Şura üzvü, Monitorinq Qrupu və Koalisiya üzvləri (iclas yetərsaylidir)
İclasa Şura üzvü İlham Hüseynli sədrlik edir. Şura üzvlərinin təkilf və əlavələri ilə birlikdə gündəlik aşağıdakı kimi qəbul olunur:
- Qərarların icra vəziyyəti və görülmüş işlər barədə
- MQ-nun tovsiyyələrinin müzakirəsi
- Vahid Layihənin idarə olunmasi Qaydalarının muzakirəsi
- “Neft gəlirləri hamımızındır” kampaniyasının təşkili məsələsi
- Sabit Bağırovun 7 iyun konfrasında irəli surduyu təkliflərin muzakirəsi
- Memorandumun təkmilləşməsi ilə bağlı təkliflərin muzakirəsi
- Siyasət yazılarının muzakirəsi
- Şuranın daimi katibliyinin seçilməsi
- Cari məsələlər.
Gündəliyin birinci məsələsi ilə bağlı Şura əlaqələndiricisi Q. İbadoğlu məlumat verərək bildirdi ki, Koalisiya bu həftə yeni ofisə köçüb. O, ofis lə bağlı imzalanan müqaviləyə toxunaraq eyd etdi ki, müqavilədə 2007- ci il üçün icarə haqqı 1 kvadrat metr üçün 12 AZN, 2008- ci il üçün 20 AZN, 2009- cu il üçün isə 23 AZN nəzərdə tutulur. Q. İbadoğlu bu məbləğə heç bir əlavə ödənişin daxil olmadığını bildirdi.
Koalisiya tərəfindən həyata keçirilən Vahid Layihə çərçivəsində görülən işlərlə bağlı məlumat verən Q. İbadoğlu qeyd etdi ki, dünən (4- cü gün) layihə icraçıları ilə görüş keçirilib, iyul- avqust- sentyabr ayları üçün ümumiləşdirilmiş Fəaliyyət Planı və vahid qrafik hazırlanıb.Eyni zamanda Vahid layihənin hər 2 istiqaməti üzrə maliyyə hesabatı hazırlanıbş O bildirdi ki, istənilən Koalisiya üzvü bu sənədlərlə tanış ola bilər. Bu sənədlər ofisdən münasib bir yerdən asılacaq. Hal- hazırda 1- ci mərhələnin hesabatını hazırlayıb donorlara təqdim etməklə məşğuluq.
O həftə ərzində Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası ilə birgə Neft Fondu Müşahidə Şurasında ictimai birliklərin təmsilçilik məsələsi ilə bağlı keçirilən tədbir barədə məlumat verdi. Q. İbadoğlu Norveç səfirliyi ilə olan əlaqədən danışaraq səfirliyin bu yaxınlarda Koalisiyanın bir layihəsinin səfirlik tərəfindən müsbət rəy aldığını bildirdi.
Daha sonra şura koordinatoru bu vəzifəyə seçilməyinin 6 ay tamam olması ilə bağlı hesabat hazırladığını və yaxınlarda onu Şuraya və Koalisiya üzvlərinə təqdim edəcəyini bildirdi.
Gündəliyin 2- ci məsələsi ilə bağlı Monitorinq Qrupunun üzvü Azər Mehtiyev Qrupun Şuraya ünvanlanan tövsiyyələri barədə məlumat verdi. O, Koalisiya üzvü Mətanət Müslümqızının qurumun Mətbuat xidməti ilə bağlı keçirilən seçimdə 4 iddaçı arasında qalib gəlmiş Ramil Qasımzadənin Müsabiqə Qaydalarına uyğun olaraq müraciətin vaxtından gec təqdim etdiyini bildirən şikayətinə baxıldığını bildirdi. MQ üzvü qeyd etdi ki, araşdırma nəticəsində bəlli olub ki, R. Qasımzadə layihə təklifini sonuncu gün mayın 4- də verməsinə baxmayaraq bu barədə Şuranın qəbul etdiyi qaydaları pozmayıb. Belə ki. Şuranın verdiyi qərarda bildirilir ki, təkliflərin qəbulu mayın 4- də iş gününün sonuna – yəni saat 6- ya qədər davam etməlidir. Məsələ ilə bağlı A. Mehtiyev bildirdi ki, Monitorinq Qrupunun rəyi odur ki, Seçim Qrupunun 09 may tarixli iclasında mətbuat xidməti ilə bağlı istiqamət üzrə keçirilən səs vermədə heç bir pozuntuya yol verilməyib.
Şura üzvü Dünya Sakit və Oqtay Gülalıyev təklif etdi ki. Monitorinq Qrupunun tövsiyyəsi nəzərə alınsın. Təklif səsə qoyuldu.
- Lehinə 7
- Əleyhinə- yoxdur
- Bitərəf- yoxdur.
Qərar- 1. Monitorinq Qrupunun tövsiyyəsi nəzərə alınsın
M. Müslümqızının müraciətinin 2- ci hissəsi ilə bağlı məlumat verən A. Mehtiyev bildirdi ki, şikayətçi Şura üzvü Nəriman Ağayevin Şuranın 09 may tarixli iclasında ona aid olan sənədi nümayişkəranə iclas iştirakçılarına göstərərək “Belə kağızı xristian özü ilə tualetə aparmır” deyərək ona qarşı qeyri- etik davrandığını bildirir və o, N. Ağayevin bu hərəkəti barədə ölçü götürülməsini tələb edir. MQ üzvü qeyd etdi ki, bu məsələ Monitorinq Qrupunda geniş müzakirə edilərək bu qərara gəlindi ki, N Ağayevin hərəkətləri Koalisiya Əsasnaməsinin Etika kodeksinin pozuntusu olması barədə ona sonuncu xəbərdarlıq edilsin və bir daha oxşar davranışlara yol verdiyi təqdirdə Əsasnamənin 3.7 – ci maddəsinin tətbiq edilməsinin mümkünlüyü onun nəzərinə şatdırılsın.
Məsələnin Şura iclasında müzakirəsi zamanı N. Ağayevin iclasda iştirak etmədiyini bəzi Şura üzvləri qeyd edərək müzakirənin onun iştirakı ilə davam etdirilməsini təklif etdilər. Q. İbadoğlu isə təklif etdi ki, bu barədə N. Ağayevin xəbərdar olunması onun nəzərinə çatdırılsın.
Təklif səsə qoyuldu.
- Lehinə 6
- Əleyhinə1
- Bitərəf- yoxdur.
Qərar- 2. Monitorinq Qrupunun N. Ağayev barədə tövsiyyəsinin müzakirə olunması onun iştirakı ilə davam etdirilsin və N. Ağayevin nəzərinə çatdırılsın ki, növbəti iclasda iştirak etsin.
Daha sonra A. Mehtiyev Koalisiya üzvü İ. Hüseynlinin MQ- na etdiyi müraciət və bununla bağlı aparılan araşdırma barədə məlumat verdi. MQ üzvü bildirdi ki, İ. Hüseynli öz müraciətində Monitorinq Qrupunun ona aid tövsiyyələrinin onun iştirakı ilə Şurada deyil, Seçim Qrupunda müzakirə olunmasını və eyni zamanda Şuranın qərarı olmadan “Gənclərin MSŞT prosesinə cəlb edilməsi” istiqaməti üzrə layihənin icrasını pozuntu kimi qiymətləndirir və baş verənlərə MQ- nin qiymət verməsini xahiş edir. A. Mehtiyev Monitorinq Qrupunun apardığı araşdırmanın yekununda gəldikləri qərarı Şura üzvlərinin nəzərinə çatdırdı:
- Monitorinq Qrupu Kolisyanin fəaliyyətini tənzimləyən movcud sənədlər əsasinda MQ- nın tövsiyyələrinin Şurada müzakirə olunmadan birbaşa Seçim Qrupunun müzakirəsinə çıxarılmasını yol verilən olub- olmaması barədə qərar çıxarmağı mümkünsüz hesab edir. Buna görə də Şuraya tövsiyyə edir ki, özünün növbəti iclasında bu məsələ ilə bağlı xüsusi qərar qəbul etsin.
- Vahid layihə haqqında müraciətlərin olması səbəbindən mübahisəli sayılan “Gənclərin MSŞT proseslərinə cəlb edilməsi” istiqaməti üzrə Seçim Qrupunun qərarı təsdiq edilmədiyi halda onun icrasına başlanılması prosedur pozuntusu kimi qiymətləndirilsin və bu məsələnin Şuranın növbəti iclasda müzakirə olunması tövsiyyə edilsin.
A. Mehtiyev eyni zamanda Seçim Qrupunun qəbul etdiyi qərarların Şurada bu günə kimi təsdiq olunmamasını da pozuntu kimi qiymətlənirdiyini bildirdi.
MQ- nin tövsiyyələrinin Şurada müzakirəsi zamanı Q. İbadoğlu təklif etdi ki, biz gec də olsa Seçim Qrupunun iclasının qərarlarını Şurada təsdiq etməliyik və bunula əlaqədar olaraq o bu təklifin səsə qoyulmasını istədi. O. Gülalıyev bu təklifin hüquqi prosedurlara zidd olduğunu bildirərək Şuranın qərarı olmadan “Gənclərin MSŞT proseslərinə cəlb edilməsi” layihəsinin icraya başlanması və Şuranın əlaqələndiricisi tərəfindən bu iş üçün maliyyə vəsaitinin ayrılmasına göstəriş verilməsini ciddi pozuntu hesab etdiyini bildirdi. O məsələ ilə bağlı koordinatorun məsuliyyət yükünün müəyyənləşdirilməsini təklif etdi. Eyni zamanda O. Gülalıyev vəziyyətdən çıxış yolu kimi təklif etdi ki, Seçim Qrupunun qiymətləndirdiyi bütün layihələr gec də olsa Şurada təsdiq olunmalıdır Şura üzvü Dünya Sakit kompromis variantın tapılmasını və layihələrin Şurada təsdiq olunmasını təklif etdi. Bundan sonra Q. İbadoğlu təklifini geri götürdü və Dunya xanimin təklifinin səsverməyə çıxarılmasını istədi. Bundan sonra İ. Hüseynli bu təklifin də hüquqi prosedurlara zidd olduğunu bildirərək səsverməyə qoymayacağını bildirdi və təklif etdi ki, layihələr ardıcılığa uyğun olaraq Şurada təsdiq olunsun.
Saat 18 20- də Şura üzvü O. Gülalıyev vacib işi olduğunu bildirərək Şura üzvlərinə üzrxahlıq edib iclası tərk etdi. Yetərsay olmadığından gündəlikdə duran məsələrin müzakirəsi növbəti iclasa saxlanıld.