MSŞA Koalisiyası Şurasının iclası #22(102)(22/06/2007)
Gündəlik: 1. Qərarların icra vəziyyəti və görülmüş işlər; 2. İTV- də Tok- Şounun çəkilişi ilə bağlı məsələ;
3. Vahid Layihənin icrası ilə bağlı Qaydaların müzakirəsi; 4. Vahid Layihənin icra vəziyyəti;
5. Monitorinq Qrupunun tövsiyyələrinin müzakirəsi; 6. Jurnalın 1- ci sayının və maketinin müzakirəsi;
7. Xəzər neft-qaz konfransında Sabit Bağırovun məruzəsində səsləndirilmış
təkliflərin müzakirəsi; 8. Cari məsələlər.
İştirak edirlər; 12 nəfər Şura üzvü,
Monitorinq Qrupu və Koalisiya üzvləri
(iclas yetərsaylidir)
İclası Şura Əlaqələndiricisi Q. İbadoğlu açaraq iclasın Reqlamentə uyğun keçirilməsini diqqətə çatdırdı. Şura üzvü Ağayev Nəriman iclasa sədrlik etdi.
Sonra gündəlikdəki məsələlər ətrafında müzkirələr başladı. Q. İbadoğlu Monitorinq Qrupunun Suraya tövsiyyəsi olduğunu bildirərək tövsiyyələrin müzakirəyə çıxarılmasını təklif etdi. Şura üzvləri təkliflə həmrəy olduqlarını bildirdilər.
O. Gülalıyev iclas öncəsi Şura üzvlərinin iclasın gündəliyinə irəli sürdükləri təkliflərin gündəliyə salınmamasına etirazını bildirərək bunun reqlamente zidd olduğunu bildirdi. O, gündəliyə Vahid Layihənin icrası və Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının MSŞT Koalisiyası ilə birgə Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi ilə bağlı tədbir keçirməsi ilə bağlı VCK tərəfindən təklif olunan bu məsələnin gündəliyə salınmasını təklif etdi. Hər iki təklif günədliyə əlavə edildi.
Koalisiya üzvü Aydın Nəsibov İctimai TV- də saat 18 00- da Tok- Şounun çəkilişi başladığı üçün gündəlikdə olan bu məsələnin önə çəkilməsini təklif etdi. Bu təklif də Şura üzvləri tərəfindən qəbul olundu. Şura üzvləri həmçinin qərarlaşdılar ki, çəkilişlə əlaqədar olaraq iclas saat 18.00-dək yekunlaşsın.
İclasın sədri qəbul olunan təklifləri ardıcıllıqla müzakirəyə təqdim etdi.
Beləliklə gündəlik aşağıdakı kimi qəbul edildi;
- Qərarların icra vəziyyəti və görülmüş işlər.
- İTV- də Tok- Şounun çəkilişi ilə bağlı məsələ;
- Vahid Layihənin icrası ilə bağlı Qaydaların müzakirəsi;
- Vahid Layihənin icra vəziyyəti;
- Monitorinq Qrupunun tövsiyyələrinin müzakirəsi;
- Jurnalın 1- ci sayının və maketinin müzakirəsi;
- Xəzər neft-qaz konfransında Sabit Bağırovun məruzəsində səsləndirilmış təkliflərin müzakirəsi;
- Cari məsələlər.
Qərarların icra vəziyyəti barədə məlumat verən Q. İbadoğlu qeyd etdi ki, MSŞT prosesinə gənclərin cəlb olunmasi ilə bağlı layihəyə görə Soros fondundan Qalib Əfəndiyevlə əlaqə saxlanılıb və o bildirib ki, bu məsələ ilə əlaqədar İlqar Hüsüynli F. Əsədova müraciət edib. Q Əfəndiyev bildirib ki, bizdə qərarları İdarə heyəti verir. Biz də öz növbəmizdə Koalisiya Şurasının verdiyi qərarı dəstəkləyirik.
Q. İbadoğlu İndoneziya səfəri, Layihə icraçıları ilə birgə keçirilən iclas, İlham Şabanın jurnalla bağlı hazırladığı fikirlər barədə iclas iştirakçılarına məlumat verdi.
Koalisiya üzvü Aydın Nəsibov İctimai TV- də 22 iyun saat 18 00- a planlaşdırılan Tok- Şou barədə məlumat verərək bildirdi ki, çəkilişdə Koalisiya Şurasının üzvləri Sabit Bağırov və İnqilab Əhmədovla yanaşı deputat Xanhüseyn Kazımlı ekspert qismində iştirak edəcək. O daha sonra qeyd etdi ki, çəkilişdə iştirakını bu günə qədər yalnız 5 Koalisiya üzvü bildirib. Bu isə çox aşağı göstəricidir.
Vahid Layihənin fəaliyyətini tənzimləyən Qaydaların müzakirəsi zamanı Şura üzvlərinin təklifi ilə sənədin adı “Vahid Layihənin icrası ilə bağlı Qaydalar” kimi qəbul edildi.
Qaydalarla bağlı müzakirələr zamanı Monitorinq Qrupunun üzvü Azər Mehtiyev sənədin 9- cu bölümündə Vahid Layihənin hər bir istiqaməti üzrə yekun hesabatın Monitorinq Qrupunun rəyi nəzərə alınmaqla Şurada təsdiq olunmasını təklif etdi. Şura üzvü O. Gülalıyev layihə icraçılarından ibarət İcra Qrupunun yaradılmasını təklif edərək Qaydalara layihənin idarə olunması ilə bağlı məsələlərin də daxil edilməsinin vacibliyini bildirdi. O bunun hazırlanması üçün Şura üzvlərindən 1 həftə vaxt istədi. N. Ağayev və İ. Hüseynli bu təkliflə həmrəy olduqlarını bildirdilər. Q. İbadoğlu sənədin 10 iyundan müzakirəyə təqdim olunduğunu qeyd edərək vaxtın uzadılması əleyhinə çıxdı. S. Rəhmanov isə Vahid Layihənin idarə olunması ilə bağlı əsas prinsiplərin müəyyyənləşməsinin vacibliyini bildirdi. Dunya Sakit layihə icraçilarinin keçirdiyi iclasda məsul şəxslərin iştirakının vacibliyini bildirən bəndin salinmasını (yəni davamiyyətlə bağlı), O. Gulaliyev layihəyə cəlb olunan işçilərin Əsasnaməyə uyğun olaraq Şurada təsdiq olunmasını, I. Huseynli isə maraqlar konflikti yaratdığından koordinatorun vahid layihəyə rəhbərlik etməməsini və bunun Qaydalarla əks olunmasını təklif etdi
Sonda Vahid Layihənin icrası ilə bağlı Qaydaların təklif və əlavələrlə birgə qəbul olunmasi səsə qoyuldu və qəbul olundu.
Gündəlikdə olan digər məsələrin müzakirəsi üçün vaxt çatmadığından bu məsələlərin müzakirəsi növbəti iclasa saxlanıldı.
İclasın sədri; N. Ağayev
katib O. Gülalıyev