MSŞA Koalisiyası Şurasının iclası #21(101)(08/06/2007)
Gündəlik: 1. Qərarların icra vəziyyəti və görülmüş işlər;
2. Media ilə bağlı Koalisiyaya verilmiş ödülün təqdim edilməsi;
3. Jurnalın konsepsiyasının müzakirəsi; 4. Yeni üzvlərin qəbulu;
5. Neft Fondunun Müşahidə Şurasının yeni tərkibi ilə mətbuata açıqlamanın müzakirəsi;
6. Vahid Layihənin icra vəziyyəti; 7. Cari məsələlər.
İştirak edirlər:
- 10 nəfər Şura üzvü,
- Monitorinq Qrupu və Koalisiya üzvləri
(iclas yetərsaylidir)
İclası Şura Əlaqələndiricisi Q. İbadoğlu açaraq öncə Şuranın 25 may tarixli iclasında Reqlamentə edilmiş əlavə və düzəlişlərə uyğun olaraq iclasın idarə edilmə qaydasına münasibət bildirilməsini təklif etdi. Şura üzvləri N. Ağayev və O. Gülalıyev Reqlamentin son variantın sayta qoyulmadığını və bu iclasın ona uyğun təşkil edilmədiyini önə çəkərək, yeni Reqlamentin növbəti iclasdan qüvvəyə minməsinin təklif etdilər. Təklif qəbul olundu.
Sonra gündəlikdəki məsələlər ətrafında müzkirələr başladı. Shura üzvü Mirvari Qəhramanli təklif etdi ki, Xəzər neft-qaz konfransında Sabit Bağırovun məruzəsində səsləndirilmış təkliflər gündəliyə salınsın və onun ətrafında müzakirələr aparılsın. Shura üzvü Nəriman Agayev yeni üzvlərin qəbulu məsələsinin gündəlikdən çıxarılmasını təklif etdi, fikrini onunla əsaslandırdi ki, yeni üzvlər barədə Şura üzvləri məlumatlandırılmayıb.
Şura üzvü Sevgim Rəhmanov iclasın Şuranın reqlamentinə uyğun olaraq saat 18.00-dək yekunlaşdıırılmasını təklif etdi.
Şura üzvü Telman Zeynalov Xəzər neft-qaz konfransında Sabit Bağırovun məruzəsində ekoloji məsələlərin yer ayrılmadığından, Şuranın əlaqələndiricisi Qubad İbadoğlunun internet yazışmalarına son qoymamasından, digər Şura üzvlərinin qeyr-səmimiliyindən gileyləndi.
İclasın sədri təklifləri ardıcıllıqla müzakirəyə təqdim etdi.
Şura üzvləri razılaşdılar ki, bu iclasda Xəzər neft-qaz konfransı barədə məlumat dinlənilsin və təkliflərin müzakirəsi sonrakı iclasa saxlanılsin. Təklifin müəllifi Mirvari Qəhramanlı bunula razılaşdığından əlavə səsvermə keçirilmədi.
Yeni üzvlərin qıbulu məsələsinin gündəlikdən çıxarılması ilə əlaqədar səsvermə keçirildi.
- Lehinə 3
- Əleyhinə 4
- Bitərəf 2
Beləliklə yeni üzvlərin qəbulu məsələsi bu günkü iclasın gündəliyində saxlanıldı.
Şura üzvü Sevgim Rəhmanovun təklifi səsverməsiz nəzərə alındı.
Gündəlik aşağıdakı kimi qəbul edildi:
- Qərarların icra vəziyyəti və görülmüş işlər.
- Media ilə bağlı Koalisiyaya verilmiş ödülün təqdim edilməsi;
- Jurnalın konsepsiyasının müzakirəsi;
- Yeni üzvlərin qəbulu;
- Neft Fondunun Müşahidə Şurasının yeni tərkibi ilə mətbuata açıqlamanın müzakirəsi;
- Vahid Layihənin icra vəziyyəti;
- Cari məsələlər.
Qərarların icra vəziyyəti barədə məlumat verən Q. İbadoğlu Koalisiya tərəfindən Bp şirkətinə ünvanlanan məktuba şirkətin verdiyi cavabla iclas iştirakçılarını tanış etdi. Xəzər neft- qaz konfransının iyunun 7 – də davam edən konfransı barədə İ. Əhmədov məlumat verərək Koalisiya üzvlərinin iştirakının və S. Bağırovun Koalisiya adından etdiyi məruzənin yüksək səviyyədə təqdim olunduğunu bildirdi.
Daha sonra Q. İbadoğlu Koalisiyanın internet şəbəkəsi vasitəsilə müzkirəyə təqdim olunmuş Koalisiyanın strateji planınına, Milli Antikorrupsiya strategiyasına, Heynriç Boel Fondunun “Malik olmaq və olmamaq- 21 əsrdə resuersların idarəolunması”bəyanatına, Beynəlxalq Şəffaflıq Təşkilatının B8-liyin öhdəlikləri üzrə hesabatına diqqət yetirilməsini və munasibət bildirilməsini xahiş etdi.
Q.İbadoglu həmin sənədlərə bir daha toplantı iştirakçılarını tanış etdi.
May ayının 30- da Zərdabi Media Mərkəzi tərəfindən Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına təqdim olunan “2006- cı ildə Media ilə fəal əməkdaşlığa görə” ödülü barədə məlumat verən Şura üzvü O. Gülalıyev ödülü və diplomu Koalisiya ofisinə təqdim etdi və bu barədə sualları cavablandırdı.
MSŞT Koalisiyası jurnalının baş redaktorluğu məsələsi müzakirə olunaraq Koalisiya üzvü İlham Şaban jurnalın baş redaktoru yekdilliklə təsdiq olundu.
Jurnalın konsepsiyası barədə məlumat verən İ. Şaban bu barədə ona ünvanlanan sualları cavablandırdı. Qərara alındı ki, Şuranın növbəti iclasına jurnalın 2007- ci il üçün ilk sayının təxmini mövzuları və maketi hazırlansın və jurnalın ilk sayının iyulun ortalarına çap olunması təşkil olunsun.
Qərar:
- İlham Şaban MSŞT Koalisiyası jurnalının baş redaktoru təsdiq olunsun.
- Şuranın növbəti iclasına MSŞT Koalisiyası jurnalının 2007- ci il üçün ilk sayının təxmini mövzuları və maketi hazırlansın.
- Jurnalın ilk sayının iyulun ortalarına çap olunması təşkil olunsun.
Koalisiyaya yeni üzvlərin qəbulu məsələsində 2 ərizəyə baxıldı və Elmdar Əliyevlə Cəlal Əmənovun gizli səsvermə ilə Koalisiyaya üzvlük məsələsi həll olundu.
Elmdar Əliyev
- Lehinə 6
- Əleyhinə 1
- Bitərəf 2
Cəlal Əmənov
- Lehinə 6
- Əleyhinə1
- Bitərəf 2
Bir bülleten etibarsız sayıldı
Qərar; Elmdar Əliyev və Cəlal Əmənov MSŞT Koalisiyasına üzv qəbul olunsun.
Neft Fondu yanında Müşahidə Şurası tərkibinin təsdiq olunması ilə bağlı Q. İbadoğlu tərəfindən hazırlanan sənədə Koalisiya adından ötən il prezidentə ünvanlanmış məktub barədə əlavənin edilməsi, Milli Elmlər Akademiyasının və Milli Məclisin nümayəndələrinin vətəndaş cəmiyyəti adından cıxış etməsini narazılığın daha qabarıq göstərilməsi barədə dəyişikliklər aparılması qərar alındı. Şura üzvləri Oqtay Güləliyevin sənədin adının bəyanat adlandırılması fikri ilə həmrəy olduğunu bildirdirdilər. Bəyanat qəbul edildikdən sonra onun mətbuat vasitəsilə yayilması qərara alındı.
Qərar:
- Neft Fondu Müşahidə Şurası tərkibinə ictimai təşkilatların həqiqi nümayəndəsinin daxil edilməməsini pisləyən və bu yerə MSŞT Koalisiyası təmsilçisinin daxil edilməsini tələb edən bəyanat qəbul edilsin.
Vahid Layihənin icrası ilə bağlı məsələnin müzakirəsi zamanı bu yöndə görülən və planlaşdırılan işlər barədə Q. İbadoğlu məlumat verdi. Eyni zamanda Layihə icraçıları Aydın Nəsibov, Rövşən Novruzov, Həqiqət Məmmədli, Zöhrab İsmayıl və Asəf Mikayılovun da məlumatı dinlənildi. Müzakirələr zamanı məlum oldu ki. Layihənin icrasında görülən işlərlə yanaşı bəzi boşluqlar var. Təklif olundu ki, boşluqların aradan qaldırılması üçün qaydalar hazırlansın və növbəti iclasda qəbul olunsun. Qaydalar qəbul olunana qədər Vahid layihə çərçivəsində həyata keçirilən, önəcədən təyin olunmamış tədbirlərin həyata keçirilməsi 1 həftəlik təxirə salınsın. Eyni zamanda “Gənclərin MSŞT prosesinə cəlb olunması ilə bağlı” fəaliyyət istiqaməti ilə əlaqədar yaranmış vəziyyətə aydınlıq gətirilməsi üçün Soros fondu ilə danışıqlar aparılsın.
Qərar:
- Vahid Layihənin icrası ilə bağlı Qaydalar hazırlansın və Şuranın növbəti iclasında qəbul olunsun.
- Bu müddətə qədər öncədən təyin olunmamış tədbirlərin təşkili 1 həftəlik təxirə salınsın. 3. “Gənclərin MSŞT prosesinə cəlb olunması ilə bağlı” fəaliyyət istiqaməti ilə əlaqədar yaranmış vəziyyətə aydınlıq gətirilməsi üçün Soros fondu ilə danışıqlar aparılsın.
Cari məsələlərlə bağlı Q. İbadoğlu iyunun 13- dən İndoneziyaya edəcək səfər barədə iclas iştirakçılarını məlumatlandırdı. O, bu səbəbdən Şuranın 15 iyunda nəzərdə tutulan iclasında iştirak edə bilməyəcəyini bildirdi.Bəzi şura üzvləri Vahid Layihə ilə bağlı həlli vacib məsələlər olduğundan Şuranın 15 iyun iclasının keçirilməsini məqsədə uyğun saydılar.
Bunula da iclas bağlı elan olundu.
İclasın sədri; Q. İbadoğlu
katib O. Gülalıyev