Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyası Şurasının iclası #20(100)(25/05/2007)

MSŞA Koalisiyası Şurasının iclası #20(100)(25/05/2007)

İştirak etdilər:

1 Sevgim Rəhmanov Şura üzvü, iclasın sədri
2 Nəriman Ağayev Şura üzvü
3 Oqtay Gülalıyev Şura üzvü
4 Sabit Bağırov Şura üzvü
5 İlham Hüseynli Şura üzvü
6 Telman Zeynalov Şura üzvü
7 Aslan Vəliyev Şura üzvü
8 Ruhəngiz Hüseynova MQ üzvü
9 Azər Mehtiyev MQ üzvü

Şura Əlaqələndiricisi Qubad İbadoğlu ezamiyyətdə olduğu üçün iclasa Sevgim Rəhmanov sədrlik etdi.

İclasın gündəliyi:

  • Sevgim Rəhmanov təklif olunan gündəliklə iclas iştirakçılarını tanış etdi.
  • Gündəliyin müzakirəsi zamanı Koalisiya jurnalı ilə bağlı məsələ jurnalın Baş redaktoru İlham Şabanov iclasda iştirak etmədiyi üçün təxirə salındı.
  • Gündəlik layihəsində ikinci məsələ olan bülletenle bağlı Oqtay Gülalıyev bildirdi ki, dizayner bülletenin dizaynını sona çatdırmaq üzrədir və hazır olan kimi Şura üzvlərinə təqdim ediləcək. Bu haqda başqa məlumat olmadığı üçün bu məsələ də gündəlikdən çıxarıldı.
  • Təklif olunan üçüncü məsələnin- ARDNF-in Müşahidə Şurasının tərkibi haqqında Koalisiyanın aşıqlaması- müzakirəsi onun müəllifi Qubad İbadoğlu  iştirak etmədiyi üçün təxirə salındı.
  • Gündəliyə təklif olunan Xəzər Neft-Qaz konfransına hazırlıq haqqında məlumat verilməsi haqqında məsələ saxlanıldı.
  • Gündəliyə təklif olunan sonuncu məsələ- Azərbaycana çatacaq neft gəlirləri barədə seminarın (Sabit Bağırovun iştirakı ilə) və "Milyonların aqibəti" yazısının ictimai müzakirəsinə həsr edilmiş dəyirmi masanın təşkili (yazının müəllifi Hicran Həmidovanın iştirakı ilə) haqqında məsələ müzakirəyə hazır olmadığı üçün gündəliyə salınmadı.

Əlavə təkliflərdən sonra gündəlik təsdiq edildi:

  1. Audit şirkətinin seçkisi haqqında məlumat
  2. 7 iyun Xəzər Neft-Qaz konfransına hazırlıq haqqında məlumat
  3. Şuranın reqlamenti layihəsinin müzakirəsi
  4. Cari məsələlər
Müzakirələr və qəbul edilmiş qərarlar 1. Audit şirkətinin seçkisi haqqında məlumat

Sabit Bağırov bildirdi ki, keçən həftə Qubad İbadoğlu ezamiyyətdə olduğu üçün ARDNF-dən ona müraciət edərək audit şirkəti Seçim Qrupunun Koalisiyadan olan üzvlərinin Seçim Qrupunun iclasında iştirakını təmin etmək haqqında xahiş ediblər. Koalisiyadan Seçim Qrupu üzvləri olan Qubad İbadoğlu ezamiyyətdə, Sahib Məmmədov öz təşkilatının tədbirində olacağından və Himayət Rizavanqızı isə Koalisiyanı tərk etdiyindən o məcbur olaraq Şurada hökumət orqanları ilə əlaqələrə cavabdeh, həm də Memorandum üzvləri İşçi Qrupunun üzvü olan Sevgim Rəhmanova müraciət edərək Seçim Qrupunun iclasında iştirak etməyi xahiş edib. Xahiş qəbul edilib və Sevgim Rəhmanov Əvəz Həsənovla birgə həmin iclasda iştirak ediblər.

Sevgim Rəhmanov iclas haqqında məlumatında bildirdi ki, müsabiqədə iştirak üçün 5 şirkətə müraciət edilib. 3 şirkət müsabiqədə iştirak etməyib. DeloytMur Stefens şirkətləri arasından Mur Stefens müsabiqənin qalibi seçilib.

2. 7 iyun Xəzər Neft- Qaz konfransına hazırlıq haqqında məlumat.

Sabit Bağırov konfransa hazırlıq, onun gündəliyi, reqlamenti, müzakirə ediləcək mövzular və çıxışçılar haqqında məlumat verdi. Şuranın keçən iclasda qəbul etdiyi qərara əsasən Koalisiya adından konfransda Sabit Bağırov çıxış edəcək. Qərara alındı ki, həmin çıxışla Şura üzvləri növbəti iclasda tanış olsunlar.

3. Şuranın reqlamenti layihəsinin müzakirəsi

Yeni reqlament layihəsinin qəbulu səs vermə ilə olacağını nəzərə alaraq MQ üzvü Azər Mehtiyev Şura üzvü Telman Zeynalovun səsvermə hüququnun olub- olmamasını dəqiqləşdirməyi xahiş etdi. Müzakirədə iştirak edən Şura üzvləri belə hesab etdilər ki, Telman Zeynalov və Əvəz Həsənov Şura üzvlüyündə biri- digərini əvəz etdiyindən, hazırkı dönəmdə Əvəz Həsənov iştirak etmədiyi iclaslarda Telman Zeynalov səs vermə hüququ ilə iştirak edə bilər.

Başqa bir qərarla Şura üzvləri hesab etdilər ki, müzakirə edilən Şuranın reqlamenti bu iclasda təsdiq edilərsə, bu gün iclasda iştirak etməyən Şura üzvlərinin ola biləcəyi düzəliş və dəyişikliklərlə bağlı təklifləri də növbəti iclaslarda müzakirə edilə bilər.

Nəriman Ağayev iclas iştirakçılarını yeni Şura reqlamenti layihəsi ilə bənd- bənd tanış etdi.

Layihə əvvəlcə bənd- bənd, sonda isə bütövlükdə səsə qoyuldu.

Şuranın reqlamenti təsdiq edildi.

4. Cari məsələlər


1 ... 19 20 21 ... 39 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:23:6

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.167738