MSŞA Koalisiyası Şurasının iclası #19(99)(11/05/2007)
İştirak etdilər:
| 1 | Qubad İbadoğlu | Kordinator |
| 2 | Nəriman Ağayev | Şura üzvü |
| 3 | Oqtay Gülalıyev | Şura üzvü |
| 4 | Sabit Bağırov | Şura üzvü |
| 5 | İlham Hüseynli | Şura üzvü |
| 6 | Mehriban Vəzir | Şura üzvü |
| 7 | Telman Zeynalov | Şura üzvü |
| 8 | İnqilab Əhmədov | Şura üzvü |
| 9 | Aslan Vəliyev | Şura üzvü |
| 10 | Sevgim Rəhmanov | Şura üzvü |
| 11 | Elçin Abdullayev | Koalisiya üzvü |
| 12 | Vüsalə Hüseynova | Koalisiya üzvü |
| 13 | Nazir Quliyev | Koalisiya üzvü |
| 14 | İmranova Aytəkin | Koalisiya üzvü |
| 15 | Zöhrab İsmayılov | Koalisiya üzvü |
| 16 | İlqar Hüseynli | Koalisiya üzvü |
| 17 | Şaban Nəsirov | Koalisiya üzvü |
| 18 | Elşad Hüseynov | Koalisiya üzvü |
| 19 | Sadiq Həsənov | Koalisiya üzvü |
| 20 | Qənimət Məmmədov | Koalisiya üzvü |
| 21 | Fuad Qəhrəmanlı | Koalisiya üzvü |
| 22 | Mübariz Tağıyev | Koalisiya üzvü |
| 23 | Həqiqət Məmmədli | Koalisiya üzvü |
| 24 | Aydın Nəsibov | Koalisiya üzvü |
| 25 | Rafiq Təmrazov | Koalisiya üzvü |
| 26 | Sevil Allahverdiyeva | Koalisiya üzvü |
| 27 | Əhməd Abbasbəyli | Koalisiya üzvü |
| 28 | İlham Şaban | Koalisiya üzvü |
| 29 | Ramil Qasımzadə | Koalisiya üzvü |
İclasın gündəliyi:
Qubad İbadoğlu təklif olunan gündəliklə iclas iştirakçılarını tanış etdi.
Gündəliyin müzakirəsi zamanı Oqtay Gülalıyev Şuranın qərarına əsasəm Koalisiya Jurnalının Baş redaktorunun Redaksiya Şurası tərəfindən seçilməli olduğunu xatırlatdı. O, həmçinin Kaunterpart təşkilatına görüş üçün edilmiş müraciətin nəticəsi haqqında məlumat verilməsini də xahiş etdi.
Qubad İbadoğlu Vahid Layihənin "Gənclərin MHŞT proseslərinə cəlb edilməsi" istiqamətinin icrasının dayandırılması və bununla bağlı məsələnin gündəliyə salınması haqqında İlqar Hüseynlinin müraciəti olduğu haqqında məlumat verdi. Qərara alındı ki, Şura bu məsələni də müzakirə etsin.
Gündəliyə növbəti təklif Koalisiya üzvü İmranova Aytəkin tərəfindən verildi. Məlumat verildi ki, İçəri Şəhərin tarixi- mədəni abidələrinin qorunması, dağıdılmasının qarşısının alınması və dağılmış abidələrin bərpası üçün 50-dək QHT kampaniya keçirir. Onlar keçirdikləri bu kampaniyaya dəstək olması üçün Koalisiyaya müraciət ediblər. Məlumat dinlənildi və Şura qərara aldı ki, yubatmadan bu məsələyə münasibət bildirməlidir. Bununla bağlı Şura qərar qəbul etdi:
Qərar:
MSŞA İctimai Bİrliklər Koalisiyası İcəri Şəhərin tarixi- mədəni abidələrinin qorunması, dağıdılmasının qarşısının alınması və dağılmış abidələrin bərpası üçün QHT kampaniyasını dəstəkləyir və bundan sonra da bu istiqamətdə səylərin artırılmasını məqsədəuyğun hesab edir.
Gündəlik layihəsinə salınmış Şuranın iclaslarının reqlamentinin müzakirəsi növbəti iclasların birində gündəliyə salınması qərara alınd.
Gündəlik müzakirələrdən sonra qəbul edildi:
1. Görülmüş işlər və qərarların icrası
2. Koalisiyaya yeni üzvlərin qəbulu
3. Monitorinq Qrupunun Şuraya müraciətinin müzakirəsi
4. Jurnalın Baş redaktorunun seçkisi haqqında
5. Vahid layihə üzrə təkliflərin qaliblərinin icraya başlamaları üçün start verilməsi
6. Cari məsələlər
Müzakirələr və qəbul edilmiş qərarlar
1. Görülmüş işlər və qərarların icrası
- Antikorrupsiya haqqında milli strategiya layihəsi koalisiya üzvlərinə göndərilib ki, onlar "strategiyaya" ilə bağlı öz təkliflərini versinlər;
- Seçim Qrupunun növbəti iclası keçirilib;
- Xəzər Neft- gaz konfransı işçi qrupunun iclasında konfransın gündəliyi ilk variantda təsdiq edilib (həmin iclasda Qubad İbadoğlu iştirak edib).
- bp şirkəti ofisində keçirilən görüşdə şirkət AÇG yatağı üzrə gördüyü işlər haqqında məlumat verib;
- Digər donorlara, o cümlədən Kaunterpart təşkilatına müraciətlər edilib, lakin hələ ki, cavab yoxdur.
Təklif edildi ki, xarici ezamiyyətlərdə olmuş Koalisiya üzvləri yazılı məlumat təqdim etsinlər.
2. Koalisiyaya yeni üzvlərin qəbulu
Koalisiyaya üzv olmaq istəyi ilə ərizə vermiş 1 təşkilat gizli səsvermə yolu ilə Koalisiyaya üzv seçildi:
- Yevlax Regional İnkişaf Mərkəzi- rəhbəri: Naibə Məmmədova
3. Monitorinq Qrupunun Şuraya müraciətinin müzakirəsi
Qubad İbadoğlu iclas iştirakçılarını Monitorinq Qrupunun Şuraya müraciəti ilə tanış etdi:
Şurа üzvü Əvəz Həsənоvun MQ-yə mürаciətində Kоаlisiyа üzvü Mаyis Gülаlıyеvin Şurа tərəfindən və ədаlətsiz yоllа çıхаrılmаsı məsələsinin müzаkirəsi, Şurаnın kоrdinаtоru Qubаd Ibаdоğlunun M. Gülаlıyеvе qаrşı qızışdırıcı fəаliyyəti nin tənbеh оlunmаsı və оnun kооrdinаtоr kimi fəаliyyətinə bахılmаsı məsələsi nin Şurаyа təklif оlunmаsı» məsələsi qаldırılır. MQ ərizədə qаldırılаn məsələləri аrаşdırıb:
1. MQ 26 аprеl 2007 –cil tаriхli tаplаntısındа dа Şurа üzvü N. Аğаyеvin mürаciəti əsаsındа bu məsələyə bахıb və M. Gülаlıyеvin Kоаlisiyа Əsаsnаməsinin 3.7 və 7-ci bəndlərini, еləcə də Еtikа Kоdеksini pоzduğunu qеyd еdərək оnun məsələsinin Şurаdа müzаkirəsini tövsiyə еtmişdi. MQ müəyyənləşdirib ki, əvvəllər də Şurа bir nеçə dəfə dаvrаnış nоrmаlаrınа əməl еtməməsi və оnun tərfindən bu nоrmаlаrа əməl еləməyin zəruriliyi M. Gülаlıyеvin diqqətinə çаtdırıb. Həmçinin Şurаnın 27 аprеl tаriхli tоplаntısındа оnunlа bаğlı məsələyə bахılаcаğı оnа dеyilib və tоplаntıyа qаtılmаq təklif оlunub. Lаkin о iştirаk еtməyə söz vеrsə də yеnə də tоplаntıdа iştirаk еtməyib. Mаyis bəylə bаğlı məsələ tоplаntıdа müzаkirə оlunub və səsə qоyulub və оnun kоаlisiyаdаn çıхаrılmаsı təklifi 11 şurа üzvündən 9-nun səsini аlıb. Bеləliklə, M. Gülаlıyеvin MSŞА Kоаlisiyаsındаn хаric оlunmаsındа (bu Kоаlisiyаnın Əsаsnаməsinə görə) hеç bir Əsаsnаmə pоzuntusu yохdur.
2. Şurа 27 аprеl 2007-ci il tаriхli iclаsındа M. Gülаlıyеv məsələsi ilə pаrаlеl kооrdinаtоr Qubаd Ibаdоğlunun dа fəаliyyətini müzаkirə еdib və kооrdinаtоrа tövsiyyə еdib ki, «gələcəkdə intеrnеt yаzışmаlаrındа bütölükdə Kоаlisiyаnı, оnun üzvlərini, idаrəеtmə оrqаnlаrını təhqir еdən yаzışmаlаr bаş vеrərsə, оnlаrа cаvаb vеrmədən məsələni Şurаnın növbəti iclаsının müzаkirəsinə çıхаrsın». Göründüyü kimi, bu tələb аrtıq təmin оlunub.
Bu mürаciət üzrə MQ –nin qərаrı:
MQ-nin 08.05.07 tаriхli və Kоаlisiyа Şurаsının 27.04.07 tаriхli tоplаntılаrının prоtоkоllаrı Е. Həsənоvun diqqətinə çаtdırılsın.
İclas iştirakçıları yekdilliklə internet yazışmalarda yol verilən təhqiramiz, qeyri- etik ifadələr etiraz etdilər və buna son qoyulmasına çağırdılar.
İlqar Hüseynli Monitorinq Qrupunun tövsiyəsində onun müraciətinə aid hissənin Şurada deyil, Seçim Qrupunda baxılmasına etiraz etdi.
Qubad İbadoğlu izahat verdi ki, Monitorinq Qrupunun müraciətində qeyd edilən 3 məsələnin 2-si, o cümlədən İlqar Hüseynlinin müraciəti ilə bağlı məsələ Seçim Qrupunun, 1 məsələ isə Şuranın fəaliyyətinə aid olduğu üçün həmin məsələlər də müvafiq olaraq həmin qurumların iclaslarında müzakirə edilib.
İclasda təklif edildi ki, MQ-nun tövsiyələri müzakirə edilərkən MQ nümayəndəsi mütləq iştirak etsinlər.
4. Jurnalın Baş redaktorunun seçkisi haqqında
Qubad İbadoğlu məlumat verdi ki, bu yerə yalnız bir nəfərin- İlham Şabanın namizədliyi irəli sürülüb.
Jurnalın Baş redakorunun seçkisi onun reqlamentinə əsasən jurnalın Redaksiya Şurası tərəfindən seçiləcəyini nəzərə alaraq bu seçkinin elektron üsulla aparılması qərara alındı. Şura üzvləri təklif etdilər ki, bundan əvvəl İlham Şaban jurnalın strategiyasını müzakirəyə təqdim etsin.
5. Vahid layihə üzrə təkliflərin qaliblərinin icraya başlamaları üçün start verilməsi
Qubad İbadoğlu təkliflərin qaliblərini bir daha təqdim etdi. O bildirdi ki, qaliblərdən hələlik yalnız Ramil Qasımzadə (Mətbuat Xidməinin təşkili) və Vüsalə Hüseynova (Gənclərin MHŞT proseslərinə cəlb edilməsi) onların seçkisi ilə bağlı araşdırma üçün MQ-yə müraciətlər olduğu üçün məsul seçildikləri istiqamətlər üzrə icraya başlaya bilməyəcəklər.
İclas iştirakçıları icraçılara öz tövsiyələrini və işlərin təşkili ilə bağlı təkliflərini verdilər.
Qərara alındı ki, icraçılar bir həftə ərzində iş planlarını, nəzərdə tutulan tədbirlərin siyahısı, vaxı gösrətilməklə Şuraya təqdim etsinlər.
6. Koalisiyanın yaradılmasının 3 illiyi münasibəti ilə mətbuat konfransına hazırlıq;
Qubad İbadoğlu məlumat verdi ki, mətbuat konfransının yeri və vaxtı dəqiqləşdirilib (14 may, BMM). Tədbirə aparıcı KİV-lər, o cümlədən TV kanallar dəvət olunublar. O hamını tədbirdə iştirak etməyə dəvət etdi.
İclas iştirakçıları tədbirlə bağlı təkliflər verdilər.
Cari məsələlər
Elşad Hüseynov təklif etdi ki, universitetlərlə birlikdə Elmlər Akademiyasının institutlarında da görüşlər keçirilməsi məqsədəuyğundur. Bu təklif hamı tərəfindən dəstəkləndi və donor təşkilatlarla nəzərdə tuulan danışıqlarda bu haqda da təkliflərin verilməsi məqsədəuyğun hesab edildi.
Nazir Quliyev bildirdi ki, bir sıra hallarda Koalisiya üzvlərinin Şuranın iclaslarında işirak etməsi Şuranın işinə mane olur, onun fəaliyyəini effektili qurmağa, müzakirələrin konsruktivliyinə mane olur. O təklif etdi ki, Şura iclaslarında ancaq dəvət edilən Koalisiya üzvləri iştirak esinlər. Bir neçə iştirakçı bu təklifi dəstəkləsə də, məsələ gündəlikdə olmadığı üçün müzakirə olunmadı.
Qubad İbadoğlu bildirdi ki, son iki ay ərzində Şura xeyli gərgin işləyib, cox vax həftədə iki dəfə iclas keçirib. O təklif etdi ki, Şuranın iclaslarına fasilə verilsin.
Bu təklifə əksər Şura üzvləri dəstəklədilər. Razılaşdırıldı ki, may ayı ərzində Şura iclaslarına fasilə verilsin, lakin müzakirə üçün vacib hesab edilən məsələlər olarsa Şuranın iclasları keçirilsin.