|
MSŞA Koalisiyası Şurasının iclası #17(97)(04/05/2007)
MSŞA Koalisiyası Şurasının iclası #17(97)(04/05/2007)
İştirak etdilər: | 1 | Qubad İbadoğlu | Kordinator | | 2 | Nəriman Ağayev | Şura üzvü | | 3 | Oqtay Gülalıyev | Şura üzvü | | 4 | Sabit Bağırov | Şura üzvü | | 5 | İlham Hüseynli | Şura üzvü | | 6 | Mehriban Vəzir | Şura üzvü | | 7 | Telman Zeynalov | Şura üzvü | | 8 | Dünya Sakit | Şura üzvü | | 9 | Sevgim Rəhmanov | Şura üzvü | | 10 | Əvəz Həsənov | Şura üzvü | | 11 | Aslan Vəliyev | Şura üzvü | | 12 | İnqilab Əhmədov | Şura üzvü | | 13 | Ruhəngiz Hüseynova | Monitorinq Qrupu üzvü | | 14 | İmranova Aytəkin | Koalisiya üzvü | | 15 | Zöhrab İsmayılov | Koalisiya üzvü | | 16 | İlqar Hüseynli | Koalisiya üzvü | | 17 | Əsgər Əhməd | Koalisiya üzvü | | 18 | Elşad Hüseynov | Koalisiya üzvü | | 19 | Sadiq Həsənov | Koalisiya üzvü | | 20 | Qənimət Məmmədov | Koalisiya üzvü | | 21 | Allahverdi Orucov | Koalisiya üzvü | | 22 | Mübariz Tağıyev | Koalisiya üzvü | | 23 | Həqiqət Məmmədli | Koalisiya üzvü | | 24 | Günay Hüseyn | Koalisiya üzvü | | 25 | Rafiq Təmrazov | Koalisiya üzvü | | 26 | Məhəmməd Talıblı | Koalisiya üzvü | İclasın gündəliyi: Gündəlik müzakirələrdən sonra qəbul edildi: -
Koalisiyaya yeni üzvlərin qəbulu -
Görülmüş işlər və qərarların icrası -
Koalisiyanın bölgə təşkilatının Əsasnaməsinin müzakirəsi -
Şura iclaslarının protokollarının vahid forması haqqında -
Cari məsələlər Müzakirələr və qəbul edilmiş qərarlar -
Koalisiyaya yeni üzvlərin qəbulu Koalisiyaya üzv olmaq istəyi ilə ərizə vermiş 2 təşkilat gizli səsvermə yolu ilə Koalisiyaya üzv seçildilər: - Xalça Dünyası Assosiasiyası- rəhbəri: Fatimət Ağamirzəyeva
- XXI Əsr Təhsil Mərkəzi- rəhbəri: Allahverdi Orucov
-
Görülmüş işlər və qərarların icrası Qubad İbadoğlu görülmüş işlər və qərarlaeın icrası haqqında məlumat verdi: - jurnalın baş redaktoru vəzifəsinə müsabiqə elan edilib; - Seçim Qrupunun ikinci iclası keçirilib; - Gəncəyə səfər edilib və bölgə təşkilatında görüş keçirilib; - Vahid Layihənin iddiaçısı olmayan isiqamətlərindən media- forumların təşkili və mətbuat xidmətinin işinin təşkili üzrə yeni təkliflər daxil olub. (Seçim Qrupunun 3-cü iclası mayın 9-u saat 15.00 təyin edildi). - 30 aprel- 01 may tarixdə Antikorrupsiya üzrə Milli Strategiya hazırlanması münasibəti ilə keçirilən seminarda Koalisiya üzvləri Qubad İbadoğlu və Sabit Bağırov çıxış ediblər. Koalisiya adından Milli Strategiyaya təkliflər hazırlanacaq, Koalisiyada müzakirədən sonra hökumətə təqdim ediləcək. - 5-ci hesabatla bağlı Koalisiyanın Rəyi yerli və xarici tərəfdaşlar arasında yayılıb, elektron variantda KİV-lərin əksəriyyətinə göndərilib, bir sıra gəzetlər və informasiya agentlikləri onu çap ediblər. Sevgim Rəhmanov təklif etdi ki, Rəyin müzakirəsi Memorandum tərəfləri İşçi Qrupunun iclasının müzakirəsinə çıxarılsın. Təklif qəbul edildi. İnqilab Əhmədov özünün də iştirak etdiyi G8 ölkələri QHT-lərinin Bonnda keçirilən forumu haqqında məlumat verdi. MHŞT Forumun əsas mövzularından olmasa da o, çıxışında bu məsələyə toxunub, eyni zamanda PWYP/EITI şəbəkəsində bu haqda məlumat yayaraq növbəti ildə keçiriləcək belə bir forumda MHŞT problemlərinin müzakirə edilməsinə nail olmaq üçün indidən şəbəkə daxilində məsləhətləşmələrə başlandığını bildirdi. Oqtay Gülaliyev Seçim Qrupunun iclaslarının qərarlarında Şura üzvlərinə üstünlük verildiyi haqqında iradların əsassız olduğunu və 2-ci iclasda baxılmış 12 təklifdən yalnız birinin Şura üzvü tərəfindən verildiyini və bu təklifin də nisbətən az qiymətləndirmə balı topladığından keçmədiyini bildirdi. Xüsusilə internet yazışmalarda qarşılıqlı olaraq etika və sayğının gözlənilməsini vacib olduğunu bildirdi. Digər iclas iştirakçıları da son dövrlərdə internet yazışmalarda yol verilən kəskin yazılara və təhqirlərə son qoyulmasını tələb etdilər. -
Koalisiyanın bölgə təşkilatının Əsasnaməsinin müzakirəsi Koalisiyanın bölgə təşkilatının Əsasnaməsi layihəsi Şura üzvləri Aslan Vəliyev və Nəriman Ağayev tərəfindən hazırlanıb. Müzakirələrdə bir sıra düzəliş və təkliflər irəli sürüldü. Sonda qərar qəbul edildi. Qərar: Koalisiyanın bölgə təşkilatı Əsasnaməsi düzəliş və dəyişikliklər nəzərə alınmaqla təsdiq edilsin. -
Şura iclaslarının protokollarının vahid forması haqqında - Şura iclaslarının protokollarının vahid forması haqqında Nəriman Ağayevin təklifi müzakirəsi növbəti iclasda reqlamentdə dəyişikliklərlə birgə müzakirə edilsin. -
Cari məsələlər Qərarlar: - Koalisiyanın yaradılmasının 3 illiyi münasibəti ilə mayın 14-də mətbuat konfransı keçirilsin; - Xəzər Neft- Qaz konfransında Koalisiyanı Şura üvləri rəsmi olaraq təmsil edəcəklər; - Yerinə yeirilmiş layihələr haqqında MQ-nun hazırladığı hesabat formalarının keçən il həyata keçirilmiş layihə icracıları tərəfindən MQ-yə təqdim edilməsi iyul ayından başlanılsın. - İTV-də keçiriləcək iki tok- şouda iştirak etmək üçün Koalisiyanın nümayəndələri müəyyənləşdirildi: - Sabit Bağırov - Telman Zeynalov - Qubad İbadoğlu - Sevgim Rəhmanov - İnqilab Əhmədov - Mirvari Qəhramanov - Himayət Rizvanqızı -Koalisiyanın nəşr etdirdiyi kitablar Vahid Layihənin instutsional xərclər hissəsi həyata keçirilərkən Nəriman Ağayev tərəfindən təqdim ediləcək siyahı əsasında kitabxanalara da paylanılsın.
◄ 1 ... 16 17 18 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:22:56
|