|
MSŞA Koalisiyası Şurasının iclası #13(93)(20/04/2007)
MSŞA Koalisiyası Şurasının iclası #13(93)(20/04/2007)
İştirak etdilər: | 1 | Qubad İbadoğlu | Kordinator | | 2 | Nəriman Ağayev | Şura üzvü | | 3 | Oqtay Güləliyev | Şura üzvü | | 4 | Sabit Bağırov | Şura üzvü | | 5 | İlham Hüseynli | Şura üzvü | | 6 | İnqilab Əhmədov | Şura üzvü | | 7 | Aslan Vəliyev | Şura üzvü | | 8 | Dünya Sakit | Şura üzvü | | 9 | Sevgim Rəhmanov | Şura üzvü | | 10 | Mirvari Qəhramanlı | Şura üzvü | | 11 | Mehriban Vəzir | Şura üzvü | | 12 | Ruhəngiz Hüseynova | Monitorinq Qrupu üzvü | | 13 | Fuat Rəsulov | Koalisiya üzvü | | 14 | İmranova Aytəkin | Koalisiya üzvü | | 15 | Zöhrab İsmayılov | Koalisiya üzvü | | 16 | Sevil Allahverdiyeva | Koalisiya üzvü | | 17 | Əsgər Əhməd | Koalisiya üzvü | | 18 | Elşad Hüseynov | Koalisiya üzvü | | 19 | Ehtiram Soltan | Koalisiya üzvü | | 20 | Qənimət Məmmədov | Koalisiya üzvü | | 21 | Aydın Nəsibov | Koalisiya üzvü | | 22 | Mübariz Tağıyev | Koalisiya üzvü | | 23 | Həqiqət Məmmədli | Koalisiya üzvü | | 24 | Mayis Güləliyev | Koalisiya üzvü | | 25 | Nazir Quliyev | Koalisiya üzvü | | 26 | Fuad Qəhramanlı | Koalisiya üzvü | | 27 | Əhməd Abbasbəyli | Koalisiya üzvü | | 28 | İlqar Hüseynli | Koalisiya üzvü | | 29 | Hicran Həmidova | Koalisiya üzvü | İclasın gündəliyi: -
Görülmüş işlər və qərarların icrası -
Koalisiyaya yeni üzvlərin qəbulu -
Koalisiyanın bölgə şöbələri haqqında Əsasnamənin müzakirəsi -
ACİ YF-nun beynəlxalq metodika əsasında İnformasiya Azadlığı Haqqında Qanunun necə işləməsi ilə bağlı layihəsi üzrə Koalisiyanın nümayəndəsinin müəyyənləşdirilməsi. -
Donorlara təqdim edilmiş layihə təklifləri ilə bağlı vəziyyət haqqında məlumat Monitorinq Qrupunun "Koalisiyanın keçən il həyata keçirilmiş layihələrin icrası üzrə proqram hesabatı" adlı sənədinin müzakirəsi növbəti iclasın gündəliyinə salınsın. Müzakirələr və qəbul edilmiş qərarlar -
Görülmüş işlər və qərarların icrası Qubad İbadoğlu məlumat verdi: - İyunda Bakıda keçiriləcək beynəlxalq neft- qaz sərgi və konfransında bölmələrdən biri MHŞT-yə həsr olunub və bununla bağlı İşçi Qrup yaranıb. İşçi Qrupa Norveçin Azərbaycandakı səfiri başçılıq edir. ABŞ, İngiltərə, Almaniya səfirliklərinin, BP, Statoil neft şirkətlərinin, ARDNF-nin nümayəndələri İQ-da təmsil olunurlar. Koalisiyanı İQ-da kordinator təmsil edir. Qərara alınıb ki, Regional Şəbəkəyə daxil olan ölkələrdən də nümayəndələr dəvət edilsin. Növbəti iclasların birində bu haqda geniş məlumat veriləcək və konfransda iştirak edəcək Koalisiya təmsilçiləri də müəyyənləşəcək. Qərara alındı ki, Qubad İbadoğlu Regional Şəbəkədəki tərəfdaşlarımıza öz nümayəndələrini müəyyənləşdirmələri ilə bağlı müraciət etsin. - BP biznes mərkəzində QHT nümayəndələri ilə BP rəsmilərinin görüşü keçirilib. Koalisiya üzvü olan bir neçə təşkilat rəhbərləri həmin iclasda iştirak edib və şirkətlərin fəaliyyəti ilə bağlı Koalisiyanı maraqlandıran suallar səsləndirilib və şirkətlərin onlara göndərilən sorğu məktublarına cavab verməmələrinə irad tutulub. Təklif olunub ki, BP-nin Koalisiya üzvləri ilə ayrıca görüşü keçirilsin. - ARDNF-də növbəti MHŞT hesabatı üzrə audit şirkətinin Seçim Qrupunun iclası keçirilib və Koalisiya nümayəndəsi (Qubad İbadoğlu) iclasda iştirak edib. Koalisiya nümayəndəsi iclasda bu məsələləri qaldırıb: a) bu vaxtadək keçirilən 5 hesabatın 4-ü üzrə rəy Deloyt şirkəti tərəfindən verilib. Əgər yenə də həmin şirkət hesabat üzrə müstəqil audit seçilərsə, bu həm beynəlxalq, həm də yerli ictimaiyyət arasında suallar doğura bilər. Buna görə də qısa bir zamanda İşçi Qrupun iclası çağrılmalı və audit şirkətinin seçimi meyarlarına yenidən baxılmalıdır. b) şirkətlərin fərdi qaydada hesabat vermələrinin tətbiq edilməsi. BP-nin və ARDNŞ-in nümayəndələri buna hazır olduqlarını, lakin digər neft şirkətləri buna hələ hazır olmadıqlarından onların da fərdi açıqlama verə bilməyəcəklərini bildirdilər. c) hesabatların verilməsi müntəzəm olaraq gecikdirilir və gecikmə müddəti getdikcə artır. Bu nöqsan aradan qaldırılmalıdır. Daha sonra Qubad İbadoglu Vahid Layihə üzrə Koalisiya üzvlərindən daxil olmuş təkliflər haqqında məlumat verdi. Oqtay Gülalıyev bu yaxınlarda Alma- Atada MHŞT regional konfransı haqqında orada iştirak etmiş Koalisiya üzvlərinin məlumatının vebsayta qoyulmaması və Koalisiyanın məktublarına, o cümlədən Kaunterpart təşkilatına görüş keçirilməsi ilə bağlı məktuba cavab verilməməsini qeyd etdi. Qubad İbadoğlu bu məsələnin nəzarətdə olduğunu, Kaunterpart təşkilatı ilə də əlaqə saxlanılacağını bildirdi. -
Yeni üzvlərin qəbulu Koalisiyaya üzv olmaq istəyi ilə ərizə vermiş 5 təşkilat gizli səsvermə yolu ilə Koalisiyaya üzv seçildilər: - Media İnkişaf Mərkəzi- rəhbəri: Sədrəddin İsmayılov
- Niyazi Qəhrəmanov- fərdi müraciət
- Demokratiya Monitoru- rəhbəri: Fuad Həsənov
- Demokratiya və İnsan Hüquqları İnstitutu- rəhbəri: Elçin Abdullayev
- Bərabər İmkanlar Mərkəzi- rəhbəri: Rafiq Təmrazov
"Dalğa" Gənclər Hərəkatının nümayəndəsi onun səlahiyyətini təsdiq edən sənəd təqdim etmədiyi üçün təşkilatın müraciətinə növbəti iclasda baxılması qərara alındı. -
Şura üzvləri arasında iş bölgüsü Şura üzvləri arasında iş bölgüsü təsdiq edildi və qərara alındı ki, hər bir qrup üzrə məsul şəxs qrup üzvləri tərəfindən seçilsin. -
Beynəlxalq əlaqələr- İnqilab Əhmədov, Mirvari Qəhrəmanlı, Qubad İbadoğlu. -
Təhlil və təlim- Sabit Bağırov, İnqilab Əhmədov, Qubad İbadoğlu, İlham Hüseynli. -
KİV-lə iş- Oqtay Gülalıyev, Dünya Sakit, Mayis Güləliyev, Nəriman Ağayev, Aslan Vəliyev. -
Şirkətlərlə iş- Mirvari Qəhramanlı. -
İctimaiyyətlə iş- İlham Hüseynli, Mehriban Vəzir, Oqtay Gülalıyev. -
Hökumətlə iş- Qubad İbadoğlu, Sevgim Rəhmanov. -
Donorlarla iş- -
Mədən Sənayesində ətraf mühitə təsirin monitorinqi və qiymətləndirilməsi- Telman Zeynalov -
Regionlarla əlaqə- -
Digər sektorlarla iş- -
- Mehriban Vəzir &&&&&
◄ 1 ... 12 13 14 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:22:44
|