Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyası Şurasının iclası #12(92)(13/04/2007)

MSŞA Koalisiyası Şurasının iclası #12(92)(13/04/2007)

İştirak etdilər:

1

Qubad İbadoğlu

Kordinator

2

Nəriman Ağayev

Şura üzvü

3

Oqtay Güləliyev

Şura üzvü

4

Sabit Bağırov

Şura üzvü

5

İlham Hüseynli

Şura üzvü

6

İnqilab Əhmədov

Şura üzvü

7

Aslan Vəliyev

Şura üzvü

8

Telman Zeynalov

Şura üzvü

9

Ruhəngiz Hüseynova

Monitorinq Qrupu üzvü

10

Şaban Nəsirov

Koalisiya üzvü

11

İmranova Aytəkin

Koalisiya üzvü

12

Zöhrab İsmayılov

Koalisiya üzvü

13

Sevil Allahverdiyeva

Koalisiya üzvü

14

Əsgər Əhməd

Koalisiya üzvü

15

Elşad Hüseynov

Koalisiya üzvü

16

Ehtiram Əli

Koalisiya üzvü

17

Qənimət Məmmədov

Koalisiya üzvü

18

Aydın Nəsibov

Koalisiya üzvü

19

Tağıyev Mübariz

Koalisiya üzvü

20

Həqiqət Məmmədli

Koalisiya üzvü

21

Məhəmməd Talıblı

Koalisiya üzvü

22

Nurəddin İsmayılov

Koalisiya üzvü

23

Fuad Qəhramanlı

Koalisiya üzvü

24

Çingiz Dadaşov

Koalisiya üzvü

25

İlqar Hüseynli

Koalisiya üzvü

İclasın gündəliyi

Qubad İbadoğlu gündəlik haqqında məlumat verərkən bildirdi ki, bu iclasda müzakirəsi nəzərdə tutulmuş MHŞT üzrə 5-ci hesabatla bağlı Koalisiyanın alternativ rəy layihəsinə Sabit Bağırov tərəfindən əhəmiyyətli təkliflər var. İşçi Qrup belə hesab edir ki, həmin təkliflər İşçi Qrupda baxılmalıdır. Bunu nəzərə alaraq o, həmin məsələnin müzakirəsini bu iclasın gündəliyindən çıxarılmasını və növbəti iclasda müzakirə edilməsini təklif etdi. Təklif qəbul edildi.

Oqtay Güləliyev Şura üzvləri arasında iş bölgüsü məsələsini və Koalisiyanın yeni ofisi haqqında yeni məlumat varsa verilməsini gündəliyə salmağı təklif etdi.

Şura üzvləri arasında iş bölgüsü məsələsinə növbəti iclasda baxılması qərara alındı. Yeni ofis haqqında məlumatı gündəliyin görülmüş işlər haqqında məlumat verərkən bildirmək nəzərdə tutuldu.

Qubad İbadoğlu məlumat verdi ki, ACİ YF beynəlxalq metodika əsasında İnformasiya Azadlığı Haqqında Qanunun necə işləməsi ilə bağlı bir layihə həyata keçirir. Layihənin icraçısı Koalisiya üzvü Osman Gündüzovdur. Həmin layihə çərçivəsində Koalisiya ilə əməkdaşlıq da nəzərdə tutulur. Hər Koalisiyadan bir nəfər ekspert bu işə cəlb edilməlidir. O, Koalisiya nümayəndəsinin seçilməsi məsələsini də bu iclasın gündəliyinə əlavə etməyi təklif etdi. Şura üzvləri bu təklifə razılıq verdilər.

İclasın gündəliyi:

  1. Görülmüş işlər və qərarların icrası

  2. Monitorinq Qrupunun müraciətinin müzakirəsi

  3. Koalisiyaya yeni üzvlərin qəbulu

  4. Koalisiyanın bölgə şöbələri haqqında Əsasnamənin müzakirəsi

  5. ACİ YF-nun beynəlxalq metodika əsasında İnformasiya Azadlığı Haqqında Qanunun necə işləməsi ilə bağlı layihəsi üzrə Koalisiyanın nümayəndəsinin müəyyənləşdirilməsi.

  6. Donorlara təqdim edilmiş layihə təklifləri ilə bağlı vəziyyət haqqında məlumat

Müzakirələrqəbul edilmiş qərarlar

  1. Görülmüş işlər və qərarların icrası

Qubad İbadoğlu məlumat verdi:

Yeni ofislə bağlı: Yeni ofis Caspian Plaza binasında 9-cu mərtəbədə olacaq. Koalisiya ilə birlikdə ACİ Yf-nun dəstəyi ilə proqramlar həyata keçirən bir neçə təşkilatın da həmin mərtəbədə ofisləri olacaq. Həmin təşkilatların resursları birləşdirilməklə vəsaitlərdən və ofis imkanlarından səmərəli istifadə etmək mümkün olacaq. Ümumi konfrans zalı (36 m2) və Koalisiyanın iki otağı olacaq. Otaqlardan biri Koalisiya ofisi işçiləri, digəri isə Koalisiya üzvlərinin istifadə etməsi üçün nəzərdə tutulur. Bundan başqa ümumi girişdə bir neçə təşkilat, o cümlədən Koalisiya öz işçisini yerləşdirə biləcək. Texniki cəhətdən ofis daha yaxşı təchiz ediləcək. Hazırda yeni ofisdə təmir işləri davam edir və ora köçmək təxminən iyun ayında mümkün olacaq.

Digər görülmüş işlər: Kambocanın QHT Forumunun nümayəndəsi Bakıya səfər edir. Səfərdə məqsəd MHŞT ilə bağlı Azərbaycanın təcrübəsini öyrənmək və onu öz ölkəsində tətbiq etməkdir. Qonağın mehmanxanada yerləşdirilməsi və görüşləri razılaşdırılıb.

  1. Monitorinq Qrupunun müraciətinin müzakirəsi

Qubad İbadoğlu məlumat verdi:

Monitorinq Qrupu "Koalisiyanın keçən il həyata keçirilmiş layihələrin icrası üzrə proqram hesabatı" adlı sənəd hazırlayıb və bu iclasın müzakirəsinə təqdim edib. Sənəd anket formasındadır və layihələrin icraçısı olan təşkilatlar tərəfindən doldurulması üçün nəzərdə tutulur.

Monitorinq Qrupu üzvü Ruhəngiz Hüseynova Monitorinq Qrupunun son iclası haqqında məlumat verdi. O müzakirəyə çöxarılan sənədə ehtiyac olduğunu belə əsaslandırdı ki, MQ-da həyata keçirilmiş layihələr haqqında məlumat çox azdır və buna görə onlar haqqında öz rəyini bildirmək çətinlik törədir. MQ tövsiyə edir ki, həmin sənəd Şura tərəfindən icraya qəbul edilsin və keçən dövrün layihə icraçıları onu hazırlayıb MQ-na təqdim etsinlər.

Müzakirədən sonra qərar qəbul edildi:

Qərar: Sənəd əsas kimi qəbul edilsin və növbəti iclasda tətbiqi məsələləri müzakirə edilsin.

MQ həmçinin Şuranın diqqətini Koalisiya Əsasnaməsinin 5.3. bəndi ilə layihələrin Seçim Qrupu səlahiyyətinin Şuraya həvalə edilməsi arasında ziddiyyətin olub- olmamasına cəlb edən başqa bir tövsiyə ilə də müraciət etmişdi. MQ üzvü məlumat verdi ki, Koalisiya üzvü Mübariz Tağıyev bu məsələ ilə bağlı MQ-na müraciət edib. Lakin onun müraciətinin predmeti məlum deyil. Şuranın keçən iclasında da bu haqda bəzi mülahizələrin söyləndiyini nəzərə alaraq, MQ özü məsələni Şura qarşısında qaldırmaq qərarına gəlib. MQ tövsiyə edir ki, Şura Əsasnamənin 5.3. bəndi ilə layihələrin Seçim Qrupu səlahiyyətinin Şuraya həvalə edilməsi arasında ziddiyyətin olub- olmamasını bu iclasda aydınlaşdırsın.

Sabit Bağırov açıqlama verdi ki, Əsasnamənin 5.3 bəndi bu hal üçün nəzərdə tutulmayıb. Həmin bənd qrant müsabiqələri üçündür. İndiki halda isə qrant müsabiqəsi keçirilmir. Şuranın təsdiq etdiyi layihə artıq donora təqdim edilib və böyük bir qismi də maliyyələşdirmək üçün təsdiq edilib. İndiki halda Vahid layihədə nəzərdə tutulan ayrı- ayrı fəaliyyətlərin icraçılarının müəyyənləşdirilməsi nəzərdə tutulur. Heç bir təşkilata, və ya şəxsə layihə təqdim edilməyəcək. Ayrı- ayrı təşkilatlar ayrı- ayrı fəaliyyətləri yerinə yetirmək üçün təkliflər verəcəklər. Ən yaxşı təklifin seçilməsi tam şəffaf həyata keçiriləcək və təkliflərin müəllifləri seçim prosesini birbaşa müşahidə edə biləcəklər.

Şura üzvləri bu izahı düzgün şərh hesab etdilər və təsdiq etdilər ki, Şuraya layihədəki fəaliyyətlərlə bağlı təkliflər üzrə Seçim Qrupu səlahiyyətləri verilməsi Əsasnamənin 5.3. bəndi ilə ziddiyyət təşkil etmir.

  1. Yeni üzvlərin qəbulu

Koalisiyaya üzv olmaq istəyi ilə ərizə vermiş 4 təşkilat gizli səsvermə yolu ilə Koalisiyaya üzv seçildilər:

  1. "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İB- rəhbəri: Əhməd Abbasbəyli
  2. "Sağlam Həyata Doğru" ekoloji İB- rəhbəri: Sadiq Həsənov
  3. "Azərbaycan Futbolunun İnkişafı Mərkəzi" İB- rəhbəri: Nazir Quliyev
  4. "Qarabağ Əlillərinə Qayğı" Cəmiyyəti- rəhbəri: Asif Yusifov

Ərizə vermiş bir təşkilat ("ECO-inter və UNO" jurnalı redaksiyası- rəhbəri: Teymur Məmmədzadə) seçkidə kifayət qədər səs toplaya bilmədil və Koalisiyaya üzv seçilmədi.

  1. Koalisiyanın bölgə şöbələri haqqında Əsasnamənin müzakirəsi

Əsasnamə layihəsi Aslan Vəliyev, Oqtay Gülalıyev və Nəriman Ağayev tərəfindən hazırlanmışdı. Təklif edildi ki, Əsasnamə layihəsi ilə daha yaxından tanış olmaq üçün bir həftə vaxt verilsin və növbəti iclasda müzakirə edilsin. Təklif qəbul edildi.

  1. ACİ YF-nun beynəlxalq metodika əsasında İnformasiya Azadlığı Haqqında Qanunun necə işləməsi ilə bağlı layihəsi üzrə Koalisiyanın nümayəndəsinin müəyyənləşdirilməsi.

Bunun üçün Koalisiya ofisinin əməkdaşı Aydın Nizamov və Şura üzvü Oqtay Gülalıyevin namizədlikləri təklif edildi. Aydın Nizamov namizədliyini geri götürdü və Oqtay Gülalıyev səsvermə ilə adı çəkilən layihə üzrə Koalisiyanın nümayəndəsi seçildi.

  1. Donorlara təqdim edilmiş layihə təklifləri ilə bağlı vəziyyət haqqında məlumat

Qubad İbadoğlu Koalisiyanın Vahid Layihəsində planlaşdırılan fəaliyyətlərdən artıq ACİ YF və Dünya Bankı tərəfindən maliyyə dəstəyi qazananlar haqqında məlumat verdi. Əlavə etdi ki, digər donorlarla danışıqlar davam etdirilir. Növbəti həftə Norveç səfiri ilə görüş razılaşdırılıb. Hollandiyanın NOWIB Oxfam təşkilatına göndərilən müraciətə isə cavab gözlənilir. Təklif edildi ki, Koalisiyanın nəzərdə tutduğu Vahid layihənin tam həyata keçirilməsinə maliyyə dəstəyi almaq üçün başqa donorlarla da danışıqlar aparılsın.


1 ... 11 12 13 ... 39 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:22:42

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.179526