Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyası Şurasının iclası #11(91)(06/04/2007)

MSŞA Koalisiyası Şurasının iclası #11(91)(06/04/2007)

İştirak etdilər:

1

Qubad İbadoğlu

Kordinator

2

Nəriman Ağayev

Şura üzvü

3

Oqtay Güləliyev

Şura üzvü

4

Sabit Bağırov

Şura üzvü

5

Mirvari Qəhrəmanlı

Şura üzvü

6

İnqilab Əhmədov

Şura üzvü

7

Mehriban Vəzir

Şura üzvü

8

Dünya Sakit

Şura üzvü

9

Aslan Vəliyev

Şura üzvü

10

Sevgim Rəhmanov

Şura üzvü

11

Əvəz Həsənov

Şura üzvü

12

Himayət Rizvanqızı

Monitorinq Qrupu üzvü

13

Ruhəngiz Hüseynova

Monitorinq Qrupu üzvü

14

Şaban Nəsirov

Koalisiya üzvü

15

Şamil Mövsümov

Koalisiya üzvü

16

Fuat Rəsulov

Koalisiya üzvü

17

Sevil Allahverdiyeva

Koalisiya üzvü

18

Əsgər Əhməd

Koalisiya üzvü

19

Elşad Hüseynov

Koalisiya üzvü

20

Ehtiram Əli

Koalisiya üzvü

21

Qənimət Məmmədov

Koalisiya üzvü

22

Aydın Nəsibov

Koalisiya üzvü

23

Tağıyev Mübariz

Koalisiya üzvü

24

Həqiqət Məmmədli

Koalisiya üzvü

25

Məhəmməd Talıblı

Koalisiya üzvü

İclasın gündəliyi

  1. Görülmüş işlər və qərarların icrası

  2. Donorlara təqdim edilmiş layihə təklifləri ilə bağlı vəziyyət

  3. Koalisiyaya yeni üzvlərin qəbulu

  4. Koalisiyanın 2007-ci il üçün Vahid Layihəsi üzrə müsabiqə qaydaları və şərtlərinin müzakirəsi

  5. Koalisiyanın bölgə təşkilatının Əsasnaməsi haqqında

  6. Cari məsələlər

Müzakirələrqəbul edilmiş qərarlar

  1. Görülmüş işlər və qərarların icrası

Qubad İbadoğlu məlumat verdi:

MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın alternativ rəyinin ilkin variantı hazırlanıb. Bir sıra sual doğuran məsələlərlə bağlı ARDNF-a, BP-yə və ARDNŞ-a məktublar göndərilib. ARDNF-dən məktuba cavab alınıb, lakin ARDNŞ-dən və BP-dən hələ cavab yoxdur. Müzakirələrdə aşağıdakı təkliflər irəli sürüldü:

  1. Koalisiyanın rəyinin hazırlanmış ilkin variantı növbəti həftənin birinci günü Şura üzvlərinə göndərilir və Şuranın gələn həftə keçiriləcək növbəti iclasında təsdiq edilir. Daha sonra mətbuat konfransı çağırılır və Koalisiyanın rəyi ictimaiyyətə çatdırılır.

  2. Rəyin hazırlanşb başa çatdırılması işi davam etdirilir. Koalisiyanın hesabatla bağlı qaldırdığı sualların cavablandırılması üçün qarşı tərəflərlə müzakirələr və yazışmalar davam etdirilir.

  3. Cavablandırılmayan məktublarla bağlı məhkəməyə müraciət edilir.

  4. Hazırlanmış rəy əsas kimi qəbul edilir və növbəti həftə mətbuat konfransı çağırılaraq ictimaiyyətə açıqlanır.

Səsvermə keçirildi və 1-ci təklif qəbul edildi.

  1. Donorlara təqdim edilmiş layihə təklifləri ilə bağlı vəziyyət

Koalisiya ACİ YF-ya və Dünya Bankına layihə təklifi təqdim edib. Dünya Bankı $40000 məbləğində layihəni dəstəkləmək haqqında qərar verib. ACİ YF ona təqdim edilmiş $138 788 məbləğdə layihəni bəyənib, lakin onu tam maliyyələşdirmək imkanında deyil. Aprelin 11-də Fondun İdarə Heyəti layihə ilə bağlı son qərarını verəcək və maliyyələşdiriləcək məbləğ və fəaliyyətlər məlum olacaq. Layihənin təxminən $35 000 azaldılacağı gözlənilir. Layihənin təsdiq edilmiş variantı Şuranın növbəti iclasında məlum olacaq. Maliyyələşdirmədən imtina edilən fəaliyyətlərlə bağlı digər donor təşkilatlarına müraciət ediləcək.

  1. Koalisiyaya yeni üzvlərin qəbulu

Koalisiyaya üzv olmaq istəyi ilə ərizə vermiş 3 təşkilat gizli səsvermə yolu ilə Koalisiyaya üzv seçildilər:

  1. Siyasi Plüralizm İnstitutu- rəhbəri: Həmidova Sevil
  2. Demokratiya və Qadın Təşəbbüsləri İB- rəhbəri: Hüseyn Günay
  3. İslam, Demokratiya və İnsan Haqqları mərkəzi- rəhbəri: İmranova Aytəkin

Ərizə vermiş iki təşkilatın nümayəndələri səlahiyyətli olduğu haqqında müvafiq məktub təqdim etmədikləri üçün onların müzakirəsi növbəti iclasa təxirə salındı. Daha iki təşkilat seçkidə kifayət qədər səs toplaya bilmədilər və Koalisiyaya üzv seçilmədilər.

  1. Koalisiyanın 2007-ci il üçün Vahid Layihəsi üzrə müsabiqə qaydaları və şərtlərinin müzakirəsi

Sabit Bağırov müzakirə edilən qaydalarla bağlı bir sıra təkmilləşdirici təkliflər verdi. Digər iclas iştirakçıları da öz təkliflərini verdilər. Müzakirələrdən sonra Müsabiqədə İştirak Qaydaları və Qiymətləndirmə Qaydaları əlavə və düzəlişlərlə qəbul edildi.

  1. Koalisiyanın bölgə təşkilatının Əsasnaməsi haqqında

Məlumat verildi ki, həm bölgə nümayəndəsi, Şura üzvü Aslan Vəliyev, həm də Şura üzvləri Oqtay Güləliyev və Nəriman Ağayev tərəfindən iki müxtəlif Əsasnamə layihələri hazırlanıb. Qərara alındı ki, hər iki layihənin müəllifləri görüşüb mümkün olarsa bir Əsasnamə layihəsi hazırlasınlar və Şuranın növbəti iclasının müzakirəsinə çıxarsınlar.


1 ... 10 11 12 ... 39 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:22:40

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.17939