Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyası Şurasının iclası #10(90)(14/03/2007)

MSŞA Koalisiyası Şurasının iclası #10(90)(14/03/2007)

İştirak etdilər:

1

Qubad İbadoğlu

Kordinator

2

Nəriman Ağayev

Şura üzvü

3

Oqtay Güləliyev

Şura üzvü

4

Sabit Bağırov

Şura üzvü

5

Mirvari Qəhrəmanlı

Şura üzvü

6

İlham Hüseynli

Şura üzvü

7

Mehriban Vəzir

Şura üzvü

8

Dünya Sakit

Şura üzvü

9

Aslan Vəliyev

Şura üzvü

10

Sevgim Rəhmanov

Şura üzvü

11

Azər Mehtiyev

Monitorinq Qrupu üzvü

12

Şaban Nəsirov

Koalisiya üzvü

13

Vüsalə Hüseynova

Koalisiya üzvü

14

Fuat Rəsulov

Koalisiya üzvü

15

Sevil Allahverdiyeva

Koalisiya üzvü

16

Əsgər Əhməd

Koalisiya üzvü

17

Zöhrab İsmayılov

Koalisiya üzvü

18

Ehtiram Əli

Koalisiya üzvü

19

İlqar Hüseynli

Koalisiya üzvü

20

Aydın Nəsibov

Koalisiya üzvü

İclasın gündəliyi və qəbul edilmiş qərarlar

İclasın əvvəlində mərhum jurnalist Elmar Hüseynovun xatirəsi sükutla yad edildi. Qərara alındı ki, onun adı Beynəlxalq Şəffaflıq Təşkilatının korrupsiya əleyhinə yazan jurnalistlər üçün hər il nəzərdə tutduğu Saflıq mükafatı almaq üçün Koalisiya və Beynəlxalq Şəffaflıq- Azərbaycan təşkilatı adından namizəd göstərilsin.

  1. Görülmüş işlər və qərarların icrası

Qubad İbadoğlu məlumat verdi:

  1. Oğuz- Qəbələ zonasından Bakıya su kəmərinin çəkilişi ilə bağlı yaranmış suallarla ARDNF-a məktub göndərilib. Məktubun surəti "Azərsu" şirkətinə göndərilib.

  2. MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın alternativ rəyinin ilkin variantı hazırlanır. Bir sıra sual doğuran məsələlərlə bağlı ARDNF-a və ARDNŞ-a məktublar göndərilib.

  3. Strateji Plan layihəsi onun tərkib hissəsi SWOT analizlə birlikdə Şuranın qərarına əsasən email vasitəsilə Koalisiya üzvlərinə göndərilib.

  4. Koalisiya Əsasnaməsi layihəsi İşçi Qrup tərəfindən hazırlanıb və Koalisiya üzvlərinə göndəriləcək.

  5. Şurada təsdiq edilmiş büdcə ilə layihə Dünya Bankına təqdim edilib.

  6. Koalisiya üzvlərinə Ümumi yığıncaqda iştiraklarını təsdiq etmələri ilə bağlı müraciət edilib və cavablar alınmaqdadır.

  1. Yeni üzvlərin qəbulu

Koalisiyaya üzv olmaq istəyi ilə ərizə vermiş iki təşkilat və bir nəfər fərdi olaraq gizli səsvermə yolu ilə Koalisiya üzv seçildilər:

  1. Demokratik İslahatçı Gənclər İctimai Birliyi- rəhbəri: Vüsalə Hüseynova
  2. Hüseynli Fikrət Nurəli oğlu- fərdi

  1. Martın 7-də keçiriləcək Ümumi yığıncağa hazırlıq

Bu məsələ barədə Qubad İbadoğlu iclas iştirakçılarına məlumat verdi. Yığıncağın yeri ilə bağlı müxtəlif variantlar dinlənildi. Ən yaxşı variant kimi Sultan restoranı seçildi.

Koalisiya üzvlərinin bəzilərinin hələ də Ümumi yığıncaqda iştirak edəcəklərini təsdiq etməməsi Əsasnamənin müzakirəsi zamanı yetərsayın olmamasına səbəb ola bilər. Bunu nəzərə alaraq təklif edildi ki, yetərsay Ümumi yığıncaqda iştirak edənlərin 2/3 hesab edilsin. Lakin bu məsələ ilə bağlı qərar vermək ancaq Ümumi yığıncağın səlahiyyətində olduğu üçün təklifin müzakirəsi dayandırıldı. Qərara alındı ki, Ümumi yığıncaqda Koalisiya üzvlərinin əksəriyyətinin iştirakını təmin etmək üçün bütün imkanlardan istifadə etməklə iş davam etdirilsin.

Fəqan Əliyev və Himayət Rizvanqızı Monitorinq Qrupu Əsasnaməsinin hazırlanması gedişi haqqında məlumat verdilər.

Qərara alındı ki, ÜY qabağı Şura və Monitorinq Qrupu Koalisiya və MQ Əsasnamələrinin son layihə variantları üzrə bir daha məsləhətləşmələr aparıb bu sənədlərin ÜY üçün hazırlanmasını başa çatdırsınlar.

  1. Koalisiya bülleteninin yeni formata keçirilməsi ilə bağlı müzakirə

Oqtay Gülalıyev "MSŞA Koalisiyası Bülleteninin fəaliyyəti haqqında Qaydalar" layihəsini təqdim etdi və bülletenin hazırlanması və nəşri ilə bağlı məlumat verdi. Şura "Qaydalar"ı təsiq etdi.

İlham Hüseynli təklif etdi ki, Koalisiyanın Mətbuat Xidməti yaradılmalı və bülletenin nəşri Mətbuat Xitmətinin fəaliyyəti ilə əlaqələndirilməlidir.

  1. Cari məsələlər

Alma- Ata şəhərində keçiriləcək regional şəbəkə iştirakçılarının konfransında iştirak etmək üçün Koalisiyanın iki nəfər nüməayəndəsi müəyyənləşdirildi. (İnqilab Əhmədov və Mehriban Vəzir).


1 ... 9 10 11 ... 39 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:22:37

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.54879