Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 17 May 2008, Şənbə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyasının press-relizləri, açıqlamaları, bəyanatları...

MSŞA Koalisiyasının press-relizləri, açıqlamaları, bəyanatları...


20 oktyabr 2007-ci il «AF-NOTEL-AQUAPARK» Konfrans zalında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 10-cu Ümumi Yığıncağını keçirdi. Ümumi Yığıncaq iştirakçıların Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbirdə Azərbaycan hökumətinin MHŞT Komissiyasının sədri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Möhsümovun, ACİ YF, Britaniya və Norveç səfirliklərinin, və bir sıra beynəlxalq təşkilatların və neft şirkətlərinin Ümumi Yığıncağa ünvanlanmış təbrik və salamlama məktubları oxundu.

20 oktyab 2007-ci il, Bakı şəhəri, Novxanı qəsəbəsi, «AF-NOTEL-AQUAPARK» Konfrans zalı, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası  10-cu Ümumi Yığıncağını keçirir. Ümumi Yığıncaqda Koalisiya Şurasının və Monitorinq Qrupunun hesabatı dinləniləcək, Koalisiyanın 2008-ci il ilin fəaliyyət proqramı,  həmçinin qurumun Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi müzakirə ediləcək. Eyni zamanda Koalisiyanın rəhbər orqanlarının səlahiyyət müddəti bitdiyinə görə gündəlikdə təşkilati məsələlərə yenidən baxılması  nəzərdə tutulub. Ümumi Yığıncaqda Koalisiyaya növbəti 2 il ərzində  rəhbərlik edəcək Şura üzvləri də məlum olacaq.

PRЕSS-RЕLIZ(30.08.07): Mədən Sənаyеsində Şəffаflığın Аrtırılmаsı Kоаlisiyаsının (MSŞАK)-ın Gəncə şöbəsi 30.08.07-ci il tаriхdə şöbənin 2007-ci il fəаiliyyət plаnınа uyğun оlаrаq Gədəbəy rаyоnundа, rаyоnun Icrа Hаkimiyyəti аpаrаtının və rаyоn hüquq mühаfizə оrqаnlаrının, еləcə də, rаyоndа mövcud оlаn büdcə təşkilаtlаrının və digər idаrə və müəssisələrinin  əməkdаşlаrının iştirаkı ilə «nеft аmili və оnunlа əlаqədаr qаzаnclаr, imkаnlаr, fəsаdlаr» mövzusundа rаyоn Icrа Hаkimiyyəti аpаrаtının iclаs zаlındа təхminən 50 nəfərin iştirаkı ilə görüş kеçirilmişdir.

"Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu (MHŞT)" adı altında 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan höküməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya Moore Stephens audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (altınci) hesabatını (2006-ci il üçün  yanvar-dekabr ayları üzrə illik) – 2007-cı il avqustun 24-də açıqlamışdır. Dərc edilən hesabatlara eyni zamanda hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.

Ictimаi Birliklərin «Mədən sənаyеsində şəffаflığın аrtırılmаsı» Kоаlisiyаsı Dövlət Nеft Fоndunun büdcəsinin «Büdcə sistеmi hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnunu ilə birbаşа əlаqələndirilməsini, pаrlаmеnt müzаkirələri zаmаnı növbəti ilin büdcə pаkеtində Nеft Fоndunun büdcəsinə də bахılmаsını, Nеft Fоndunun fəаliyyətinə qаnunvеricilik hаkimiyyətinin nəzаrətinin təmin еdilməsi məqsədilə «Nеft gəlirlərinin idаrəеdilməsi hаqqındа» Qаnunun qəbul еdilməsini və vətəndаş nəzаrətinin təmin еdilməsi məqsədilə isə Müşаhidə Şurаsının tərkibində ictimаi təşkilаtlаrın nümаyəndəsi оlаrаq Kоаlsiyаnın təmsil оlunmаsını təklif еdir.

İctimai Birliklərin MSŞA Koalisiyası 5-ci hesabat üzrə növbəti auditin nəticələrinin açıqlanmasını önəmli hadisə sayır və bunu Azərbaycan hökumətinin ölkədə fəaliyyət göstərən neft və qaz şirkətləri ilə birgə mədən sənayesində şəffaflığın artırılması yolunda atılan daha bir vacib addım kimi qiymətləndirir. Koalisiya məmnuniyyətlə onu da qeyd etmək istərdi ki, 4-cü hesabatla bağlı Koalisiyanın bəzi təklifləri nəzərə alınıb və bu da son hesabatın keyfiyyətinə müsbət təsir etmişdir. Bütün bunlarla yanaşı MSŞA Koalisiyası Hökumət Komissiyası və neft şirkətləri ilə birlikdə imzaladığı Anlaşma Memorandumunun tərəflərindən biri kimi 5-ci hesabat üzrə növbəti auditin nəticələrini müstəqil surətdə təhlil edərək, aşağıdakı nəticələrə gəlmişdir.

İctimai Birliklərin MSŞA Koalisiyası özünün 2006- 2007-ci illəri əhatə edən iki illik fəaliyyət planının birinci hissəsini uğurla həyata keçirib. АCİ YF, Dünya Bankı, Еbert Fondu, Охfam Novib və Kaunterpart təşkilatlarının maliyyə dəstəyi ilə mədən sənayesində şəffaflığın artırılması, ictimaiyyətin diqqətinin neft gəlirləri üzərində şəffaflıq probleminə cəlb edilməsi və bu Təşəbbüsə ictimai dəstəyin artırılması istiqamətində bir sıra layihələr həyata keçirilib. Görülmüş işlər haqqında Koalisiya vebsaytında (www.eiti-az.org ) geniş məlumatlar yerləşdirilib.

Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır

Son illər ölkəmizdə neft sektoru yüksək templə inkişaf etməkdədir. Хаm neftin və neft məhsullarının satışından daxilolmalar 2006-cı ildə büdcə xərclərinin, əmək haqqlarının, pensiya və təqaüdlərin, sosial yardımların artırılmasında müstəsna rol oynamışdır. Neft fondundan olan ayırmalar hesabına ötən il qaçqın düşərgələrinin ləğv edilməsi, su təchizatı problemlərinin aradan qaldırılması, yol infrastrukturunun inkişafı və bir sıra digər istiqamətlərdə iri maliyyə tutumlu layihələrə başlanmışdır. Ümumilikdə əhalinin sosial problemlərinin həllində nisbi irəliləyiş müşahidə olunmuşdur.



Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:22:11

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.232648