Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

Mətbuat üçün açıqlama:20 oktyabr 2007-ci il «AF-NOTEL-AQUAPARK» Konfrans zalında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 10-cu Ümumi Yığıncağını keçirdi (22/10/2007)

Mətbuat üçün açıqlama:20 oktyabr 2007-ci il «AF-NOTEL-AQUAPARK» Konfrans zalında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 10-cu Ümumi Yığıncağını keçirdi (22/10/2007)
20 oktyabr 2007-ci il «AF-NOTEL-AQUAPARK» Konfrans zalında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 10-cu Ümumi Yığıncağını keçirdi. Ümumi Yığıncaq iştirakçıların Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbirdə Azərbaycan hökumətinin MHŞT Komissiyasının sədri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Möhsümovun, ACİ YF, Britaniya və Norveç səfirliklərinin, və bir sıra beynəlxalq təşkilatların və neft şirkətlərinin Ümumi Yığıncağa ünvanlanmış təbrik və salamlama məktubları oxundu.

20 oktyabr 2007-ci il «AF-NOTEL-AQUAPARK» Konfrans zalında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 10-cu Ümumi Yığıncağını keçirdi.

Ümumi Yığıncaq iştirakçıların Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbirdə Azərbaycan hökumətinin MHŞT Komissiyasının sədri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Möhsümovun, ACİ YF, Britaniya və Norveç səfirliklərinin, və bir sıra beynəlxalq təşkilatların və neft şirkətlərinin Ümumi Yığıncağa ünvanlanmış təbrik və salamlama məktubları oxundu.

Koalisiya Şurasının 2006-cı il üzrə hesabatını qurumun əlaqələndiricisi Qubad İbadoğlu təqdim etdi. Umumi Yığıncaqdan ötən dövrdə Şuranın 23 iclası keçirilib. Şura ilk əvvəl  Koalisiyanın 2007-10-cu illər üzrə Strateji Planlaşması ilə məşğul olub, həmin dövr üçün strateji planın  işlənilməsi ilə missiyasını, strateji məqsədlərini və hədəflərini, fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Q.İbadoğlu Koalisiyanın təşkilati, hüquqi, texniki, beynəlxalq əlaqələrinin, donorlarla əlaqələrinin ivə üzvlərin  güc və bacarıqlarının inkişafı üzrə görülən işlər və proqram fəaliyyəti üzrə məlumat verdi. Koalisiya ötən dövrdə MHŞT üzrə 5 və 6-cı hesabat və auditor şirkətinin rəyləri təhlil edilib, çatışmazlıqlar, qeyri-müəyyənliklər və narahatlıq doğuran digər məsələlər haqqında Koalisiyanın xüsusi rəyləri açıqlanıb. Mədən sənayesində şəffaflığın artırılması məqsədilə müvafiq siyasət yazılarının hazırlanması üçün müsabiqə elan edilib. Nəzərdə tutulan 10 siyasət yazısının 5-nin hazırlanmasına başlanılıb, digər 5-ni hazırlamaq üçün təkrar müsabiqə elan edilib. Dövlət Neft Fondunun idarəçiliyində olan maliyyə vəsaitlərinin yerləşdirilməsi, investisiyalara yönəldilməsi siyasətinin izlənilməsi, təhlil edilməsi və hesabatın hazırlanması istiqaməti üzrə tədqiqat başa çatdırılıb.

Ümumi Yığıncaqda Monitorinq Qrupunun hesabatı dinlənilib və Koalisiyanın 2008-ci il ilin fəaliyyət proqramı,  həmçinin qurumun Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi müzakirə edilərək qəbul olundu. Koalisiyanın həyata keçirdiyi layihələrin qiymətləndirilməsi ilə bağlı Əsasnaməyə əlavə olaraq Seçim Qrupunun yaradılması qərar alındı. 

Koalisiyanın rəhbər orqanlarının səlahiyyət müddəti bitdiyinə görə gündəlikdə təşkilati məsələlərə yenidən baxıldı və Koalisiyaya növbəti 2 il ərzində  rəhbərlik edəcək Şura üzvləri (11 nəfər), həmçinin Monitorinq Qrupunun (5 nəfər) və Seçim Qrupunun üzvlərinin (5 nəfər) seçkisi keçirildi. Səs çoxluğu prinsipi əsasında Qubad İbadoğlu, İlham Hüseynli, Mehriban Vəzir, Fəqan Əliyev, Əliməmməd Nuriyev, Oqtay Gülalıyev, Mirvari Qəhrəmanlı, Dünya Sakit, Ehtiram Əliyev və Sevid Həmidova ilə Fuad Həqrəmanlı bir səslə Koalisiya Şurasının üzvləri seçildilər. Ümumi Yığıncaq Monitorinq Qrupunun 5 üzvünü və Seim Qrupunun 2 üzvünü (50+1 prinsipi üzrə həddi keçə bildiklərinə görə) seçilməsini təsdiq etdi.

 Əlavə məlumat əldə etmək  istəyənlər  «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının mətbuat xidmətinin rəhbəri Ramil Qasımzadəyə (050 333 3448) müraciət edə bilər.


1 2 3 4 5 6 7 8 9 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:22:5

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.145591