|
Mətbuat üçün açıqlama:
Mədən Sənayesində
Şəffaflığın Artırılması Koalisiyası 10-cu Ümumi Yığıncağını keçirir(19/10/2007)
Mətbuat üçün açıqlama:
Mədən Sənayesində
Şəffaflığın Artırılması Koalisiyası 10-cu Ümumi Yığıncağını keçirir(19/10/2007)
20 oktyab 2007-ci
il, Bakı şəhəri, Novxanı qəsəbəsi, «AF-NOTEL-AQUAPARK» Konfrans zalı, Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 10-cu Ümumi Yığıncağını
keçirir. Ümumi Yığıncaqda Koalisiya Şurasının və Monitorinq Qrupunun
hesabatı dinləniləcək, Koalisiyanın 2008-ci il ilin fəaliyyət proqramı,
həmçinin qurumun Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi müzakirə
ediləcək. Eyni zamanda Koalisiyanın rəhbər orqanlarının səlahiyyət müddəti
bitdiyinə görə gündəlikdə təşkilati məsələlərə yenidən baxılması nəzərdə
tutulub. Ümumi Yığıncaqda Koalisiyaya növbəti 2 il ərzində rəhbərlik edəcək
Şura üzvləri də məlum olacaq.
19 oktyabr 2007-ci il 20 oktyab 2007-ci il, Bakı şəhəri, Novxanı qəsəbəsi, «AF-NOTEL-AQUAPARK» Konfrans zalı, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 10-cu Ümumi Yığıncağını keçirir. Ümumi Yığıncaqda Koalisiya Şurasının və Monitorinq Qrupunun hesabatı dinləniləcək, Koalisiyanın 2008-ci il ilin fəaliyyət proqramı, həmçinin qurumun Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi müzakirə ediləcək. Eyni zamanda Koalisiyanın rəhbər orqanlarının səlahiyyət müddəti bitdiyinə görə gündəlikdə təşkilati məsələlərə yenidən baxılması nəzərdə tutulub. Ümumi Yığıncaqda Koalisiyaya növbəti 2 il ərzində rəhbərlik edəcək Şura üzvləri də məlum olacaq. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası ölkənin təbii sərvətlərinin istismarından əldə edilən gəlirlərə və onların istifadəsinə ictimai nəzarəti təşkil və təmin edən Azərbaycan qeyri-hökumət qurumlarının və fərdi şəxslərinin birliyidir. 2007-ci ildə Koalisiya ACİ YF, Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrin, xüsusi resurslar hesabına həyata keçirilən tədbirləri ilə özünün 2007-10-cu illəri əhatə edən strateci fəaliyyət planının birinci hissəsini uğurla başa çatdırıb. Bu müddət ərzində Koalisiya Azərbaycan hökumətinin mədən sənayesi gəlirləri ilə bağlı açıqlanan hesabatlarını və bu hesabatları neft şirkətlərinin hesabatları ilə tutuşduran müvafiq audit şirkətlərinin rəylərini qiymətləndirib və özünün alternativ rəylərini ictimaiyyətə açıqlayıb. Həmçinin, audit şirkətinin seçimində digər maraqlı tərəflərlə bərabər zəmində iştirak edib, vətəndaş cəmiyyəti nümayəndələrinin, gənclərin, regionlarda yerli özünü idarəetmə orqanları və yerli QHT nümayəndələrinin və vətəndaşların məlumatlılığının artırılması məqsədilə Dəyirmi Masalar, seminarlar, TV-də tok-şoular, radioda isə radio-dialoqları təşkil edib, bir sıra istiqamətlər üzrə tədqiqat layihələrinin, aktual mövzular üzrə siyasət sənədlərinin işlənilməsinə start verib, istər yerli, istər regional, istərsə də beynəlxalq tərəfdaşları ilə əlaqələr qurub və əməkdaşlığı həyata keçirib. Əlavə məlumat əldə etmək istəyənlər «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının mətbuat xidmətinin rəhbəri Ramil Qasımzadəyə (050 333 3448) müraciət edə bilər
◄ 1 2 3 4 5 6 7 8 9 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:22:4
|