Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 12 May 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyası Şurasının mətbuat üçün açıqlaması(08/02/2007)

MSŞA Koalisiyası Şurasının mətbuat üçün açıqlaması(08/02/2007)
Bakı şəhəri 08 fevral 2007-cı il
İctimai Birliklərin MSŞA Koalisiyası özünün 2006- 2007-ci illəri əhatə edən iki illik fəaliyyət planının birinci hissəsini uğurla həyata keçirib. АCİ YF, Dünya Bankı, Еbert Fondu, Охfam Novib və Kaunterpart təşkilatlarının maliyyə dəstəyi ilə mədən sənayesində şəffaflığın artırılması, ictimaiyyətin diqqətinin neft gəlirləri üzərində şəffaflıq probleminə cəlb edilməsi və bu Təşəbbüsə ictimai dəstəyin artırılması istiqamətində bir sıra layihələr həyata keçirilib. Görülmüş işlər haqqında Koalisiya vebsaytında (www.eiti-az.org ) geniş məlumatlar yerləşdirilib.

Biz bu uğurlu fəaliyyətin həyata keçirilməsində bizə dəstək olmuş donor təşkilatlarına, ictimai birliklərə, icra və bələddiyyə strukturlarına, bir sıra universitetlərin rəhbərlərinə, radio və TV işçilərinə, hər bir vətəndaşa, KİV-lərə və xüsusən böyük həvəslə bu tədbirlərdə iştirak etmiş Koalisiya üzvlərinə minnətdarlıqla təşəkkür edirik.

Təəssüflə onu da qeyd etməliyik ki, maliyyə dəstəyinin kifayət qədər olmaması səbəbindən nəzərdə tutduğumuz bəzi fəaliyyət növlərini həyata keçirmək mümkün olmayıb.

Biz Fəaliyyət planımızın həyata keçirilməsini 2007-ci ildə də davam etdirmək fikrindəyik. Bunun üçün prioritet istiqamətlər müəyyənləşdirilib və onlar Koalisiyanın keçən ilin dekabrında keçirilmiş Ümumi yığıncağında təsdiq edilmiş Proqram Sənəddə öz əksini tapıb. Biz keçən ilki dəstəyin daha artıq dərəcədə yenə təkrar olacağına ümid edərək bu ilki Proqramı tamamilə həyata keçirəcəyimizə inanırıq.

Hesab edirik ki, bu yaxınlarda baş vermiş Koalisiya daxili yeniliklər ölkənin vətəndaş cəmiyyətinin inkişafı üçün bir örnək olmaqla bərabər, Koalisiyanın da başladığı işləri davam etdirməsinə mane olmayacaq, əksinə daha geniş və əhatəli olmasına səbəb olacaq. Üç ilə yaxın müddətdə Koalisiya Şurasının Əlaqələndiricisi olmuş Sabit Bağırov öz istəyi ilə bu vəzifədən istefa vermiş və bunun səbəbini bu qədər müddətdə bu vəzifəni daşımasının yetərli olması ilə izah etmişdir. O belə hesab edir ki, indiki dövrdə Koalisiyaya yeni əlaqələndiricinin seçilməsi onun fəaliyyətinə yeni üslub, yeni ideyalar gətirəcək. Koalisiya Şurası onun bu vəzifədən getməsinə təəssüf etsə də, qərarına hörmətlə yanaşıb. MSŞA Koalisiyasının yaradılmasında, inkişafında və qazanılan uğurlarda onun müstəsna əməyini yüksək dəyərləndirib və buna görə ona rəsmən təşəkkür edib.

Koalisiya Şurasının 25 yanvar, 2007-ci il tarixdə keçirilmiş iclasında seçilmiş yeni əlaqələndirici, tanınmış iqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, Koalisiya öz əvvəlki fəaliyyət xəttini, kursunu və strategiyasını əsaslı olaraq dəyişmədən, xüsusilə MHŞT-ni həyata keçirən tərəfdaşlarla əməkdaşlığı prinsipal olaraq davam etdirməlidir. Hazırda Koalisiyada yaradılmış işçi qrup tərəfindən MHŞT üzrə keçirilmiş 5-ci auditin nəticələrinin təhlili üzərində iş gedir. Nəticələr və Koalisiyanın rəyi ictimaiyyət üçün açıqlanacaq.

Qubad İbadoğlunun fikrincə Koalisiya ictimai birlik olaraq Əsasnaməsində göstərildiyi kimi heç bir siyasi maraq güdməyəcək. Onun fəaliyyəti daha da cilalanacaq və zənginləşdiriləcək. Koalisiya MHŞT prinsiplərinə sadiq qalaraq onun daha geniş formatda tətbiqi istiqamətində yeni təşəbbüslər irəli sürmək niyyətindədir. Bu il ərzində təşəbbüsün digər mədən sənayesi sektorları və ölkənin digər regionlarına da genişləndirilməsi istiqamətində iş aparılacaq. Qarşıdakı dövrdə Koalisiya həllini vacib hesab etdiyi aşağıdakı məsələlərə diqqət yetirəcək:

- Neft şirkətlərinin şəffaflığının artırılması və onların fərdi surətdə hesabatlarının açıqlanması;

- Neft və qazla yanaşı ölkənin digər təbii resurslarının da MHŞT-yə cəlb edilməsi;

- Neft gəlirlərinə və bu gəlirlərin səmərəli xərclənməsinə ictimai marağın kəskin artırılması, ayrı- ayrı ictimai qrupların MHŞT proseslərinə daha geniş şəkildə cəlb eilməsi;

- Neft gəlirlərinin daha səmərəli istifadəsinə dair təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanması;

- Koalisiyanın Gəncə şəhəri və digər regional mərkəzlərinin inkişafı;

- Koalisiya üzvlərinin daha geniş şəkildə Koalisiya planlarının icrasına cəlb edilməsi;

- Koalisiyanın beynəlxalq və regional (Mərkəzi Asiya və Monqolustanla) əlaqələrinin intensivləşdirilməsi.

Bu sonuncu məsələ Koalisiya Şurasının xüsusi diqqət mərkəzində olacaq. Bunu nəzərə alaraq Şura üzvü İnqilab Əhmədov beynəlxalq və regional əlaqələr üzrə məsul şəxs seçilib. Onun fikrincə yaxın dövrdə beynəlxalq səviyyədə fəaliyyətin gücləndirilməsi və habelə regional şəbəkədə səmərəli təmsilçiliyi təmin etmək məqsədilə aşağıdakı işlər görülməlidir:

- Xarici ölkə təcrübələrinin, o cümlədən Nigeriya və digər Afrika ölkələrinin də təcrübəsinin, habelə Cənubi Amerika təcrübələrinin öyrənilməsi yolu ilə məlumatlılığın artırılması;

- Azərbaycanın MHŞT-nin tətbiqində əldə etdiyi nailiyyətləri yaxşı təcrübə kimi sistemləşdirib, beynəlxalq arenada yaymaq;

- MHŞT ilə bağlı beynəlxalq səviyyədə gedən müzakirələrə qoşulmaqla onların bu sahədəki siyasətlərinə təsir göstərmək.

Koalisya Şurası bu kifayət qədər böyük həcmli işi planlaşdırarkən ictimaiyyətin, xüsusilə KİV-lərin lazımi dəstəyini alacağına ümid edib və biz ümidlərimizin doğrulacağına, bu vəzifələrin öhdəsindən uğurla gələcəyimizə inanırıq.

MSŞA Koalisya Şurası


1 2 3 4 5 6 7 8 9 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:21:53

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.174691