|
Tarif Şurasının 6 yanvar 2007-ci il tarixli qərarı ilə əlaqədar "Мədən Sənayesində
Şəffaflığın Artırılması" Коаlisiyasının AÇIQLAMASI(18/01/2007)
Tarif Şurasının 6 yanvar 2007-ci il tarixli qərarı ilə əlaqədar "Мədən Sənayesində
Şəffaflığın Artırılması" Коаlisiyasının AÇIQLAMASI(18/01/2007)
Son illər ölkəmizdə neft sektoru yüksək templə inkişaf etməkdədir. Хаm neftin
və neft məhsullarının satışından daxilolmalar 2006-cı ildə büdcə xərclərinin, əmək
haqqlarının, pensiya və təqaüdlərin, sosial yardımların artırılmasında müstəsna
rol oynamışdır. Neft fondundan olan ayırmalar hesabına ötən il qaçqın düşərgələrinin
ləğv edilməsi, su təchizatı problemlərinin aradan qaldırılması, yol infrastrukturunun
inkişafı və bir sıra digər istiqamətlərdə iri maliyyə tutumlu layihələrə başlanmışdır.
Ümumilikdə əhalinin sosial problemlərinin həllində nisbi irəliləyiş müşahidə olunmuşdur.
Yeni ilin ilk həftəsi neft məhsullarının, elektrik enerjisi və suyun, sərnişin daşıması qiymətlərinin qaldırılması 2006-cı ildə əldə olunan nailiyyətləri sanki heçə endirmək məqsədini daşıyır. Beləki, Tarif Şurasının məlum qərarından dərhal sonra mal və xidmətlərin qiymətləri nəzərə çarpacaq dərəcədə artmışdır və artmaqda davam edir. Qiymət və tariflərin artımının ilk zərbələri həmişəki kimi orta və yoxsul təbəqələrə dəyir. İnflyasiya artırıcı amillərin fəallaşması bizi ciddi narahat edir, çünki bunun nəticəsi olaraq yaranan problemləri həll etmək üçün neft gəlirlərindən daha geniş miqyasda istifadə ediləcək və beləliklə, gələcək nəsillərin payına düşəçək ümummilli varidat azalacaq. Koalisiyanı narahat edən digər faktlar bir başa Tarif Şurasının fəaliyyətinə, onun qərar qəbul etmə tərzinə aiddir. Müvafiq normativ aktlarda və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq konvensiyalarda bu cür qərarların qəbul edilməsində bütün maraqlı tərəflərlə məsləhətləşmələr nəzərdə tutulmasına baxmayaraq, nə Azad İstehlakçılar Biriliyi, nə İşəgötürənlər və Sahibkarlar Konfederasiyası, nə Biznes-assosiasiyalar Koalisiyası, nə də digər ictimai qurumlarla belə bir müzakirələr aparılmayıb. Bu cür yanaşma Azərbaycanın Avropaya yaxınlaşması üzrə bəyanatlarından və üzərinə götürmüş öhdəliklərindən də uzaqdır. Bizi narahat edən digər fakt ondan ibarət olmuşdur ki, qərarı dərhal şərh və müdafiə edənlər hökümət və Tarif Şurasının rəhbərləri yox, iqtisadiyyatdan kifayət qədər uzaq olan bəzi deputatlar və inzibati orqanların nümayəndələri olmuşlar. Tarif Şurasının Əsasnaməsinə zidd olaraq tənzimləmənin zərurəti, məqsədi və nəticələri KİV-lərə təqdim edilməyib. Tarif Şurası qərarlarının qeyri-şəffaf və inhisarçı qurumların təsiri altında qəbulu iqtisadi tarazlığın pozulması, sosial sahədə böhranlar və neft gəlirlərinin səmərəsiz istifadə edilməsi təhlükələrinin artırılmasına yol açır. Koalisiya hesab edir ki, bu praktikaya son qoyulmalıdır! Qeyd edilənləri nəzərə alaraq Koalisiya aşağıdakıların tezliklə həyata keçirilməsinin təklif edir: - keçid dövrünü yaşayan ölkələr üçün ən düzgün sayılan "müstəqil tənzimləyici" modelinin Azərbaycanda da tətbiq etməyin vaxtıdır. Məhz bu model qiymətlərin dəyişdirilməsi proseslərində bütün tərəflərin, istər vətəndaş, istər özəl sahibkarlıq, istərsə də dövlət qurumlarının maraqlarıns nəzərə ala, Tarif Şurasının fəaliyyətində şəffaflığı təmin edə bilər; - Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının sahibkarlıq mühitinin ölkəmizdəki vəziyyətinə dair qiymətləndirmələrinə və tövsiyələrinə diqqət yetirilməli və iqtisadi azadlıqların artırılması, monopolist oliqarxik qrupların fəaliyyətinə son qoyulması, ədalətli rəqabət mühitinin formalaşması, gömrük rejiminin liberallaşdırılması, dövlət qurumlarında struktur dəyişikliklərinin aparılması istiqamətlərində ciddi addımlar atılmalıdır. Məhz bu addımlar nəticəsində qiymətlər kimlərinsə sövdələşməsi nəticəsində yox, azad və ədalətli rəqabət yolu ilə formalaşaraq istehlakçıların maraqlarına daha uyğun ola bilər. Qiymətlərin arxaik inzibati üsullarla tənzimlənməsi bizi irəli yox, geriyə aparacaq; - Tarif Şurasının qərarına səbəb olmuş bütün hesablamaların ictimaiyyətə açıqlığı təmin edilsin; - Neft və neft məhsulları, elektrik enerjisi və suyun mayadəyəri ictimaiyyət üçün daim açıq olmalıdır. Müvafiq sənaye sahələrinin rentabelliyi tənzimlənməli və bu barədə ictimaiyyət məlumatlandırılmalıdır; - təbii inhisarların idarəedilməsi, bu sahədə hesabatlılığın artırılması, həmin şirkətlərdən büdcəyə daxilolmalarda şəffaflığın təmin edilməsi istiqamətində lazımi addımlar atılsın.
◄ 1 2 3 4 5 6 7 8 9 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:21:47
Sənədin digər dillərdəki variantları: /eng/ |