İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılmasi” Koalisiyasının
Vahid Layihəsinin icrası üçün Qaydalar
1. Vahid Layihənin bütün istıqamətləri üzrə fəaliyyətlərin icrası əvvəlcədən təsdiq olunmuş fəaliyyət planı və büdcə əsasında həyata keçirilməlidir. Fəaliyyət Planı və büdcədə hər hansı bir dəyişiklik nəzərdə tutularsa, o zaman icraçılar ən azi 1 ay əvvəl layihə koordinatorunu, layihə koordinatoru isə öz növbəsində Şura üzvlərini və donor təşkilatı məlumatlandırmalıdır.
2. İcraçılar Vahid Layihənin bütün istıqamətləri üzrə fəaliyyətlərin reallaşdırılması ilə əlaqədar həyata keçiriləcək ictimai tədbirlər barəsində (konfransların, təlimlərin, seminarların, dəyirmi masaların, TV və radio debatlar və s.) Koalisiya üzvlərini ən azı 1 həftə əvvəldən internet şəbəkəsi vasitəsilə məlumatlandırmalıdırlar. Bu məlumatda tədbirin adı, tarixi, yeri, təxmini auditoriyası, təqdimatların mövzusu və ekspertlərin adı göştərilməlidir.
3. İctimai tədbirlərin icrası zamanı auditoriya İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılmasi” Koalisiyasının (bundan sonra Koalisiyanın) fəaliyyəti barədə məlumatlandırılmalıdır. Bu məlumatda Koalisiyanın yaranma zərurəti və tarixi, onun fəaliyyəti ilə baglı əsas hadisələrin xronologiyası, missiyası, məqsədləri, fəaliyyət proqramı və nailiyyətləri öz əksini tapmalıdır.
4. Bütün ictimai tədbirlər Koalisiyanın egitası altında həyata keçirilməli, bu zaman onun baneri və başqa atributları (plakatları, bayrağı və s.) nümayış etdirilməlidir.
5. Nəşrlərdə, hesabat materiallarında, press-relizlərdə Koalisiyanın kordinatlari, adı və loqosu yerləşdirilməli, bu nəşrin hansı layihə çərçivəsində həyata keçirilməsi və kim tərəfindən maliyyələşdirilməsi göstərilməlidır.
6. Tədbirlər, nəşrlər, TV və radio debatlarda ekspert, məruzəçi statusunda Koalisiyanın mütəxəssislərinə müraciət olunmalı, kənar ekspertlərin dəvəti ilə əlaqədar zərurət yarandıqda bu barədə Şura üzvləri məlumatlandırılmalı və Şuranın tövsiyyəsi nəzərə alınmalıdır.
7. Hər bir icraçı Vahid Layihənin reallaşdırılması üzrə həyata keçirdikləri tədbirlər barədə Şura iclasında ayda 1 dəfə məlumat verməli, onun əsasından hazirladığı aylıq məlumatı Koalisiyanın internet şəbəkəsində yaymalı və bu məlumatı Koalisiyanın saytında yerləşdirmək üçün koordinatora təqdim etməlidir.
8. İcraçılar Vahid Layihə üzrə məsul olduqları istıqamətləri üzrə fəaliyyətlərini başa çatdırandan ötən 1 ay ərzində yekun hesabat hazırlamalı və həmin hesabatı qiymətləndirmə aparılması üçün Şuraya və Monitorinq Qrupuna təqdim etməlidir.
9. Vahid Layihənin hər bir istiqaməti üzrə yekun hesabat Monitorinq Qrupunun rəyi nəzərə alınmaqla Şurada təsdiq olunmalıdır.
10. İcraçılar Bu qaydaları pozduqda, Vahid Layihənin maliyyə menecerlərinin müəyyən etdikləri mühasibatlıq qaydalarına əməl etmədikdə, o zaman koordinatorun təqdimatı əsasında onun məsul olduğu istiqamət üzrə fəaliyyətin dayandırılması barədə Şurada müzakirələr aparıla bilər.
11. Şuranın qəbul etdiyi bu Qaydalar Koalisiyaın saytinda yerləşdirildiyi andan qüvvəyə minir.