Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 25 İyul 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #9(56)(10/03/2006)

MSŞA Koalisiyası Şurasının iclası #9(56)(10/03/2006)

İştirak etdilər:

1

Sabit Bağırov

Kordinator

2

İnqlab Əhmədov

Şuranın üzvü

3

Oqtay Gülalıyev

Şuranın üzvü

4

Qubad İbadoğlu

Şuranın üzvü

5

Telman Zeynalov

Şuranın üzvü

6

Sevgim Rəhmanov

Şuranın üzvü

7

Fəqan Əliyev

Monitorinq Qrupunun üzvü

8

Mehriban Vəzir

Koalisiya üzvü

9

İlham Mustafayev

Koalisiya üzvü

10

Nəriman Ağayev

Koalisiya üzvü

11

Məhəmməd Talıblı

Koalisiya üzvü

12

Elşad Hüseynov

Koalisiya üzvü

13

Çingiz Güləliyev

Koalisiya üzvü

14

Şamil Mövsümov

Koalisiya üzvü

15

Ehtiram Əli

Koalisiya üzvü

16

İlham Hüseynli

Koalisiya üzvü

Gündəlik:

  1. Şura üzvləri arasında iş bölgüsü istiqamətlərinin müzakirəsi

  2. Koalisiya üzvlərinin Şuranın iclasında iştirakı prinsiplərinin müzakirəsi

  3. MSŞT ilə bağlı Bakıda keçiriləcək Beynalxalq Konfransda Koalisiya nümayəndəliyinin seçimi prinsiplərinin müzakirəsi

  4. Mayis Güləliyevin, Ehtiram Əlinin, İlham Hüseynlinin və Şuranın (instutsional) layihələrinin müzakirəsi

  5. Yeni üzvlərin qəbulu

  6. Cari məsələlər

İclasın gedişi haqqında qısa məlumat və qəbul edilmiş qərarlar

  1. Şura üzvləri arasında iş bölgüsü istiqamətlərinin müzakirəsi

Koalisiyanın aşağıdakı fəaliyyət istiqamətləri müəyyənləşdirildi:

  1. Yerli neft şirkətləri (o cümlədən ARDNŞ)

  2. Xarici neft şirkətlər ilə əlaqələr

  3. Hökumət komissiyası ilə əlaqələr

  4. Koalisiya üzvləri ilə əlaqələr

  5. Media ilə əlaqələr

  6. Xarici təşkilatlarla əlaqələr

  7. Donorlarla əlaqələr

  8. İctimaiyyətin maarifləndirilməsi

  9. Milli məclislə əlaqələr

  10. Bələdiyyələrlə iş

Qərara alındı ki, bu məsələnin müzakirəsi və istiqamətlər üzrə məsul şəxslərin müəyyənləşdirilməsi növbəti iclasda müzakirə ediləcək.

  1. Koalisiya üzvlərinin Şuranın iclasında iştirakı prinsiplərinin müzakirəsi:

Qərar: MSŞA Koalisya Şurası son dövrlərdə neft gəlirləri ilə bağlı şəffaflıq məsələlərinə ictimai marağın xeyli artması, MSŞA Koalisiyasına üzvlüyə qəbul haqqında müraciətlərin çoxalması, Koalisiya üzvlərindən Şuranın iclaslarında iştirak etmək istəyənlərin sayının getdikcə artması, Koalisiyasının 6-cı Ümumi yığıncağında qəbul edilmiş Fəaliyyət Planının həyata keçirilməsində mümkün qədər hər bir Koalisiya üzvünün iştirakını təmin etməyin vacib olması, iclaslarda optimal iş şəraiti qurulmasına ehtiyac yaranması ilə əlaqədar Koalisiya üzvlərinin Şuranın iclasında iştirakı prinsipləri təkliflər nəzərə alınmaqla yenidən işlənib hazırlansın və növbəti iclasın müzakirəsinə çıxarılsın.

  1. MSŞT ilə bağlı Bakıda keçiriləcək Beynalxalq Konfransda Koalisiya nümayəndəliyinin seçimi prinsiplərinin müzakirəsi

S. Bağırov Konfransın gündəliyi, iştirakçılar, aparılmış hazırlıq işləri haqqında məlumat verdi və bildirdi ki, konfransda iştirak edəcək Koalisiya üzvlərini seçmək üçün prinsiplər müəyyənləşdirilməlidir. Konfransın 1-ci günü Koalisiyadan 30 nəfərin, 2-ci və 3-cü günləri isə 15 nəfərin iştirakı nəzərdə tutulur. İclas iştirakçıları bəzi təkliflər verdilər. Qərara alındı ki, növbəti iclasadək bütün təkliflər toplansın və növbəti iclasda bu Koalisiya nümayəndəliyinin seçim prinsipləri müəyyənləşdirilsin.

  1. Mayis Güləliyevin, Ehtiram Əlinin, İlham Hüseynlinin və Şuranın (instutsional) layihələrinin müzakirəsi

S. Bağırov:

- Mayis bəy hamıya məktub yazıb və xahiş edir ki, onun layihəsi səsə qoyulsun.

O. Gülalıyev:

- Zaman baxımından birinci Ehtiram bəyin layihəsi daxil olub və ən əvvəl ona baxılmalıdır.

S. Rəhmanov:

- Şuranın qərarı var ki, müəllif iştirak etmədiyi halda onun layihəsinə Şurada baxılmır. Bu qərarımıza hörmət və əməl edək.

S. Bağırov:

- Bu layihə ilə bağlı məsələ belədir ki, biz Mayis bəyin layihəsini keçən iclasda özünün iştirakı ilə müzakirə etmişik. İndi isə o öz məktubunda xahiş edir ki, Şura bu layihəni səsə qoysun. Birinci hansı layihəyə baxılmalıdır? Bunu səsə qoymağa ehtiyac varmı?

Q. Ibadoğlu:

- Layihələr qəbul etdiyimiz "Qaydalar"a uyğun müzakirə edilsin.

S. Bağırov:

- Gəlin birinci Mayis bəyin layihəsini müzakirə edək. Keçən iclasda siz bu layihə ilə tanış olduz. Mən sizə onu qısa şəkildə xatırladıram. (Layihə haqqında məlumat verir. İclas iştirakçılara həmin layihənin yenidən çoxaldılmasını istəyirlər. Bu vaxt ərzində Ehtiram bəyin layihəsi müzakirə edilir.)

E. Əli:

- (Layihə haqqında məlumat verir.)

Qərar: Təkliflər və düzəlişlər nəzərə alınmaqla (regionlar və oxşar fəaliyyətlər dəyişdirilsin) layihə Şura tərəfindən dəstəklənsin.

(Mayis bəyin layihəsinin müzakirəsi davam etdirildi)

Qərar: Layihənin müzakirəsi növbəti iclasda müəllifin iştirakı ilə davam etdirilsin

İlham Hüseynli:

- (Layihə haqqında məlumat verir)

Qərar: Layihə təklif edilən düzəlişlər nəzərə alınmaqla yenidən tam şəkildə tərtib edilsin. Müəllif layihənin son variantını S. Bağırovla bir daha nəzərdən keçirəcək və Şuranın tövsiyə məktubu ilə donora təqdim edəcək.

  1. "Ruzgar" Ekoloji İctimai Birliyi və Demokratik İslahatlar Mərkəzi Koalisiya üzvlüyünə qəbul edildilər.


1 ... 8 9 10 ... 32


Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 15:54:23

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
Dünyа Bаnkı İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin müzаkirəsi(24/07/2007)
“Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Gəncə Numayəndəliyi Dəyirmi Masa keçirilmişdir (14/07/2007)
Hasilatin Pay Bölgüsü Sazişləri haqqında əhalidə məlumat varmı? (20/07/2007)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.41036