|
MSŞA Koalisiyası Şurasının iclası #7(54)(24/02/2006)
MSŞA Koalisiyası Şurasının iclası #7(54)(24/02/2006)
İştirak etdilər: | 1 | Sabit Bağırov | Kordinator | | 2 | İnqlab Əhmədov | Şuranın üzvü | | 3 | Oqtay Gülalıyev | Şuranın üzvü | | 4 | Mirvari Qəhramanlı | Şuranın üzvü | | 5 | Mayis Gülalıyev | Şuranın üzvü | | 6 | Qubad İbadoğlu | Şuranın üzvü | | 7 | Sevgim Rəhmanov | Şuranın üzvü | | 8 | Telman Zeynalov | Şuranın üzvü | | 9 | Fəqan Əliyev | Monitorinq Qrupunun üzvü | | 10 | Himayət Rizvanqızı | Monitorinq Qrupunun üzvü | | 11 | Mehriban Vəzir | Koalisiya üzvü | | 12 | Azad Əliyev | Koalisiya üzvü | | 13 | Aslan Gəncə | Koalisiya üzvü | | 14 | Şamil Mövsümov | Koalisiya üzvü | | 15 | Zöhrab İsmayıl | Koalisiya üzvü | | 16 | Osman Gündüz | Koalisiya üzvü | | 17 | Ehtiram Əli | Koalisiya üzvü | | 18 | İlham Hüseynli | Koalisiya üzvü | | 19 | Fuat Rəsulov | Koalisiya üzvü | | 20 | Nəriman Ağayev | Koalisiya üzvü | | 21 | Fərda Əsədov | ACİ YF | | 22 | Qalib Əfəndiyev | ACİ YF | Gündəlik: -
2006-cı il üçün Koalisiyanın Fəaliyyət Planı (FP) üzrə layihələrin müzakirəsi. H. Rizvanqızı, O. Gündüz, Ehtiram Əli və M. Gülalıyev tərəfindən fərdi qaydada hazırlanmış layihələrin müzakirəsi -
Yeni üzvlərin qəbulu -
Cari məsələlər İclasın gedişi haqqında qısa məlumat və qəbul edilmiş qərarlar Müzakirələrdən əvvəl S.Bağırov Beynəlxalq Məşvərət Şurasının Nigeriyanın paytaxtı Abujada keçirilmiş 3-cü görüşü haqqında, Q. İbadoğlu isə rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihə üzrə sorğunun nəticələrinin təqdimatı mərasimi haqqında məlumat verdilər. -
2006-cı il üçün Koalisiyanın Fəaliyyət Planı (FP) üzrə layihələrin müzakirəsi. H. Rizvanqızı, O. Gündüz, Ehtiram Əli və M. Gülalıyev tərəfindən fərdi qaydada hazırlanmış layihələrin müzakirəsi M. Gülalıyev- təklif olunan layihələr kəçən iclasda qəbul edilmiş "Qaydalar"a uyğun müzakirə edilməlidir. S. Bağırov- "Qaydalar"ı Şura qəbul edib, lakin Koalisyada müzakirə edilməyib. Koalisyanın bu haqda hələ qərarı olmadığı üçün onları tətbiq etmək doğru deyil. O. Gülalıyev: Yetərsay olmadığından "Qaydalar" keçən iclasda qəbul edilməyib. S. Rəhmanov: "Qaydalar"ın yenidən baxılmasını təklif edirəm. M. Qəhramanlı: Mən də keçən iclasda iştirak etməmişəm və bu "Qaydalar"la razı deyiləm. M. Gülalıyev: "Qaydalar" yenidən səsə qoyulsun. "Qaydalar" yenidən səsə qoyulur. 3 nəfər lehinə, 5 nəfər əleyhinə səs verməklə Şuranın 11 fevral 2006 tarixli iclasında qəbul edilmiş "Qaydalar" ləğv edilir. Fərdi qaydada təqdim edilmiş layihələr müzakirə edildi və H. Rizvanqızı və O. Gündüzün müzakirəyə çıxardığı layhələr Koalisiya adından təqdim edilmək üçün qəbul edildi. E. Əli təqdim etdiyi layihə müzakirə edilərkən müəllif iştirak etmədiyi və Şura üzvlərində layihə ilə bağlı bəzi suallar yarandığı üçün müzakirə təxirə salındı. M. Gülalıyevin müzakirəyə təqdim etdiyi layihə tələb olunan formada hazırlanmadığı üçün yenidən işləyib hazırlamaq tövsiyə edildi. -
Yeni üzvlərin qəbulu Koalisiya üzü olmaq üçün təqdim etdikləri ərizələr əsasında Transnəqliyyatın (nəqliyyatın) Kompleks Problemləri İnstitutu (Elşad Hüseynov) və Seyidova Süheylə Yaşar qızı (fərdi olaraq) Koalisiyaya üzv seçildilər.
◄ 1 ... 6 7 8 ... 32 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:18:48
|