Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Sentyabr 2008, Bazar | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #6(53)(10/02/2006)

MSŞA Koalisiyası Şurasının iclası #6(53)(10/02/2006)

İştirak etdilər:

1

Sabit Bağırov

Kordinator

2

İnqlab Əhmədov

Şuranın üzvü

3

Oqtay Gülalıyev

Şuranın üzvü

4

Dünya Sakit

Şuranın üzvü

5

Mayis Gülalıyev

Şuranın üzvü

6

Fəqan Əliyev

Monitorinq Qrupunun üzvü

7

Himayət Rizvanqızı

Monitorinq Qrupunun üzvü

8

Azad Əliyev

Koalisiya üzvü

9

Məhəmməd Talıblı

Koalisiya üzvü

10

Şamil Mövsümov

Koalisiya üzvü

11

Mehriban Vəzir

Koalisiya üzvü

12

Fərda Əsədov

ACİ YF

Gündəlik:

  1. 2006-cı il üçün Koalisiyanın Fəaliyyət Planı (FP) üzrə layihələrin müzakirəsi;

  2. Koalisiya çərçivəsində qrant proqramlarının həyata keçirilməsi üçün M. Gülalıyevin təklif etdiyi "Qaydalar"ın müzakirəsi;

  3. Yeni üzvlərin qəbulu

  4. Cari məsələlər

İclasın gedişi haqqında qısa məlumat və qəbul edilmiş qərarlar

M. Gülalıyev "Gündəlik"də 2-ci və 1-ci sırada duran məsələlərin yerini dəyişməyi təklif etdi. S. Bağırov məlumat verdi ki, "Qaydalar"ın müzakirəsi və təcili qəbul edilməsi vacibdir, lakin DGF üzrə layihələrin təqdim edilməsinin son müddəti fevralın 20-də bitir. Nəzərə almaq lazımdır ki, qalan 10 gün ərzində layihələri hazırlayacaq iddiaçı qruplar müəyyənləşdirilməli, layihələr hazırlanmalı, Şurada müzakirə edilməli, qəbul edildikdən sonra tərcümə edilməli və Dünya Bankına çatdırılmalıdır. O, təklif etdi ki, yubanmadan DGF üzrə layihələri hazırlayıb təqdim etmək lazımdır. Bunlar cəmi 3-4 layihədir. Digər layihələr üçün isə M. Gülalıyevin təklif etdiyi "Qaydalar" müzakirə edilməli və Şura qəbul edərsə tətbiq edilməlidir.

M. Gülalıyev: "Qaydalar"ın birinci müzakirə etməklə layihələrin təqdim edilməsi gecikməyəcək. "Qaydalar" bütün layihələrə aid edilməlidir. Layihələrdə iştirak etmək üçün Koalisiya üzvlərinə məhdudiyyət qoyulmamalıdır. "Qaydalar"ın qəbulunu yubatmamalılıyıq. Elə olmasın ki, Koalisiyanın strategiyası kimi bunun da müzakirəsi o qədər yubansın ki, axırda tamamilə bir kənara qoyulsun.

F. Əsədov: Mayis bey tez- tez bildirir ki, Koalisiyanın strategiyası yoxdur. Amma bizim Koalisiyanın ümumi strategiyasının tələblərinə cavab verən sənədimiz var və onu biz Ümumi yığıncaqda müzakirə edib qəbul etmişik ki, bu da bizim Fəaliyyət Planımızdır (FP). FP çox böyuk, dəyərli bir sənəddir və Koalisiyanın maliyyələşməsinə razılıq üçün əsas sənəddir.Hazırda bu sənəd öz müsbət rolunu oynayıb. Dünya Bankı artıq burada nəzərdə tutulan tədbirlərdən öz payına düşənləri maliyyələşdirəcəyini bildirib. Mən inanıram ki, onlar bu razılığı ona görə verməyiblər ki, konkret layihələri bəyəniblər. Ona görə razılıq veriblər ki, bu FP-də kollektiv hazırlanmış böyük bir strategiyanın həyata keçirilməsini görürlər. İndi Şuranın məsuliyyəti Koalisiyanın ümumi iradəsi ilə hazırlanmış FP-nın həyata keçirilməsini təmin etməkdir. Mən hesab edirəm ki, təklif olunan "Qaydalar" məhz həmin məsuliyyətdən irəli gəlir. Bir halda ki, bu iş Şuraya tapşırılıb, Şura onun ın yüksək səviyyədə yerinə yetirilməsinə də cavbdehdir və onun qaydalarını da müəyyənləşdirməkdə haqlıdır. Sabit bəyin təklif etdiyi kimi, ayrı- ayrı bəndləri həyata keçirmək üçün qrupların formalaşdırılmasında şəxsi arzu nəzərə alınmalı və kim hansı sahədə işləmək istəyirsə, o sahədə layiəhələr həyata keçirməlidir. lakin şura bu FP-nin həyata keçirilməsinə məsuliyyət daşıdığı üçün, o həmin qrupları nəinki təsdiq etməli, həm də tapşırıqlar verməlidir. Mayis bəyin təklif etdiyi "Qaydalar" bu məsələ ilə bağlı mənim fikirlərimlə tam üst- üstə düşür. Lakin onu da nəzərə almaq lazımdır ki, elə vəziyyət yaranır ki, Şura çox operativ reaksiya verməlidir. Məsələn indiki halda, layihələrin DB-na təqdim edilməsinin son müddətinin bitməsinə çox az vaxt qalıb. Biz indiki halda elə etməliyik ki, əsas vəzifəmizin, bu FP-nin həyata keçirilməsini maksimum təmin edək. Mən təklif edirəm ki, DB-nin maraq göstərdiyi istiqamətlər üzrə layihələr hazırlayacaq qruplar müəyyənləşdirilsin, həmin qruplara tapşırılsın ki, qısa müddətdə layihələr hazırlansın və yeni bir görüş keçirilsin və lazımi düzəlişlər edilsmiş layihəlr tərcümə edilərək fevralın 20-dək DB-yə göndərilsin.

Z. İsmayıl: Bu işlər artıq görülüb. İşçi qruplar müəyyənləşib, onlara layihələrin ilkin variantlarının hazırlanması tapşırılıb. Bu gün burada həmin layihələrin müzakirəsi aparılmalı idi.

F. Əsədov: Mən keçən iclasda olmamışam. Əgər bu belədirsə, onda bu işlər həmin "Qaydalar"a əsasən aparılsa da, həmin "Qaydalar" hələ təsdiq edilməyib. O zaman biz gəlin həmin "Qayadala"rı tez müzakirə edək və qəbul edək. Sonra layihələrin müzakirəsini davam etdirək.

A. Əliyev: Keçən iclasdakı təklifimi təkrar edirəm. Təkif odur ki, bu "Qaydalar"ın üzərində işləmək üçün işçi qrup yaradılsın. Onların qəbulu vacibdir. Lakin layihnələri də gecikdirmək olmaz.

S. Bağırov: Keçən iclasda iştirak etməyənlər üçün məlumat verim ki, keçən iclasda birinci məsələ olaraq bu "Qaydalar"ın müzakirəsi idi. Şura müzakirəyə başladı və elə ilk bənd üzrə o qədər sual yarandı ki, onlara cavab vermək üçün mütləqmüəllifin olması lazım idi. Buna görə də Şura onların müzakirəsini növbəti iclasa saxladı və eyni zamanda vaxtın azlığını nəzərə alaraq layihələr üzrə qrupları müəyyənləşdirdi və onlara layihələrin ilkin variantlarını hazırlamağı tapşırdı. Müəllif indi buradadır, lakin o təklif edir ki, layihələrlə bağlı bütün işlər dayansın, biz "Qaydalar"ı müzakirə və qəbul edək və sonra layihələrə qayıdaq. Mən ehtiyat edirəm ki, bu məsələ çox uzana bilər və layihələrin təqdimedilməsi üçün son müddəti itirmiş olaq.

O. Güləliyev: "Qaydalar"ın qəbulu vacibdir, lakin vaxtın azlığını da nəzərə almalıyıq. Elə etmək lazımdır ki, DB-nin təyin etdiyi son müddəti keçirməyək. "Qaydalar"ı təkmilləşdirmək də mümkündür. Azad bəyin təklifini dəstəkləyirəm. keçən iclasda qəbul etdiyimiz qərarlara da hörmət etməliyik. Həmin qərarlar əsasında artıq bu gün Şuranın iclasına müzakirə üçün bir neçə layihə təqdim edilib.

M. Gülalıyev: Bir daha təkidlə təklif edirəm ki, "Qaydalar"ı sürətlə müzakirə edək, hər bəndlə bağlı kimin iradı varsa, qeyd etsin, axırda lazımi dəyişikliklər edək.

S. Bağırov: Hələlik Şura üzvləri arasında yetərsay yoxdur. Təklifi qəbul edə bilərik.

M. Gülalıyev hazırladığı "Qaydalar"ı bənd- bənd iclas iştirakçılarına təqdim və izah etdi, müxtəlif suallara və iradlara cavab verdi. Qeyd edildi ki, təklif edilən "Qaydalar"la bağlı Koalisya üzvləri N. Ağayevin və Aslan Gəncənin rəyləri və əlavə təklifləri təqdim edilib.

S.Bağırov: Artıq yetərsay var. Qərar qəbul edə bilərik. Mən təklif edirəm ki, Mayis bəyin təklif etdiyi "Qaydalar"ı qəbul edək. İş prosesində çatışmamazlıqlar üzə çıxarsa, müzakirə edib onları yaxşılaşdırmaq olar.

"Qaydalar" səsə qoyuldu və qərar qəbul edildi:

Qərar: Koalisiya çərçivəsində qrant proqramlarının həyata keçirilməsi üçün "Qaydalar" təsdiq edilsin.

  1. 2006-cı il üçün Koalisiyanın Fəaliyyət Planı (FP) üzrə layihələrin müzakirəsi;

S. Bağırov: İndi gündəlikdə 1-ci qeyd edilmiş məsələnin müzakirəsinə keçirik. Müzakirəyə bir neçə layihə təqdim edilib.

  1. "

  1. E

  2. C


1 ... 5 6 7 ... 32 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:18:49

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.356497