Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 23 İyul 2008, Çərşənbə |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #5(52)(03/02/2006)

MSŞA Koalisiyası Şurasının iclası #5(52)(03/02/2006)

İştirak etdilər:

1

Sabit Bağırov

Kordinator

2

İnqlab Əhmədov

Şuranın üzvü

3

Oqtay Gülalıyev

Şuranın üzvü

4

Mirvari Qəhrəmanlı

Şuranın üzvü

5

Qubad İbadoğlu

Şuranın üzvü

6

Telman Zeynalov

Şuranın üzvü

7

Sevgim Rəhmanov

Şuranın üzvü

8

Himayət Rizvanqızı

Monitorinq Qrupunun üzvü

9

Zöhrab İsmayıl

Koalisiya üzvü

10

Nəriman Ağayev

Koalisiya üzvü

11

Ehtiram Əli

Koalisiya üzvü

12

Azad Əliyev

Koalisiya üzvü

13

Məhəmməd Talıblı

Koalisiya üzvü

14

Şamil Mövsümov

Koalisiya üzvü

15

Mehriban Vəzir

Koalisiya üzvü

16

Eyyub Hüseynov

Koalisiya üzvü

Gündəlik:

  1. 2006-cı il üçün Koalisiyanın Fəaliyyət Planı (FP) üzrə iiddiaçıların və icraçıların müəyyənləşdirilməsi;

  2. "Himayədar" humanitar təşkilatının FP çərçivəsində "Azərbaycan neftinin və neft gəlirlərinin idarə olunmasında qanunların rolunun artırılması" layihə təklifinin müzakirəsi;

  3. EITI ilə əlaqəli sorğunun nəticələrinin müzakirəsi (Q. İbadoğlu)

  4. Cari məsələlər

    (O. Gülalıyevin təklifi ilə növbəti iclasda Şura üzvləri arasında iş bölgüsü aparılması məsələsinə baxılması qərara alındı)

İclasın gedişi haqqında qısa məlumat və qəbul edilmiş qərarlar

  1. 2006-cı il üçün Koalisiyanın Fəaliyyət Planı (FP) üzrə iiddiaçıların və icraçıların müəyyənləşdirilməsi

    S. Bağırov:

    - Bir sıra Koalisiya üzvləri, o cümlədən Şura üzvləri işləmək istədikləri istiqamətləri bildiriblər, lakin hələ də Koalisiya üzvlərinin əksəriyyəti öz fikirlərini bildirməyiblər. Eyni zamanda bir xeyli istiqamətlər hələ də qalır və hələ ki, heç kim həmin istiqamətlər üzrə işləmək istədiyi haqında bildirməyib.

    - DGF üzrə layihələrin maliyyələşdirilməsi üçün Dünya Bankı ilə e-mail yazışmalar davam edib və DB onları maraqlandıran istiqamətlər üzrə tezliklə layihələrin təqdim edilməsini xahiş edirlər.

    - DB FP-nin 4.3 və 2-ci bəndləri üzrə bir sıra layihələrə maraq göstərirlər;

    - DGF üsrə layihələrin təqdim edilməsinin şərtlərindən biri də layihələrin ikinci və s. donorlarının da olması vacibdir.

    - DB tələbinə görə təkliflər bir layihə kimi deyil, ayrı- ayrı layihələr kimi təqdim ediləcək.

    - Gələn həftə Şuranın iclasına qədər layihələr hazırlanmalıdır;

    - M. Gülalıyev Koalisiya çərçivəsində qrant proqramlarının həyata keçirilməsi üçün qaydalar haqqında öhdəsinə götürdüyü sənədi hazırlayıb və həmin sənədə Şuranın münasibəti bildirilməlidir;

    (İclas iştirakçıları həmin "Qaydalar"la bağlı bir sıra fikirlər və təkliflər irəli sürdülər. Müzakirənin çoxt vaxt apacağını və layihə müəllifinin iclasda iştirak etmədiyini nəzərə alaraq qərara alındı: M. Gülalıyevin hazırladığı "Koalisiya çərçivəsində qrant proqramlarının həyata keçirilməsi üçün qaydalar" layihəsinin müzakirəsi e-mail vasitəsi ilə davam etdirilsin və son variant növbəti iclasa təqdim edilsin. Vaxt məhdudiyyətini nəzərə alaraq DB təklifi üzrə layihələrin təqdim edilməsi üçün iş davam etdirilsin.

    DB-nın maraq göstərdiyi bəndlər (4.3 və 2) üzrə iddiaçı qruplar və məsul şəxslər müəyyənləşdirildi. Onalara tapşırıldı ki, Şuranın növbəti iclasınadək görüşsünlər və birgə layihəni hazırlayıb təqdim etsinlər. Şuranın növbəti iclasınadək öz layihəsini təqdim etməyən iddiaçı (qrupu) dərhal həmin hüquqdan məhrum olur və yeni iddiaçı (qrupu) müəyyənləşdirilir

  2. "Himayədar" humanitar təşkilatının FP çərçivəsində "Azərbaycan neftinin və neft gəlirlərinin idarə olunmasında qanunların rolunun artırılması" layihə təklifinin müzakirəsi;

    "Himayədar" humanitar təşkilatının rəhbəri Himayət Rizvanqızının xahişi ilə bu məsələnin müzakirəsi növbəti yığıncağadək təxirə salındı.

  1. EITI ilə əlaqəli sorğunun nəticələrinin müzakirəsi (Q. İbadoğlu)

    Q. İbadoğlu sorğunun yekunları ilə bağlı qısa məlumat verdi və bildirdi ki, fevralın 17-də, saat 10.00- 13.00 müddətində HYATT Recency otelində sorğunun nəticələrinin ictimaiyyət və sorğuda iştirak edən qurumlar- ölkədə fəaliyyət göstərən neft şirkətləri, hökumət qurumları və QHT-lər üçün təqdimatı keçirilməsi nəzərdə tutulur. Həmin gün nəticələr açıqlanacaq və hamıya paylanacaq. Sorğu ilə bağlı kitabça şərh ilə birlikdə çap ediləcək.

  2. Cari məsələlər


1 ... 4 5 6 ... 32 A


Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:39:32

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.8
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.355462