Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Yanvar 2009, Çərşənbə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #4(51)(27/01/2006)

MSŞA Koalisiyası Şurasının iclası #4(51)(27/01/2006)

İştirak etdilər:

1

Sabit Bağırov

Kordinator

2

İnqlab Əhmədov

Şuranın üzvü

3

Oqtay Gülalıyev

Şuranın üzvü

4

Mayis Gülalıyev

Şuranın üzvü

5

Qubad İbadoğlu

Şuranın üzvü

6

Telman Zeynalov

Şuranın üzvü

7

Dunya Sakit

Şuranın üzvü

8

Fəqan Əliyev

Monitorinq Qrupunun üzvü

9

Zöhrab İsmayıl

Koalisiya üzvü

10

Nəriman Ağayev

Koalisiya üzvü

11

Ehtiram Əli

Koalisiya üzvü

12

Azad Əliyev

Koalisiya üzvü

13

Məhəmməd Talıblı

Koalisiya üzvü

14

Aslan Gəncə

Koalisiya üzvü

15

Fərda Əsədov

ACİ YF

16

Qalib Əfəndiyev

ACİ YF

Gündəlik:

  1. 2006-cı il üçün Koalisiyanın Fəaliyyət Planı üzrə iiddiaçıların və icraçıların müəyyənləşdirilməsi

  2. EITI üzrə son hesabatların auditinin nəticələrinə dair İ. Əhmədov tərəfindən hazırlanmış rəyin müzakirəsi

  3. ARDNF-in Əsasnaməsində nəzərdə tutulduğu kimi Neft Fondu Müşahidə Şurasında ictimai təşkilatların təmsilçiliyinin təmin edilməsi üçün Koalisiyanın ölkə Prezidentinə müraciəti layihəsinin müzakirəsi

  4. Cari məsələlər

İclasın gedişi haqqında qısa məlumat və qəbul edilmiş qərarlar

  1. 2006-cı il üçün Koalisiyanın Fəaliyyət Planı üzrə iiddiaçıların və icraçıların müəyyənləşdirilməsi:

    S. Bağırov:

    - Dünya Bankı ilə yazışmalarda bildirilib ki, bank FP-nin bir hissəsini və apreldə keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransın xərclərini maliyyələşdirməyə hazırdır;

    - Mən Statoyl şirkətində görüşərək FP-ni onlara təqdim etmişəm. Onlar tezliklə öz münasibətlərini bildirəcəklər. Xatırladıram ki, BP artıq FP-in həyata keçirilməsində Koalisiyaya dəstək verəcəyini bildirib. ACİ YF da mədən sənayesində şəffaflıq problemini öz strategiyasına daxil edib.

    M. Gülalıyev:

    - Maliyyələşdirilməsi razılaşdırılmış fəaliyyətlər üzrə yeni iş planı hazırlanmalıdır. Bu Koalisiyanın layihəsi kimi təqdim edilməlidir və mümkün qədər çox Koalisiya üzvünün bu layihələrdə iştirakını təmin edən metodologiya işlənib hazırlanmalıdır. Həyata keçirilən layihələr ayrı- ayrı təşkilatların deyil, Koalisiyanın layihələri olmalıdır.

    İ. Əhmədov:

    - Nə qədər çətin görünsə də, mən də Mayis bəyin təklifini müdafiə edirəm. Əgər lalyihələri həyata keçirəcək təşkilatlar subyektiv olaraq müəyyən edilsə, heç kimə başa sala bilməyəcəyik ki, bu seçim hansı prinsiplərə əsaslanıb.

    Z. İsmayıl:

    - Bu təklif qəbul edilərsə, layihələri problemi bilən mütəxəssislər deyil təsadüfi adamlar həyata keçirməli olacaq. Hamı hər işlə məşğul ola bilməz. İxtisaslaşma vacibdir.

    E. Əli:

    - Layihələrin həyata keçirilməsində Koalisiya üzvlərinin hamısı iştirak etməlidir. Hər təşkilat öz imkanları və bacarıqları daxilində işlərlə məşğul ola bilər.

    Q. İbadoğlu:

    - FP-də elə işlər var ki, onları həyata keçirməyi bir təşkilata tapşırmaq olmaz. Təklif edirəm ki, biz layihələri təsnif edək və müəyyənləşdirək ki, hansı layihələri birgə, hansılarını isə ayrı- ayrı təşkilatlar həyata keçirə bilər.

    N. Ağayev:

    - Təsdiq edilmiş FP çərçivəsində hər hansı bir layihəni həyata keçirmək istəyən təşkilat layihəni müzakirəyə çıxarmalıdır;

    - Müzakirə edilən hər bir layihə qəbul edilməsi üçün səs toplamalıdır;

    - Layihələr ancaq Koalisiya adından təqdim edilməlidir;

    - İddiaçılar müraciət etməli, Şura isə onların arasından icraçı(lar) seçməlidir;

    - Əgər Şura üzvünün təmsil etdiyi təşkilat layihədə iştirak edirsə, həmin Şura üzvü səsvermədə iştirak etmir;

    - Layihənin kordinatoru ən azı ildə bir dəfə Şurada hesabat verməlidir;

    - Layihə iştirakçılarının ən azı 80%-i Koalisiya üzvləri arasından seçilməlidir;

    F. Əsədov:

    - Qahirədə ictimai maliyyə, büdcə və neft gəlirləri mövzusunda konfrans keçirilib;

    - Mən EITI-ın Azərbaycanda tətbiqi ilə bağlı təqdimat keçirdim;

    - Bizim təcrübənin nə qədər qabaqcıl, nə qədər ümidverici olduğunu aşkar etdim;

    - Bunun əsas səbəbi Koalisiyanın birgə işlənmiş və birgə həyata keçirilməsi planlaşdırılan FP-nın olması idi;

    - Konfrans iştirakçıları Koalisiyanın FP-nı öz şəraitlərinə uyğun üzərində işləmək üçün bir sənəd kimi yüksək qiymətləndirdilər;

    - Bu Azərbaycan vətəndaş cəmiyyətinin böyük uğurudur və onun ikinci mərhələsi- həyata keçirilməsinin nəticələrindən asılı olaraq bizim qazanılan həmin mövqeni qoruyub saxlamaq mqmkqn olacaq;

    - Koalisiya onun fəaliyyəti üçün ayrılacaq vəsaitlərin sahiblik məsuliyyətini daşımalıdır. Xüsusilə Şura bu məsuliyyəti öz üzərinə götürməlidir və cavabdehlik daşımalıdır. Bunun prosedurları işlənməlidir.

    - layihələrin həyata keçirilməsində hesabatlılıq təmin edilməlidir. layihələrin icraçıları Şuranın hər həftə keçirilən iclaslarında işlərin gedişi haqqında məlumat verməlidirlər.

    - Vebsaytda hər bir layihəyə aid xüsusi səhifə ola bilər;

    - layihələrlə bağlı yazışmalarda Koalisiyanın adı, təşkilatın adı və layihənin adı qeyd edilməlidir;

    - Birgə həyata keçiriləcək layihələr üçün təşkilat komitəsi yaranacaq və bu komitə Şura qarşısında hesabat verməlidir;

    - İcraçıları düzgün seçə bilmək üçün Koalisiya üzvlərinin daha yaxından tanımaq, onlar haqqında məlumat bazası yaratmaq yaxşı olardı;

    - Digər ölkələrdə olan koalisiya təcrübəsinin öyrənilməsi lazımdır və bunun üçün ACİ-nin "Şərq- Şərq" proqramından istifadə edilə bilər. Bunun üçün Koalisiya ACİ YF-a layihə təqdim edə bilər. Həmin layihənin icraçısı formal olaraq bir təşkilat olsa da, o, birgə layihə olmalıdır;

    Q. Əfəndiyev:

    - Layihələrin həyata keçirilməsi uzun müddəti əhatə edəcək və o layihələr icra üçün seçilməlidir ki, onlar işlənib hazırlanmış meyarlara uyğun olsun. Bu meyarlar hansılar ola bilər:

    Layihələr

    • Koalisiyanın ümumi məqsədlərinə xidmət etməlidir;

    • mümkün qədər çox Koalisiya üzvünü əhatə etməlidir;

    • elə konkret işlər nəzərdə tutsun ki, onlar tam şəffaf olmaqla sonradan qiymətləndirilməsi mümkün və asan olsun;

    - Layihələr müsabiqəyə təqdim edilməlidir;

    - Müsabiqə Komissiyası rotasiya yolu ilə 3-4 nəfər Şuradan, 1 nəfər Monitorinq Qrupundan olmaqla təşkil edilə bilər;

    - Müsabiqə Komissiyasına donor təşkilatlarların hərəsindən bir nümayəndə olmaqla cəlb edilə bilər;

    - Müsabiqə Komissiyası üzvü olan Koalisiya üzvləri ilə bağlı maraqlar ziddiyətinin aradan qaldırılması üçün Şura üzvlərinin nominal əmək haqqı almaları məsələsi ola bilər;

    - Müsabiqə Komissiyası üzvü olan Şura üzvünün təmsil olunduğu təşkilat müsabiqəyə təqdim edilən layihədə iştirak edə bilər;

    - Layihələr Koalisiyanın olduğundan təşkilatlar bir çox hallarda yalnız maliyyə vəsaitini alıb lazımi istiqamətə yönəldən bir aralıq rol oynayacaq;

    S. Bağırov:

    - Bu vaxtadək olan müddətdə Koalisiya 7 layihə həyata keçirib və bu layihələrin maliyyələşdirilməsi Koalisiyanın Əsasnaməsinin 9-cu bəndinə uyğun aparılıb. İndi vəziyyət dəyişib və hazırki durum yeni qaydalar tələb edir. Kim isə bu qaydaları hazırlamalıdır.

    Qərar: S. Bağırovun "Koalisiya çərçivəsində qrant proqramlarının həyata keçirilməsi üçün qaydalar" layihəsini hazırlamaq haqqında təklifi qəbul edilsin və bu iş M. Gülalıyevə həvalə edilsin.

    M. Gülalıyev:

    - Layihələr Koalisiya adından onun xüsusi fundraising qrupu tərəfindən hazırlanmalı və donorlara təqdim edilməlidir. Qəbul edildiyi təqdirdə, Şurada icraçı və ya icraçılar seçilməlidir.

    D. Sakit:

    - Koalisiyanın hüquqi şəxs kimi qeydiyyatdan keçməsi məsələsi müzakirə və həll edilməlidir.

    Q. İbadoğlu:

    - Hansı istiqamətlər üzrə maliyyələşdirilməyə razılıq varsa həmin istiqamətlər üzrə layihələr hazırlansın və Şuraya təqdim edilsin. Layihənmin kordinatoru onu hazırlayıb təqdim edən şəxs olsun. İcraçılarını isə Şura müəyyənləşdirsin. Çalışmaq lazımdır ki, layihələrdə Koalisiya üzvləri maksimum iştirak etsin.

    S. Bağırov:

    - Hami razılaşdı ki, Koalisiyanın Əsasnaməsinin 9-cu bəndinə əlavə olaraq yeni situasiyanı əks etdirən qaydalar hazırlanmalıdır. Mayis bəy onun layihəsini hazırlayacaq və biz gələn yığıncaqda onu müzakirə edəcyik. Gündəliyin 1-ci məsələsi ilə bağlı qərarımız budur.

    Koalisiya üzvü Aslan Gəncə FP-də insan hüquqlarının qorunması ilə bağlı istiqamətlərin nəzərdə tutulmamasına irad tutdu və bu mövzuda hazırladığı layihəni təqdim edə bilmədiyindən narahatlığını bildirdi. Müzakirələrdə qeyd edildi ki, EITI prinsiplərində insan hüquqları müdafiəsi nəzərdə tutulmasa da, məhz belə layihələr üçün Koalisiya Əsasnaməsinin 9-cu bəndindən istifadə edib maliyyələşdirmə mümkündür. A. Gəncədən xahiş olundu ki, hazırladığı layihəni Şuranın müzakirəsinə təqdim etsin.

    A. Gəncənin təklif etdiyi ikinci məsələ Koalisiyanın bölgələrdən olan üzvlərinin mümkün olduğu qədər Şuranın iclaslarında iştirak etmələrinə imkan yaradılması xahişi oldu. Şura qərara aldı ki, layihələrdə bölgə nümayəndələrinin də Şuranın iclaslarında iştirak etmələrinə imkan yaratmaq üçün maliyyə nəzərdə tutulsun.

  2. EITI üzrə son hesabatların auditinin nəticələrinə dair İ. Əhmədov tərəfindən hazırlanmış rəyin müzakirəsi:

    İclas iştirakçıları Rəylə əvvəlcədən tanış idilər və onu bəyəndiklərini bildirdilər. Onu ictimaiyətə necə təqdim etmək haqqında fikir mübadiləsindən sonra qərara alındı:

    Qərar: Rəy ingilis və rus dillərinə tərcümə edilsin və informasiya vasitələrində, müxtəlif qəzetlərdə və vebsaytda hər üç dildə yayılsın. Koalisiyada hesabatlarla bağlı yaranmış suallarla aidiyyatlı qurumlara ayrıca sorğu göndərilsin. Cavablar alındıqdan sonra Memorandum tərəflərinin iştirakı ilə dəyirmi masa keçirilsin.

  1. ARDNF-in Əsasnaməsində nəzərdə tutulduğu kimi Neft Fondu Müşahidə Şurasında ictimai təşkilatların təmsilçiliyinin təmin edilməsi üçün Koalisiyanın ölkə Prezidentinə müraciəti layihəsinin müzakirəsi

    Qərar: Təklif edilmiş və Şurada qəbul edilmiş düzəlişlər nəzərə alınmaqla ölkə prezidentinə müraciətin mətni təsdiq edilsin və onun Prezidentin ünvanına göndərilməsi təmin edilsin.

  1. Cari məsələlər


1 ... 3 4 5 ... 32 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:18:53

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.63439