|
MSŞA Koalisiyası Şurasının iclası #32(79)(16/12/2007)
MSŞA Koalisiyası Şurasının iclası #32(79)(16/12/2007)
İştirak etdilər: | 1 | Sabit Bağırov | Kordinator | | 2 | Nəriman Ağayev | Şura üzvü | | 3 | Oqtay Gülalıyev | Şura üzvü | | 4 | Sevgim Rəhmanov | Şura üzvü | | 5 | İnqilab Əhmədov | Şura üzvü | | 6 | Telman Zeynalov | Şura üzvü | | 7 | Mehriban Vəzir | Şura üzvü | | 8 | İlham Hüseynli | Şura üzvü | İclasın gündəliyi və qəbul edilmiş qərarlar (Müzakirələr axırıncı iclasın davamı olaraq Koalisiyanın 2007-ci il üzrə Fəaloiyyət Planının müzakirəsi ilə başladı) -
Koalisiyanın 2007-ci il üzrə Fəaliyyət Planının müzakirəsi Keçən iclasda bu məsələnin müzakirəsi zamanı qəbul edilmiş qərarlara uyğun olaraq İnqilab Əhmədov alternativ fəaliyyət planını hazırlayıb Şura üzvlərinə göndərmişdi. Eyni zamanda Sabi Bağırov keçən iclasda müzakirəyə çıxardığı Fəaliyyət Planı layihəsini təklif və düzəlişlər nəzərə alaraq bir qədər də təkmilləşdirilmişdi. Müzakirələrdə aşağıdakı təkliflər verildi: - Fəaliyyətin hədəfləri- prioritetlər müəyyənləşdirilməli (yerli və xarici neft şirkətləri, ARDNF, ictimaiyyət və s.) və fəaliyyət onlara uyğun qurulmalıdır; - Həyata keçirilmiş layihələr və Koalisiyanın 2006-cı ildəki fəaliyyəti qiymətləndirilməlidir; - Hər iki sənəd birləşdirilməli və vahid layihə hazırlanmalıdır; - Ümumi yığıncağa çıxarılacaq sənəd qrant layihəsi formasında deyil, fəaliyyət planı formasında olmalıdır; Müzakirələr 2007-ci ildə fəaliyyət üçün prioritetlərin müəyyənləşdirilməsi üzrə davam etdirildi. Bununla bağlı aşağıdakı təkliflər verildi: - Şirkətlərin fəaliyyəində şəffaflığın artırılması; - Neft sənayesindən başqa digər mədən sənayesi sahələrində də şəffaflığın artırılması; - Neft Fondundan maliyyələşən layihələr üzərində şəffaflığın artırılması; - İctimaiyyətin maarifləndirilməsi; - Koalisiyanın özünün instutsional imkanlarının, üzvlərin bilik və bacarığlarının artırılması, Koalisiya resurs mərkəzinin yaradılması; Qərar: 1) Hər iki sənəddən istifadə edərək vahid Fəaliyyət Planı hazırlansın. Həmin sənəddə 2006-cı ildə Koalisiyanın fəaliyyətinin təhlili verilməli, uğurlar və nöqsanlar göstərilməli, 2007-ci il üçün prioritetlər əsaslandırılmalı, uyğun olaraq konkret fəaliyyət istiqamətləri və onların həyata keçirilməsi prinsipləri qeyd edilməlidir. (icraçı Sabit Bağörov) 2) Şuranın növbəti iclasında Koalisiyanın 2007-ci il üçün Fəaliyyət Planın Ümumi Yöğıncağın müzakirəsinə çıxarılacaq son variantı qəbul edilsin
◄ 1 ... 31 32 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:39:38
|