Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 25 İyul 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #3(50)(19/01/2006)

MSŞA Koalisiyası Şurasının iclası #3(50)(19/01/2006)

İştirak etdilər:

1

Sabit Bağırov

Kordinator

2

İnqlab Əhmədov

Şuranın üzvü

3

Oqtay Gülalıyev

Şuranın üzvü

4

Mayis Gülalıyev

Şuranın üzvü

5

Qubad İbadoğlu

Şuranın üzvü

6

Sevgim Rəhmanov

Şuranın üzvü

7

Fəqan Əliyev

Monitorinq Qrupunun üzvü

8

Zöhrab İsmayıl

Koalisiya üzvü

9

Əyyub Hüseynov

Koalisiya üzvü

10

Ehtiram Əli

Koalisiya üzvü

11

Azad Əliyev

Koalisiya üzvü

12

Məhəmməd Talıblı

Koalisiya üzvü

Gündəlik:

  1. 2006-cı il üçün Koalisiyanın Fəaliyyət Planı üzrə iş bölgüsü

  2. EITI üzrə son hesabatların auditinin nəticələrinin müzakirəsi

  3. ARDNF-in Əsasnaməsində nəzərdə tutulduğu kimi Neft Fondu Müşahidə Şurasında ictimai təşkilatların təmsilçiliyinin təmin edilməsi üçün Koalisiyanın ölkə prezidentinə müraciəti layihəsinin müzakirəsi

  4. Koalisiyanın apreldə keçirəcəyi beynəlxalq konfransla əlaqədar məsələlər

  5. Cari məsələlər

İclasın gedişi haqqında qısa məlumat və qəbul edilmiş qərarlar

  1. S. Bağırov:

    _ Keçən iclasın qərarına görə Şura üzvləri FP-ə öz münasibətini bildirməli və hansı istiqamət üzrə öz fəaliyyətlərini qurmaq istədiklərini bildirməli idilər. Hələlik dörd Şura üzvü fikrini bildirib.

    - FP-ə maliyyə dəstəyinin olacağı gözlənilir. ACİ YF və BP FP-in bəzi bəndlərinə maraq göstərirlər. Bunlardan başqa EITI-ın inkişafı üçün xüsusi Trust Fondu təsis edilib və həm Koalisiya adından, həm də ayrı- ayrı təşkilatlar həmin Fonda layihələr təqdim edə bilərlər.

    M. Gülalıyev:

    - Bütün FP ayrı- ayrı layihələrin cəmi olmaqla bir strategiyada birləşməli, onun həyata keçirilməsi və idarə edilməsi strukturu yaradılmalıdır. FP 4 bölmə üzrə həyata keçirilməlidir: 1) araşdırma, 2) maarifləndirmə, 3) monitorinq, 4) advokasi. Bu siyahıya KİV-lərlə işi də əlavə etmək olar. FP-də nəzərdə tutulan bəndlər bu bölmələrin alt qrupları olmalıdır. FP-in özünün böyük bir layihə kimi bir kordinatoru olmalı və layihələrin bütün bölmələr üzrə hesabatları ən sonda həmin kordinatorun hazırlayacağı böyük hesabatda birləşməlidir.

    İ. Əhmədov:

    - Bu ideya yaxşı strukturlaşmış bölmələri olan təşkilatda yaxşı alına bilər. Lakin bizim Koalisiya tamamilə müstəqil fəaliyyət göstərən təşkilatlardan ibarətdir. Onların hər hansı bir layihənin ayrı- ayrı bölmələrini həyata keçirmək üçün birləşməsi çox çətin görünür. Koalisiyada birləşən təşkilatlar yekcins deyil, hər bir təşkilatın öz iş üsulu, idarə edilməsi, məsələlərə baxışları vardır və bəzən bu baxışlar çox fərqlidir.

    O. Gülalıyev:

    - İş bölgüsü keçən il Şurada aparılmış İş bölgüsünə bənzər formada aparılsın.

    S. Rəhmanov:

    - İş bölgüsü ilə FP fərqli məsələlərdir. Şura üzvləri arasında iş bölgüsünü FP ilə əlaqələndirməyək. Oqtay bəy iş bölgüsü aparılmasını təklif edir.

    Z. İsmayıl:

    - FP əslində həyata keçirilməsi nəzərdə tutulan layihələrdir. Əgər bu layihələr üçün maliyyə ayrılacaqsa, bunun üçün tenderlər keçirilməlidir.

    S. Bağırov:

    - Oqtay bəy öz təklifini növbəti yığıncaqda yazılı təqdim etsin. Tenderlərin keçirilməsi haqqında isə keçən yığıncaqda müzakirələr oldu və belə razılşdırıldı ki, bir sıra layihələr üzrə tenderlər elan edilsin. Bu məsələdə də razılaşdıq ki, FP-də nəzərdə tutulan bəndlər üzrə ilkin işlər görülməlidir. Yəni, konkret bəndlər- layihələr üzrə hansı işlərin və necə görüləcəyi, müəyyənləşdirilməlidir. Bunu kimlərin edəcəyi isə bu gün müəyyənləşdirilməlidir. Bu məslənin müzakirəyə çıxarılmasında məqsəd budur.

    Q. İbadoğlu:

    - Hər hansı bir tender keçirilməzdən əvvəl iddiaçılar ərizə ilə müraciət edirlər. Bu siyahıda adların qeyd edilməsi həmin bəndlərin həyata keçirilməsi üçün iddiaçıların müəyyən edilməsi üçündür. Sadəcə həmin şəxsləri icraçı yox, iddiaçı adlandırmaq daha doğrudur. FP ilə bağlı Mayis bəyin təklifi ilə razı deyiləm. Birinci, Koalisiya strukturlaşmış orqan deyil və bu təklifi həyata keçirmək mümkün olmayacaq. İkinci, heç bir donor bu həcmdə layihəni maliyyələşdirməyə razı olmayacaq. Bu mənada, bir sıra xırda layihələrin təqdim edilməsi onların maliyyələşdirilmə imkanlarını artırır.

    S. Rəhmanov:

    - Mayis bəyin təklifini bəyənirəm. FP-də göstərilən bəndlər həmin təklifə uyğun olaraq bölüşdürülə bilər.

    I. Əhmədov:

    - Mayis bəyin təklifinin tərəfdarı deyiləm. Burada ən layiqli layihələrin seçilməsi üçün rəqabət yoxdur.

    M. Gülalıyev:

    - Rəqabət vətəndaş cəmiyyətinin inkişafı üçün təhlükəlidir. Vətəndaş cəmiyyətinin bir üzvü digərlərindən zəif ola bilər. Bu o demək deyil ki, digərləri onu əzməlidirlər. Əksinə, zəifin inkişafına kömək etmək lazımdır. Vətəndaş cəmiyyətinin inkişafı zəiflərin sıradan çıxarılması yolu ilə getməməlidir.

    S. Bağırov:

    - İki variantın simbiozu olmalıdır. Kim isə bir nəfər daimi olaraq bütün bu layihələrin EITI prinsip və meyarlarına nə dərəcədə uyğun həyata keçirilməsinin monitorinqini, təhlilini aparsın. Təklif edirəm ki, FP-nin həyata keçirilməsinin qiymətləndirilməsi Mayis bəyin təklif etdiyi sxem üzrə aparılsın. Bunu etmək ona görə vacibdir ki, ola bilsin Koalisiya işini gələn il bu sxem üzrə qursun. İkinci səbəb isə odur ki, FP həyata keçirildikdən sonra onun hesabatı həmin monitorinq və qiymətləndirməyə uyğun hazırlansın. Bunun üçün ayrıca layihə olmalı və bu qiymətləndirmə layihənin bütün dövrü boyu aparılmalıdır.

    M. Gülalıyev:

    - Təklif edirəm ki, FP-na "Azərbaycanda EITI prosesinin monitorinqi və qiymətləndirilməsi" bəndi əlavə edilsin. Əgər razılıq olarsa, həmin işin həyata keçirilməsini mən öhdəmə götürə bilərəm.

    S. Bağırov:

    Biz FP-yə dəyişiklik edilməsini Koalisiya üzvləri ilə müzakirə edib, razılıq olarsa qəbul edə bilərik.

    A. Əliyev:

    "Neft gəlirləri hamımızındır" kompaniyası çərçivəsində gəlirlərin həm yoxsulluğa, həm də zənginliyə gətirib çıxara biləcəyini əks etdirən foto müsabiqə və foto sərgi keçirilsin.

    Qərar: FP-yə "0" bəndi kimi "Azərbaycanda EITI prosesinin monitorinqi və qiymətləndirilməsi" və "Neft gəlirləri hamımızındır" kompaniyası çərçivəsində foto müsabiqə və foto sərgi keçirilməsi əlavə edilsin.

    ( Daha sonra iclas iştirakçıları arasından FP-nin bəzi bəndləri üzrə nəzərdə tutulan işləri yerinə yetirməyə iddiaçılar müəyyənləşdirildi.)

    Qərar: Şuranın bütün üzvləri FP-nin həyata keçirmək iddiasında olduqları bəndlərini tezliklə müəyyənləşdirsinlər. Koalisiya üzvlərinə müraciət edilsin ki, hansı bəndlərin həyata keçirilməsinə iddiaçı olduqlarını Şuraya bildirsinlər.

  2. EITI üzrə son hesabatların auditinin nəticələrinin müzakirəsi:

- Yanvarın 18-də ARDNF-də EITI üzrə Azərbaycan hökumətinin hesabatları və audit şirkəti rəyinin təqdimatı keçirilib. Lakin tərəflər razılığa gəliblər ki, ümumi açıqlama olanadək heç bir tərəf bəyanat verməsin. Koalisiya nümayəndələri həmin tədbirdə iştirak ediblər. Çıxışlarda qeyd edildi ki, bu hesabatlar və rəy ilə bağlı mütləq Koalisiyanın xüsusi münasibəti bildirilməlidir. Əvvəlki hesabatlara Koalisiya tərəfindən kifayət qədər yumşaq münasibət göstərilib. İctimaiyyət isə Koalisiyadan daha ciddi münasibət gözləyir. Hesabatlarla bağlı Koalisiya öz iradlarını hökumətə və şirkətlərə bildirməlidir. Əgər Memorandumun yerinə yetirilməsində və hesabatlarda Koalisiyanı təmin etməyən ciddi məqamlar aradan qaldırılmazsa, Koalisiya Memorandumdan çıxmaq haqqında da düşünməlidir.

Qərar: Gələn həftə keçiriləcək növbəti yığıncağadək hesabatlar və rəy ilə bağlı İ. Əhmədov Koalisiyanın iradlarını əks etdirən bəyanatın ilkin variantını hazırlayaraq e-mail vasitəsilə digər Şura üzvlərinə çatdırsın. Şuranın növbəti yığıncağında bəyanat müzakirə edilsin.

  1. ARDNF-in Əsasnaməsində nəzərdə tutulduğu kimi Neft Fondu Müşahidə Şurasında ictimai təşkilatların təmsilçiliyinin təmin edilməsi üçün Koalisiyanın ölkə prezidentinə müraciəti layihəsinin müzakirəsi:

- İclas iştirakçıları məktub layihəsinin mətni ilə bağlı fikir mübadiləsi apardılar və bəzi təkliflər verildi. Müzakirənin növbəti iclasda davam etdirilməsi qərara alındı.

  1. Koalisiyanın apreldə keçirəcəyi beynəlxalq konfransla əlaqədar məsələlər

S. Bağırov Konfransa hazırlıqla bağlı Təşkilat Komitəsinin (TK- Koalisiyadan: Sabit Bağırov, İnqilab Əhmədov, Qubad İbadoğlu, Mayis Güləliyev, Fəqan Əliyev. ACİ-dan Fərda Əsədov və Qalib Əfəndiyev) aprelin 18-də keçirilmiş iclası haqqında məlumat verdi.

- Təxminən 20 ölkədən 50-yə qədər xarici qonaqların iştirakı gözlənilir;

- Konfransın təşkili və keçirilməsi üçün İşçi qrup təşkil edilməli və onun sədri seçilməlidir;

- İşçi qrup konfransın təşkili və keçirilməsi üçün layihə hazırlayıb donorlara təqdim etməlidir;

- İşçi qrup sədrinin seçilməsinin prinsipləri müəyyən edilməlidir;

Məsləhətləşmələr aparıldı və İşçi qrupun təşkili və sədrinin seçilməsi TK-yə həvalə edildi.

  1. Cari məsələlər

- Koalisiya üzvü Aslan Gəncə 3 məsələnin həll edilməsi ilə bağlı Şuraya müraciət edib: 1) bölgələrdən olan Koalisiya üzvlərinin də Şuranın iclaslarında iştirak etmələri üçün imkan yaradılması; 2) FP-yə insan hüquqlarının qorunması ilə bağlı bəndlərin daxil edilməsi və 3) BTC ilə əlaqədar hazırladıqları layihənin Koalisiya Şurası tərəfindən dəstəklənməsi. Müzakirədən sonra qərara alındı:

Qərar: Müraciətin müəllifi Şuranın iclasına dəvət edilsin və qaldırılan məsələlər iclasda müzakirə edilsin.

- FP-nin 17 yanvarda keçirilmiş təqdimat mərasimi ilə bağlı fikir mübadiləsi aparıldı. Qərara alındı ki, lazımi hazırlıq işləri aparılsın və təqdimat mərasimində iştirak etmiş donor təşkilatlarda görüşlər keçirilsin.

- Oqtay Gülaliyev Şura üzvü Dünya Sakitin Şuranın iclaslarının vaxtını dəyişməklə bağlı xahişini iclas iştirakçılarına çatdırdı. Qərara alındı ki, bu məsələ Şuranın iclasında baxılsın.


1 2 3 4 ... 32


Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 15:53:58

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
Dünyа Bаnkı İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin müzаkirəsi(24/07/2007)
“Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Gəncə Numayəndəliyi Dəyirmi Masa keçirilmişdir (14/07/2007)
Hasilatin Pay Bölgüsü Sazişləri haqqında əhalidə məlumat varmı? (20/07/2007)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.64306