|
MSŞA Koalisiyası Şurasının iclası #27(74)(06/10/2006)
MSŞA Koalisiyası Şurasının iclası #27(74)(06/10/2006)
İştirak etdilər: | 1 | Sabit Bağırov | Kordinator | | 2 | İnqlab Əhmədov | Şuranın üzvü | | 3 | Oqtay Güləliyev | Şuranın üzvü | | 4 | Mirvari Qəhrəmanlı | Şuranın üzvü | | 5 | Dünya Sakit | Şuranın üzvü | | 6 | Vəzir Mehriban | Şuranın üzvü | | 7 | Telman Zeynalov | Şuranın üzvü | | 8 | Ehtiram Əli | Koalisiya üzvü | | 9 | Şamil Mövsümov | Koalisiya üzvü | | 10 | Ruhangiz Hüseynova | Koalisiya üzvü | | 11 | Elşad Hüseynov | Koalisiya üzvü | İclasın gündəliyi və qəbul edilmiş qərarlar -
Keçən iclasın qərarlarının icrası; Sabit Bağırov bu məsələ ilə bağlı məlumat verdi. -
Koalisiya kampaniyasının gedişatı haqqında məlumat; Kampaniya üzrə İşçi Qrupun sədri Oqtay Güləliyev artıq həyata keçirilmiş tədbirlər haqqında məlumat verdi. İştirakçılara kampaniya üzrə son bülleten paylandı. Sonra oktyabrın 20-də kampaniya çərçivəsində keçiriləcək konfransla bağlı müzakirə aparıldı. Dəvət ediləcək qonaqlarla bağlı müxtəlif təkliflər verildi. Konfransla bağlı qərara alındı ki, aparıcılıq Sabit Bağırova, Koalisiya adından çıxış etmək isə Mirvari Qəhrəmanlıya həvalə edilsin. -
Jurnalist müsabiqəsinin gedişi haqqında Oqtay Güləliyev müsabiqəyə yazıların təqdim edilməsi müddətinin bitdiyini, indi isə münsiflər heyətini müəyyənləşdirmək lazım olduğunu bildirdi. Münsiflər heyətinin seçilməsi ilə bağlı meyarlar müəyyənləşdirildi. Daha sonra münsiflər heyətinə namizədlərlə bağlı təkliflər verildi. 5 nəfər Münsiflər heyətinə seçildi. Oqtay Güləliyev Qubad İbadoğlu Azər Mehtiyev Çingiz Sultansoy Rovşən Bağırov. Münsiflər heyətinin 1 ay müddətində müsabiqədə iştirak etmiş yazılarla tanış olması və qalibləri müəyyənləşdirməsi razılaşdırıldı. Qaliblər xüsusi mətbuat konfransında elan ediləcək və mükafatlandırılacaq. -
Osloda keçiriləcək MSŞT konfransının bəyanatı layihəsi barədə məlumat MSŞT beynəlxalq konfransının qərar layihəsinə aşağıdakı təkliflər qəbul edildi: -
11-ci paraqrafa- MSŞT həm də xərcləri əhatə etməlidir -
Seçim qrupu auditi özü apara bilər. -
Cari məsələlər
◄ 1 ... 26 27 28 ... 32 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 15:53:52
|