|
MSŞA Koalisiyası Şurasının iclası #26(73)(29/09/2006)
MSŞA Koalisiyası Şurasının iclası #26(73)(29/09/2006)
İştirak etdilər: | 1 | Sabit Bağırov | Kordinator | | 2 | İnqlab Əhmədov | Şuranın üzvü | | 3 | Oqtay Güləliyev | Şuranın üzvü | | 4 | Mirvari Qəhrəmanlı | Şuranın üzvü | | 5 | Ilham Hüseynli | Şuranın üzvü | | 6 | Nəriman Ağayev | Şuranın üzvü | | 7 | Vəzir Mehriban | Şuranın üzvü | | 8 | Telman Zeynalov | Şuranın üzvü | | 9 | Sevil Allahverdiyeva | Koalisiya üzvü | | 10 | Çingiz Dadaşov | Koalisiya üzvü | | 11 | Aslan Vəliyev | Koalisiya üzvü | | 12 | İradə Yaqubova | Koalisiya üzvü | | 13 | Şamil Mövsümov | Koalisiya üzvü | | 14 | Nəsirov Şaban | Koalisiya üzvü | | 15 | Məhəmməd Talıblı | Koalisiya üzvü | | 16 | Ruhangiz Hüseynova | Koalisiya üzvü | | 17 | Eyyub Kərimli | Koalisiya üzvü | | 18 | Elşad Hüseynov | Koalisiya üzvü | | 19 | Sevil Yüzbaşeva | Koalisiya üzvü | | 20 | Abbasov İrşad | Eko- Renessans, Gəncə | İclasın gündəliyi və qəbul edilmiş qərarlar -
Keçən iclasın qərarlarının icrası - MSŞT-nin İdarə heyətinə 4 nəfərin namizədliyi verilib: Sabit Bağırov, İnqilab Əhmədov, Qubad İbadoğlu, Mayis Güləliyev. -
Koalisiyanın keçirdiyi kampaniya haqqında məlumat Oqtay Güləliyev kampaniaynın birinci həftəsi haqqında məlumat verdi. Bu barədə iclas iştirakçılarına pres- reliz paylandı. -
Koalisiyaya üzvlük məsələsi ilə bağlı İşçi Qrupun məlumatı İşçi qrupun üzvü Oqtay Güləliyev Koalisiyaya üzv olmaq üçün verilmiş ərizələrlə bağlı aparılmış araşdırmanın nəticələri haqqında məlumat verdi. Işçi qrup üzvləri Telman Zeynalov və Nəriman Ağayev öz əlavələrini bildirdilər. Qərar: Koalisiyaya yeni üzvlərin qəbulu Koalisiyanın dekabrda keçiriləcək ümumi yığıncağınadək təxirə salınsın. Bu müddətdə Kolisiyanın Əsasnaməsinə və Koalisiyaya qəbul qaydalarına dəyişikliklər layihəsi və hazırlanır. -
Gəncədə yaradılmış MSŞT-yə dəstək koalisiyası ilə münasibətlərin tənzimlənməsi Nəriman Ağayev ona Şura tərəfindən verilmiş tapşırığı yerinə yetirdiyini, Gəncədə yaradılmış yeni Koalisiya üzvləri ilə həm telefon, həm də şəxsən görüşərək müzakirə etdiyini və sonda bir razılaşmaya gəldiklərini bildirdi. Bu razılaşmaya görə: - Dəstək Koalisiyasının yaradılması MSŞA Koalisiyasının Əsasnaməsinə zidd deyil. - MSŞA Koalisiyasında iki sektor, şərti adlarla neft sektoru və qeyri-neft sektoru yaradılsın - Ölkənin iqtisadi bölgələri üzrə nümayəndəlikləri (büroları) yaradılsın və onalrın hər birindən gələcəkdə bir nəfər Şura üzvlüyünə seçilsin. - Gəncədə yaradılmış Koalisiya MSŞA Koalisiyasının həmin bölgə üzrə nümayəndəliyinə çevrilsin və qeyri- neft sektorunun yaradılmasında fəal iştirak etsin - Bölgə nümayəndəliklərinin maliyyələşdirilməsi (ofis xərcləri və s.,) növbəti ildən nəzərdə tutulsun - Gəncə Koalisiyasının emblemi ləğv edilir və MSŞA Koalisiyasının emblemi tətbiq edilir və onun aşağısında qeyri- neft sektoru sözləru yazılsın - Nümayəndəliyin səlahiyyəti, statusu birgə müzakirə ilə müəyyənləşdiriləcək Gəncədən gəlmiş nümayəndələr Aslan Vəliyev və İrşad Abbasov bu razılaşmanı təsdiq etdilər. Sabit Bağırov bildirdi ki, bu məsələ ilə bağlı bir neçə məsələni həyata keçirilməlidir. - Əsasnamədə müvafiq dəyişikliklər layihəsi hazırlanmalı və Koalisiya tərəfindən təsdiq edilmə - Gəncədə qeyri neft sektorunda gəlirlərin şəffaflığı probleminə həsr edilən dəyirmi masa keçirilməsi - Qeyri- neft sektorunda Koalisiyanın fəaliyyətini təşkil etmək üçün qrant layihəsinin hazırlanbması və maliyyə vəsaitinin əldə edilməsi -
Cari məsələlər
◄ 1 ... 25 26 27 ... 32 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:39:55
|