|
MSŞA Koalisiyası Şurasının iclası #23(70)(11/08/2006)
MSŞA Koalisiyası Şurasının iclası #23(70)(11/08/2006)
İştirak etdilər: | 1 | Sabit Bağırov | Kordinator | | 2 | İnqlab Əhmədov | Şuranın üzvü | | 3 | Oqtay Güləliyev | Şuranın üzvü | | 4 | İlham Hüseynli | Şuranın üzvü | | 5 | Telman Zeynalov | Şuranın üzvü | | 6 | Mehriban Vəzir | Şuranın üzvü | | 7 | Mayis Güləliyev | Koalisiya üzvü | | 8 | Ehtiram Əli | Koalisiya üzvü | | 9 | Şamil Mövsümov | Koalisiya üzvü | | 10 | Qənimət Məmmədov | Koalisiya üzvü | | 11 | Mübariz Tağıyev | Koalisiya üzvü | | 12 | Ruhangiz Hüseynova | Koalisiya üzvü | | 13 | Həsənov Məmmədhəsən | Koalisiya üzvü | | 14 | Eyyub Kərimli | Koalisiya üzvü | | 15 | Hicran Həmidova | Koalisiya üzvü | | 16 | Şaban Nəsirov | Koalisiya üzvü | | 17 | Çingiz Dadaşov | Koalisiya üzvü | Gündəlik müzakirə edilərkən Şura üzvləri təklif etdilər ki, hər iclasın əvvəlində keçmiş qərarların icra vəziyyəti haqqında məlumat verilsin. Bundan başqa Gəncədə bir qrup QHT-nin yeni yaratdığı "MSŞT-yə dəstək" koalisiyasının yaradılmasına münasibət bildirilməsi, Şura üzvlərinin iclaslara davamiyyəti məsələsinin müzakirə edilməsi, Şurada qrant layihələrinin müzakirə edilməsinin dayandırılması, Koalisiyaya üzvlük məsələlərinin tənzimlənməsi, bu məqədlə yaradılmış İşçi qrupun fəaliyyətinin gücləndirilməsi, Şuradakı müzakirələr və qəbul edilmiş qərarlae haqqında Koalisiya üzvlərinin məlumatlandırılması, S. Rəhmanovun Şura üzvü kimi iclaslarda iştirak etməməsinin səbəbinin öyrənilməsi məsələləri qaldırıldı. O. Güləliyev bildirdi ki, elektron səsvermə Əsasnamədə təsbit edilmədiyi üçün onun keçirilməsi doğru deyil. Bir neçə iclas iştirakçısı isə Əsasnamədə onun qadağan da edilmədiyini və artıq əvvəllər bir dəfə belə bir səsvermənin keçirildiyini bildirdilər. 53 nəfərin bu səsvermədə iştirak etməsi onların bunu qəbul etməsi deməkdir. İclasın gündəliyi və qəbul edilmiş qərarlar -
Şura üzvlüyü ilə əlaqədar səsvermənin nəticələrinin müzakirəsi Sabit Bağırov məlumat verərək bildirdi, Şuranın qərarına əsasən internet vasitəsi ilə Koalisiya üzvləri arasında keçirilmiş səsvermənin nəticələrinə belə olmuşdur: Səsvermədə cəmi 53 Koalisiya üzvü iştirak edib. O cümlədən səs veriblər: 1-ci varianta- həm Əvəz Həsənov, həm də Telman Zeynalov səs vermək hüququna malik olsunlar- 21 səs 2-ci varianta- 7-ci Ümumi yığıncaqda Şuraya yeni üzvlərin seçilməsi zamanı 3-cü ən çox səs toplamış İlham Hüseynli Şura üzvü seçilsin- 27 səs bitərəf- 5 səs Səsvermənin nəticələrinə əsasən 2-ci variant daha çox səs topladığı üçün İlham Hüseynli Şura üzvü seçildi. -
Koalisiya jurnalına dair müvafiq prinsiplərin və Əsasnamənin müzakirəsi S. Bağırov Şuranın qərarı ilə hazırlanması ona həvalə edilmiş Koalisiya jurnalına dair prinsipləri müzakirəyə təqdim etdi. O. Güləliyev bu sənədlə tanış olmaq və ona əlavə və dətişikliklərin edilməsi aqqında təkliflər hazırlamaq üçün vaxt ayrılmasını təklif etdi. T. Zeynalov bu sənədin əsas kimi qəbul edilməsini və sonra virtual müzakirəsini aparıb növbəti iclasda müzakirə edilməsini təklif etdi. M. Vəzir bu iclasda müzakirənin aparılmasını və müzakirələrin internet vasitəsi ilə davam etdirilməsini təklif etdi. Şura üzvləri qərara aldılar ki, təklif edilən sənəd müzakirə edilsin. Sənəd bənd- bənd müzakirə edildi və sonda Şura sənədlə bağlı qərar qəbul etdi: Qərar: Koalisiya jurnalına dair təklif edilən prinsiplər qəbul edilsin -
Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının şəffaflıq siyasətlərində yeni aspektlər və G8 toplantısının Şəffaflıqla əlaqəli Bəyanatı (Sabit Bağırov) Sabit Bağırov iclas iştirakçılarını bu sənədlərin qısa məzmunu ilə tanış etdi və bu sənədlərin şəffaflığın təmin edilməsi üçün əhəmiyyətini qeyd etdi. İnqilab Əhmədov təklif etdi ki, Koalisiya belə sənədlərin müzakirəsində fəal iştirak etməlidir. O bunun üçün ayrıca bir qrupun yaradılmasının da məqbul ola biləcəyini qeyd etdi. -
Cari məsələlər -
Gəncədə yaradılmış "MSŞT-yə dəstək" koalisiyasından bir nəfər nümayəndə Şuranın növbəti iclasına dəvət edilsin. -
Koalisiya üzvlərinin həyata keçirdiyi layihələr haqqında vaxtaşırı olaraq Şurada layihə rəhbərləri məlumat versinlər. -
Şura üzvlərinin iclaslara davamiyyət məsələsini qaydaya salmaq məqsədilə bu haqda Şura üzvlərinə Kordinator tərəfindən müraciət edilsin və bu məsələ Şuranın növbəti iclasında müzakirə edilsin. -
Koalisiyaya üzvlüklə bağlı ərizələrin araşdırılması və faktik üzvlərin üzvlükdə qalıb- qalmamalarını dəqiqləşdirmək üçün yaradılmış İşçi qrupa tapşırıqlar müəyyənləşdirildi.
◄ 1 ... 22 23 24 ... 32 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:19:19
|