|
MSŞA Koalisiyası Şurasının iclası #21(68)(21/07/2006)
MSŞA Koalisiyası Şurasının iclası #21(68)(21/07/2006)
İştirak etdilər: | 1 | Sabit Bağırov | Kordinator | | 2 | İnqlab Əhmədov | Şuranın üzvü | | 3 | Mehriban Vəzir | Şuranın üzvü | | 4 | Qubad İbadoğlu | Şuranın üzvü | | 5 | Oqtay Güləliyev | Şuranın üzvü | | 6 | Dünya Sakit | Şuranın üzvü | | 7 | Telman Zeynalov | Şuranın üzvü | | 8 | Nəriman Ağayev | Şuranın üzvü | | 9 | Fuat Rəsulov | Koalisiya üzvü | | 10 | Mayis Güləliyev | Koalisiya üzvü | | 11 | Şamil Mövsümov | Koalisiya üzvü | | 12 | İlqar Hüseynli | Koalisiya üzvü | | 13 | Azər Rəsulov | Koalisiya üzvü | | 14 | Elşad Hüseynov | Koalisiya üzvü | | 15 | Ruhangiz Hüseynova | Koalisiya üzvü | | 16 | Anar Orucov | Koalisiya üzvü | | 17 | Ruhəngiz Hüseynova | Koalisiya üzvü | | 18 | Məhəmməd Talıblı | Koalisiya üzvü | | 19 | Şamil Mövsümov | Koalisiya üzvü | | 20 | Hicran Həmidova | Koalisiya üzvü | | 21 | Mübariz Tağıyev | Koalisiya üzvü | | 22 | Ruslan Sədirxanov | Koalisiya üzvü | | 23 | Çingiz Dadaşov | Koalisiya üzvü | | 24 | Sevil Allahverdiyeva | Koalisiya üzvü | | 25 | Qənimət Məmmədov | Koalisiya üzvü | | 26 | Qalib Əfəndiyev | ACİ YF | Təklif edilən gündəlik müzakirə edilərkən, O. Güləliyev təklif etdi ki, Koalisiya jurnalına dair layihənin müzakirəsindən əvvəl jurnalın konsepsiyası, siyasəti və prinsipləri müzakirə edilməlidir. Buna görə də bu məsələ indi gündəlikdən çıxarılmalıdır və layihəyə jurnalın ümumi siyasəti təsdiq edildikdən sonra baxılmalıdır. İclas iştirakçılarının əksəriyyəti bu təkliflə razılaşdılar və səsvermədən sonra qərar qəbul edildi: Qərar: Təklif edilən gündəlikdən "Koalisiya jurnalına dair layihənin müzakirəsi" çıxarılsın. Əvvəlcə jurnalın prinsipləri və siyasətini əks etdirən sənəd hazırlansın, müzakirəyə çıxarılsın və Şurada təsdiq edilsin. O. Güləliyev təklif etdi ki, M. Güləliyevin istefasından sonra Şurada boş qalmış bir yerə yeni üzv seçilməlidir. O, bu məsələnin gündəliyə salınmasını təklif etdi. Təklif qəbul edildi. İclasın gündəliyi və qəbul edilmiş qərarlar -
Yeni üzvlərin qəbul prinsipləri və qaydalarının nəzərdən keçirilməsi S. Bağırov məlumat verdi ki, son dövrlərdə birdən- birə Koalisiya üzvlüyünə daxil olmaq üçün müraciətlərin sayı kəskin artıb. Belə ki, son bir ay ərzində əvvəlki iki il ərzində olduğu qədər müraciət edilib. Bu bir tərəfdən Koalisiyanın populyarlığının artması nəticəsi olsa da, digər tərəfdən bəzi neqativ halların olması ehtimalı da yaradır. Müzakirələrdə əsasən belə bir təklif edildi, İşçi qrup yaradılsın və təqdim edilmiş ərizələr araşdırılsın, müraciət edənlərin kimlər olduğu öyrənilsin, hesabat hazırlansın və təkliflərlə birgə Şuranın müzakirəsinə çıxarılsın. O. Güləliyev xatırlatdı ki, son Ümumi yığıncaqda Fuar Qəhrəmanlıya üzvlərin dəqiqləşdirilməsi, davamiyyətin monitorinqi ilə bağlı İşçi qrup yaratmaq həvalə edilmişdi. Bu məsələni də həmin İşçi qrupa tapşırmaq olar. S. Bağırov bildirdi ki, 1 ay keçməsinə baxmayaraq F. Qəhrəmanlı həmin İşçi Qrupun yaradılması üçün heç bir təşəbbüs göstərməyib. Təkliflərdən biri də o oldu ki, Şurada Koalisiyaya qəbul gizli səsvermə yolu ilə keçirilsin. Müzakirələrin sonunda qərar qəbul edildi: Qərar: -
Fuat Qəhrəmanlı, Nəriman Ağayaev, Telman Zeynalov, Oqtay Güləliyev və Mübariz Tağıyevdən ibarət İşçi qrup yaradılsın. İşçi qrup a) Koalisiyanın hazırki üzvləri arasında araşdırma aparsın, həmin təşkilatların mövcud olub- olmamaları və onların Koalisiya üzvlüyündə qalıb- qalmaması məsələləri dəqiqləşdirilsin; b) Koalisiyaya üzv olmaq üçün son vaxtlar edilmiş müraciətlər təhlil edilsin və hər iki məsələ ilə bağlı Şuraya hesabat və təkliflərini təqdim etsin. -
Şurada Koalisiyaya yeni üzvlərin qəbulu gizli səsvermə yolu ilə keçirilsin. Bu bənd Koalisiyaya yeni üzvlərin qəbulu Qaydalarına əlavə edilsin. -
Regionlarda qadınlar üçün dəyirmi masaların keçirilməsi haqqında layihənin müzakirəsi. Layihənin mahiyyəti haqqında onun müəllifi Ruhəngiz Hüseynova məlumat verdi. Müzakirələrdə layihə ilə bağlı bəzi təkliflər verildi. Sonda Şura layihəni dəstəklədiyi haqqında qərar qəbul etdi. -
Osloda keçiriləcək EITI beynəlxalq konfransına Koalisiya nümayəndələrinin müəyyənləşdirilməsi (bu haqda PWYP Koalisiyası kordinatorunun təklifinin müzakirəsi S. Bağırov məlumat verdi ki, konfransı hazırlayan BMQ konfransa nümayəndələri dəvət etmək PWYP beynəlxalq koalisiyasına tapşırılıb. S. Bağırov BMQ üzvü kimi buna etiraz etsə də, bu etiraz qəbul edilməyib. Müvafiq olaraq PWYP koalisiyasının kordinatoru siyahı tərtib edib və həmin siyahıda Azərbaycandan 4 nəfər- Sabit Bağırov, İnqlab Əhmədov, Mayis Güləliyev və Qalib Əfəndiyev daxil edilib. Müzakirələrdə siyahının təsdiq edilməsi təklif edildi. Eyni zamanda Oqtay Güləliyev əlavə etdi ki, cavab məktubunda növbəti dəfə nümayəndələrin ölkələrin özləri tərəfindən müəyyən edilməsi tələbi qeyd edilsin. Bundan başqa Azərbaycandan daha bir nümayəndənin, konkret olaraq Qubad İbadoğlunun da konfransa dəvət edilməsi haqqında cavab məktubunda xahiş edilsin. Müzakirənin sonunda bu təkliflər də qeyd edilməklə təqdim edilən siyahının təsdiq edilməsi qərara alındı. -
EITI katibliyinin yerləşəcəyi ölkəyə dair Koalisiyanın münasibəti S. Bağırov məlumat verdi ki, beynəlxalq konfransda bir sıra mühüm məsələlərlə yanaşı yeni yaranacaq daimi EITI katibliyinin ofisinin- qərargahının hansı ölkədə yerləşəcəyi məsələsi də müzakirə ediləcək və müvafiq qərar qəbul ediləcək. Hazırda bir neçə şəhərin- o cümlədən, London, Paris, Oslo və Bonn şəhərlərinin namizədlikləri müzakirə edilir. Bu məsələ ilə bağlı Koalisiya da öz mülahizəsini verə bilər. Müzakirədə hər bir şəhərin üstün və çatışmayan cəhətləri haqqında məlumat verildi. İclas iştirakçılarının ümumi razılığı belə oldu ki, EITI katibliyinin ofis- qərargahının Oslo şəhərində yerləşməsi daha məqsədə uyğundur. -
Şuranın tərkibi haqqında S. Bağırov məlumat verdi ki, Mayis Gülalıyevin könüllü istefasından sonra Şurada bir yer boşalıb və həmin yerə yeni Şura üzvünün seçilməsi məsələsi müzakirə edilməlidir. Bunun üçün müxtəlif variantlar təklif edilir. Müzakirədən sonra qərara alındı ki, kordinator Sabit Bağırov mümkün variantları göstərməklə bütün Koalisiya üzvlərinə email-lə müraciət etsin və yeni Şura üzvünün hansı yolla seçilməsinin məqbul olduğu haqqında fikirlərini yazmalarını xahiş etsin. Bu cavablardan asılı olaraq növbəti iclasların birində yeni Şura üzvünün seçilməsi məsələsi yenidən müzakirə edilsin.
◄ 1 ... 20 21 22 ... 32 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:40:10
|