Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 23 İyul 2008, Çərşənbə |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #2(49)(03/01/2006)

MSŞA Koalisiyası Şurasının iclası #2(49)(03/01/2006)

İştirak etdilər:

1

Sabi Bağırov

Kordinator

2

İnqlab Əhmədov

Şuranın üzvü

3

Oqtay Gülalıyev

Şuranın üzvü

4

Mayis Gülalıyev

Şuranın üzvü

5

Mirvari Qəhrəmanlı

Şuranın üzvü

6

Sevgim Rəhmanov

Şuranın üzvü

7

Telman Zeynalov

Şuranın üzvü

8

Qubad İbadoğlu

Şuranın üzvü

9

Əvəz Həsənov

Şuranın üzvü

10

Fəqan Əliyev

Monitorinq Qrupunun üzvü

11

Nəriman Ağayev

Koalisiya üzvü

12

Fuat Rəsulov

Koalisiya üzvü

13

Ehtiram Əli

Koalisiya üzvü

14

Fərda Əsədov

ACİ YF

15

Qalib Əfəndiyev

ACİ YF

Gündəlik:

  1. Şuranın 2006-cı il üzrə fəaliyyət istiqamələrinin müzakirəsi (Hökumətin Neft Fondu vəsaitlərindən geniş miqyaslı xərclərə başlaması ilə əlaqədar Koalisiyanın mövqeyinin müəyyənləşdirilməsi)- 6 yanvar tarixli müzakirənin davamı

  2. 2006-cı il üzrə Koalisiyanın Fəaliyyət planının yanvarın 17-də donorlara təqdimatı haqqında

  3. Koalisiyaya yeni üzvlərin qəbulu

  4. Cari məsələlər

İclasın gedişi haqqında qısa məlumat və qəbul edilmiş qərarlar

  1. S. Bağırov giriş sözündə aşağıdakı məsələlərə toxundu:

    - Neft Fondundan geniş miqyaslı xərclərə başlanılır;

    - 2006-cı ildə 1 milyard ABŞ dollarına yaxın xərclənməsi haqqında qərar qəbul edilib;

    - Koalisiya gəlir və xərclər üzərində moniorinq aparmalıdır. Belə ki, gəlirlərin monitorinqi EITI prinsiplərinə, xərclərin monitorinqi Koalisiyanın yaradılma məqsədlərinə, yəni onun Əsasnaməsinin müvafiq bəndlərinə uyğundur;

    - Koalisiya mədən sənayesinə aid olan, ictimaiyəti maraqlandıran və narahat edən mühüm hadisə və qərarlara operativ münasibət bildirməlidir;

    - Neft Fondundan xərclərin istiqmətləri üzrə Koalisiyanın ayrı- ayrı üzvləri, və yaxud birlikdə bir neçə təşkilat fəaliyyətə başlasınlar. Həmin təşkilatlar Şurada müəyyənləşdirilsinlər. Xərclərin ayrı- ayrı istiqamətləri üzrə sorğular göndərilsin, xərclər üzərində monitorinq aparılsın və s.

    - Xərclər üzərində monitorinqin metodologiyası işlənib hazırlanmalıdır;

    - Üç sual ortaya çıxır: 1) Koalisiya ictimai əhəmiyyətli qərarlara və hadisələrə münasibət bildirməlidirmi? 2) Koalisya Neft Fondundan xərclər üzərində monitorinqə prinsipcə başlamalıdırmı? 3) Əgər başlamalıdırsa, hansı addımlar atılmalıdır, monitorinqin metodologiyası necə olmalıdır, monitorinq aparan təşkilatlar necə müəyyənləşdirilməlidir?

    Q. İbadöğlu:

    - Neft Fondundan xərclər, onların gözlənilən sosial- iqtisadi nəticələri haqqında Koalisiyanın ümumi mövqeyi müəyyənləşdirilməlidir;

    - NF-dan xərclər üzərində monitorinqdə yalnız Koalisiya üzvləri deyil, KİV nümayəndələri, ictimai qrupların (qaçqınlar və s.) nümayəndələri də iştirak etməlidirlər;

    - Genişləndirilmiş xərclərlə bağlı Koalisiya dəyirmi masa keçirməlidir. Həmin dəyirmi masaya Neft Fondunun nümayəndəsi dəvət edilməlidir və bizi maraqlandıran suallara cavab almalıyıq.

    - Yalnız baş verən ayrı- ayrı proseslərə (qiymət artımı və s.) münasibət bildirmək deyil, ümumiyyətlə məsələlərə konseptual yanaşmaq lazımdır;

    -Mən xərclərin belə artımını düzgün addım saymıram və istərdim ki, Koalisiya NF-in vəsaitləri xərcləmə siyasətinə münasibət bildirsin.

    S. Rəhmanov:

    - Biz NF-nin xərcləri üzrə sorğu verib həmin xərclərlə bağlı bizi maraqlandıran suallara cavab istəyə bilərik.

    S. Bağırov:

    - Konkret vəsaitlərin hansı ünvana ayrıldığını öyrənmək üçün NF-na müraciət edə bilərik. Ünvanları öyrəndikdən sonra həmin ünvanlara xərclərin necə həyata keçirildiyi barədə sorğu verə bilərik. İndi bu işi görəcək təşkilat və ya İşçi qrup müəyyənləşdirilə bilər.

    F. Əsədov:

    - Münasibət bildirməyin müxtəlif səviyyələri ola bilər. Əgər Koalisiya dərin təhlilə və geniş tədqiqat işinə əsaslanan münasibət bildirmək istəyirsə, yaxşı olar ki, bu ancaq gəlirləri əhatə etsin. Çünki, burada çox böyük iş həcmi var ki, Koalisiyanın imkanları ilə onun öhdəsindən gəlmək olarsa, böyük bir iş olar. Xərclər və s. kimi digər məsələlərə isə o zaman münasibət bildirmək olar ki, onların tədqiqatına kimlərsə, hansısa başqa təşkilatlar aparsın və Koalisiya ona öz münasibətini bildirə bilər.

    - Neft gəlirlərinin xərclənməsi strategiyası hələ kifayət qədər müzakirə olunmayıb. NF-dən 2006-cı il üzrə xərcləri üzrə çoxlu suallar meydana çıxır. Bu suallar üzrə araşdırma aparmaq, strateji təkliflər hazırlamaq, bu məsələ üzrə hökumətin müvqeyini öyrənmək, Koalisiyanın öz müvqeyini müəyyənləşdirmək strateji bir məsələ kimi qarşıda durur.

    M. Gülalıyev:

    - Bu gün gündəliyə bu məsələlərin çıxardılması özfəaliyyət və anarxik yolla Koalisiyanın strateji fəaliyyət palnını hazırlamağa növbəi cəhddir. Strategiya ciddi şəkildə işlənib hazırlanmalıdır. Əks halda biz qarşımıza çıxan problemlərin ardınca getməyə məcbur olacağıq. Bu o deməkdir ki, biz bir müddət gəlirlərlə, sonra xərclərlə, daha sonra başqa bir işlə məşğul olacağıq. Bütün bunların bizə aidiyyatı yoxdur. Biz EITI prinsiplərinə, DFID-in bizə sırıdığı "Source Book"da qeyd edilən prinsiplərə uyğun strateji fəaliyyət planı hazırlamalı və onu həyata keçirməliyik. Məni konkret xərclər maraqlandırmır. Mən bu xərclərlə razı olmasam da, hesab edirəm ki, onlar Prezidentin 27 sentyabr tarixli sərəncamına uyğun aparılır. Məni o maraqlandırır ki, Koalisiyanın yaxın 6 ay- 1 il, hətta 2 il üçün strateji planı hazırlansın və həyata keçirilsin.

    - İctimai əhəmiyyətli sayılan və ölkədə baş verən sosial- iqtisadi məsələlərə (qiymət artımı və s.) Koalisiya heç bir münasibət bildirməli deyil.

    F. Əliyev:

    - İctimai əhəmiyyətli məsələlərə Koalisiyanın münasibət bildirməsi vacibdir. Bu onun nüfuzunu da artıracaq. Bu mənada yaxşı hazırlanmış, ciddi əsaslandırılmış məruzə ilə dəyirmi masa keçirilməsinin tərəfdarıyam.

    İ. Əhmədov:

    - Biz EITI üçün nəzərdə tutulmuş çərçivədən uzaqlaşırıq.

    - Biz bir daha EITI üzrə nəyi etməli olduğumuzu dəqiqləşdirməliyik.

    - Koalisiyanın fəaliyəti EITI prinsipləri əsasında qurulsun.

    - Birinci növbədə gözlənilən 3-cü audit rəyi üzrə ictimai rəyin formalaşdırılması ilə məşğul olmalıyıq və bunun üçün hesabat və audit rəyi açıqlandıqdan sonra bizi qane etməyən məsələlər, hesabatlardakı uyğunsuzluqlarla bağlı sorğu verməliyik, ictimaiyyət üçün hesabtların icmalını hazırlamalıyıq.

    Ə. Həsənov:

    - NF-dan xərclər üzrə dəyirmi masa keçirilməsini bizim işimizə mane olmaz. Bu mexanizmin Koalisiya üzvləri üçün də, ictimaiyyət üçün də açıqlanmasına ehtiyac var.

    - Koalisiya həm EITI prinsiplərinin həyata keçirilməsi, həm də vətəndaş cəmiyyəti təmsilçisi kimi gəlirlər və xərclər üzrə ictimaiyəti narahat edən məsələlər üzrə mövqe nümayiş etdirməli, bu məsələlərə münasibət bildirməliyik.

    O. Gülalıyev:

    - Koalisiya yalnız gəlirlərlə məşğul olub, xərcləmələrə fikir verməsə, onun bu fəaliyyəti yarımçıq olar. Koalisiyanın fəaliyyətinin hərtərəfli qurulması vacibdir. Bu gün gündəmdə hansı məsələ varsa, Koalisiya ona münasibət bildirməli, mövqe nümayiş etdirməlidir.

    F. Rəsulov:

    - Koalisiya hələ özünü cəmiyyətə tanıda bilməyib. Buna görə də onun hər hansı bir məsələ ilə bağlı verəcəyi bəyanatı cəmiyyətdə gözlənilən effekti yaratmayacaq.

    - Koalisiya hələlik EITI prinsipləri çərçivəsində ancaq gəlirlərin açıqlanması ilə məşğul olmalı və hesabatlar haqqında ictimaiyyət üçün açıqlama verməlidir və s.

    - Koalisiya NF-nun Müşahidə Şurasında öz nümayəndəsi ilə təmsil olunmağa çalışmalıdır.

    Q. İbadoğlu:

    - Təklif edilən dəyirmi masanın keçirilməsində məqsəd heç də xərclər haqqında Koalisiyanın konseptual mövqeyini açıqlamaq deyil. Xərclərlə bağlı Koalisiyanı və bütövlükdə ictimaiyəti maraqlandıran suallar var və biz aidiyyatlı hökumə təşkilatlarının nümayəndələrindən həmin suallara cavab almağa çalışmalıyıq.

    - Koalisiya həm EITI prinsipləri, həm də öz Məramnaməsindən irəli gələn fəaliyyətlərlə məşğul ola bilər və olmalıdır.

    - Bu gün Koalisiyanın fəaliyəti üçün iki istiqamət görünür: 1) hesabatlar və audit rəyinin müzakirəsi və icmalın hazırlanması və 2) xərclər üzrə siyasətə Koalisiyanın münasibətinin hazırlanıb cəmiyyətə təqdim edilməsi.

    - Təklif edirəm bir işçi qrup formalaşdırılsın və o, NF-dən hazırda həyata keçirilməyə başlanan xərclərin NF-in Əsasnaməsinə, NF-in vəsaitlərindən isifadə ilə bağlı Prezidentin sərəncamlarına, 2004-cü il 27 sentyabr tarixli Prezidentin Sərəncamına nə qədər uyğun olması ilə bağlı təhlil aparsın və arayış hazırlasın. Audit rəyi açıqlandıqdan sonra isə ikinci bir qrup təşkil edilsin və həmin məsələ üzrə araşdırmaya başlasın.

    - Hazırda xərclər üzrə monitorinqə başlamaq mümkün deyil çünki, hələ heç vəsait köçürülməsinə və praktiki olaraq xərclərə başlanılmayıb. Belə məsələləri qaldırmaqda məqsəd odur ki, bunlarla yalnız Koalisiya deyil, bütün cəmiyyət, məşğul olmaq istəyən hər bir kəs maraqlansın. KİV-lər bu məsələləri daha geniş işıqlandırsınlar.

    S. Bağırov:

    - Üç mövqe var: 1) hər şeydən əvvəl Koalisiyanın strateji fəaliyyət planı hazırlansın və sonra xərclərin monitorinqinə baxıla bilər; 2) Koalisiya hələlik ancaq EITI prinsiplərinə uyğun fəaliyyət göstərməlidir və xərclərin monitorinqini aparmamalı, ictimai əhəmiyyətli hadisələrə münasibət bildirməməlidir; 3) Koalisiya hər bir önəmli sosial- iqtisadi məsələlərə münasibət bildirməlidir. Koalisiya bu üç mövqedən birini seçməlidir.

    M. Gülalıyev:

    - Koalisiya ancaq EITI prinsiplərinə uyğun fəaliyyət göstərməlidir. Burada Koalisiya üçün kifayət qədər iş var.

    - Koalisiyanın fəaliyyəti yenidən və başqa istiqamətdə qurulmalıdır. Koalisiyanın fəaliyyətinə EITI prosesinin monitorinqini aparma priorietini verməliyik. EITI-da üç tərəf deyil, iki tərəf var- şirkətlər və hökumət. Vətəndaş cəmiyyəti təmsilçisi olaraq Koalisiya bu prosesin monitorinqini aparmalıdır.

    - "Source book"- un tərcüməsi hazır olandan sonra "EITI nədir?" mövzusunda dəyirmi masa keçirilsin.

    Q. İbadoğlu:

    - Müzakirə edilən suala cavab verilməlidir: NF-dən xərclər siyasətinə Koalisiya münasibət bildirməlidirmi?

    N. Ağayev:

    - Koalisiyanın birinci vəzifəsi ictimaiyyətidən kənardan qalmış mədən sənayesi haqqında məlumatları ictimaiyyətə çatdırmaqdır;

    - Koalisiya NF-in artıq təsdiq edilmiş 2006-cı il üzrə büdcəsini müzakirə etməkdən çəkinməlidir;

    - NF-in 2005-ci il üzrə büdcəsi və onun yerinə yetirilməsi müzakirə edilməlidir;

    Ə. Həsənov:

    - Dəyirmi masada müzakirələr iki istiqamətdə getməlidir: 1) Keçən ilin büdcəsinin müzakirəsi və 2) yeni 2006-cı ilin büdcəsinin müzakirəsi

    F. Əsədov:

    - Gəlirlərin necə istifadə edilməsi Koalisiyanın yeni fəaliyyət planında artıq təsdiq edilmiş fəaliyyətdir və dəyirmi masa da bununla bağlı keçiriləcək bir tədbirdir.

    - Gəlirlərdən necə istifadə edilməsi heç də EITI-dan kənar məsələ deyil;

    - NF büdcəsinin ehtimal olunan gəlir hissəsi ilə də bağlı dəqiqləşdirmələr aparılmalıdır;

    S. Bağırov:

    - NF-ə müraciət etmək olar ki, gəlirlərlə bağlı bu proqnozun hansı hesablamalar əsasında ortaya çıxdığı haqqında məlumat versin

    Qərar:

    1. Koalisiya EITI-dan kənar məsələlərə (hökumətin qərarları, qanunlar və s.) münasibət bildirməyəcək;

    2. Koalisiyanın NF-nun gəlirləri və xərclər siyasəti ilə bağlı öz münasibətini bildirməlidir. Bu məqsədlə:

  1. 2006-cı il üçün gəlirlərin hansı prinsiplərlə proqnozlaşdırıldığı aydınlaşdırılması üçün ARDNF-ə sorğu ilə müraciət edilsin

  2. Bu xərclərin mümkün makroiqtisadi təsirləri ilə bağlı məruzə hazırlansın (məsul şəxs- Q. İbadoğlu)

  3. Məruzə hazır olduqdan sonra Şurada müzakirə edilsin

  4. Məruzənin təqdimatı üçün xüsusi dəyirmi masa keçirilsin və NF nümayəndəsi dəyirmi masaya dəvət edilsin (məsul şəxs- S. Bağırov)

  1. S. Bağırov Fəaliyyət Planının donorlara təqdimatı mərasiminin təşkili ilə bağlı məlumat verdi:

    1. Təqdimat 17 yanvar 2006-cı il tarixdə, saat 1100- 1300 müddətində Ekselsior otelinin konfrans zalında keçiriləcək;

    2. 30-a qədər müxtəlif ünvanlara (donor təşkilatlar, xarici səfirliklər, neft şirkətləri, ARDNF, Milli Məclis üzvləri) dəvət məktubu göndərilib;

    3. tədbirin maliyyə dəstəyi ACİ YF tərəfindəndir.

    Tədbirin ssenarisi müzakirə edildi və məruzənin hazırlanıb mərasimdə təqdim edilməsi S. Bağırova həvalə edildi.

  2. Koalisiyaya üzv olmaq üçün müraciət etmiş "Əks- səda" Beynəlxalq Jurnalisit Tədqiqatları Mərkəzi (rəhbəri- Sevinc Kərimova) və Mövsümov Şamil (fərdi üzv) ərizələri əsasında səsvermə ilə Koalisiya üzvlüyünə qəbul edildilər.

  3. 1) Aprel ayında EITI mövzusunda Bakıda keçiriləcək konfransa hazırlıq tədbirlərinin başlanması zəruriliylə bağlı F. Əsədov Təşkilat Qrupunun yaradılmasını, bunun üçün layihə hazırlayıb donorlara təqdim edilməsini təklif etdi:

Qərar: Aprel ayında EITI mövzusunda Bakıda keçiriləcək konfransa hazırlıq tədbirlərini həyata keçirmək üçün 3 nəfərdən- S. Bağırov, M. Gülalıyev və F. Əliyevdən ibarət Təşkilat Komitəsi yaradılsın. TK-nın ilk iclası yanvarın 18-də saat 17-də ACİ YF-da keçirilsin.

2) Müzakirədən sonra qərara alındı

Qərar: Koalisiyanın da üzv olduğu PWYP Beynəlxalq koalisiyasının 2006-cı il üçün fəaliyyət planı Koalisiya üzvləri arasında yayılsın və bu sənədlə bağlı təkliflər olarsa toplanılıb PWYP-yə göndərilsin


1 2 3 ... 32 A


Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:40:15

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.8
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.357462