Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 23 İyul 2008, Çərşənbə |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #18(65)(14/06/2006)

MSŞA Koalisiyası Şurasının iclası #18(65)(14/06/2006)

İştirak etdilər:

1

Sabit Bağırov

Kordinator

2

İnqlab Əhmədov

Şuranın üzvü

3

Dünya Sakit

Şuranın üzvü

4

Qubad İbadoğlu

Şuranın üzvü

5

Oqtay Güləliyev

Şuranın üzvü

6

Mayis Güləliyev

Şuranın üzvü

7

Mirvari Qəhrəmanlı

Şuranın üzvü

8

Sevgim Rəhmanov

Şuranın üzvü

9

İlham Hüseynli

Koalisiya üzvü

10

Ehtiram Əli

Koalisiya üzvü

11

Eyyub Kərimli

Koalisiya üzvü

12

Ruhangiz Hüseynova

Koalisiya üzvü

13

Hicran Həmidova

Koalisiya üzvü

14

Mehriban Vəzir

Koalisiya üzvü

15

Məhəmməd Talıblı

Koalisiya üzvü

16

Fərda Əsədov

ACİ YF

17

Qalib Əfəndiyev

ACİ YF

İclasın gündəliyi və qəbul edilmiş qərarlar

Təklif edildi ki, yeni üzvlərin qəbulu məsələsinə birinci baılsın.

  1. Yeni üzvlərin qəbulu

İqtisadi və Sosial İnkişaf Mərkəzi (Vüqar Bayramov), Demokratik Dəyərləri Müdafiə Fondu (Əhməd Əsgər), Vətəndaş Cəmiyyəti Quruculuğuna Yardım Mərkəzi (Regional QHT Ağstafa rayonu- İlqar Vəliyev) Musayev Ceyhun Əli oğlu (fərdi) və Bəkirzadə Şəbnəm Rəşaid qızı (fərdi) Koalisiyaya üzv olmaq haqqında müraciətlərinə baxıldı və onlar Koalisiya üzvlüyünə qəbul edildilər.

  1. Koalisiya jurnalının "Əsasnamə"sinin müzakirəsi:

Müzakirəyə jurnalın "Əsasnamə"sinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupun hazırladığı layihə çıxarıldı. Bu layihədə M. Güləliyevin əlavə və düzəlişləri də qeyd edilmişdi. Layihə bənd- bənd müzakirə edildi. Müzakirələrdən sonra qərara alındı:

Qərar:

  1. Jurnal hüquqi şəxs kimi təsis edilmir.

  2. Jurnalın təsisçisi Koalisiya Şurasıdır

  3. Jurnalın idarə olunması üçün:

    1. Redaksiya Şurası (jurnalın strategiyasını və tematikasını müəyyənləşdirir)

    2. Redaksiya Heyəti yaradılır. (Baş redaktor və işçi kollektivdən ibarətdir və jurnalın cari işlərini idarə edir).

  4. Redaksiya Şurası Koalisiya üzvləri və Monitorinq Qrupu arsından könüllülük prinsipi ilə seçilir.

  5. Baş redaktor Redaksiya Şurası tərəfindən Koalisiya və Şura üzvləri arasından seçilir.

  6. Redaksiya Heyətini Baş redaktorun təqdimatı ilə Redaksiya Şurası təsdiq edir.

  7. Əsasnamə əsas kimi qəbul edilir və burada qəbul edilmiş qərarlar və təklif edilən düzəlişlərlə yenidən hazırlansın

  1. Cari məsələlər

M. Güləliyev:

- Koalisiyanın layihələri fəaliyyət planına uyğun koordinasiya edilməlidir. Bu layihələr Koalisiyanın ümumi strategiyasına xidmət etməlidir.

S. Bağırov

- Bu məsələ gələn iclasda müzakirə edilsin.

Qərara alındı ki, Koalisiyanın növbəti ümumi yığıncağı iyunun 30-da saat 10-da başlansın. Yığıncağın keçiriləcəyi yer dəqiqləşdiriləcək.


1 ... 17 18 19 ... 32 A


Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:40:19

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.8
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.643967