Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Sentyabr 2008, Bazar | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #17(64)(26/05/2006)

MSŞA Koalisiyası Şurasının iclası #17(64)(26/05/2006)

İştirak etdilər:

1

Sabit Bağırov

Kordinator

2

İnqlab Əhmədov

Şuranın üzvü

3

Telman Zeynalov

Şuranın üzvü

4

Qubad İbadoğlu

Şuranın üzvü

5

Oqtay Güləliyev

Şuranın üzvü

6

Əvəz Həsənov

Şuranın üzvü

7

Mirvari Qəhrəmanlı

Şuranın üzvü

8

İlham Hüseynli

Koalisiya üzvü

9

Ehtiram Əli

Koalisiya üzvü

10

Eyyub Kərimli

Koalisiya üzvü

11

Elşad Hüseynov

Koalisiya üzvü

12

Şamil Mövsümov

Koalisiya üzvü

13

Kərimova Sevinc

Koalisiya üzvü

14

Fərda Əsədov

ACİ YF

İclasın gündəliyi və qəbul edilmiş qərarlar

Gündəliyin müzakirəsi zamanı O. Güləliyev keçən iclasdan yarımçıq qalmış Koalisiya jurnalının Əsasnaməsinin müzakirəsini də davam etdirməyi təklif etdi. S. Bağırov bildirdi ki, digər Şura üzvü M. Güləliyev ezamiyyətdədir və məktub yazaraq bu məsələnin müzakirəsinin təxirə salınmasını xahiş edib. Ozünün bu məsələ ilə bağlı ayrıca təkliflərinin olacağını qeyd edib. Qısa müzakirədən sonraŞura üzvləri bu məsələnin müzakirəsini təxirə salmaq haqqında qərara gəldilər.

Təklif edildi ki, yeni üzvlərin qəbulu məsələsinə birinci baılsın.

  1. Yeni üzvlərin qəbulu

"Proqress" İctimai Birliyinin (Səbuhi Hüeynov) və fərdi olaraq müraciət etmiş Həmidova Hicran xanımın Koalisiyaya üzv olmaq haqqında müraciətlərinə baxıldı və onlar Koalisiya üzvlüyünə qəbul edildilər.

  1. Koalisiyanin Fəaliyyət Planında nəzərdə tutulan "Əhalinin geniş məlumatlandırılması" kompaniyasına dair işçi qrupu təkliflərinin müzakirəsi:

O. Güləliyev işçi qrupun son iclası haqqında məlumat verdi və bildirdi ki, layihənin büdcəsi ilkin variantda işçi qrup tərəfindən qəbul edilib və bu iclasın müzakirəsinə təqdim edilir. Daha sonra o, büdcə layihəsini iclas iştirakçılarına təqdim edir.

S. Bağırov:

- Kompaniyanın keçirilməsi üçün qrant layihəsini iki formada hazırlamaq mümkündür. Birinci variantda o bütün kiçik layihələrin cəmləşdiyi bir layihə kimi tərtib edilir. İkinci variantda isə ümumi bir layihədə kiçik layihələr birləşir və hər bir kiçik layihə müstəqil olaraq maliyyələşə və həyata keçirilə bilir. Bu zaman donorlar onları maraqlandıran layihələri ayrıca qəbul edib maliyyələşdirə bilərlər. Mən bu ikinci variantın tərəfdarıyam.

F. Əsədov:

- İkinci variant daha cəlb edici görünür.

İ. Əhmədov:

- Mən keçən dəfə də təklif etmişdim ki, kompaniyada nəzərdə tututlan layihələrin reytinq cədvəli yaradılsın və cəlb olunan maliyyə vəsaitləri birinci növbədə reytinqi yüksək olan tədbirlərin keçirilməsinə sərf edilsin. İctimai məlumatlandırma tədbirləri ilk növbədə nəzərdə tutulmalı, vəsait kifayət qədər cəlb edilərsə digər tədbirlərin keçirilməsi nəzərdə tutula bilər.

S. Bağırov:

- Başqa bir vacib məsələ icraçı təşkilatların müəyyən edilməsidir. Həmçinin Koalisiyanın digər üzvlərinin də bu tədbirlərin keçirilməsinə cəlb edilməsi haqqında düşünmək lazımdır.

O. Güləliyev:

- İkinci variantda hər layihə üçün inzibati, dəftərxana, rabitə və s. xərclər nəzərdə tutulmalıdır. Bu layihənin ümumi dəyərini arttıracaq. Birinci variantda isə bütün bu xərclər bir yerdən idarə edildiyi üçün xərclər xeyli az olacaq.

- Layihələrin icrasına birinci növbədə onu təklif edən təşkilatlar cəlb edilməlidir.

- Digər Koalisya üzvlərinin cəlb edilməsi üçün icraçısı olmayacaq layihələr haqqında elan vermək olar. Nəzərə almalıyılq ki, hələ Fəaliyyət Planı üzrə işçi qruplar formalaşdırılarkən bütün Koalisiya üzvlərinə müraciət edilmişdi və maraqlı olanlar artıq bu işlərə qoşulublar və işçi qrupun işində də iştirak edirlər.

S. Bağırov:

- Kompaniya haqqında məlumatı və nəzərdə tutulan tədbirlərin siyahısını Koalisiya üzvlərinə göndərək. Bəlkə kimlərinsə əlavə təklifləri ola bilər. Çalışaq ki, mümkün qədər çox Koalisiya üzvü kiçik olsa da müəyyən layihələri həyata keçirməklə bu kompaniyada iştirak etsinlər.

O. Güləliyev:

- Bi işin əvvəlində bütün Koalisiya üzvlərinə email göndərilmikşdi ki, bu kompaniyada kim istəyirsə içtirak edə bilər. Arzu edənlər müraciət etdilər və işçi qrupun tərkibinə daxil oldular. Yenidən elan vermək bizi gecikdirə bilər.

S. Bağırov:

- İşçi qrupda cəmi 14 Koalisiya üzvü iştirak edir. 60-a yaxın üzvümüz isə bu kompaniyadan kənarda qalıb. Koalisiyanın bütün potensialından istifadə etmək lazımdır. Elə təşkilatlar ola bilər ki, onlar həyata keçirdikləri layihələri bu kompaniya ilə uzlaşdıra bilərlər. Və yaxud elə ideyalar ortaya çıxa bilər ki, onları həyata keçirmək çox az vəsait tələb edir,lakin effekti böyük ola bilər. Digər Koalisiya üzvlərinə bir daha imkan vermək lazımdır ki, kompaniyada necə iştirak etmələri haqqında düşünsünlər. Məsələn, fikrləşmək lazımdır ki, Koalisiya üzvü olan jurnalistlər maksimum şəkildə bu işə cəlb edilib onun təbliğ edilməsinə öz köməklərini verə bilsinlər.

İ. Hüseynli:

- Layihə əsas kimi qəbul edilsin. Tezliklə Koalisiyanın ümumi yığıncağı çağırılsın və kompaniya layihəsinin təqdimatı keçirilsin. Əlavə qoşulmaq istəyənləar olsa qoşulsun.

İ. Əhmədov:

- Artıq kompaniyaya hazırlıq üzrə görüləcək işlər üçün son müddətlər müəyyənləşdirilməlidir;

- Donorlarla iş üzrə bir qrup formalaşmalıdır. Həmin qrupa Koalisiyanın kordinatoru və işçi qrupun məsul şəxsləri daxil olmalıdırlar. Artıq maliyyə vasitə əldə etmək üçün donor təşkilatlarla görüşlərə başlamaq lazımdır.

- layihənin qiymətləndiricisi nəzərdə tutulmalıdır.

E. Hüseynov:

- Hər bir komponent üzrə məsul şəxslər olmalı və onların məsuliyyətləri müəyyən edilməlidir.

S. Bağırov:

- bu məsələlər həll edilməlidir:

  1. Donor təşkilatlara təqdim etmək üçün Azərbaycan və ingilis dillərində layihə hazırlanmalı və həmin layihəyə istehsalı nəzərdə tutulan bütün əşyaların eskizləri əlavə edilməlidir. (S. Bağırov layihəni hazırlamağı öhdəsinə götürdü. Əlavə arzu edən hər kəs qoşula bilər).

  2. Donor təşkilatlarla görüşüb danışıqlar aparacaq və layihəni təqdim edəcək qrupun yaradılması (Şuranın qərarı ilə həmin qrupa S. Bağırov, S. Rəhmanov, O. Güləliyev və İ. Əhmədov daxiol edildilər.)

  3. Donor təşkilatlarla görüşlərin qrafikini hazırlamaq (S. Bağırova həvalə edildi).

  4. Kompaniya çərçivəsində istehsal ediləcək müxtəlif məhsulların dizaynını hazırlamaq üçün dizayner olmalıdır. (Şura qərara aldı ki, belə bir dizaynerin olması lazımdır və onun əmək haqqı koalisiya instutsional grantından ayrıla bilər. Razılaşdırıldı ki, bu barədə ACİ YF-na müraciət edilsin).

  5. Qiymətləndirmə

  6. Ümumi yığıncaq - iyun ayının üçüncü ongünlüyündə keçirilməsi qərara alındı

Cari məsələlər


1 ... 16 17 18 ... 32 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:19:32

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.357135