Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 23 İyul 2008, Çərşənbə |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #15(62)(12/05/2006)

MSŞA Koalisiyası Şurasının iclası #15(62)(12/05/2006)

İştirak etdilər:

1

Sabit Bağırov

Kordinator

2

İnqlab Əhmədov

Şuranın üzvü

3

Mayis Güləliyev

Şuranın üzvü

4

Qubad İbadoğlu

Şuranın üzvü

5

Dünya Sakit

Şuranın üzvü

6

Sevgim Rəhmanov

Şuranın üzvü

7

Mirvari Qəhrəmanlı

Şuranın üzvü

8

Oqtay Güləliyev

Şuranın üzvü

9

Telman Zeynalov

Şuranın üzvü

10

Himayət Rizvanqızı

Monitorinq Qrupunun üzvü

11

İlham Hüseynli

Koalisiya üzvü

12

Eyyub Kərimli

Koalisiya üzvü

13

Məhəmməd Talıblı

Koalisiya üzvü

14

Zöhrab İsmayıl

Koalisiya üzvü

15

Şamil Mövsümov

Koalisiya üzvü

16

Nəriman Ağayev

Koalisiya üzvü

17

Mehriban Vəzir

Koalisiya üzvü

18

Süheylə Seyidova

Koalisiya üzvü

19

Ruslan Xəlilov

Koalisiya üzvü

20

Elşad Hüseynov

Koalisiya üzvü

İclasın gündəliyi və qəbul edilmiş qərarlar

  1. Koalisiyanin Fəaliyyət Planında nəzərdə tutulan "Əhalinin geniş məlumatlandırılması" kompaniyasına dair işçi qrupu təkliflərinin müzakirəsi

H. Rizvanqızı Şuranın keçən iclasının qərarı əsasında hazırlanmış və kompaniyanın keçirilməsi üçün nəzərdə tutulan layihə üzrə ToR-u təqdim etdi. O. Güləliyev kompaniya çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi və yerinə yetirdiyi işə görə H. Rizvanqızına təşəkkür etdi. İclas iştirakçıları müxtəlif suallar və təkliflər verdilər.

İ. Əhmədov:

- Artıq başqa layihələr üzrə yerinə yetirilən, və yaxud kompaniya dövründə yerinə yetirilməsi nəzərdə tutulan fəaliyyətlər görüləcək işlər bölməsində göstərilməli və bu zaman bəlli olmalı idi ki, bu işlərin maliyyələşməsi artıq həll olunub.

- Koalisiyanın artıq hamı tərəfindən tanınmış loqosu var. Bu kompaniyaya hazırlıq gedişində yeni loqo hazırlamağı o qədər də məqsədəuyğun saymıram.

- Kompaniya çərçivəsində treninqlərin keçirilməsi kompaniyanın mahiyyətinə uyğun deyil. Biz müxtəlif treninqlər keçirmişik və gələcəkdə də keçirəcəyik. Belə treninqlər digər layihələr çərçivəsində də keçirilə bilər.

Ş. Mövsümov:

- Bakıda və ölkənin digər şəhərlərinin universitetlərində keçirilməsi nəzərdə tutulan konfranslarının əvəzinə Bakıda bir böyük Ümumrespublika tələbə elmi- praktik konfransı keçirilsin.

M. Güləliyev:

- Kompaniyanın keçirilməsinin əsaslandırılması ilə razı deyiləm. Neft gəlirləri sahəsində kifayət qədər şəffaflığın olmamasını kim və necə müəyyənləşdirib? Kompaniyadan gözləntilər bilinməlidir. "Kifayət qədər" şəffaflıq- nə qədər şəffaflıq deməkdir? Kompaniyadan sonra şəffaflıq kifayət qədər olacaqmı? Və yaxud neft gəlirləri məsələləri kompaniyadan sonra əhalinin diqqətinə düşəcəkmi?

- Kompaniyanın keçirilməsində məqsəd bilinməlidir. hansı nəticələr əldə ediləcək görünməlidir.

- Təklifin ondan ibarətdir ki, bu kompaniyanı keçirməzdən əvvəl Şura koalisiya ilə birlikdə müqayisəli təhlil aparıb mövcud vəziyyəti qiymətləndirməlidir.

(İDigər iclas iştirakçıları da müxtəlif suallar və təkliflər verdilər. Müzakirələrdən sonra qərar qəbul edildi.)

Qərar:

İşçi qrupun hazırladığı ToR və qrant layihəsinin ilkin variantı əsas kimi qəbul edilsin. İşçi qrupa tapşırılsın ki, iclasda səslənmiş təklif və düzəlişlər nəzərə alınmaqla həmin sənədləri təkmilləşdirib bir daha Şuranın müzakirəsini təqdim etsin.

Qərar 8 nəfər lehinə, 1 nəfər (Mayis Güləliyev) əleyhinə olmaqla qəbul edildi. Mayis Güləliyev xahiş etdi ki, onun bu məsələ ilə bağlı rəyi protokola daxil edilsin:

M. Güləliyevin bu məsələ ilə bağlı rəyi:

Layihənin əsaslandırılması tam deyil. Mövcud problemlər araşdırılmayıb. Layihə nə üçün lazımdır və nə üçün bu layihə həyata keçirilməlidir və hansı problemlərin həllini həyata keçirəcək? Nəzərdə tutulan məqsədlər aydın şərh edilməyib. Gözlənilən nəticələrin qiymətləndirilməsi üçün ölçüləbilən indikatorlar aydın deyil. Odur ki, layihə yenidən işlənməli və onun hazırlanması üçün ilkin SVOT analizlər aparılmalı və vəziyyətlə bağlı ilkin araşdırmalara ehtiyac var. Layihənin idarə edilməsi ilə də bağlı qaranlıq məqamlar çoxdur.

  1. Koalisya jurnalının yerli versiyasının müzakirəsi

O. Güləliyev:

- Məsələ keçən iclasdan təxirə salınıb və biz jurnalın Əsasnaməsini və qeydiyyatla bağlı sənədləri müzakirəyə təqdim etmişdik.

M. Güləliyev:

- Redaksiya Heyəti və yaxud Redaksiya Şurası seçilməlidir. Qeydiyyat məsələsi sonra, əgər lazım hesab edilərsə müzakirə edilməlidir. Əsas məsələ jurnalın təsis edilməsi məsələsidir. Bunun üçün elan verməliyik ki, belə bir jurnal təsis edilir və kim istərsə təsisçi olsun.

S. Rəhmanov:

- Bu məsələlərin əksəriyyəti jurnalın hazırlanmış Əsasnamə layihəsində nəzərdə tutulur. gəlin onu müzakirə edək.

M. Güləliyev:

- Bu Əsasnamə üzərində işləmək şərti ilə əsas kimi qəbul edilə bilər. Əsasnamə üzərində işləmək üçün 2- 3 nəfərdən ibarət işçi qrup yaradıla bilər.

N. Ağayev:

- 3 həftə bundan əvvəl jurnalın təsisi ilə bağlı aparılan müzakirələrdə bizim təkliflərimiz oldu və onlar lövhədə də qeyd edildi. Həmin təkliflərin sonu nə oldu?

O. Güləliyev:

- Həmin təkliflərin heç biri qəbul edilmədi.

M. Güləliyev:

- Təsisçi yalnız Şura deyil, Koalisiya üzvlərindən də olmalıdır.

İ. Əhmədov:

- Təsisçiliyin maliyyə imkanlarına bağlanması obyektiv olaraq bir çox Koalisiya və Şura üzvlərini təsisçi olmaq hüququndan məhrum edərdi. Hesab edirəm ki, ən düzgün variant Koalisyanın seçdiyi Şuranın təsisçi olmasıdır. Məlumdur ki, Şura vaxtaşırı olaraq yenilənir və eyni zamanda Şura prosesə daha çox cəlb olunub. Təklif edirəm ki, məsuliyyəti biz götürək boynumuza və Şura Koalisiya adından jurnalı təsis etsin.

N. Ağayev:

- Mənim sualıma Şura cavab versin: Jurnalın hüquqi təsis edilməsi üçün $100 pul və 1 həftə vaxt lazımdır. Belə olduğu halda bu iş niyə yubadılır?

S. Rəhmanov:

- Koalisiyanın özü hüquqi şəxs deyil. Özü hüquqi şəxs olmayan necə hüquqi şəxs təsis edə bilər. Təsis edilsə, bu ancaq ayrı- ayrı şəxslərin təsis etdiyi bir jurnal olacaq.

S. Bağırov:

- Bizim istəyimiz odur ki, Koalisiyanın jurnalı olsun və həmin jurnal Koalisiyanın siyasətini əks etdirsin. Jurnalın təsisi və dərc edilməsi üçün isə layihə olmalıdır.

N. Ağayev:

- Azərbaycan mətbuatını müntəzəm izləyərək oradan Koalisiya haqqında yazılar, xəbərlər axtarıram. Heç bir ciddi yazıya rast gəlmirəm. İctimaiyyətlə, mətbuatla əlaqələr üzrə Şuranın məsul üzvləri mətbuata heç bir məlumat ötürüb dərc etdirə bilmirlərsə, jurnalı necə hazırlayıb dərc etdirəcək?

S. Bağırov:

- Nəriman bəy təklif edir ki, jurnal hüquqi şəxs kimi təsis edilsin.

O. Güləliyev:

- Başqa bir yol odur ki, iki cür qeydiyyat var. Biri hüquqi şəxs yaradaraq, digəri isə hüquqi şəxs yaratmadan, fiziki şəxs kimi. Nəriman müəllim təklif edir ki, hüquqi şəxs kimi təsis edilsin, mən isə təklif edirəm ki, uzun uzadı prosedurlara ehtiyac yoxdur. Jurnal fiziki şəxs kimi qeydiyyatdan keçsin

N. Ağayev:

- Jurnalın hüquqi şəxs olaraq qeydiyyatdan keçirilməsinin üstünlüklərini qeyd etdi: Jurnalın özünün VÖİN-i, müstəqil balansı olacaq, jurnala həm Azərbaycanda , həm də xaricdə abunə yazıla bilərlər, gələcəkdə Koalisiyanın maliyyə vəsaitinin olub- olmamasından asılı olmayaraq özü fəaliyyət göstərə biləcək, nüfuzu olacaq, tirajını istədiyimiz qədər, bazara uyğun artıra bilərik, jurnal Koalisiyanın və ümumiyyətlə neft gəlirləri üzərində şəffaflıq siyasətini özü müstəqil aparacaq, yeni iş yerləri açılacaq.

S. Bağırov:

- Nəriman bəy təklif edir ki, jurnal hüquqi şəxs kimi təsis edilsin. Digər təklif isə odur ki, jurnal hüquqi şəxs kimi təsis edilmir.

M. Güləliyev:

- 3-cü variant odur ki, əvvəlcə jurnal təsis edilsin. Daha sonra redaksiya heyəti müəyyən edilsin. İşçilər təyin edilsin, iş başlasın, ondan sonra əgər zərurət olarsa qeydiyyat məsələsi həll edilə bilər.

O. Güləliyev:

- Şuranın jurnalın təsis olunması ilə bağlı qərarı var. Sənədlərin hazırlanması ilə bağlı İşçi qrup yaradılıb. İşçi qrup həmin sənədləri hazırlayıb və Şuranın müzakirəsinə təqdim edib. Biz indi həmin sənədləri müzakirə etməliyik. əsasnamə və layihə hazırdır. Əsasnaməni əsas kimi qəbul edib kimin əlavə təklifləri olarsa nəzərə almaqla son variantını hazırlamaq olar.

S. Bağırov:

- Bu təklifi səsə qoyuram. Kim Əsasnamə layihəsinin əsas kimi qəbul edilməsinə razıdırsa, səs versin. Qərar qəbul edildi.

Qərar:

Jurnalın İşçi qrupun hazırladığı Əsasnaməsi layihəsi əsas kimi qəbul edilsin. Şuranın növbəti yığıncağında Əsasnamə layihəsi müzakirə edilsin.

  1. Yeni üzvlərin qəbulu

Üç yeni təşkilat Koalisiyaya üzv qəbul edildilər:

  1. Avrasiya Hüquqşünaslar Assosiasiyası- rəhbəri Adilov Nadir

  2. Demokratik İnkişaf və İqtisadi Əməkdaşlıq- rəhbəri Hüseynli İlham

  3. Hüquq Təşəbbüsü Fondu- rəhbəri Rəsulov Azər

  1. Cari məsələlər


1 ... 14 15 16 ... 32 A


Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:40:28

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.8
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.367473