Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 25 İyul 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #14(61)(21/04/2006)

MSŞA Koalisiyası Şurasının iclası #14(61)(21/04/2006)

İştirak etdilər:

1

Sabit Bağırov

Kordinator

2

İnqlab Əhmədov

Şuranın üzvü

3

Mayis Güləliyev

Şuranın üzvü

4

Qubad İbadoğlu

Şuranın üzvü

5

Dünya Sakit

Şuranın üzvü

6

Sevgim Rəhmanov

Şuranın üzvü

7

Mirvari Qəhrəmanlı

Şuranın üzvü

8

Oqtay Güləliyev

Şuranın üzvü

9

Himayət Rizvanqızı

Monitorinq Qrupunun üzvü

10

İlham Hüseynli

Koalisiya üzvü

11

Fuat Rəsulov

Koalisiya üzvü

12

Eyyub Kərimli

Koalisiya üzvü

13

Məhəmməd Talıblı

Koalisiya üzvü

14

Zöhrab İsmayıl

Koalisiya üzvü

15

Şamil Mövsümov

Koalisiya üzvü

16

Nəriman Ağayev

Koalisiya üzvü

17

Aydin Nəsibov

Koalisiya üzvü

18

Qalib Əfəndiyev

ACİ YF

İclasın gündəliyi və qəbul edilmiş qərarlar

  1. Koalisiyanın Fəaliyyət Planı (FP) üzrə işçi qrupların fəaliyyəti

S. Bağırov:

- Keçən iclasda işçi qruplara yerinə yetirəcəkləri işlərin planının ilkin variantlarını hazırlamaq tapşırılmışdı.

- Birinci istiqamət üzrə mən məsul şəxs olaraq iş planı layihəsi hazırlamışam. (İş planı layihəsini iclas iştirakçılarına izah edir. İclas iştirakçıları iş planı üzrə müxtəlif təkliflər verdilər)

Q. Əfəndiyev:

- Burada qeyd edilən bəzi istiqamətlər üzrə layihələri ACİ YF həm EITI çərçivəsində, bəzilərini isə digər proqramlar üzrə maliyyələşdirir və ya maliyyələşdiriləcəyi haqqında razılıq var. Biz sizə həmin layihələrin siyahısını təqdim edərik ki, gələcəkdə eyni mövzuda olan layihələr hazırlanıb təqdim edilməsin.

S. Bağırov:

- Koalisiyanın gücünün artırılması istiqaməti üzrə işçi qrupda məsul şəxs İ. Əhmədov ozünün əvəz edilməsini xahiş edir.

Z. İsmayl:

- Bəziləri eyni zamanda bir neçə istiqamət üzrə işçi qruplarına adlarını yazdırıblar. Onlardan xahiş edək ki, adlarını ən çoxu 2-3 işçi qrupunda saxlasınlar,

S. Bağırov:

- FP-nin müxtəlif istiqamətləri üzrə işçi qrupların üzvləri iş planlarını hazırlayıb növbəti iclasda müzakirəyə təqdim etsinlər.

  1. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yeni şəffaflıq siyasətinə dair PWYP koalisiyasının müraciətinin müzakirəsi

Qərar:

MSŞA koalisiyası Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yeni şəffaflıq siyasətinə dair PWYP koalisiyasının hazırladığı tövsiyələri dəstəkləyir və bu işinə görə PWYP koalisiyasına təşəkkür edir. Şuranın bu qərarı AYİB-ə və PWYP koalisiyasının kordinatoru H. Parhama çatdırılsın.

  1. "Neft gəlirləri hamımızındır" kompaniyası üzrə işçi qrupun təkliflərinin müzakirəsi

    S. Rəhmanov (İşçi qrup üzrə məsul şəxs):

    - İşçi qrup iclas keçirib və tədbirlər planının ilkin variantı hazırlanıb. (İclas iştirakçılarını tədbirlər planı ilə tanış edir).

    - Kompaniyanın keçirilməsi böyük bir layihədir və tədbirlər planına daxil olan kiçiç layihələrin cəmidir.

    - Hər kiçik layihəni onu təqdim edən şəxs idarə edəcək və o layihədə assistent adlandırılır.

    - Bir böyük layihənin direktoru və kordinatoru nəzərdə tutulur

    - Layihə bir dənədir və ümumi məbləğ təxminən $96 700

    - Kompaniyanın həyata keçirilməsi oktyabr ayının ortalarında nəzərdə tutulur;

    S. Bağırov:

    - Layihə tam hazır olduqdan sonra donorlarları dəvət edib təqdimat mərasimi keçirmək olar.

    M. Güləliyev:

    - Təqdim edilən layihədən məlum olur ki, işçi qrup layihəni həyata keçirən insanlardan təşkil edilir. Bu düzgün deyil. Əvvəlcə İşçi qrupun statusu müəyyən edilməlidir.

    - Belə böyük layihələrin monmitorinqi və qiymətləndirilməsi nəzərdə tutulmalıdır.

    - Bəzi bəndlər üzrə tender keçirilməlidir və tender komissiyası yaradılmalı, onun Əsasnaməsi olmalıdır.

    N. Ağayev:

    - Bu kompaniyada məqsəd nədir, nəyə nail olmaq istəyirik- bu aydın olmalıdır. Hansı çətinliklər ola bilər, hansı səhvlər mümkündür- araşdırılmalıdır.

    Z. İsmayıl:

    - Konfransların keçirilməsinin əleyhinəyəm. Fuat müəllimin bir layihəsi var, universitetlərdə konfranslar nəzərəd tutur. İndi bu layihədə də yenə Fuat müəllim məktəblərdə və universitetlərdə konfranslar keçirməyi təklif edir.

    Q. İbadoğlu:

    - Hər iclasda layihə müzakirə etməyin əleyhinəyəm. Əvvəl müzakirə etdiyimiz layihələrin taleyini gözləyək. Biz əsas işimizlə məşğul olmalıyıq. Bu günki gündəlikdə daha vacib məsələlər var. Biz auditin nəticələrini, ARDNF-in artan xərclərini müzakirə etməliyik.

    M. Güləliyev:

    - Mənim fikrimcə, müzakirəyə çıxarılan bu təklif işçi qrupuna qaytarılmalıdır. İşçi qrup onu yenidən hazırlamalıdır. Buradan bütün məbləğlər və icraçılar, məsul şəxslər silinməlidir. Layihə hazırlansın, gözlənilən nəticələr qeyd edilsin, layihənin qiymətləndirilməsi daxil edilsin. Layihə hazır olduqdan sonra, icraçıları işçi qrup tender vasitəsi ilə, və yaxud başqa yolla formalaşa bilər.

    N. Ağayev:

    - Şuranın vahid layihəsi olmalıdır. Bu strateji layihə olmalıdır. Bu layihələr ora daxil olmalıdır. Bu layuhə PR kompaniya kimi aparılmalı və onun bir ssenarisi olmalıdır. Məktəblərdə konfranslar keçirilməsini layihədən çıxarmaq lazımdır. Universitetlərdə adi konfranslar deyil, tələbələrin cəlb edilməsi ilə elmi- praktik konfranslar təşkil edilməlidir.

    S. Bağırov:

    - Bu kompaniyanın keçirilməsi Koalisiyanın FP-də nəzərdə tutulub və o keçirilməlidir. Nəriman bəyin fikri ilə razıyam ki, onun ssenarisi olmalıdır. Bəlkə də ssenarini hazırlamaq üçün xüsusi mütəxəssisə ehtiyac ola bilər. Həmin ssenaridə burada qeyd edilən tədbirlər elə yerləşdirilməlidir ki, maksimum effekt alınsın və əsas iştirakçılar lazımi anda lazımi yerdə ola bilsinlər. Biz bu işləri həm də tez etməliyik ki, maliyyə vəsaiti əldə edə bilək. hazırlanacaq və ya sifariş ediləcək əşyaların maketi, cizgiləri hazırlanmalıdır ki, donorlar onları görüb qərar verə bilsinlər.

    İ. Əhmədov:

    - Qərara alırıq ki, müzakirəni gələn iclasadək burda saxlayaq. İşçi qrupa tövsiyə edək ki, bu tədbirlərin həyata keçirilməsinin ssenarisini hazırlamaq haqqında təkliflərini versin. Elə bir mütəxəssis tapaq ki, o həmin ssenarini hazırlaya bilsin.

    M. Güləliyev:

    - İşçi qrup əvvəlcə layihə hazırlasın. Sonra isə mütəxəssis cəlb edilsin.

    O. Güləliyev:

    - Mən buna etiraz edirəm. Keçən iclasda işçi qrup yaradılıb, onlara iş tapşırılıb, onlar əziyyət çəkib vaxt sərf ediblər, indi isə onlara deyilir ki, bu işi saxlayaın. Bu hörmətsizlikdir.

    İ. Əhmədov:

    - Bu iş saxlanılmır. Məqsəd işçi qrupun gördüyü işi sistemləşdirib, ssenari şəklində bir formaya salmaqdır. Şura işçi qrupuna tapşırıq verir ki, o, bu tədbirləri nəzərdə tutan ilkin variant layihə hazırlasın və orada göstərsin ki, niyə bu tədbirlərin keçirilməsi planlaşdırılır, hansı nəticələr gözlənilir və s.

    Q. Əfəndiyev:

    - Burda ssenari adlandırılan belə bir sənədə mütləq ehtiyac var. hazırda əlimizdə olan bu sənədlə bizi heç bir donor təşkilat qəbul etməz. Bu sənəd olmalıdır, lakin əlbəttə ki. həmin sənəd burda qeyd edilən tədbirlər planına əsaslanmalıdır. Biz Soros Fondu tərəfindən layihənin təqdim edilməsi, donorlarla danışıqlar aparılması və nəzərdə tutulan ssenarinin hazırlamaq üçün mütəxəssisin cəlb edilməsinə yardım edə bilərik. Lazım gəlsə, hətta Nyu- Yorkdan belə bir mütəxəssis cəlb etmək olar. Tamamilə o fikirlə razıyam ki, 1-2 səhifəlik terms of reference deyilən sənədə mütləq ehtiyac var.

    H. Rizvanqızı:

    - Deyilən bu məsələləri Azərbaycanda yerinə yetirə bilən bir neçə təşkilat var, o cümlədən bizim təşkilat da bu işi yerinə yetirə bilər və artıq təcrübəmiz də var.

    İ. Əhmədov:

    - Son qərarı səsə qoyuram:

Qərar:

  1. İşçi qrup təklif edilmiş tədbirlər əsasında layhənin ilkin variantını hazırlasın

  2. Layihədə bir həftə ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin optimal şəkildə sıralanması, əsas iştirakçıların (Şura üzvləri, məruzəçilər, donor təşkilatların nümayəndələri və s.) nəzərdə tutulan tədbirlərdə iştirakı qrafiki dəqiq göstərilməlidir

  3. Məsul şəxslər (S. Rəhmanov və O. Gülalıyev) layihəni və tədbirlərin qrafikini hazırlayarkən Şuranın iclasında Q. Əfəndiyevin (xüsusi ekspertin xidmətindən istifadə etmək) və H. Rizvanqızının (belə tədbirlərin keçirilməsində “Himayədar” təşkilatının təcrübəsinin olması) təkliflərini nəzərə alsınlar.

  4. Qeyd edilən işlər yerinə yetirildikdən sonra layihə yenidən Şuranən müzakirəsinə çıxarılsın

  1. Koalisiyanın rüblük jurnalının nəşr edilməsi ilə bağlı Əsasnamənin və layihənin müzakirəsi:

    O. Güləliyev:

    - Martın 31-də Koalisyanın jurnalının yerli variantının nəşri ilə əlaqədar işçi qrup yaradılıb. Mən məsul şəxs seçilmişəm.

    - İşçi qrup jurnalın Əsasnaməsini, Nizamnaməsini və onun nəşri ilə bağlı layihəni hazırlayıb.

    - Nizamnamə Ədliyyə Nazirliyinin tələb etdiyi normativlərə uyğun hazırlanıb. Burada yalnız jurnalın təsisçiləri və əhatə edəcəyi mövzular göstərilməlidir. Təsisçiləri Şura müəyyən edəcək.

    M. Güləliyev:

    - Layihəni müzakirə etmək hələ çox tezdir. Ən əvvəl jurnalın təsis edilməsi məsələsinə baxmaq lazımdır.

    - Ən əvvəl Şura qərar çıxarmalıdır ki, jurnal təsis edilsin.

    N. Ağayev:

    - Şuranın jurnal təsis etmək ixtiyarı yoxdur. Belə qərarı ancaq Ümumi yığıncaq verə bilər.

    M. Güləliyev:

    - Şura jurnal təsis etmir. jurnalın təsis edilməsi haqqında qərar çıxarır. Onu kim və necə təsis edəcək- bu başqa mövzudur.

    S. Bağırov:

    - Koaslisiyanın təsdiq etdiyi FP-də jurnalın təsis edilməsi bəndi var və bu o deməkdir ki, koalisiya bu hüququ Şuraya verib.

    - Ən əvvəl Şura qərar qəbul etməlidir ki, jurnal təsis edilir, ya yox. İkinci olaraq təsis etmənin prinsipləri müəyyən edilməlidir. Buna görə də səsə qoyuram.

    Qərar:

    Koalisiyanın jurnalının yerli versiyası təsis edilsin

    S. Bağırov:

    - Oqtay bəy jurnalın Əsanaməsini müzakirəyə təqdim edib.

    M. Güləliyev:

    - Biz bu Əsasnaməni müzakirə edə bilmərik, çünki, onu təsisçilər hazırlamalıdırlar. Ona görə də ən əvvəl təsisçilər müəyyən edilməlidir. Bunun üçün isə təsisçiliyin prinsipləri müəyyən edilməlidir.

    S. Bağırov:

    - Hansı prinsiplər təklif edilir?

    1. Fiziki şəxslər üçün kvota

    2. Koalisiyanın üzvləri olsunlar

    3. 1 ay müddətinə Nizamnamə Fonduna 200 AZN pul keçirən təsisçi ola bilər

    - Koalsiya üzvlərinə müraciət ediləcək ki, jurnal təsis edilir və təsisçi olmağın şərtləri bunlardır.

    O. Güləliyev:

    - Məsələni bu qədər mürəkkəbləşdirməyək. Təklif edirəm ki, təsisçilər iki nəfər koalisiya üzvü, iki nəfər Şura üzvü, bir nəfər monitorinq grupunun üzvündən təşkil edilsin.

    - Təsisçilərin Nizamnamə Fonduna pul keçirmələri yaxşı təklifdir, amma jurnal təsisçilərion pulu ilə deyil, qrant layihəsi hesabına çıxacaq. Təsisçilərin ödəyəcəkləri pul köməkçi vasitədir.

    S. Bağırov:

    - Koalisiya üzvlərinə bu müzakirələr haqqında məlumat verilsin və onların rəyi öyrənilsin

    İ. Əhmədov:

    - Bizim kimi digər koalisiyaların mətbu orqanlarının necə təsis edildiyi təcrübəsini öyrənək.

    İ. Hüseynli:

    - İşçi qrupa növbəti iclasadək vaxt verilsin və burada səslənmiş təkliflər nəzərə almaqla yeni təkliflərini müzakirəyə çıxarsın.

    İ. Əhmədov:

    - Təsisçi olsun Koalisiya, redaksiya heyəti isə Şura.

    Qərar:

    Müzakirə növbəti iclasda davam etdirilsin

  2. Cari məsələlər


1 ... 13 14 15 ... 32


Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 15:53:25

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
Dünyа Bаnkı İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin müzаkirəsi(24/07/2007)
“Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Gəncə Numayəndəliyi Dəyirmi Masa keçirilmişdir (14/07/2007)
Hasilatin Pay Bölgüsü Sazişləri haqqında əhalidə məlumat varmı? (20/07/2007)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.356551