Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 23 İyul 2008, Çərşənbə |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #10(57)(17/03/2006)

MSŞA Koalisiyası Şurasının iclası #10(57)(17/03/2006)

İştirak etdilər:

1

Sabit Bağırov

Kordinator

2

İnqlab Əhmədov

Şuranın üzvü

3

Mayis Güləliyev

Şuranın üzvü

4

Qubad İbadoğlu

Şuranın üzvü

5

Telman Zeynalov

Şuranın üzvü

6

Sevgim Rəhmanov

Şuranın üzvü

7

Mirvari Qəhrəmanlı

Şuranın üzvü

8

Kifayət Niftəliyeva

Koalisiya üzvü

9

İlham Hüseynli

Koalisiya üzvü

10

Fuad Qəhrəmanlı

Koalisiya üzvü

11

Məhəmməd Talıblı

Koalisiya üzvü

12

Elşad Hüseynov

Koalisiya üzvü

13

Zöhrab İsmayıl

Koalisiya üzvü

14

Şamil Mövsümov

Koalisiya üzvü

15

Fərda Əsədov

ACİ YF

16

Qalib Əfəndiyev

ACİ YF

Gündəlik:

  1. Şura üzvləri arasında iş bölgüsü istiqamətlərinin müzakirəsi

  2. MSŞT ilə bağlı Bakıda keçiriləcək Beynalxalq Konfransda Koalisiya nümayəndəliyinin seçimi prinsiplərinin müzakirəsi

  3. Mayis Güləliyevin təqdim etdiyi layihənin müzakirəsi

  4. Cari məsələlər

İclasın gedişi haqqında qısa məlumat və qəbul edilmiş qərarlar

  1. Şura üzvləri arasında iş bölgüsü istiqamətlərinin müzakirəsi

Müzakirə zamanı Şura üzvləri arasında iş bölgüsünün 3 prinsipi təklif edildi:

  1. Fəaliyyət Planı istiqamətlərinə uyğun

  2. Şuranın 10 fevral tarixli iclasında təklif edilən siyahıya uyğun

  3. Şura üzvlərinin fərdi istəklərinə uyğun

Şura üzvləri səsvermə ilə iş bölgüsünün Fəaliyyət Planına uyğun aparılmasını qərara aldılar. Həmin prinsip əsasında iş bölgüsü ilkin variant olaraq aşağıdakı şəkildə aparıldı:

Fəaliyyət istiqamətinin adı Məsul Şura üzvü Bu istiqmətdə fəaliyyət göstərəcək digər üzvlər
Şuradan Digər koalisya üzvləri

1

Hökumət və şirkətlərlə imzalanmış Memorandum üzrə

S. Bağırov

İ. Əhmədov;

S. Rəhmanov;

M. Güləliyev

Z. İsmayıl.

2

İctimai marağın və gücün artırılması

S. Rəhmanov

O. Gülallyev;

D. Sakit;

M. Güləliyev;

İ. Əhmədov

3

Koalisiyanın gücünün artırılması

İ. Əhmədov;

S. Bağırov;

4

Mədən sənayesində şəffaflığın artırılması məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi

M. Qəhrəmanlı;

S. Bağırov;

5

HSŞT-də iştirak edən digər ölkə və beynəlxalq QHT-lərlə əməkdaşlıq

Q. İbadoğlu;

S. Bağırov;

6

BMQ ilə əməkdaşlıq

S. Bağırov

7

Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq

M. Güləliyev;

8

Mədən sənayesi gəlirlərinin istifadəsinə nəzarət

D. Sakit;

M. Qəhrəmanlı;

Q. İbadoğlu;

9

Səmərəsiz xərclərin azaldılması yolu ilə neft gəlirlərinin artırılması

T. Zeynalov;

S. Rəhmanov

10

HSŞT prnsiplərinə əməl edilməsinin monitorinqi və qiymətləndirilməsi

M. Güləliyev;

Q. İbadoğlu

  1. MSŞT ilə bağlı Bakıda keçiriləcək Beynalxalq Konfransda Koalisiya nümayəndəliyinin seçimi prinsiplərinin müzakirəsi

S. Bağırov konfransa hazırlıq üzrə təşkilat komitəsinin gördüyü işlər haqqında məlumat verdi. Məlum oldu ki,

- qonaqların əksəriyyəti dəvət edilib,

- bir çoxları iştirak edəcəklərini təsdiqləyiblər,

- konfrans zalı hələlik dəqiqləşdirilməyib,

- qonaqların çox olacağını nəzərə alaraq Koalisiya üzvlərinin iştirakında məhdudiyyətlər qoyulmalıdır,

- konfransda iştirak edəcək Koalisiya üzvlərinin seçilməsi prinsipləri müəyyənləşdirilməlidir.

Müzakirədən sonra qərara alındı ki, ən əvəl Kordinator bütün Koalisiya üzvlərinə müraciət edərək kimlərin konfransda iştirak etmək arzusunda olduğunu öyrənsin. Onun nəticələri də nəzərə alınaraq növbəti iclasda seçki prinsipləri müəyyənləşdirilsin.

  1. Mayis Güləliyevin təqdim etdiyi layihənin müzakirəsi

M. Güləliyev layihə haqqında məlumat verdi və iclas iştirakçılarının suallarına cavab verdi.

S. Rəhmanov: Layihə qəbul edilmiş formalara uyğun tərtib edilməlidir. Görüləcək işlər, büdcə göstərilməlidir.

T. Zeynalov: Keçən iclasda qeyd edildi ki, bu layihənin digər layihələrlə üst- üxtə düşən məqamları var. Onlarf aradan qaldırılmalıdır.

S. Bağırov: Mən təklif edərdim ki, bu layihədə BMQ-nin EITI-ın gələcəyi ilə bağlı hazırda müzakirə etdiyi təsdiqləmə, təşviq və EITI-ın gələcək idarəedilməsi məsələləri ilə bağlı müxtəlif tədbirlər-dəyirmi masalar, treninqlər, fokus- qruplar və s. yolu ilə koalisiyanın təkliflərini işləyib hazırlamaq nəzərdə tutulsun. Bu layihə Azərbaycanda EITI prosesinin qiymətləndirilməsini nəzərdə tutursa, EITI üzrə bütöv qiymətləndirmə metodologiyası hələ yoxdur və bu BMQ-nin üzərində işlədiyi əsas məsələlərdən biridir. Əgər biz bu məsələdə Koalisiya olaraq öz töhfəmizi verə bilsək, çox faydalı bir iş görmüş olarıq.

M. Güləliyev: Mən razıyam ki, BMQ-nin hazırda müzakirə etdiyi qiymətləndirmə metodologiyası Azərbaycan dilinə tərcümə edilsin və biz onun Koalisiyada müzakirəsini təşkil edək.

Qərara alındı ki, müzakirədə edilən təkliflər nəzərə alınmaqla M. Güləliyev layihəni hazırlayıb donora təqdim edə bilər.


1 ... 9 10 11 ... 32 A


Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:40:49

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.8
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.600629