Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 25 İyul 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #1(48)(06/01/2006)

MSŞA Koalisiyası Şurasının iclası #1(48)(06/01/2006)

İştirak etdilər:

  1. Sabi Bağırov Şuranın üzvü

  2. İnqlab Əhmədov Şuranın üzvü

  3. Oqtay Gülalıyev Şuranın üzvü

  4. Mayis Gülalıyev Şuranın üzvü

  5. Mirvari Qəhrəmanlı Şuranın üzvü

  6. Zöhrab İsmayıl Koalisiyanın üzvü

  7. Fərda Əsədov ACİ YF

Gündəlik:

  1. Şuranın 2006-cı il üzrə fəaliyyət istiqamələrinin müzakirəsi (Hökumətin Neft Fondu vəsaitlərindən geniş miqyaslı xərclərə başlaması ilə əlaqədar Koalisiyanın mövqeyinin müəyyənləşdirilməsi)

  2. 2006-cı il üzrə Koalisiyanın Fəaliyyət planının donorlara təqdimatı məsələsinin müzakirəsi

  3. Neft Fondu Müşahidə Şurasında Fondun Əsasnaməsində nəzərdə tutulduğu kimi ictimai təşkilatların təmsilçiliyinin təmin edilməsi üçün Koalisiyanın mümkün addımlarının müzakirəsi

  4. Hökumətin və Şirkətlərin 3-cü hesabatlarının auditinin gecikməsi səbəblərinın müzakirəsi

  5. Koalisiyaya yeni üzvlərin qəbulu

  6. Cari məsələlər

İclasın gedişi haqqında qısa məlumat və qəbul edilmiş qərarlar

  1. Bu məsələnin Şuranın daha geniş tərkibi ilə müzakirə edilməsi üçün təxirə salınması və həmişə olduğu kimi Koalisiya üzvlərindən də maraqlananların dəvət edilməsi təklif edildi. İclasın "Cari məsələlər" hissəsində bu məsələyə bir daha toxunuldu və bir sıra təkliflər edildi:

    • Neft Fondunun büdcəsi dərindən təhlil edilməlidir;

    • Neft Fondunun 2006-cı il üzrə xərcləri ilə bağlı Koalisiya bəyanat yaymalıdır;

    • Əgər ARDNF-nin xərcləri bu qədər artırsa, ictimai nəzarət də müvafiq şəkildə artmalıdır. Bunun üçün isə şərait yaradılmalı, vəsai ayrılmalıdır;

    • MSŞT hesabatları üzrə audit rəyi açıqlanananadək Koalisiya hesabat formaları üzrə hazırlıq işləri aparmalı, formalarda tələb olunan məlumatları digər açıq mənbələrdən əldə etməyə çalışmalıdır

    • MSŞT hesabatları üzrə audit rəyi açıqlandıqdan sonra açıqlanan sənədləri Koalisiya təhlil etməli, ictimaiyyət üçün icmal hazırlamalı, həmin açıqlamalara münasibət bildirməli və bütün bunlar mətbuatda dərc edilməlidir. Yalnız bundan sonra hesabatlar və audit rəyi ilə bağlı birgə press- relizin Koalisya tərəfindən imzalanması məsələsi müzakirə edilə bilər

    Qərar: Edilən təkliflər də nəzərə alınmaqla bu məsələ növbəi yığıncaqda geniş müzakirə edilsin.

  2. S. Bağırov təklif etdi ki, 2006-cı il üzrə Koalisiyanın Fəaliyyət planının donorlara təqdimatı tədbiri keçirilsin. Bunun üçün bu tədbirin tarixi, iştirakçıları və yeri müəyyənləşdirilməlidir. Müzakirələrdən sonra qərara alındı:

    Qərar:.

    1. Növbəti həftə Koalisiya adından potensial donorlara məkubla müraciət edilsin və onlar Koalisiya ilə birgə görüşə dəvət edilsinlər

    2. Koalisiyanın donor təşkilatlarla birgə görüşü təşkil edilsin və görüşdə Koalisiyanın Fəaliyyət Planının təqdimatı keçirilsin

  3. S. Bağırov məlumat verdi ki, Neft Fondunun Əsasnaməsində ictimai təşkilatların Neft Fondu Müşahidə Şurasında təmsil edilməsi nəzərdə tutulub. Bunun neft gəlirlərinin şəffaflığı məsələləri ilə məşğul olan MSŞA QHT Koalisiyasının nümayəndəsinin olması tam təbbi görünür. O təklif etdi ki, buna nail olmaq üçün hansı addımların atılmasının vacib olduğu müzakirə edilməlidir.

    Qərar: Respublika Prezidentinə Koalisiya adından müraciət edilsin və Neft Fondunun Əsasnaməsinə əsaslanaraq icimaiyətin təmsilçisi kimi MSŞA Koalisiyası nümayəndəsinin də Müşahidə Şurasının üzvü olması barədə xahiş edilsin.

  4. S. Bağırov məlumat verdi ki, o bu məsələ ilə əlaqədar Hökumət Komissiyasndan bu gün aldığı məlumata görə audit şirkəti təhlillərini bitirib və Rəyini açıqlamağa hazırdır. Ümumi razılığa görə nəticələr və audit şirkətinin Rəyi yanvarın ortalarında açıqlanacaq.

  5. S. Bağırov məlumat verdi ki, Koalisyaya üzv olmaq üçün 7 təşkilat müraciət edib. Onlardan 4-nün nümayəndisi bu iclasda iştirak etmək üçün gəliblər və onların ərizələrinə baxıla bilər. Təklif edildi ki, Ərizə formalarında ərizəçilərin Koalisiyanın yaradılması haqqında Memoranduma qoşulmaları və Koalisiyanın Əsasnaməsini qəbul etdikləri haqqında ayrıca qeyd olsun. Bu təklif qəbul edildi və ərizə verən təşkilatların nümayəndələri ərizələrində müvafiq qeydləri etdilər. Açıq səsvermə ilə aşağıdakı təşkilatlar Koalisiyaya qəbul edildi:

    1. "Ümid" Humanitar və Sosial Dayaq Mərkəzi - Təşkilatın rəhbəri: İsrail İsgəndərov

    2. Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi - Təşkilatın rəhbəri: Mehriban Vəzir

    3. Azərbaycan İnşaat Assosiasiyası - Təşkilatın rəhbəri: Şamil Hüseynov

    4. Azərbaycan Sağlam İnkişaf İctimai Birliyi - Anar Xəlilov


1 2 ... 32


Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 15:53:14

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
Dünyа Bаnkı İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin müzаkirəsi(24/07/2007)
“Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Gəncə Numayəndəliyi Dəyirmi Masa keçirilmişdir (14/07/2007)
Hasilatin Pay Bölgüsü Sazişləri haqqında əhalidə məlumat varmı? (20/07/2007)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.357483