Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 25 İyul 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyasının "Neft gəlirləri hamımızındır" kampaniyası çərçivəsində keçirilən "Neft gəlirləri hər kəsin xeyrinə" mövzusunda konfrans haqqında qısa məlumat

MSŞA Koalisiyasının "Neft gəlirləri hamımızındır" kampaniyası çərçivəsində keçirilən "Neft gəlirləri hər kəsin xeyrinə" mövzusunda konfrans haqqında qısa məlumat
Azərbaycan İctimai Birliklərinin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 20 oktyabr 2006-cı il tarixdə Avropa otelində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Counterpart İnternational təşkilatı tərəfindən həyata keçirilən "Vətəndaş Cəmiyyəti" layihəsi çərçivəsində "Neft gəlirləri hər kəsin xeyrinə" mövzusunda konfrans keçirib.Tədbirdə hökumətin, Böyük Britaniya səfirliyinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, ictimai birliklərin nümayəndələri, həmçinin ziyalılar, KİV təmsilçiləri və MSŞA Koalisiyasının üzvləri iştirak ediblər.

Koalisiya Şurasının kordinatoru cənab Sabit Bağırov konfransa sədrlik edib.

Konfransda Böyük Britaniya səfiri cənab Lori Bristou MSŞT-nin gələcəyi ilə bağlı məruzə edib. O MSŞT-nin yalnız gəlirlər deyil, xərclər üzərində də şəffaflığı təmin edəcək bir beynəlxalq təşəbbüsə çevrilməsinin vaxtı çatdığını qeyd edib.

Osloda keçirilən MSŞT üzrə beynəlxalq konfransdan yeni qayıtmış ARDNF-in İcraçı Direktoru cənab Şahmar Mövsümov Neft Fondu. Uğurlar və gələcəyin vəzifələri mövzusunda çıxış edib. O, MSŞT-nin tətbiqi üzrə Azərbaycan nümunəsinin beynəlxalq aləmdə tanındığı, yüksək qiymətləndirildiyi və öyrənildiyini qeyd edib və əlavə edib ki, Azərbaycan bu sahədə böyük uğurlar qazansa da, təşəbbüsə qoşulmuş digər ölkələr hələ gəlirlərin şəffaflığını təmin etmək üçün çox iş görməlidirlər. Xərclər üzərində şəffaflığın təmin edilməsinə gəldikdə isə neft gəlirlərindən istifadə edilməsinin dövlətin xüsusi strategiyasına əsaslandığını və dövlət nəzarətində olduğunu və bu səbəbdən MSŞT-ni xərclərə də şamil edilməsinə ehtiyac olmadığını bildirib.

Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin başçısı cənab Qreqori Yaderzeyçak rəhbərlik etdiyi təşkilatın ARDNF-nin vəsaitlərindən səmərəli istifadə edilməsi üzrə təkliflərini verməyə hazır olduğunu bildirib. O qeyd edib ki, MSŞT-nin tətbiqində istiqamətlərdən biri də hesabatlılığın beynəlxalq standartlara uyğunlaşdırılması olmalıdır. O həmçinin əmin olduğunu bildirib ki, gələcəkdə Koalisiya və digər ictimai birliklər xərclər üzərində də monitorinqi uğurla təşkil edə biləcəklər. Dünya Bankı onlara bu işdə hər cür kömək etməyə çalışacaq.

MSŞA Koalisiya Şurasının üzvü, "Neft gəlirləri hamımızındır" kompaniyası üzrə İşçi Qrupun sədri cənab Oqtay Güləliyev çıxış edərək Koalisiyanın keçirdiyi kampaniya haqqında məlumat verərək bildirib ki, kampaniya çərçivəsində 9 layihə həyata keçirilib və 30-dan artıq təşkilat bu tədbirdə iştirak edib. TV və radio kanallar, informasiya agentlikləri, qəzet və jurnallar da bu layihələrin həyata keçirilməsində iştirak edib. Kampaniya çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumatlar vebsaytda yerləşdirilib. Kampaniyanı həyata keçirməkdə Koalisiya iki məqsəd güdüb: 1) ictimaiyyəti məlumatlandırmaq və 2) vətəndaş cəmiyyətini gücləndirmək. Kampaniya çərçivəsində 7 universitetdə dəyirmi masalar, regionlarda ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilib, TV-də tok- şou və hər həftə radio- dialoqlar təşkil edilib. Region TV-lərində neft gəlirləri mövzusunda film, İctimai TV-də xüsusi reklam çarxı nümayiş etdirilib. Tədbirlərin iştirakçılarına Koalisiyanın hazırladığı müxtəlif çap materialları, o cümlədən müxtəlif kitablar, cib, stolüstü və divar təqvimləri paylanıb.

1-ci panelin sonunda məruzəçilər konfrans iştirakçılarının suallarına cavab veriblər. Bəzi suallara İqtisad Nazirliyinin şöbə müdiri cənab Oqtay Haqverdiyev cavab verib.

2-ci paneldə Koalisiya Şurasının üzvü, İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru cənab İnqilab Əhmədov Neft gəlirləri və ictimai vəsaitin idarə edilməsi mövzusunda məruzə edib. O mineral resursları olan ölkələrlə bu resurslardan məhrum ölkələrin ictimai maliyyələrinin xüsusuyyətlərinin müqayisəsini aparıb və ikincilərin bir çox hallarda daha yüksək iqtisadi göstəricilərə nail ola bilməsinin səbəblərini izah edib. Bunun üçün o xərclərin səmərəliliyinin vacibliyini önə çəkib, Azərbaycanda ARDNF-nin vəsaitilərindən səmərəli istifadə edilməsi üçün struktur islahatlarının əhəmiyyətini qeyd edib.

Analitik Dr. Rasim Musabəyov Neft gəlirlərinin islahatlara təsiri mövzusunda məruzə ilə çıxış edib. Sonda hər iki məruzəçi konfrans iştirakçılarının suallarına cavab veriblər.

3-cü paneldə Beynəlxalq Valuta Fondunun nümayəndəsi cənab Bazil Zavoyko Renta xarakterli böyük gəlirləri müşahidə edən problemlər. Dünya ölkələrinin təcrübəsi mövzusunda məruzə edib. O Azərbaycanda "holland sindromu"nun açıq əlamətlərinin olduğunu və bunun qarşısını almaq üçün təkliflərin hazırlandığını bildirib.

Daha sonra ?ccedil;ıq Cəmiyyət İnstitutunun MSŞT ilə əlaqədar proqramları mövzusunda çıxış edən İnsitutun Direktoru cənab Fərda Əsədov Fondun həyata keçirdiyi "Şəffaflıq" proqramı və gəlirlər və xərclər üzərində nəzarət etmək üçün vətəndaş cəmiyyətinin vəzifələrindən danışıb, MSŞT-nin artıq xərcləri də əhatə etməsinin vaxtı çatdığını və bu istiqamətdə nəzərdə tutulan layihələrin ACİ YF tərəfindən dəstəklənəcəyi ehtimalının daha yüksək olacağını bildirib.

MSŞA Koalisiyası Şura üzvü xanım Mirvari Qəhrəmanlı Neft gəlirləri: Vətəndaş cəmiyyətinin vəzifələri mövzusnda məruzə edib. O bildirib ki, qarşıdakı dövrdə vətəndaş cəmiyyəti neft gəlirlərindən istifadə edilməsinə xüsusi diqqət verməlidir. O, hökumət, neft şirkətləri və Koalisiya arasında imzalanmış Anlaşma Memorandumunda dəyişikliklər edilməsinin vacibliyini qeyd edib. Bu dəyişikliklərdən ən əhəmiyyətlisi olaraq o, hesabatların auditinin və tutuşdurulmasının Koalisiya tərəfindən yerinə yetirilməsini göstərib.

Konfransın sonunda iştirakçılar neft gəlirləri və onların xərclənməsinə nəzarət üzrə vətəndaş cəmiyyətini narahat edən bir sıra məsələləri aydınlaşdırmaq üçün diskussiyada fəal iştirak ediblər.

Konfransda ümumilikdə 80 nəfərdən çox iştirakçı olub.



Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 15:52:32

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
Dünyа Bаnkı İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin müzаkirəsi(24/07/2007)
“Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Gəncə Numayəndəliyi Dəyirmi Masa keçirilmişdir (14/07/2007)
Hasilatin Pay Bölgüsü Sazişləri haqqında əhalidə məlumat varmı? (20/07/2007)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.362085