|
*
"Neft
gəlirləri hamımızındır"
kompaniyası
*
"Neft
gəlirləri hamımızındır"
kompaniyası
"Neft gəlirləri hamımızındır" kompaniyası çərçivəsindəjurnalistlər arasında keçirilən yazı müsabiqəsinin şərtləri Müsabiqəyə təqdim olunan yazılar aşağıdakı mövzuları əhatə etməlidir: -
Dövlət Neft Fondunun 2006-ci il üçün nəzərdə tutulan xərclərinin təhlili, -
Neft gəlirlərinin sosial- iqtisadi inkişafa təsiri. -
Azərbaycanda "Holland sindromu"- nun simptomları. Yazılar jurnalistin adı, soyadı, imzası ilə dövrü mətbuatda dərc olunmalı, dərc olunduğu mətbu orqanın bir nüsxəsi ilə birlikdə elektron variantda MSŞT Koalisiyasının ofisinə təqdim olunmalıdır. Müsabiqə üçün hazırlanan yazıların sonunda "Bu yazı "Neft gəlirləri hamımızındır" kompaniyası çərçivəsində jurnalistlər arasında keçirilən müsabiqəyə təqdim olunur" ifadəsi yazılmalıdır. Müsabiqəyə 2006-cı ilin iyul ayının 20-dən sentyabr ayının 1-dək dövrü mətbuatda dərc olunan yazılar təqdim edilə bilər. Müsabiqədə qalib gəlmiş jurnalistlər üçün aşağıdakı həcmdə pul mükafatı ayrılıb: 1- ci yer 300$ 2- ci yer 200$ 3- cü yer 100$ Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün MSŞT Koalisiyasının ofisinə (Füzuli küçəsi 39, tel; 493-14-38, 357-04-62, 315-66-03), office@eiti-az.org , oqtay_gulaliyev@box.az , dunya_sakit@box.az email ünvanlarına müraciət etmək olar.
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:19:53
|