|
*
Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası
*
Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası "Neft gəlirləri hamımızındır!" kampaniyası 18 sentyabr - 20 oktyabr 2006-cı il Kampaniyanın bülleteni #4 09- 19 oktyabrda keçirilən tədbirlər Oktyabrın 9: Ismayıllı şəhər bələdiyyəsinin konfrans zalında keçirilən dəyirmi masada Koalisiyanın üzvü, qrupun rəhbəri Şamil Mövsümov, Koalisiyanın şura üzvü Oqtay Gülalıyev və Beynəlxalq Ekoenergetika Akademiyasının əməkdaşı, qrupun assisenti Aydın Nəsibov iştirak edib. Şəhər ictimaiyətinin, büdcə təşkilatlarının nümayəndələrinin və veteran birlikləri üzvlərindən ibarət 40 nəfərin iştirak etdiyi dəyirmi masanı giriş sözü ilə Ş. Movsümov açıb və Kampaniyanın keçirilməsi ilə əlaqədar məlumat verib. O. Gülalıyev neft sənayesində şəffaflıq təşəbbüsü mövzusunda məruzə edib. Sonda konfrans iştirakçıları çıxış edib və neft gəlirlərinin dövlət büdcəsində formalaşması və xərclənməsi, büdcə təşkilatlarında işləyənlərin əmək haqqlarının artırılması və neft gəlirlərinin idarə olunması məsələlərinə toxunublar. Onlar ictimaiyyətin müxtəlif təbəqələrinin maarifləndirilməsi ilə əlaqədar Koalisiyanın keçirdiyi tədbirləri dəstəklədiklərini bildiriblər. Oktyabrın 10: Antenn 101 FM radiosunun efirində Neft və Azərbaycan ekologiyası mövzusunda radio dialoq təşkil edilib. Verilişdə Koalisiya Monitorinq Qrupunun üzvü Fəqan Əliyev və ARDNŞ-nin Ekologiya Idarəsinin rəisi Soltan Əliyev Xəzər dənizi və neft hasil olunan quru sahələrin ekoloji durumundan, vurulan zərərin aradan qaldırılması yollarından danışıblar və mövzu ətrafında dinləyicilərin suallarını cavablandırıblar. Oktyabrın 11: Azərbaycan Dövlət İqtisadiyyat Universitetində "Neft gəlirləri: səmərəli istifadə və şəffaflıq məsələləri" mövzusunda konfrans keçirilib. Tədbirdə MSŞA Koalisiyasının üzvü, "Ekspert" jurnalı baş redaktoru Azər Mehdiyev, Universitetin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı Fakultəsinin dekanı Əli Hacıyev, Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun əməkdaşı Əlövsət Bayramov və "Universitetlərdə mühazirə və diskussiyaların keçirilməsi" layihəsi üzrə kordinator Ehtiram Əli iştirak ediblər. Ə. Hacıyev mədən sənayesi gəlirlərinin xərclənməsində də şəffaflığın artırılmasının əhəmiyyəti haqqında danışıb və bununla əlaqədar tələbələrin maarifləndirilməsinin zəruriliyini qeyd edib. Ehtiram Əli Koalisiyasının fəaliyyəti və ölkənin gələcəyinin neft gəlirlərinin idarə olunmasinda şəffaflığın təmin edilməsindən cox asılı olduğunu konfrans iştirakcılarına çatdırıb. Konfransda Azər Mehdiyev "Neft gəlirləri: səmərəli istifadə və şəffaflıq məsələləri" mövzusunda məruzə ilə çıxış edib. Bu məruzə böyük maraq doğurub və ətrafında geniş diskusiya aparılıb. Suallara Azər Mehdiyev ətraflı cavab verib Oktyabrın 13: Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" (MSŞT) mövzusunda konfrans keçirilib. Konfransda Koalisiya Şurasının üzvü Oqtay Gülalıyev, Ehtiram Əli, layihənin Şəki üzrə rəhbəri Farzalı Qasımov və institutun professor, müəllim-tələbə heyəti, Şəki bələdiyyəsinin üzvləri, həmçinin orta məktəblərin şagird və müəllimləri iştirak ediblər. O.Gülalıyev "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" mövzusunda məruzə ilə çıxış edərək MSŞT-nın mahiyyəti, prinsipləri və meyarları haqqında, Azərbaycanin MSŞT-yə necə və nə vaxt qoşulması, bununla bağlı mövcud olan dövlət aktları, hökumət komissiyası, Azərbaycanın neft sektorunda işləyən şirkətlər və Koalisiyanın da imzaladığı anlaşma Memorandumunun əhəmiyyəti, Koalisiyanın məqsədləri, prinsipləri və 2007-ci il üzrə fəaliyyət planları, "Neft gəlirləri hamımızındır" kampaniyasının məqsədləri barədə konfrans iştirakçılarına ətrafli məlumat verib. Konfransın gedişi zamanı Dövlət Neft Fondu geniş müzakirələrə səbəb olub və məruzəçi iştirakçiıların bu və digər məsələlər barədə suallarını cavablandırıb. Oktyabrın 14: Cəlilabad şəhərində Koalisiya Şurası üzvləri İlham Hüseynli, Oqtay Güləliyev və Koalisiya üzvü Məhəmməd Talıblı ictimaiyyətin nümayəndələri ilə görüş keçirib. İlham Hüseynli məruzə ilə çıxış edərək neft gəlirləri, gəlirlərin idarə olunması, mövcud risklər barədə toplantı iştirakçılarına məlumat verib. Tədbir bölgədə fəaliyyət göstərən Demokratik Maarifçilik Mərkəzinin və yerli QHT- lərin birgə səyi ilə təşkil olunub. Toplantıda yerli QHT- lərlə yanaşı, KİV nümayəndələri, bələdiyyə üzvləri, ziyalılar, dini qurumalrın təmsilçiləri və şəhər ictimayyətinin nümayəndələri iştirak edib. Oktyabrın 17: 1) Sumqayıt Dövlət Universitetində "Neft amili və onunla əlaqədar qazanclar, fəsadlar, gələcək imkanlar və risklər" mövzusunda konfrans keçirilib. Konfransda İqtisadi və Biznes Tədqiqatları və Təhsili Mərkəzin rəhbəri Prof. Fuat Rəsulov, Koalisiyanın Şura üzvü Oqtay Güləliyev, universitetlərlə bağlı layihənin kordinatoru Ehtiram Əli və 76 nəfər müəllim və tələbələr iştirak ediblər. Konfransa Ehtiram Əli sədrlik edib. Oqtar Güləliyev MSŞA Koalisiyanın yaranması səbəbləri və həyata keçirilən tətbirlər gedişi haqqında qısa məlumat verib. Prof. Fuat Rəsulov Neft amili və onunla əlaqədar qazanclar, fəsadlar, gələcək imkanlar və risklər mövzusunda məruzə ilə çıxış edib, şəffaflıq istiqamətində maarifçilik işinin aparılması , bu istiqamətdə ictimai qurumların, həmçinin tələbə və müəllimlərin rolunun artırılmasının vacibliyi qeyd edib. O, Dövlət Neft Fondunun əhəmiyyəti, mədən sənayesi gəlirlərinin əhalinin sosial durumuna təsiri, mədən sənayesi gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti, neft gəlirlərindən istifadənin istiqamətləri barədə ictimaiyyətin geniş informasiya əldə edə bilməsi, əhalinin və vətəndaş cəmiyyəti institutlarının neft gəlirləri və onların istifadəsi siyasəti məsələləri üzrə qərarların qəbulunda iştirakının təmin edilməsi barədə konfrans iştirakçılarına ətrafli məlumat verilib. 2) Antenn 101 FM radiosunun efirində Transmilli neft şirkətləri və Azərbaycan mövzusunda radio dialoq təşkil edilib. Verilişdə politoloqlar Mübariz Əhmədoğlu və Elxan Şahinoğlu transmilli şirkətlərin Azərbaycanın neft sənayesində, iqtisadiyyatında və ictimai-siyasi həyatında oynadığı roldan danışıb, pozitiv və neqativ məqamlara toxunublar. Mövzu ətrafında dinləyicilərin sualları cavablandırılıb. Oktyabrın 18: Əli Bayramlı şəhərində Koalisiya Şurası üzvləri Nəriman Ağayev, Oqtay Güləliyev, İlham Hüseynli və Koalisiya üzvü Ruhəngiz Hüseynova ictimaiyyətin nümayəndələri ilə görüş keçirib. Görüşdə Əli Bayramlıda fəaliyyət göstərən yerli QHT- lər, KİV nümayəndələri, icra strukturlarının nümayəndələri, bələdiyyə üzvləri, müəllimlər, gənclər və s. iştirak edib. Toplantıda Nəriman Ağayev tədbirin keçirilmə səbəbləri barədə, Oqtay Gülalıyev Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü, təşəbbüsün meydana gəlmə zərurəti, MSŞT Koalisiyası və Koalisiyanın gördüyü, eləcə də görmək istədiyi işlər və bu kampaniya haqqında danışıb. Məruzə ilə ilə çıxış edən İlham Hüseynli yaxın illərdə Azərbaycanın Dövlət Neft Fonduna neftdən böyük miqdarda maliyyə vəsaitinin daxil olacağını bildırərək, bu vəsaitdən səmərəli istifadənin zəruriliyini qeyd edib. O bildirib ki, neft ölkənin tərəqqisi və inkişafı üçün böyük şansdır və çalışmaq lazımdır ki, bu şansdan istifadə edib iqtisadiyyatımızın güclənməsi üçün lazımi addımlar ataq. Bunun üçün neft gəlirlərinin idarə olunmasında şəffaflıqın təmin edilməsinə böyük ehtiyac var. Şəffafliqin təmin edilməsində hökümətlərlə yanaşı vətəndaş cəmiyyətinin də üzərinə böyük vəzifələr düşür. Sonda Koalisiya üzvləri toplantı iştirakçılarının suallarını cavablandırdılar. İştirakçılar Dövlət Neft Şirkətinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyqunlaşmasının vacibliyini bildirərək, adı çəkilən şirkətin fəaliyyəti və xüsusən əldə etdiyi maliyyə vəsaitinin xərclənməsi ilə bağlı ictimayyətə vaxtaşırı hesabat verməsinin zəruriliyini qeyd ediblər. Qeyd edilən tədbirlərdə iştirakçılara MSŞA Koalisiyasi tərəfindən nəşr olunan kitablar, bukletlər, təqvimlər paylanıb.
Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:41:21
|