|
*
Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası
*
Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası "Neft gəlirləri hamımızındır!" kampaniyası 18 sentyabr - 17 oktyabr 2006-cı il Kampaniyanın bülleteni #2 25 sentyabr - 01 noyabrda keçirilən tədbirlər Sentyabrın 26: Antenn 101 FM radiosunun efirində Koalisiya Şurasının üzvü Mirvari Qəhrəmanlının işirakı ilə Koalisiya üzvü İnam Pluralizm Cəmiyyətinin (rəhbəri-Vahid Qazi) təşkil etdiyi "Neft sənayesində əməkçi problemi" mövzusunda radio dialoq verilişi dinləyicilərə təqdim edildi. Verilişdə neft sənayesində çalışan əməkçilərin problemlərindən və onların həll edilməsində neft gəlirlərindən istifadə edilməsi imkanlarından danışıldı. Qeyd edildi ki, nefti bilavasitə hasil edənlər ondan əldə edilən gəlirlər və onların xərclənməsi haqqında məlumatları əldə etməkdə də çətinlik çəkməməlidirlər. Bunun üçün həm gəlirlər, həm də xərclər üzərində şəffaflığın təmin edilməsi vacibdir. Sentyabrın 27: Qusarda şəhər ictimaiyyətini təmsil edən 45 nəfərin- təhsil işçilərinin, tələbələrin, icra hakimiyyəi nümayəndələrinin, iş adamlarının və müharibə veteranlarının iştirakı ilə dəyirmi masa keçirildi. Tədbiri Koalisiya üzvü Şamil Mövsümov açdı və Şura üzvü Nəriman Ağayev şəffaflıq təşəbbüsü, Azərbaycanın bu təşəbbüsə qoşulması, Koalisiyanın yaranması, neft kontraktları, Neft Fondu, Koalisiyanın həyata keçirdiyi tədbirlər haqqında məruzə etdi. Şura üzvü Oqtay Güləliyev keçirilən kampaniya və onun məqsədi və əhəmiyyəti haqqında iştirakçılara məlumat verdi. Qusar Pedoqoji kollecinin müəllimi Xanlar Süleymanov ictimaiyyəti maarifləndirmək məqsədi ilə aparılan kampaniyanın vacib olduğunu qeyd etdi. Tədbirdə ANS TV-nin Qusar bürosu çəkiliş aparırdı və O. Güləliyev müxbirin suallarına cavab verdi Sentyabrın 29: Azərbaycan Texniki Universitetində müəllimlərin və tələbələrin iştirakı ilə "Neft sazişləri və ətraf mühitin qorunması" mövzusunda konfrans keçirildi. Konfransda Koalisiya Şurasının koordinatoru Sabit Bağırov neft gəlirləri üzərində şəffaflığın əhəmiyyəti və MSŞT-nün mahiyyəti və tarixçəsi haqqında məlumat verdi. Koalisiya Şurasının üzvü Telman Zeynalov məruzə ilə çıxış etdi və neft sazişlərinin həyata keçirilməsi ilə yaranan ekoloji problemlərdən, onların aradan qaldırılması üçün neft gəlrlərindən səmərəli istifadə edilməsinin vacibliyindən danışdı. Universitetin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının müdiri prof. Həbib Ocaqov və dekan müavini Şəfi Danialov çıxış etdilər və konfransın əhəmiyyətini qeyd etdilər. Koalisiya Şurasının üzvləri Oqtay Güləliyev və İlham Hüseynov, həmçinin layihənin kordinatoru Ehtiram Əli konfransda iştirak ediblər. Sentyabrın 30: Ağstafa şəhərində həmin rayonun və qonşu Qazax rayonunun ziyalılarının, ictimai təşkilatların nümayəndələrinin, mədəniyyət işçilərinin, bələdiyyə üzvlərinin- cəmi 46 nəfərin iştirakı ilə "Beynəlxalq şəffaflıq təşəbbüsləri və vətəndaş cəmiyyəti" mövzusunda dəyirmi masa keçirildi. Mövzu ətrafında Oqtay Güləliyev məruzə etdi. Şura üzvü İlham Hüseynli və Koalisiya üzvü Ruhəngiz Hüseynova çıxış etdilər. Ağstafa rayonundan Koalisiya üzvü İlqar Vəliyev tədbirin təşkilində və keçirilməsində fəal iştirak etdi. Tədbirlərdə ishtirakçılara Koalisiya tərəfindən kitablar, plakatlar, stolüstü ve cib təqvimləri paylanıb.
Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 15:52:22
|