|
*
Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası
*
Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası "Neft gəlirləri hamımızındır!" kampaniyası 18 sentyabr - 17 oktyabr 2006-cı il Kampaniyanın bülleteni #1 18- 24 sentyabrda keçirilən tədbirlər Sentyabrın 18: -
Beynəlxalq Mətbuat Mərkəzində Koalisiya nümayəndələri mətbuat konfransı keçirərk kompaniyanın keçirilməsi zərurətindən və əhəmiyyətindən danışıb və kampaniya çərçivəsində planlaşdırılmış tədbirlər barədə. məlumat veriblər; -
İctimai Televiziya kanalında bir saatlıq tok-şou keçirilib. Tok-şouda neft gəlirlərinin səmərəli istifadəsinə dair müzakirələr olub. Tok-şouda ekspert qismində Millət Vəkili Vahid Əhmədov və Koalisiya nümayəndələri: İnqilab Əhmədov, Mayis Güləliyev, Fəqan Əliyev və Sabit Bağırov iştirak ediblər; -
Azadliq radiosunda keçirilən dialoqda Koalisiya Şurasının üzvü Oqtay Güləliyev iştirak edib və dinləyicilərə Kampaniya barədə ətraflı məlumat verib. Sentyabrın 19: -
Siyəzən şəhərində "Neft gəlirləri hamımızındır" kampaniyası çərçivəsində ilk tədbirlərdən biri- ictimaiyyət nümayəndələri üçün dəyirmi masa keçirilib. Tədbirdə məruzə ilə Koalisiya üzvü Şamil Mövsumov çıxış edib. 50 nəfər şəhər sakininin iştirak etdiyi dəyirmi masada kampaniya və onun zəruriliyi və şəffaflıq təşəbbüsü, Azərbaycanın bu Təşəbbüsə qoşulması, koalisiyanın yaranması, neft kontraktları, Neft Fondu və s. haqqında məlumat verilib; -
"Radio-Antenn"de aparıcının və dinləyicilərin neft gəlirləri ilə əlaqədar suallarına Koalisiya Şurası üzvü İnqilab Əhmədov cavab verib; -
"Azadliq" qəzetinin redaksiyasında media-forum keçirilib. Jurnalistlərin suallarına Koalisiya Şurası üzvləri Telman Zeynalov və İlham Hüseynli cavab veriblər. Sentyabrın 20: -
Xəzər Universitetində "Neft amili və onunla əlaqədar qazanclar, fəsadlar, gələcək imkanlar və risklər" mövzusunda konfrans keçirilib. Tədbirdə universitetdə neft və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələr və müəllimlər iştirak ediblər. Konfransda bildirilib ki, QHT Koalisiyasının yaxın gələcəkdə əsas diqqəti neft gəlirlərinin xərclənməsi sahəsində şəffaflığın yaradılmasına yönələcək. İştirakçılara Azərbaycanın neft sektorunda həyata keçirilən layihələr və neft gəlirlərinin toplandığı Dövlət Neft Fondu və həmçinin ölkənin qarşılaşa biləcəyi təhlükələr haqqında məlumat verilib. -
Naxçıvanda region ictimaiyyətinin iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masanın mövzusu "Neft amili və onunla əlaqədar qazanclar, fəsadlar, gələcək imkanlar və risklər" olub. Konfransda 30 nəfər QHT nümayəndələri və ziyalılar iştirak edib. Məruzə ilə Məhəmməd Talıblı çıxış edib. Sentyabrın 21: Azərbaycan Universitetində "BTC-nin sosial iqtisadi əhəmiyyəti" mövzusunda konfrans keçirilib. Konfransda məruzə ilə Koalisiya Şurası üzvü Qubad İbadoğlu çıxış edib. Konfransda Universitet rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər. Sentyabrın 22: -
Gəncə Texnologiya Universitetində "Beynəlxalq Şəffaflıq Təşəbbüsləri və Azərbaycan" mövzusunda konfranslar keçirilib.Konfransda universitet rəhbərliyi, tələbələr və müəllimlər iştirak ediblər. Məruzə ilə Koalisiya Şurası üzvü Sabit Bağırov çıxış edib; -
Həmin gün Gəncədə ictimaiyyət nümayəndələri ilə də görüş keçirilib. Koalisiya nümayəndəsi Mədən sənayesində şəffaflıq təşəbüsünün yaranma tarixi və zərurəti, eləcə də bu təşəbbüsün Azərbaycanda tətbiqinə dair hökümətin və vətəndaş cəmiyyətinin təmsilçisi olaraq MSŞT Koalisiyasının gördüyü işlərdən danışıb. Tədbirdə Gəncədə fəaliyyət göstərən yerli QHT- lər, mətbuat nümayəndələri, ziyalılar, ali məktəb tələbələri və müəllimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib. Məruzə ilə Koalisiya Şurası üzvü Sabit Bağırov çıxış edib; -
"Gəncənin səsi" qəzetinin redaksiyasında yerli mətbuatın iştirakı ilə media- forum keçirilib. Jurnalistlərin suallarina Koalisiya Şurası üzvü Sabit Bağırov cavab verib; -
Sentyabrın 22-də "ARDNŞ-nin auditinin yubanması və şirkətin fəaliyyətindəki şəffalığın vəziyyətinin ictimai müzakirəsi" mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirdə ekspertlər, beynəlxalq təşkilatların və bir sıra dövlət strukturlarının nümayəndələri, həmçinin mətbuat təmsilçiləri iştirak ediblər. Dəyirmi masada Koalisiya üzvü Zöhrab İsmayıl və Koalisiya Şurasının üzvü Mirvari Qəhrəmanlı çıxış ediblər.Tədbirdə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun və Auditorlar Palatasının nümayəndələri də çıxış ediblər. Qeyd edilən tədbirlərin təşkili və uğurla keçirilməsində Koalisiyanın digər üzvləri də fəal olublar: Sevgim Rəhmanov, Nəriman Ağayev, Mehriban Vəzir, Dünya Sakit, Ehtiram Əli, Fuat Rəsulov, Fəqan Əliyev, Nadir İbadov, Ruhəngiz Hüseynova, Aslan Vəliyev, Eyyub Kərimli, Mirvari Qəhrəmanlı, Vahid Qazi, Aydin Nesibov, Ilqar Veliyev. Tedbirlərdə ishtirakçılara Koalisiya tərəfindən kitablar, plakatlar, stolüstü ve cib təqvimləri paylanıb.
Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:41:28
|