|
*
Mədən Sənayəsində Şəffaflığın Artırılması Koalısıyasının həyata keçirdiyi
"Neft
gəlirləri hamımızındlr" kampaniyası ilə bağlı
*
Mədən Sənayəsində Şəffaflığın Artırılması Koalısıyasının həyata keçirdiyi
"Neft
gəlirləri hamımızındlr" kampaniyası ilə bağlı
Mədən Sənayəsində Şəffaflığın Artırılması Koalısıyasının həyata keçirdiyi "Neft gəlirləri hamımızındlr" kampaniyası ilə bağlı M Ə L U M A T. Hörmətlı Koalisiya üzvləri! Bildiyiniz kimi Mədən Sənayəsində Şəffaflığın Artırılması Koalısıyası sentyabr ayının 18- dən başlayaraq oktyabrın 20- ə qədər "Neft gəlirləri hamımızındlr" adli Azərbaycanda ölkə miqyaslı geniş kampaniya həyata keçirib. Kampaniyaya hazırlıq bu ilin hələ mart ayından başlamışdı. O zaman işçi qrup yaradılmış və kampaniyaya hazırlıqla bağlı 15- ə yaxın layihə hazırlanaraq donor təşkilatlara təqdim olunmuşdu. Bu layihələrin büdcəsi təxminən 100 min dollardan artiq həcmdə olmuşdur.Amma təəssüf ki, Koalisiya tərəfində kampaniyaya hazırlıqa gec başlanması, elecə də bu kampaniyanın mahiyyətinin zamanında lazımınca donor təşkilatalara çatdırılmaması ucbatından yalnız 3 layihə maliyələşmişdir. Hollandiyanın Novib (Oxfam) tərəfindən maliyələşən bu layihələr "Universitetlərdə muhazirə və diskusiyaların təşkili", "Region ictimaiyyətinin maariflənidirilməsi", "Neft gəlirləri ilə bağlı tok- şounun nümayişi" layihələri olub. Layihələrin ümumi büdcəsi 26.400 ABŞ dolları həcmində olub. Bu, kampaniyanın keçirilməsi üçün nəzərdə tutulan məbləğdən 3,5- 4 dəfə az olub. Boşluğu doldurmaq, həm də kampaniyanın maraqlı, məzmunlu və əhatəli alınması üçün biz Koalisiyanın dəstəyi ilə 2006- cı ildə keçirilən bir çox layihələrdə nəzərdə tutulan tədbirlərin məhz kampaniya dövründə keçirilməsini qərara aldıq- təbii ki, layihə müəllifləri ilə razılaşdıraraq. Beləliklə bir ay davam edən "Neft gəlirləri hamımızındlr" kampaniyası müddətində 9 layihə həyata keçirildi. Kampaniyanın gedişində USAİD- in Countrpart təşkilatının dəstəyi ilə oktyabrın 20- də Bakıda geniş konfrans da təşkil edilib. Məlumat üçün bildirim ki, belə bir kampaniya Azərbaycanda ilk dəfə idi ki, keçirilirdi. Kampaniya çərçivəsində 9 layihə gerçəkləşdirildi. Ölkədə fəaliyyət göstərən, MSŞT Koalisiyasına daxil olan 30- dan artıq QHT və Koalisiyanın üzvü olmayan 10 yaxın regional QHT bu prosesin təşkilində iştirak etdi. Geniş tamaşaçı və oxucu auditoriyasına malik KİV- lər, o cümlədən, ANS ve İctimai TV, bölgə TV- ləri, Azadliq, BCC, Antenn radioalari, İnformasiya agentlikləri, mətbuat orqanları, qəzetlər, internet saytları kampaniyanın gedişi ilə bağlı çox saylı məlumatlar yaydılar. Fursetden isifade edib onlara öz təşəkkürümüzü bildiririk. Kampaniyanın keçirilməsi üçün nəzərdə tutulan layihələr Dünya Bankı, ACİYF, Novib (Hollandiya) və USAİD- in Countrpart təşkilatları tərəfindən dəstəklənib. Fürsətdən istifadə edib bu təşkilatlara da öz təşəkkürümüzü bildiririk. "Neft gəlirləri hamımızındlr" kampaniyasının keçirilməsi əsas iki məqsədə xidmət edib. Neft gəlirləri barədə insanları məlumatlandırmaq və bu gəlirlərin səmərəli idarə olunmasında vətəndaş cəmiyyətinin rolunu artırmaqdır. Kampaniya çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilib. Naxçıvan, Qusar, Akstafa, İsmayıllı daxil olmaqla Azərbaycanın ərazi coğrafi baxımdan bütün bölgələrini əhatə etməklə 10 regionunda ictimayyət nümayəndələri ilə görüşlər, dəyirmi masalar keçirilib. Bu goruslərdə ictimayyət nümayəndələri ilə yanaşi yerli bələdiyyə üzvləri, icra strukturlarının numayəndələri, ziyalilar, yerli QHT- lər, KİV- lər, ictimayi ve siyasi teşkilatların temsilçileri, müəllimlər, elm sənət adamları, gənclər və s. iştirak edib. Təqdirə layiq haldır ki, bu tədbirlərin təşkilində yerli QHT- lər de yaxından iştirak etmiş və bizə bu işdə lazımi dəstək vermişlər. Kampaniya cherchivesinbde Baki ve regioanlarda yerləşən 7 ali məktəbdə Azərbaycan, İqtisad, Xəzər, Texnologiya (Gəncə), Texniki və Sumqayıt Universitetlərində, eləcə də Şəki Muəllimləri Təkmilləşdirmə İnstitutunda tələbə müəllim heyətinin iştirakı ilə konfranslar kechirilib. Həm bu konfranslarin, hem de regional goruşlərdə, dəyirmi masalarda Koalisiyanin ekspertləri məruzə etmiş, BTC ƏİBK, neft kontraktları, Neft gəlirləri, Neft fondu və onun yaranma səbəbləri, Şəffaflıq təşəbbüsü, MSŞT Koalisiyası, Koalisiyanın hökümət komissiyası və şirkətlərlə əməkdaşlıqı, Anlaşma Memorandumu və . s. barədə məlumat vermişlər. Apardığımız təqribi hesablamalara gorə kampaniya çərçivəsində 1200- dən artıq adam birbaşa məlumatlandırılmış, həm bu insanların, həm də TV- lərdə filmlərin və reklam çarxlarının nümayişi ilə 1 milyondan artıq şəxs dolayısı ilə neft gəlirlərinin hamıya aid olması mesajını dinləmışdır. Yeri gəlmişkən qeyd edək ki, kampaniya müddətində iki reklam rolikinin hazırlanması nəzərdə tutulmuşdu. Bu öhdəliklər "İnternyus-Azərbaycan" şirkətinə sifariş verilmiş və rejissor Ayaz Salayevin rəhbərliyi ilə çəkiliş qrupu tərəfindən icra olunmuşdur. Reklam rolikləri İTV ilə 12 oktyabr 31 oktyabr müddətində nümayiş edilmişdir. Nümayiş müxtəlif saatlarda, müxtəlif verilişlərin, xüsusilə "Çarçı" xəbərlər proqramının əvvəlində efirə verilən reklam blokunda nümayiş etdirilmişdir. Müqaviləyə görə sifarişçi olaraq biz 400 saniyəlik efir müddətinin maliyyəsini ödəmişdik. Lakin İTV rəhbərliyi problemin akruallığını qəbul edərək təqdim etdiyimiz materialı 1.425 saniyə efir müddətində nümayiş etdirmişdir. Kampaniya KİV- lə geniş əməkdaşlıq cherchivesinde heyata kechirilib. Bele ki neft gelirleri ile baqli İctimai TV- de tok- shou teshkil olunaraq ictimayyete gosterilib. Radio Antennde her hefte radio- dialoqlar teshkil olunub. Bölgələrdə "Neft və milyonlar səltənətində" filmi nümayiş etdirilib. Neft gelirləri ilə bağlı İctimai TV- də reklam çarxı nümayiş olunub. Eyni zamanda kampaniya çərçəvəsində jurnalist müsabiqəsi keçirilib və başa çatıb. Qaliblər mükafatlandırılıb. Təqdirəlayiq haldır ki, keçən illə müqayisədə daha çox jurnalist musabiqəyə qatılmışdır. Dövrü mətbuatda onlarca maraqlı şərh yazılar çap olunub və ictimaiyətin müzakirəsinə çıxarılıb. Müsabiqəyə təqdim olunan bütün yazılar Koalisiyanın saytında yerləşdirilib. Həmçinin Bakı və regionlarda nəşr olunan qəzetlərdə media- forumlar keçirilib. Bu media- forumlarda Koalisiyanın nümayəndələri oxucuların və jurnalistlərin suallarını cavablandırıblar. Kampaniya kechirilen muddetde "ARDNŞ-də Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara keçməsinə hazırlığın və şəffaflığın vəsizyyəti" mövzusunda deyimi masa keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə ekspertlər, beynəlxalq maliyyə qurumlarının, xarici ölkə səfirliklərinin, donor təşkilatların, audit şirkətlərinin, Auditorlar Palatasının və dövlət qurumlarının təmsilçiləri iştirak edib ve mövzu etrafında çıxışlar edilib. Kampaniya çərçivəsində Koalisiya tərəfindən kitablar, bukletlər, plakatlar, stolüstü və cib təqvimləri çap olunaraq insanlara paylanmışdır. Neft, hüqüq, vetendaş cəmiyyəti barədə nəşr etdiyi kitablarla Exxon Mobil şirkəti bizi kampaniya müddətində təmin edib. Və adı çəkilən şirkətə təşəkkürümüzü bildiririk. Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının həyata keçirdiyi "Neft gəlirləri hamımızındır" kampaniyasına oktyabrın 20-də yekun vuruldu. Həmin gün "Avropa" otelində "Neft gəlirləri hər kəsin xeyrinə" adlı geniş konfrans keçirildi. Azərbaycanın dövlət və hökumət strukturlarının, QHT-lərin, beynəlxalq təşkilatların nümayəndələri, KİV, BP, İTOCİ, TOTAL şirkətlərinin təmsilçiləri, həmçinin xarici ölkə səfirləri iştirak edirdilər. Konfransda Böyük Britaniyanın ölkəmizdəki səfiri Lori Bristou, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Dünya Bankının Bakı nümayəndəliyinin rəhbəri Qreqori Yadzeyçak çıxış edib. Konfransda "Neft gəlirləri hamımızındır" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Konfransın ikinci və üçüncü hissələrində İctimai Vəsaitin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov "Neft gəlirlərinin və ictimai maliyyənin idarə edilməsi", politoloq Rasim Musabəyov "Neft gəlirlərinin islahatlara təsiri", Beynəlxalq Valyuta Fondunun Bakı nümayəndəliyinin rəhbəri Bazil Zavoyko "Renta xarakterli böyük gəlirləri müşayiət edən problemlər. Dünya ölkələrinin təcrübəsi", Koalisiya Şurasının üzvü Mirvari Qəhrəmanlı "Neft gəlirləri: vətəndaş cəmiyyətinin vəzifələri" adlı məruzələrlə çıxış etdilər. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun direktoru Fərda Əsədov isə rəhbəri olduğu qurumun şəffaflığın artırılması ilə bağlı proqramları barədə iştirakçılara məlumat verib. Qeyd etməyi lazım bilirik ki, kampaniya çərçivəsində keçirilən tədbirlərlə bağlı vaxtaşırı olaraq məlumatlar mətbuatda dərc olunmaqla yanaşı Koalisiyamızın daim yeniləşən saytına yerləşdirilib. Kampaniya müddətində 4 xususi bulleten və 20 oktyabr konfransı xüsusi olaraq hazirlanib sayta qoyulmush və Koalisiya üzvlərinin kampaniyanın gedişini yaxından izləmək imkanları yaradılmışdır. Həmçinin Koalisiya tərəfində çap olunan aylıq informasiya bülletenin 2 nömrəsində bütünlüklü kampaniyanın gedişi geniş şəkildə işıqlandırılıb. Eyni zamanda kampaniya müddətində keçirilən tədbirlərdə çəkilmiş şəkillərdən ibarət foto arxiv hazırlanıb sayta qoyulub. Həmçinin tədbirlərdə çəkilmiş şəkillərdən və kampaniya barədə qəzetlərdə çap olunmuş yazılardan ibarət lövhə hazırlanaraq Koalisiyanin ofisindən asılıb. Kampaniya cəmiyyətə nə verdi? Etiraf olunmalıdır ki, 1 ay müddətində çox az resursla MSŞT Koalisiyasi neft gelirleri barədə insanlarin maarifləndirilməsi istiqamətində çox saylı tədbirlər həyat keçirdi. Onlara imkan çərçivəsində neft, neft gəlirləri və bu gəlirlərin səmərəli idarə olunmasi yönümündə məlumatlar verildi, əyani vəsaitlər təqdim olundu. Və melum oldu ki, bu sahədə əhalinin maarifləndirilməsinə doğrudan da böyük ehtiyac var. Məhz bu ehtiyacı nəzərə alaraq biz MSŞT Koalisiyası olaraq bu sahədə işlərimizi davam etdirmək istəyirik. Sizlərə də bu sahədə uğurlar arzulayırıq! Hörmətlə, Oqtay Gülalıyev
Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:41:36
|