Mədən Sənayesində Şəffaflığın
Artırılması Koalisiyası

 

For Improving Transparency
in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 10 Sentyabr 2010, Cümə | eng |   VİDEO ÇARXLAR

DƏSTƏK və QOŞULMA

   Azərbaycan Respublikası vətəndaşlarının beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) dəstək

   MSŞA Koalisiyasına üzv olmaq istəyən hüquqi şəxs üçün ərizə forması

   MSŞA Koalisiyasına üzv olmaq istəyən fiziki şəxs üçün ərizə forması

   MSŞA Koalisiyasına üzvlərin qəbulu qaydaları

ŞURA ÜZVLƏRİ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

DƏRGİ

BÜLLETEN

TƏRƏFDAŞLAR

KİV LİNKLƏRİ









VALYUTA MƏZƏNNƏLƏRİ

  Azərbaycan manatı курсы валют Прага
(RUB)//-//
Чешских крон(CZK)//-//
Швейцарский франк(CHF)//-//
Евро(EUR)//-//
Доллар США(USD)//-//
Индийских рупий(INR)//-//
Японских йен(JPY)//-//
Вон Республики Корея(KRW)//-//
Австралийский доллар(AUD)//-//

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

* "Mədən Sənayəsində şəffaflığın artırılmasında KİV- in iştirakı"

* "Mədən Sənayəsində şəffaflığın artırılmasında KİV- in iştirakı"
*art_name2
*art_autor
* "Mədən Sənayəsində şəffaflığın artırılmasında KİV- in iştirakı" layihəsi çərçivəsində görülən işlərlə bağlı M Ə L U M A T. "Mədən Sənayəsində şəffaflığın Artırılmasında KİV- in iştirakı" layihəsi Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Dünya Bankının maliyyə, Mədən Sənayəsində Şəffaflığın Artırılması Koalisiyasının isə təşkilati dəstəyi ilə həyata keçirilib. Layihəni həyata keçirməkdə məqsəd mədən sənayəsində

"Mədən Sənayəsində şəffaflığın artırılmasında KİV- in iştirakı"

layihəsi çərçivəsində görülən işlərlə bağlı

M Ə L U M A T.

"Mədən Sənayəsində şəffaflığın Artırılmasında KİV- in iştirakı" layihəsi Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Dünya Bankının maliyyə, Mədən Sənayəsində Şəffaflığın Artırılması Koalisiyasının isə təşkilati dəstəyi ilə həyata keçirilib. Layihəni həyata keçirməkdə məqsəd mədən sənayəsində şəffaflığın artirilmasında kütləvi infoarmasiya vasitələrinin iştirakını artırmaq, bu sahədə ictimaiyyətin maarifləndirilməsinə nail olmaqdır. Nəzərdə tutlan tədbirlərin təşkili işinə digər Koalisiya üzvləri cəlb olunmuş və onlar layihənin həyata keçirilməsində yaxından iştirak etmişlər. Layihə çərçivəsində bir sıra işlər görülüb ki, bunlar əsasən aşağıdakılardır:

  1. "Mədən sənayəsində şəffaflıq" aylıq informasiya bülleteni çap olunub. Azərbaycan və ingiliscə çap olunan bülletendə MSŞT Koalisiyasının gördüyü işlər, eləcə də EİTİ ilə bağlı Azərbaycanda və dünyada baş verən ən mühümmü hadisələr barədə məlumatlar dərc olunub. Bülleten Koalisiya üzvləri ilə yanaşı ölkədə fəaliyyət göstərən QHT- lərə, KİV nümayəndələrinə, şirkətlərə, səfirliklərə, Dövlət Neft Fonduna və s. paylanılıb.

  2. Ölkədə nəşr olunan (Bakı və regionlarda) dövrü mətbuatda media- forumlar keçirilib. Bakı- xəbər, Azadlıq və Rüzigar (Gəncə) qəzetlərində təşkil olunan media- forumlarda Koalisiya üzvləri oxucuların neft gəlirləri, bu gəlirlərdən səmərəli idarə olunması, MSŞT Koalisiyası, Koalisiyanın gördüyü işlər, həyata keçirdiyi "Neft gəlirləri hamımızındır" kampaniyası və s. barədə suallarını cavablandırıblar. Media- forumların qonaqları Koalisiya Şurasının üzvləri Sabit Bağırov, Qubad İbadoğlu, Telman Zeynalov, İlham Hüseynli, Dünya Sakit, Oqtay Gülalıyev olub.

  3. Aparıcı mətbuat orqanlarının rəhbərləri ilə dəyirmi masa keçirilib. Dəyirmi masada KİV təmsilçiləri ilə Koalisiya üzvləri arasında mədən sənayəsində şəffaflığın artirilması isiqamətində kütləvi infoarmasiya vasitələri ilə əməkdaşlığın imkanları və prespektivləri müzakirə olunub. Qərara alınıb ki, neft bütün xalqa məxsus olduğundan və ölkə iqtisadiyyatının inkişaf etdirilməsində böyük şans olduğundan neft gəlirlərinin səmərəli idarə olunması isiqamətində KİV nümayəndələri ilə Mədən Sənayəsində Şəffaflığın Artırılması Koalisiyası arasında əməkdaşlığın perspektivləri araşdırılsın və bu əməkdaşlıq davam etdirilsin.

  4. Layihə çərçivəsində həyata keçirilən tədbirlərdən biri jurnalistlər arasında yazı musabiqəsi ilə bağlı olub. Müsabiqəyə start verilməmişdən öncə Koalisiya Şurası jurnalistlər üçün təqdim olunan mövzuları müəyyənləşdirib. Bu mövzular aşağıdakı mövzular olub:

  1. Neft gəlirlərinin Azərbaycanın sosial- iqtisadi inkişafına təsirləri,

  2. Dövlət Neft Fondundan xərcləmələrdə şəffaflığın vəziyyəti,

  3. Azərbaycanda "Holland sindromu" təhlükəsi barədə

Ötən ildən fərqli olaraq bu ilki jurnalist müsabiqəsinə 2 dəfə artıq- 15 yazi təqdim olunmuşdu. Müsabiqə "Neft gəlirləri hamımızındır" kampaniyası dövrünə təsadüf etmiş və həmin ərəfədə bu yazılar ictimayyətin məlumatlandırılmsı istiqamətində önəmli rol oynamışdı. Yazıların qiymətləndirilməsi üçün Koalisiya Şurası tərəfindən 5 nəfərlik Müsabiqə Komissiyası yaradılmışdır. Komissiyaya Qubad İbadoğlu, Azər Mehdiyev, Çingiz Sultansoy, Rövşən Bağırov və Oqtay Gülalıyev daxil edilmişdir. Əvvəlcə yazıların qiymətləndirilməsi üçün müvafiq kriteriyalar müəyyənləşdirilmiş, sonra isə müsabiqəyə təqdim olunmuş yazıların müəlliflərinin adları və yazının dərc olunduğu qəzetin adları çıxarılaraq bütün yazılar ancaq Microsoft Word- də çap olunmuş halda komissiya üzvlərinə paylanmışdır. Komissiya üzvlərinin yekun rəyi ilə aşağıdakı jurnalistlər müsabiqədə fərqlənmişlər:

1-ci yer: Müşfiq Tofiqoğlu

2-ci yer: Həbibə Abdulla və Şəhla Abusəttar

3-cü yerlər: Elxan Şahinoğlu, Ruslan Xəlil, Pünhan Əfəndiyev

Həvəsləndirici mükafat "Bakı- xəbər" qəzetinin İqtisadiyyat şöbəsinin müdiri Elxan Qüdrətoğluna təqdim olunub. Jurnalistlərə mükafatların təqdim olunması KİV nümayəndələrinin iştirakı ilə keçirilib və Koalisiya nümayəndələri tərəfindən onlara təqdim olunub. Bu barədə dövrü mətbuatda ətraflı məlumatlar dərc olunub.

Müsabiqəyə təqdim olunmuş bütün yazılar Mədən Sənayəsində Şəffaflığın Artırılması Koalisiyasının saytında yerləşdirilmişdir.

  1. Layihə çərçivəsində görülən işlərdən biri də ondan ibarət olub ki, MSŞT Koalisiyası-nın gördüyü işlər barədə məlumatlar qəzetlərdə, informasiya agentliklərində, intenet saytlarinda, televiziyalarda işıqlandırılıb. Düzdür bunun üçün layihədə xüsusi olaraq hər hansısa istiqamət və ya maddi dəstək nəzərdə tutlmamışdı. Biz bu işi Koalisiyanın üzvü olan jurnalist həmkarlarımızın, eləcə də müxtəlif KİV- lərdə çalışan Mədən sənayesində şəffaflıq təşəbbüsü ilə yaxından maraqlanan jurnalsitlərin dəstəyi ilə həyata keçirmışık.

Qiymətləndirmə. Layihənin həyata keçirildiyi müddətdə layihədə nəzərdə tutulan məqsədlərin reallaşması istiqamətində- Mədən sənayesində Şəffaflıq Təşəbbüsü, Təşəbbüsün yaranma zərurəti və tarixi, Dövlət Neft fondu, neft gəlirləri, bu gəlirlərin səmərəli idarə olunması və s. barədə ictimayyətin məlumatlandırılması istiqamətində dövrü mətbuatda onlarca məlumatlandırıcı yazılar, analitik şərhlər, operativ informasiyalar dərc olunmuş və jurnalistlərlə 3 dəfə Beynəlxalq Mətbuat Mərkəzində Koalisiya üzvlərinin görüşü keçirilib. Məhz MSŞT Koalisiyasının ildən- ilə KİV- lə intensivləşən işi və əməkdaşlığı sayəsində son illər onlarca tanınmış jurnalist Koalisiyanın üzvü olmuş və bu gun adı çəkilən qurumun işində fəal iştirak edirlər.

Layihə müddətində Bakı və regional qəzetlərdə media- forumlar keçirilmiş və Koalisiya təmsilçıləri oxucuların suallarını cavablandırmışlar. Eyni zamanda Koalisiyanın aylıq informasiya bülleteni çap olunaraq yaılmış və sayta yerləşdirilmişdir. Yeri gəlmişkən layihə çərçivəsində görülən bütün işlər və həyata keçirilən tədbirlər barədə məlumatlar Koalisiyanın saytında yerləşdirilib. Eyni zamanda layihənin nəticələrinin qiymətləndirilməsi üçün layihə barədə hesabat Koalisiyanın Monitorinq Qrupuna təqdim olunacaq.

Qənaət. Həyata keçirilən layihənin nəticələrindən əldə olunan qənaət bundan ibarətdir ki, Mədən Sənayəsində şəffaflığın artırılmasında KİV- in iştirakı olsa da hələ bu iştirak lazımı səviyyəyə çatmayıb və bu sahədə görülən işlər yetərli deyil. Xüsusən jurnalist müsabiqəsinə qatılan jurnalistlərə daha mükəmməl bilgilərin aşılanması üçün onlara xüsusi treyninqlərin keçirilməsinə ehtiyac var. Mədən sənayesində şəffaflıq Təşəbbüsü barədə ictimaiyyətin məlumatlandırıması və maarifləndirilməsi üçün KİV- lərlə bağlı xüsusi proqramların, yardımçı layihələrin həyata keçirilməsinə ehtiyac var.

Qeyd: Layihə çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı məlumatlarla yanaşı foto şəkillər də Koalisiyanın saytında yerkəşdirilib.

Hörmətlə Oqtay Gülalıyev, layihənin koordinatoru,

Demokratik İslahatlar Uğrunda Cəmiyyətin həmsədri



Sənədin sonuncu korrektə tarixi: 26/12/2009 - 14:36:56

 

SAYTDA AXTARIŞ

MÜƏLLİF YAZILARI

Modul stansiyaların tikintisində qaranlıq məqamlar
Dünya Sakit
Azərbaycan neft gəlirlərinə «çöldən» baxış
İlham Şaban
2009-cu ilin iqtisadi yekunları
Qubad İbadoğlu
MSŞT-də Azərbaycan və Azərbaycanda MSŞT
Zöhrab İsmayıl
Neft kimə məxsusdur; xalqa, yoxsa hakimiyyətə?
Oqtay Gulalıyev
“Aqrolizinq” ümüdləri doğruldurmu?
Nicat Dağlar
 

XƏBƏR BAŞLIQLARI

Представляем: Главные новости о национальных коалициях от коалиции «Publish What You Pay» (Публикуй то, что платишь)
QHT-lərə DÖVLƏT DƏSTƏYİ ŞURASI 2010-cu İL ÜÇÜN MÜSABİQƏ ELAN EDIB
BTC ile nəql olunan neftin hecmi
İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının ölkənin qaz sektorundakı proseslərə münasibətı
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının informasiya bulleteninin 26-ci sayı hazırlanıb.
"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 11-ci sayı çap olunmuşdur
QHT-lər “Park inn”də səfərbər oldular
Gəncədə hökümət qurumlarının, regional dağ- mədən şirkətlərinin, yerli QHT- lərin və KİV- in  iştirakı ilə tədbir keçirilib
MSŞA Koalisiyası DNF haqqında qanun layihəsini ictimai müzakirəyə çıxarır
Mətbuat üçün açıqlama (29/05/2009)
Ictimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəyanatı (29/05/2009)
Koalisiyanın 9-cu hesabatla bağlı rəyi Memorandum tərəfləri ilə müzakirə olunub
EİTİ üzrə Çoxtərəfli Qrupun formalaşdırılmasına başlanıb
Biz neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin edilməsini istəyirik
Beynəlxalq Şəffaflıq Təşəbbüsü üzrə qiymətləndirmə prosesi və onun Azərbaycanda icrası
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 20-ci sayı hazırlanmışdır
"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 9-cu sayı çap olunmuşdur
MSŞA Koalisiyasının Şura üzvləri Gəncəbasar bölgəsinə səfər ediblər
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası dəyərləndirmənin və 9- cu hesabatın yekunları ilə bağlı mətbuat konfransı keçirib
İctİmaİ  Bİrlİklərİn “Mədən sənayesİndə  Şəffaflığın artırılması” Koalİsİyasının XII ümumi yığıncağı barədə məlumat
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Bəyanatı (Bakı şəhəri, 6/02/2009)
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 19-ci sayı hazırlanmışdır
Koalisiyada Validator qrupu ilə görüş keçirilib
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəyanatı
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 18-ci sayı hazırlanmışdır
"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.63625