Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

* Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) çərçivəsində "AGN MAK Azərbaycan Ltd" audit şirkətinin 16 yanvar 2006-cı il tarixdə açıqladığı hesabatla[1] bağlı

* Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) çərçivəsində "AGN MAK Azərbaycan Ltd" audit şirkətinin 16 yanvar 2006-cı il tarixdə açıqladığı hesabatla[1] bağlı

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) çərçivəsində "AGN MAK Azərbaycan Ltd" audit şirkətinin 16 yanvar 2006-cı il tarixdə açıqladığı hesabatla[1] bağlı

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT (MSŞA QHT) Koalisiyasının

RƏYI

MSŞA QHT Koalisiyası Azərbaycan hökuməti, habelə ölkədə fəaliyyət göstərən xarici və yerli neft şirkətlərinin 2003-cü il Londonda elan edilmiş Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün prinsiplərinə sadiq qalaraq, bu təşəbbüsün Azərbaycanda ardıcıl və davamlı olmasını təmin edərək, artıq sayca 3-cü audit rəyinin ortalığa çıxması üçün göstərdiyi birgə səyləri yüksək qiymətləndirir.

Koalisiya, o cümlədən, auditi həyata keçirən "AGN MAK Azərbaycan Ltd" şirkətinə də təşəkkürünü bildirir. Nəzərə alaq ki, ilk 2 audit "Deloitte and Touche" şirkəti tərəfindən həyata keçirilmişdi və qeyd etdiyimiz audit şirkəti üçün bu iş nə qədər yeni idisə, onun seçimində bilavasitə iştirak edib bu işdə maksimum obyektivliyə çalışan QHT Koalisiyası üçün də yeni audit şirkətlərinin cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir.

Nəzərdən keçirdiyimiz hesabatın mühüm cəhəti həm də ondan ibarətdir ki, proses başlayandan ilk dəfə olaraq hesabatın təqdim edilməsində müstəsna hal kimi bütün neft şirkətləri, o cümlədən bundan əvvəl kənarda galan Yaponiyanın İNPEX şirkəti də qoşuldu. Beləliklə, ilk dəfə olaraq hesabatın hazırlanmasında şirkətlərin tam iştirakı əvvəlki dövrə təsadüf edən natamamlığa son qoydu.

Koalisiya 2005-ci ilin 6 ayının hesabatında əvvəlki dövrlə müqayisədə, sözsüz, bir sira irəliləyişlərin olmasını, xüsusilə səmt qazının artıq şirkətlərin hesabatında göstərilməsini və onun həcminin hökumətin aldığı rəqəmlə üst-üstə düşməsini uğurlu sayır.

Bütün bunlarla yanaşı, hesabat bir sıra fundamental problemlərin mövcudluğunu bütün çılpaqlığı ilə nümayiş etdirdi. Koalisiya həmin problemləri göstərib hökumət komissiyası ilə birgə onların aradan qaldırılması yönümündə konkret işlərin görülməsini vacib hesab edir.

  1. FikrimHesabat dövründə hökumətin neft şirkətlərinin fəaliyyətindən əldə etdiyi əsas gəlir növü, gözlənildiyi kimi, HPBS çərçivəsində hasil edilmiş mənfəət neftində dövlətin payı olmuşdur ki, onun da natura ilə ifadəsi 4,3 mln. barreldir. Lakin şirkərlərin birgə ödəmə cədvəlində bu rəqəm 5,7 mln. barrel göstərilir (bax cədvələ). Göründüyü kimi, fərq kifayət gədər böyükdür. Audit şirkətinin açıqlamasından bəlli olur ki, bu fərqin bir hissəsi - 1.033 mln. barrel xam nefti 12 iyun 2005-ci ildə şirkətlər hökumətə təhvil verib, müvafiq məlumat ARDNŞ tərəfindən komissiyaya yalnız həmin ilin iyulunda satışdan sonra təqdim edilib. Bu səbəbdən həmin məbləğ bu dövrün hesabatına düşməyib. Qeyd edək ki, göstərilən neftin hökumətə ötürülməsi hesabat dövrünün sonuna 18 gün qalmış baş verib və bu kifayət qədər böyük bir müddətdir ki, həmin hesabatda əksini tapsın. Hökumətin bu anlaşılmazlığın sırf texniki xarakter daşıdığını və göstərilən məbləğin mühasibatda qəbul edilmiş "yolda olan məhsul" kimi obyektiv məsələ olduğunu iddia etməsi inandırıcı deyil, çünki söhbət dəyər ifadəsi ilə göstərilən məbləğdən getmir. izcə, bu onun nəticəsidir ki, ARDNŞ podratçıdan təhvil aldığı neft barədə dərhal hökumət komissiyasına məlumat verməyib. Və bu da ya vəzifə səhlənkarlığı, yaxud təlimat xarakterli müvafiq normativ sənədlərin olmamasının nəticəsidir. Hər iki halda Hökumət tərəfindən müvafiq ölçülərin ğötürülməsinə ehtiyac var. Yeri gəlmişkən, burada əvvəllər də səslənən suala bir də qayıtmaq istərdik. Niyə hesabat formasında bu qrafada göstərilən 2-ci sətir - xam neftin satışından əldə elilən gəlir dəyər ifadəsində göstərilmir? Axı Azərbaycan vətəndaşı kimi bizi ilk növbədə neftin neçə ton həcmində alınması yox, gəlirimizin nə qədər olması maraqlandırır. Nəzərə alsaq ki, neftin dünya bazarında qiyməti dəyişkəndir, bu məsələ xüsusi önəm daşıyır.

  2. Xam neftin dövlət payı ilə bağlı digər fərq - 0.325 mln. barrel həmin neftin ARDNŞ tərəfindən BTC boru kəmərinin doldurulması üçün istifadəsi ilə əlaqədardır. Maraqlıdır, bu neft kimin balansında əksini tapır və onun sonrakı taleyi necə olacaq?. Bu hal da onu göstərir ki, dövlətə məxsus olan neft üzərində sərəncam verən ARDNŞ nədənsə bu barədə Hökumət Komissiyasına vaxtında məlumat verməmişdir. Bu da yuxarıda qeyd etdiyimiz kimi, ya vəzifə səhlənkarlığından, ya da təlimat xarakterli müvafiq normativ sənədlərin olmamasından irəli gəlir.

  3. Və nəhayət, 0.017 mln. barrel neft isə adının çəkilməsini istəməyən xarici şirkətin əvəzsiz olaraq onu ARDNŞ-yə ötürməsi və bunun hökumətə heç bir aidiyyatının olmaması ilə əlaqələndirilir. İlk baxışdan sadə görünən bu məsələ əslində çox köklü bir ziddiyyətin - ARDNŞ-nin sazişlərdə ikili rol oynamasının yalnız cüzi görünən bir hissəsidir ki, bu haqda daha ətraflı aşağıda qeyd ediləcək.

  4. Hökumətin neft şirkətlərindən əldə etdiyi nəqletmə rüsumlarında da fərq gözəçarpandır. Belə ki, hökumət hesabat dövründə 8,77 mln. ABŞ dolları məbləğində tranzit haqqının ödənildiyini iddia etdiyi halda, şirkətlər hökumətə yalnız 8,3 mln. ABŞ dollarını ödədiyini açıqlayırlar. Burada 500 min ABŞ dolları məbləğində fərq auditorun rəyincə 2 səbəbdən yaranıb. Bir tərəfdən, 0,8 mln. ABŞ dolları məbləğində Şimal marşrutu istiqamətində ödənilmiş rüsum hökumətə deyil, ARDNŞ-yə xidmət haqqı olaraq ödənilmişdir ki, bu da yuxarıda qeyd edildiyi kimi, ARDNŞ-in ikili rolundan irəli gəlir. Digər tərəfdən, 1.28 mln. dollar məbləğində Qərb marşrutu ilə nəqletmə rüsumu vaxt amili ilə baglıdır və şirkətlər tərəfindən 2004-cü ilin hesabatında göstərilmişdir.

Xarici şirkətlərin hökumətə ödəmələrində yaranmış problemlər fonunda yerli şirkətlərin fəaliyyəti daha ziddiyyətli və qeyri-müəyyən görünür. Bu baxımdan ayrı-ayrı vergilər üzrə daxilolmalar kifayət qədər böyük maraq kəsb edir:

  1. Hesabat dövründə yerli şirkətlər (xatırladırıq ki, bu siyahıya ARDNŞ başda olmaqla daha 3 birgə müəssisənin ("Anşad Petrol" BM, "Şirvan Oil" BM, "Azgerneft" BM) ödəmələri daxildir) hökumətə 42,7 mlrd. manat mənfəət vergisi ödəmişdir ki, bu da ötən 2004-cü il hesabatındakı müvafiq göstəricidən əsaslı şəkildə fərqlənir. Xatırladaq ki, 2004-cü ildə yerli şirkətlər bütövlükdə hökumətə 333,7 mlrd. manat[2] mənfəət vergisi ödəmişdir. Düzdür, indiki halda söhbət 6 aylıq hesabatdan gedir, ancaq mənfəət vergisinin belə kiçik rəqəmlə ifadəsi ARDNŞ-nin uçot sisteminə şübhələrin yaranmasına səbəb olur.

  2. Mədən vergisi üzrə də analoji mənzərə hökm sürür. Əgər 2004-cü ildə bütövlükdə hökumətə 1trln.961,2 mlrd. man.[3] vergi ödənilmişdisə, 2005-ci ilin 6 aylıq hesabatında bu rəqəm cəmi 196 mlrd. manatdır.

  3. Digər vergilər kimi (ƏDV, aksiz, torpaq, əmlak vergisi və s.) yerli şirkətlərdən hökumətə hesabat dövründə ödənilmiş 357 mlrd. manat vergi ötən 1 illik dövrün göstəricisi ilə (820,3 mlrd. man[4]) müqayisədə ağlabatan görünür.

Hesabatda əksini tapmış daxilolmaların ARDNŞ-nin ümumi vergi ödəmələri ilə tutuşdurulması da maraqlı görünür. Xatırladaq ki, ARDNŞ-nin MSŞT çərcivəsində ödəmələri yalnız hasilatda əldə edilmiş göstəriciləri özündə ehtiva edir. Bura şirkətin emal və digər zavodlarının göstəriciləri aid deyil. Ona görə də ARDNŞ-nin ümumi vergi ödəmələri onun hasilat sənayesində əldə etdiyi iqtisadi göstəricilərindən, təbii ki, çoxdur. Digər tərəfdən, nəzərə alsaq ki, MSŞT hesabatları ayrılıqda ARDNŞ-nin yox, bütün yerli şirkətlərin hesabatıdır, onda görüntü bir qədər mürəkkəbləşir.

Bütün bunlara baxmayaraq, müqayisə üçün göstərəcəyimiz bir neçə misal şirkətin fəaliyyətinin qeyri-şəffaf və kommersiya statusundan uzaq olduğunu açıq-aydın göstərir.

Məsələn, hesabatda yerli şirkətlərin 2005-ci ilin 6 ayında hökumətə ödədiyi royalti (mədən vergisi) ümumilikdə 195,9 mlrd. manatdırsa, müqayisə üçün, həmin dövrdə ARDNŞ-nin bütövlükdə hökumətə ödədiyi müvafiq vergi 205, 4 mlrd. manat[5] olmuşdur. Belə çıxır ki, MSŞT hesabatı ilə ARDNŞ-in bu vergi üzrə hesabatı arasında fərq cüzidir, yəni konkret desək, 1-ci ARDNŞ-nin ümumi mədən vergisinin 96%-ni təşkil edir. Amma həmin proseduru 2004-cü ilin hesabatı ilə müqayisə etsək, orada tamam ayrı mənzərə yaranır. 2004-cü ildə müvafiq nisbət cəmi 0,4% təşkil edirdi. Həmin mənzərə mənfəət vergisində də özünü biruzə verir. Belə ki, 2005-ci ilin 6 ayında bu rəqəm 55% olduğu halda 2004-cü ildə 0,2% olmuşdur. Sair vergilərdə isə bu mənzərə dramatik sürətdə dəyişilir. Hazırkı hesabatda bu nisbət 42% olduğu halda, ötən il 64% olmuşdur.

Bütün bu müqayisələr ilk növbədə onu göstərir ki, ARDNŞ-nin maliyyə dövriyyəsinin dəqiqliyinə dair şübhələr mövcuddur və şirkət MSŞT-nin müstəsna əhəmiyyətə malik tərəfi kimi müstəqil təhqiqat predmeti olmalıdır.

Beləliklə, MSŞT çərçivəsində açıqlanmış 3-cü audit hesabatını təfsilatı ilə araşdırıb Koalisiya aşağıdakı nəticələrə gəlmişdir:

  1. Əvvəlki hesabatlarla müqayisədə neft şirkətlərinin tam tərkibdə hesabatın hazırlanmasında iştirakı irəliləyiş kimi qeyd oluna bilər;

  2. Hökumət və şirkətlərin hesabatlarında bəzi rəqəmlərin üst-üstə düşməməsi və əvvəlki hesabatlardan kəskin fərqlənməsi, təxirə salınmadan həlli tələb olunan köklü problemlərdən xəbər verir;

  3. Hesabatlardakı əsas fərqlər bu və ya digər formada ARDNŞ-nin ikili statusu ilə bağlıdır. Şirkətin kommersiya rolu və onun sazişlərdə dövlətin təmsilçisi rolu bir-biri ilə kəskin ziddiyyət təşkil edir və maraqlar toqquşması yaratmaqla yanaşı, neft gəlirinin dəqiq statistikasının aparılmasına müəyyən əngəllər törədir;

  4. Ortalığa çıxan bəzi qeyri-müəyyənliyin həlli yolu Koalisiyanın hələ təşəbbüs ortalığa atılanda təklif etdiyi şirkətlərin fərdi açıqlamasından keçir. Bu baxımdan yerli şirkətlərin də siyahısında ARDNŞ və birgə müəssisələrin ayrılıb göstərilməsi məqsədəuyğun görünür

  5. Yerli şirkətlərin bütün vergi növlərinin göstərilməsi işin xeyrinə olardı.

MSŞT-nin prinsiplərinə və 24 noyabr 2004-cü il tarixində bağlanmış üçtərəfli memorandumun şərtlərinə uyğun olaraq, təşəbbüsün Azərbaycanda dinamik inkişafı və, ən əsası, neft gəlirlərinin cəmiyyətin hər bir üzvünə xeyir gətirməsi naminə MSŞA QHT Koalisiyası aşağıdakıları təklif edir:

  1. Növbəti hesabatlarda hökumətin daxilolmaları, natura ifadəsi ilə göstərilmiş mənfəət nefti və səmt qazı da daxil olmaqla, bütövlükdə dəyər ifadəsində əksini tapmalıdır. Əks halda, aşağıdakı cədvəldən də göründüyü kimi, ölkəmizin konkret dövrdə cəmi nə qədər gəlir əldə etdiyi qaranlıq qalır;

  2. Hökumət ARDNŞ-nin restrukturizasiyasını tezləşdirib onun kommersiya statusuna yiyələnməsi və maliyyə şəffaflığının artırılması üçün təsirli addımlar atmalıdır;

  3. HPBS-də ARDNŞ-nin ikili statusunun neqativ fəsadları nəzərə alınaraq sazişlərdə dövlət payının operatorluğunun müvafiq digər quruma (məsələn, Sənaye və Energetika Nazirliyinə) verilməsi təmin edilməlidir;

  4. Memorandumun tərəfləri növbəti hesabat hazırlanana qədər mövcud çatışmazlıqların aradan qaldırılmasına səy göstərməlidirlər.

2005-ci ilin 1-ci yarısında Azərbaycan neft sənayesindən dövlətin əldə etdiyi gəlirlər cədvəli*

Dəyəri

Həcmi (naturada)

mln. ABŞ dolları ilə

mlrd. AZM ilə

Neft mln.brl

Qaz (təbii,

səmt)

min kub metr

1

2

3

4

5

1. Ərazisində fəaliyyət göstərdiyi ölkə hökumətinə xarici şirkətlərdən daxilolmalar

Mənfəət neftində dövlətin payı

Qaz (təbii, səmt)

Akrhesabı ödənişlər

Tranzit haqları

1,28

8,77(8,3)**

4,3(5,7)**

628168,0

2. Hökumətin yerli şirkətlərdən daxilolmaları

Royalti (mədən vergisi)

Mənfəət vergisi

195,9

42,8(42,7)**

3. Digər vergilər (fiziki şəxslərin gəlir vergisi, sosial və ödəmə mənbəyindən tututlan vergilər istisna olmaqla)

356,7(356,5)**

Cəmi:

10,05

595,4

4,3

628168,0

* cədvəl rəsmi hesabatın (www.oilfund.az/reports/rep_az/jan-jun_2005_az.pdf ) sadələşdirilmiş əksidir;

** mötərizədə şikətlərin hesabatını əks etdirən ədədlər göstərilib. Mötərizənin yoxluğu hökumətin və şirkətlərin hesabatlarının üst-üstə düşməsi deməkdir.



Sənədin sonuncu korrektə tarixi: 28/12/2007 - 11:56:47

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.207493