|
*
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) çərçivəsində
"Deloitte and Touche" audit şirkətinin 16 avqust 2006-cı il tarixdə açıqladığı
hesabatla[1]
bağlı
*
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) çərçivəsində
"Deloitte and Touche" audit şirkətinin 16 avqust 2006-cı il tarixdə açıqladığı
hesabatla[1]
bağlı
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) çərçivəsində
"Deloitte and Touche" audit şirkətinin 16 avqust 2006-cı il tarixdə açıqladığı
hesabatla[1]
bağlı
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)
Koalisiyasının
RƏYI
İctimai birliklərin MSŞA Koalisiyası Azərbaycan hökuməti, habelə ölkədə
fəaliyyət göstərən xarici və yerli neft şirkətlərinin 2003-cü il Londonda elan
edilmiş Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (bundan sonra sadəcə Təşəbbüs)
üzrə könüllü üzərlərinə götürmüş öhdəliklərə uyğun olaraq, bu təşəbbüsün
Azərbaycanda uğurlu tətbiqi naminə artıq sayca 4-cü hesabatı verməkdə
göstərdiyi birgə səyləri yüksək qiymətləndirir.
Koalisiya, o cümlədən, auditi həyata keçirən "Deloitte and Touche" şirkətinin
də ona verilmiş tapşırığı uğurla yerinə yetirdiyini qeyd edir. Bu işin
nəticəsində hökumət və şirkətlərin hesabatı tutuşdurularaq fərqli rəqəmlərin
səbəbləri müəyyənləşdirilmiş və 31 dekabr 2005-ci il tarixdə bitən il ərzində
qəbul olunmuş ödənişlərin/daxilolmaların cədvəli ilə bağlı Azərbaycan
Respublikası MHŞT Komissiyası bəyannaməsinin müvafiq tələblərə uyğun olaraq
hazırlanması və bütün əhəmiyyətli hallarda düzgün əks olunduğu rəyi verilmişdir.
Aşağıdakı cədvəl audit şirkətinin rəyi (www.oilfund.az/reports/rep_az/jan-jun_2005_az.pdf
)
əsasında hazırlanmışdır. Burada 2005-ci ildə Azərbaycan neft sənayesindən
dövlətin əldə etdiyi gəlirlər barədə hökumətin rəqəmləri əks etdirilir və
mötərizədə şirkətlərin hesabatında göstərilən rəqəmlər göstərilmişdir.
Mötərizənin yoxluğu hökumətin və şirkətlərin hesabatlarının üst-üstə düşməsi
deməkdir.
|
Dəyəri |
Həcmi (naturada) |
|
mln. ABŞ dolları ilə |
mlrd. AZM ilə |
Neft mln.barrel |
Qaz
(təbii,
səmt)
min kub metr |
|
1 |
2 |
3 |
4 |
5 |
|
1. Ərazisində fəaliyyət göstərdiyi ölkə hökumətinə
xarici şirkətlərdən daxilolmalar |
|
|
|
|
Mənfəət neftində dövlətin payı
|
|
|
14,3(13,1) |
|
Qaz (təbii, səmt)
|
|
|
|
1919709,0 (1779652,0) |
İmzalama bonusları və digər bonuslar
|
1,0(0) |
|
|
|
Akrhesabı
ödənişlər
|
8,8 |
|
|
|
Tranzit haqları
|
16,5(12,9) |
|
|
|
Kontrakt şərtlərinə əməl olunmamasına görə
kompensasiyalar
|
|
229,6 |
|
|
|
2.
Hökumətin y?li
şirkətlərdən daxilolmaları
|
|
|
|
|
Mənfəət neftində dövlətin payı
|
|
|
0(1,0) |
|
Qaz (təbii, səmt)
|
|
|
|
0(6,430) |
Royalti (mədən vergisi)
|
|
249,8 |
|
|
Mənfəət vergisi
|
|
46,9(43,4) |
|
|
Digər vergilər (fiziki şəxslərin gəlir vergisi,sosial və ödəmə
mənbəyindən tututlan vergilər istisna olmaqla)
|
|
400,3(400,5) |
|
|
|
Cəmi |
26,3 |
926, 6 |
14, 3 |
1919709,0 |
Bu cədvəldən ğöründüyü kimi, hökumətin və şirkətlərin auditora təqdim etdikləri
hesabatlarda bir çox göstəricilər üzrə fərqlər müşahidə edilmişdir. Bu fərqlərə
dair auditor tərəfindən müvafiq izahatlar alınmış və son nəticədə hökumətin
rəqəmləri təsdiqlənmişdir.
Bu izahatlara dair Koalisiya aşağıdakıların qeyd edilməsini vacib sayır:
1. 3-cü hesabatdan fərqli olaraq, bu dəfə yenidən hesabat verən şirkətlərin
natamamlığı müşahidə olundu. Bu onunla izah edilmişdi ki, ölkədə neft
yataqlarının istismarında iştirak edən şirkətlərdən biri (Binəqədi Oyl Əməliyyat
Şirkəti) hələ Anlaşma Memorandumuna qoşulmayıb və bu səbəbdən hesabat təqdim
etməmişdir. Koalisiyanın rəyi belədir ki, 5-ci Hesabat dövründə adı çəkilən
şirkətin Təşəbbüsə qoşulması üçün Hökumət Komissiyası müvafiq addımlar
atmalıdır. Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən hətta birinin Təşəbbüsdə
iştirak etməməsi Hesabatın keyfiyyətinə xələl gətirir. Əsasən bu səbəbdən
"Mənfəət neftində dövlətin payı" göstıricisi üzrə fərq əmələ gəlmiş. Digər səbəb
iki xarici şitkətin diqqətsiz olaraq səhvə yol verdikləri olub;
2. Dövlətə çatan qazın həcmi göstəricisi üzrə böyük fərqlər auditor şirkətinin
dəqiqləşdirmələrinə görə bir neçə səbəbdən yaranmışdır: a) Təşəbbüsə qoşulmayan
şirkət mövcuddur; b) xarici şirkətlərdən biri səhvə yol verib; c) bir şirkət
hesabatı səhvən başqa ölçü vahidində təqdim edib;
3. Dövlətin nəqletmə rüsumları sayəsində əldə etdiyi qazanclara dair Hokumət
Komissiyası və şirkətlərin verdiyi hesabatlar arasında böyük fərq aşkarlanıb.
Burada da şirkətlər tərəfindən müxtəlif səhvlər səbəb olmuş;
4. Bonuslar göstəricisi üzrə fərq yenə də Təşəbbüsə qoşulmayan şirkətin
mövcudluğu səbəbindən yaranmışdır;
5. Bütün digər fərqlərin də səbəbi şirkətlərin səhvə yol verməsi və bir halda
yuvarlaqlaşdırma olmuşdur;
Beləliklə, Hökumət Komissiyası və şirkətlərin hesabatlarındakı fərqlər üç növ
səhvdən qaynaqlanır:
1)
Təşəbbüsə qoşulmayan şirkətin mövcudluğu;
2)
Bəzi şirkətlərin diqqətsizliyi və səhvlərə yol vermələri;
3)
Hesabat cədvəllərindəki ölçü vahidlərinin miqyası.
Koalisiya bir də onu qeyd edir ki, öncəki Hesabtlarda olduğu kimi, 4-cü
hesabatda da gösticilərin bir çoxu natura ifadəsində verilir, lakin dəyər
ifadəsində göstərilmir. Bu isə ölkənin neft sənayesindən əldə etdiyi ümumi
qazanc barədə təsüratın yaranmasını xeyli çətinləşdirir.
Bütün bunları nəzərə alaraq Koalisiya təklif edir ki:
1.
Azərbaycanda fəaliyyət göstərən şirkətlərin hamısının Təşəbbüsdə
iştirakını təşviq etmək məqsədi ilə Hökumət Komissiyası müvafiq şirkətlə
işi gücləndirsin;
2.
Hesabat cədvəllərində ölçü vahidləri dəqiqliyin artırılması
məqsədi ilə dəyişdirilsin;
3.
Səhvləri azaltmaq və ümumiyyətlə səhv riskini sıfıra endirmək
üçün müvafiq tədbirlər həyata keçirsinlər (kadrların bacarığını,
sabitliyini və məsuliyyətini və müvafiq təlimatların dolğun və
dəqiqliyini artırmaq istiqamətlərində);
4.
Hökumət Komissiyası bir daha ümumi qazancın dəyər ifadəsində
təsvir edilməsi istiqamətində səylərini artırsın.
Koalisiya Təşəbbüsün irəliləməsini alqışlayır və qeyd edilən çatışmamazlıqların
növbəti hesabata qədər aradan qaldırılmasına ümid edir.
Sənədin sonuncu korrektə tarixi: 28/12/2007 - 11:56:44
|