|
Elmi-Texniki Tərəqqi və Təhsil Mərkəzi (ETTTM) tərəfindən Oğuz rayonunda
"Neft amili və onunla əlaqədar qazanclar, fəsadlar, gələcək imkanlar və risklər"
mövzusunda Dəyirmi Masa (07/07/2006)
Elmi-Texniki Tərəqqi və Təhsil Mərkəzi (ETTTM) tərəfindən Oğuz rayonunda
"Neft amili və onunla əlaqədar qazanclar, fəsadlar, gələcək imkanlar və risklər"
mövzusunda Dəyirmi Masa (07/07/2006)
07 iyul 2006- cı il tarixdə Elmi-Texniki Tərəqqi və Təhsil Mərkəzi (ETTTM)
tərəfindən Oğuz rayonunda "Neft amili və onunla əlaqədar qazanclar, fəsadlar,
gələcək imkanlar və risklər" mövzusunda Dəyirmi Masa keçirilib.
Dəyirmi Masa ACİ-Yardım Fondu tərəfindən dəstəklənən Bələdiyyələrin informasiya
açıqlığı və vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək Layihəsi
çərçivəsində və "Mədən Sənayesində Şəffaflığın Artırılması" QHT Koalisiyasının fəaliyyət
planına uyğun olaraq həyata keçirilmişdir.
Elmi-Texniki Tərəqqi və Təhsil Mərkəzinin Məlumatı 07 iyul 2006- cı il tarixdə Elmi-Texniki Tərəqqi və Təhsil Mərkəzi (ETTTM) tərəfindən Oğuz rayonunda "Neft amili və onunla əlaqədar qazanclar, fəsadlar, gələcək imkanlar və risklər" mövzusunda Dəyirmi Masa keçirilib. Dəyirmi Masa ACİ-Yardım Fondu tərəfindən dəstəklənən Bələdiyyələrin informasiya açıqlığı və vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək Layihəsi çərçivəsində və "Mədən Sənayesində Şəffaflığın Artırılması" QHT Koalisiyasının fəaliyyət planına uyğun olaraq həyata keçirilmişdir. Dəyirmi Masada Elmi-Texniki Tərəqqi və Təhsil Mərkəzinin direktoru,layihənin koordinatoru Ehtiram Əli, İqtisadi və Biznes Tədqiqatları və Təhsili Mərkəzin rəhbəri layihənin eksperti Prof. Fuat Rəsulov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun əməkdaşı layihənin assistenti Əlövsət Bayramov və Oğuz şəhər Bələdiyyəsinin sədri Araz Xudiyev iştirak etmişlər. ETTTM direktoru Ehtiram Əli tədbirin əhəmiyyəti və vacibliyi haqqında, əhali ilə daha çox əlaqə və təmasda olan yerli özünüidarəetmə qurumlarının mədən sənayesi gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti və əhalinin sosial durumuna təsirinə dair maarifləndirilməsinin zəruriliyi haqqında məlumat verərək dəyirmi masanı açmışdır. Dəyirmi Masada prof. Fuat Rəsulov "Neft amili və onunla əlaqədar qazanclar, fəsadlar, gələcək imkanlar və risklər mövzusunda məruzə ilə çıxış etmişdir. Professor, Dövlət Neft Fondunun əhəmiyyəti haqqında, mədən sənauesi gəlirlərinin əhalinin sosial durumuna təsirinə dair, mədən sənayesi gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti, neft gəlirləri, onların istifadəsi prosesi və istiqamətləri barədə ictimaiyyətin geniş informasiya əldə edə bilməsi,əhalinin və vətəndaş cəmiyyəti institutlarının neft gəlirləri və onların istifadəsi siyasəti məsələləri üzrə qərarların qəbulunda iştirakının təmin edilməsi, neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsi barədə dəyirmi masa iştirakçılarını ətrafli məlumatlandırmışdır. Dəyirmi Masada Oğuz şəhər Bələdiyyəsinin sədri Araz Xudiyev,Yenikənd bələdiyyəsinin üzvü Etibar Səfərov, Bucaq bələdiyyəsinin üzvü Bəhman Rüstəmov,Zərrab bələdiyyəsinin üzvü Yavər Vəliyev və digərləri çıxış etmişlər. Çıxışlarda və diskussiya zamanı mədən sənayesi gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti və əhalinin sosial durumuna təsirinə dair müzakirələr aparılıb. Bu istiqamətdə maarifçilik işinin aparılması , ictimai qurumların həmçinin bələdiyyələrin rolunun artırılmasının vacibliyi qeyd edilib. Belə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi təklif edildi. Dəyirmi Masada bələdiyyələrin və rayon ictimaiyyətinin nümayəndələri, müstəqil ekspertlər iştirak edib. Ehtiram Əli Elmi-Texniki Tərəqqi və Təhsil Mərkəzi Tel: (99450) 530-28-40 E-mail: ektiram@bk.ru ,ettt@box.az
Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:43:4
|