Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Sentyabr 2008, Bazar | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

ACI-YF-nun maliyyə və MSŞA QHT Koalisiyasının təşkilati dəstəyi ilə həyata keçirdiyi layihəninin ilkin nəticələrinin təqdimatı

ACI-YF-nun maliyyə və MSŞA QHT Koalisiyasının təşkilati dəstəyi ilə həyata keçirdiyi layihəninin ilkin nəticələrinin təqdimatı
Iqtisadi Tədqiqatlar Mərkəzi fevralın 17-də Hyatt Recency mehmanxanasının Kaspian zalında "Mədən sənayesində şəffaflıq təşəbbüsü" sahəsində Açıq Cəmiyyət Institutu- Yardım Fondunun maliyyə və "Mədən sənayesində şəffaflığın artırılması"[1] QHT Koalisiyasının təşkilati dəstəyi ilə həyata keçirdiyi layihəninin ilkin nəticələrinin təqdimatını keçirib. Təqdimatda ARDNŞ, TPAO və Lukoyl şirkətlərinin, Vergilər, Maliyyə, Rabitə və Informasiya Texnologiyaları, Sənaye və Energetika Nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Dövlət Neft Fondunun, Yoxsulluğun Azaldılması və Iqtisadi Inkişaf üzrə Dövlət Proqramı Katibliyinin, IFES, USAID, Counterpart beynəlxalq təşkilatlarının, Avropa Yenidənqurma və Inkişaf Bankının, Asiya Inkişaf Bankının, "Mədən sənayesində şəffaflığın artırılması" QHT Koalisiyasının və digər QHT-lərin, KIV-in nümayəndələri iştirak edib.

Press - reliz
Bakı şəhəri 17 fevral 2006-cı il

Tədbiri giriş sözü ilə açan Iqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad Ibadoğlu layihə barədə məlumat verib onun məqsədlərini açıqlayıb. O qeyd edib ki, layihə çərçivəsində təqdim olunan sorğu Iqtisadi Tədqiqatlar Mərkəzinin bu sahədə apardığı araşdırmanın birinci mərhələsinin yekunlarını xarakterizə edir. Mərkəz sorğunun nəticələrinin təhlilini və şərhini başa çatdırıb, onun 2 dildə (azərbaycan və ingilis) kitab şəklində nəşri nəzərdə tutulur. Sorğunun ekspert sorğusu olduğunu nəzərə çatdıran Q. Ibadoğlu orada təqdim olunan mövqenin də ekspertlərə məxsus olduğunu diqqətə çatdırdı və Iqtisadi Tədqiqatlar Mərkəzinin də bu mövqe ilə hesablaşacağını qeyd etdi. O sorğunun yekunlarından aşağıdakı məqsədlər üçün istifadə olunacağını nəzərə çatdırdı. O qeyd etdi ki, sorğudan əldə olunmuş nəticələr:

  1. "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nün Anlaşma Memorandumunun bütün tərəflərinin rəyini öyrənməklə kompleks nəticələrin əldə edilməsinə və müqayisələrin aparılmasına imkan yaradacaq;

  2. "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" ilə bağlı mövcud situasiyanı dəyərləndirmək və ona münasibətdə, ekspertlərin, səhmdarların, hökümət orqanlarının, əsasən də Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin mövqelərini dəqiqləşdirəcək;

  3. "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nə münasibətlə bağlı QHT-lərin və vətəndaş cəmiyyətinin rolunu və fəaliyyətini şirkətlərin və hökumətin bu məsələyə münasibətini nəzərə almaq şərti ilə qurulmasına yardım edəcək;

  4. "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nə münasibətlə bağlı Azərbaycandakı gerçək vəziyyəti yerli ictimaiyyətə və bu təşəbbüsü dəstəkləyən beynəlxalq təşkilatlara (CAFOD , Global Witness, Publish What You Pay , Save the Children (UK), Transparency International (UK)), o cümlədən hökumət komissyiasına, xarici ölkə səfirliklərinə və beynəlxalq maliyyə-kredit təşkilatlarının Azərbaycandakı nümayəndəliyinə çatdırılacaq;

  5. "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" istiqamətində həyata keçiriləcək tədqiqatlar və hazırlanacaq siyasətlər üçün istinad mənbəyi yaradılacaq;

  6. "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" ilə əlaqədar bütün maraqlı tərəflərin əməkdaşlıq imkanları qiymətləndiriləcək.

Iqtisadi Tədqiqatlar Mərkəzinin sədri sorğunun (i) neft şirkətləri, (ii) dövlət strukturları, (iii) media, QHT və müstəqil ekspertlər arasında aparıldığını nəzərə çatdırdı.

  1. Ilk olaraq Iqtisadi Tədqiqatlar Mərkəzinin sədr müavini, i.e.n. Azər Mehtiyev tərəfindən mədən sənayesində, əsasən də neft-qaz sektorunda çalışan şirkətlər arasında keçirilmiş sorğunun nəticələri təqdim olundu. Natiq qeyd etdi ki, sorğu anketləri 20 neft şirkətinə cöndərilib. Müraciətə 10 şirkət münasibət bildirib, onlardan 8-i sorğu-anketini cavablandırıb. Cavablardan aşağıdakı nəticələr alınıb:

  2. Şirkətlərin hamısı MSŞT kampaniyasına qoşulsalar da, onların əksəriyyəti fəaliyyətinin ictimaiyyət üçün geniş şəffaflığında hələlik maraqlı deyil. Yalnız bir neçə şirkətin ictimaiyyəti məlumatlandırmaqla bağlı daxili normativ sənədə (akta) malik olması da bunu göstərir. Hətta sorğunu cavablandıran şirkətlərin də yarısı texniki-iqtisadi və maliyyə fəaliyyətinin bir sıra ümumi göstəricilərinin, habelə auditin nəticələrinin ictimaiyyətə açıqlanmasını zəruri hesab etmirlər. Baxmayaraq ki, onların demək olar hamısı ölkə daxilində həyata keçirdiyi əməliyyatların şəffaflığını təmin etməklə bağlı ictimai deklarasiyaya malik olduqlarını deyirlər.

  3. Şirkətlərin əksəriyyətinin QHT və KIV-in müraciətlərinə münasibəti də şəffaflıq tələblərinə cavab verməkdən uzaqdır. Hətta sorğunu cavablandıran şirkətlərin demək olar hamısı QHT və KIV-in bütün sorğularına diqqətlə yanaşdıqlarını bildirsələr də reallıqda bu heç də belə deyil. Təsadüfi deyil ki, müraciət etdiyimiz şirkətlərdən yalnız 3-ü (15 faizi) sorğunu müəyyən edilmiş (2 ay) müddətdə cavablandırıb.

  4. Xarici şirkətlərin əksəriyyəti hökumətə ödənişləri ilə bağlı fərdi hesabatlarını ictimaiyyətə açıqlamaqda hələlik maraqlı deyil. Hələlik yalnız 3 şirkət (BP, Shell və Statoil) buna maraqlı olduğunu bildirir.

  5. Şirkətlərin demək olar hamısı hasilatın pay bölgüsü sazişlərindən əldə etdikləri gəlirlərlə bağlı məlumatları qismən kommersiya sirri hesab edirlər.

  6. ARDNŞ-dən fərqli olaraq digər şirkətlər nizamnaməsində və ya şirkətdaxili başqa normativ sənədlərində antikorrupsiya xarakterli normalara malikdir və bunlar şirkətin agentlərinə və müqavilə tərəfdaşlarına münasibətdə tətbiq edilir.

  7. Şirkətlərin əksəriyyəti hökumətə ödənilən vəsaitlərin istifadəsi barədə informasiyanı almaqda maraqlı olsalar da belə məlumatları yalnız mətbuatdan əldə edə bilir.

  8. Şirkətlərin əksəriyyəti hökumətin MSŞT kampaniyası çərçivəsindəki fəaliyyətindən məlumatlıdırlar. Bununla belə, cavablardan məlum olur ki, şirkətlərin heç də hamısı bu fəaliyyəti qənaətbəxş səviyyədə hesab etmir.

  9. QHT Koalisiyasının MSŞT çərçivəsindəki fəaliyyətindən şirkətlər kifayət qədər məlumatlı deyillər. Hətta məlumatlı şirkətlər də bu fəaliyyəti çox aşağı qiymətləndirirlər. Maraqlıdır ki, milli neft şirkəti olan ARDNŞ də QHT Koalisiyasının fəaliyyətindən xəbərsiz olduğunu bildirir.

Iqtisadi Tədqiqatlar Mərkəzinin "Yerli maliyyə və bələdiyyə büdcəsi" Departamentinin rəhbəri Rövşən Ağayev isə dövlət strukturları arasında həyata keçirilən sorğunun nəticələrini təqdim etdi. O qeyd etdi ki, sorğu anketi cöndərilən 11 dövlət orqanından yalnız biri - Nəqliyyat Nazirliyi sorğunu cavablandırmayıb. O, sorğunun ümumiləşdirilmiş yekunlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. R. Ağayev adıçəkilən orqanlar arasında keçirilən sorğunun əsas nəticələri ilə əlaqədar aşağıdakı məqamların üzərində dayandı:

  1. Əksər dövlət qurumlarının özlərinin fəaliyyətində şəffaflıq üçün zəruri olan addımların atılmasına ehtiyac var;

  2. Bir çox hökümət orqanlarının MHŞT ilə bağlı məlumatlılığının artırılması vacibdir;

  3. Həmin qurumların özləri bu sahədə təşəbbüskarlığın yüksəldilməsi üçün öz resurslarından qənaətbəxş səviyyədə istifadə etmirlər;

  4. Dövlət orqanlarının MHŞT çərçivəsindəki digər tərəfdaşların fəaliyyətinə yanaşması peşəkarlıq baxımından qaneedici səviyyədə deyil.

Media, QHT və müstəqil ekspertlər arasında keçirilən sorğunun nəticələrini təqdim edən Iqtisadi Tədqiqatlar Mərkəzinin "Ictimai maliyyə və dövlət büdcəsi" Departamentinin direktoru, i.e.n. Vüqar Bayramov qeyd etdi ki, sorğu 46 təşkilatı və müstəqil eksperti əhatə edib və aşağıdakı nəticələri üzə çıxarıb:

  1. Əksər QHT və KIV-lərin informasiyalara əl çatanlığının təminatında müasir texnologiyaların imkanlarından istifadə səviyyəsi aşağıdır, onların belə təminatının ödənilməsində qeyri-rəsmi əlaqələr hələ də aparıcı vasitələrdən hesab olunur;

  2. Əldə edilmiş informasiyaların ictimaiyyətə çatdırılması baxımından QHT-lərin fəaliyyətində hesabatlılıq arzu olunan səviyyədə deyil;

  3. Mədən sənayesi üzrə daxilolmalara ictimai nəzarət imkanları sorğu iştirakçılarını əsasən qane etmir;

  4. QHT və KIV-lərin böyük əksəriyyəti mədən sənayesində çalışan şirkətlərin və bu sahəyə məsul olan dövlət orqanlarının fəaliyyətini şəffaf hesab etmir;

  5. Əksər QHT və KIV-lər hesab edir ki, dövlət orqanları, şirkətlərlə onlar arasında probleminin yaranmasının səbəbləri qarşı tərəfin fəaliyyətində hesabatlılıq, cavabdehlik və etibarlılığın aşağı səviyyədə olması və məlumatların vaxtlı-vaxtında və tam həcmdə alınması imkanlarının təmin edilməməsidir;

  6. Respondentlərin tən yarısı QHT Koalisiyasının fəaliyyətindən narazıdır.

Müzakirələrdə çıxış edən Vətəndaş Təşəbbüsləri Mərkəzinin sədri Mais Cülalıyev şirkətlər arasında keçirilən sorğunun bəzi suallarına "bp" təşkilatının verdiyi cavablardan narazılığını ifadə etdi. O bildirdi ki, "bp" təşkilatı sorğuda bütün istiqamətlər üzrə fəaliyyətinin nəticələrinin ictimaiyyətə çatdırılmasına hazır olduğunu bildirsə də reallıqda başqa cür hərəkət edir və ictimaiyyətlə sıx əlaqələrdən qaçır.

Multimedia Mərkəzinin sədri Osman Cündüz yeni qəbul olunmuş "Informasiya azadlığı" haqqında qanuna istinad edərək şirkətlərin verdiyi cavabların bəzilərinin bu qanunla ziddiyyət təşkil etdiyini bildirdi.

Dövlət Statistika Komitəsinin Idarə rəisi, MHŞT üzrə hökumət komissiyasının üzvü Rauf Səlimov çıxış edərək şirkətlərə qarşı yönələn ittihamların əssassız olduğunu bildirdi. O qeyd etdi ki, sorğuya cavabın verilməsi könüllüdür, bu məsələni şirkət özü həll edir. Sorğudakı sualların bir qisminin cavabsız qalmasını "Dövlət sirri", "Kommersiya sirri" haqqında Qanunla əlaqələndirən natiq bu qanunlara istinadən şirkətlərin fərdi qaydada hesabatlar təqdim etməsində maraqlı olmamasına haqq qazandırmağa çalışdı.

Sonra çıxış edən Tacirlər və Istehsalçılar Birliynin sədri Sevcim Rəhmanov keçirilmiş sorğunun nəticələrindən bəhrələnmək istiqamətlərinə toxundu. O hesab etdi ki, biz nəticələri Koalisiyanın Şurasında müzakirə etməli və ondan necə faydalanmaq üçün konkret tədbirlər həyata keçirməliyik.

ARDNŞ-nin nümayəndəsi təmsil etdiyi şirkətin şəffaflıq sahəsində cördükləri işlərdən və verdikləri hesabatlardan danışdı. Neft şirkətinin beynəlxalq auditorlar tərəfindən yoxlamağa meylli olmamasını isə milli uçot və hesabat sisteminin beynəlxalq standartlara uyğun gəlməməsi ilə əsaslandırdı. O, bu istiqamətə havayı yerə külli miqdarda vəsait xərcləməyi lüzumsuz hesab etdi. Bu işi 2008-ci ilə qədər təxirə saldıqlarını deyən natiq fikrini şirkətdə həmin dövrdən etibarən beynəlxalq standartlara uyğun olaraq uçot və hesabat sisteminin tətbiqi ilə əsaslandırdı.

Koalisiyanın fərdi üzvü Nəriman Ağayev bir peşəkar kimi sorğunun nəticələrinin ümumiləşdirilməsində nə şişirtməyə, nə də ki, kiçiltməyə yol verilmədiyini qeyd edərək, onun nəticələrinin bütün hökumət qurumlarına və neft şirkətlərinə çatdırılmasını təklif etdi.

"Himayadar" humanitar təşkilatının rəhbəri Himayət Rizvanqızı sorğunun üzə çıxardığı problemlərin həlli məqsədilə Koalisiyanın Tədbirlər Planını işlənilməsi zərurətindən danışdı.

Sonda tədbir iştirakçılarına və natiqlərə təşəkkürünü bildirən Iqtisadi Tədqiqatlar Mərkəzinin sədri Q. Ibadoğlu elan etdi ki, maraqlananlar sorğunun nəticələrinin ceniş şərhinin və onun kitab variantının elektron versiyası ilə www.erc-az.orgwww.eiti-az.org internet səhifələrində də tanış ola biləcəklər.

Əlavə məlumat əldə etmək üçün Iqtisadi Tədqiqatlar Mərkəzinə müraciət edə bilərsiniz.

Iqtisadi Tədqiqatlar Mərkəzinin Ictimaiyyətlə əlaqələr şöbəsi

Ünvan: Bakı, Az1001,
S.Rüstəmov küç. 3, mən.3/6
Tel: (99412) 492 52 80
Faks: (99412) 498 44 31
E-mail: erc@aztelekom.net
http://www.erc-az.org

[1] EITI (Extractive Industry Transparency Initiative) - (Mədən Sənayesində şəffaflıq Təşəbbüsü - MSŞA) 2002-ci ilin sentyabr ayında Iohannesburg şəhərində keçirilmiş Davamlı Inkişaf üzrə Dünya Samitində Böyük Britaniyanın Baş Naziri Tony Bleyr tərəfindən irəli sürülmüşdür. Məqsəd təbii ehtiyatlarından son dərəcə asılı ölkələrin mədən sənayesində ödəmələr və gəlirlər üzərində şəffaflığın artırılmasıdır. 2003-cü il noyabrın 13-də Azərbaycan Nazirlər Kabinetinin Sərəncamı ilə EITI üzrə Hökumət Komissiyası yaradılıb. 2004-cü il mayın 13-də Azərbaycanın 30-dan artıq tanınmış QHT-ləri EITI-ya dəstək Koalisiyasının yaradılması haqqında qərar qəbul edib. 2004-cü il noyabrın 24-də "Mədən Sənayesində Şəfafflıq Təşəbbüsü"nün Azərbaycanda tətbiqi çərçivəsində Azərbaycan hökuməti, yerli və xarici neft şirkətləri və vətəndaş cəmiyyəti nümayəndələri Qarşılıqlı Anlaşma Memorandumu imzalayıb.


1 2 3 4 5 6 7 8 9 10


Sənədin sonuncu korrektə tarixi: 12/8/2008 - 15:20:46

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.360974