Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Oktyabr 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Azərbaycan QHT-lərinin MSŞA Koalisiyasının BMK-ya təklifi

Azərbaycan QHT-lərinin MSŞA Koalisiyasının BMK-ya təklifi

17 fevral, 2005
Raçel Kayt
Direktor
Ətraf Mühit və Social İnkişaf Departamenti
Beynəlxalq Maliyə Korporasiyası

2121 Pennsylvania Avenue, NW
Washington, DC 20433 U.S.A.

Hörmətli Xanım Kayt,

Ən əvvəl icazə verin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasını Sizə təqdim edim (Koalisiya üzvlərinin siyahısı bu məktuba əlavə edilir). O 2004-cü ilin mayında “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” ilə bağlı və Azərbaycanın bu “Təşəbbüs”ə qoşulmasından sonra yaradılmışdır. Bildiyiniz kimi, Azərbaycan EITI üzrə pilot ölkələrdən biridir və yaxın müddətdə keçən ilin neft gəlirləri üzrə məlumatların açıqlanacağı gözlənilir. Bu hadisə hökumət, vətəndaş cəmiyəti və ölkənin neft və qaz yataqlarının işlənilməsinə cəlb edilmiş neft şirkətləri arasında əməkdaşlığın ilk nəticəsi olacaq. Qeyd etmək lazımdır ki, hökumətin və şirkətlərin hesabatlılığının prosedurları və formaları haqqında razılaşma əldə edilənədək hökumətin, QHT Koalisiyasının və neft şirkətlərinin cəlb edildiyi beş ay sürən çətin danışıqlar olmuşdur. Bütün bunlara baxmayaraq, sonda hökumətin hesabatlılığı ilə bağlı razılaşma əldə edilmiş və bu öz əksini hökumətin, bütün (yerli və xarici) neft şirkətlərinin və QHT Koalisiyasının 2004-cü ilin noyabrında imzaladığı Anlaşma Memorandumunda (AM) əksini tapmışdır.

Yuxarıda qeyd edildiyi kimi, Memorandum tərəfləri arasında danışıqlar asan olmamışdır, çünki, QHT Koalisiyası mədən sənayesində çalışan şirkətlər tərəfindən daha geniş maliyə məlumatlarını əhatə edən və fərdi hesabatlılığı nəzərdə tutan hesabat formaları təklif edirdi. Təssüf ki, koalisiya öz təkliflərinin yalnız bir hissəsinin qəbul edilməsinə nail ola bildi. Lakin biz AŞ-nın digər tərəfləri ilə razılaşdıq ki, mədən sənayesində daha çox şəffaflığa nail olmaq üçün tezliklə yeni müzakirələrə başlayacağıq. Biz ümid edirik ki, danışıqlarda uğurların əldə edilməsi BMK da daxil olmaqla beynəlxalq maliyə institutlarının şəffaflıq üzrə yeni siyasətləri ilə daha da asanlaşacaqdır.

Bunu nəzərə alaraq, Azərbaycan QHT-lərinin Koalisiyası sizin mədən sənayesində şəffaflığı artırmaq cəhdlərinizi və neft, qaz və digər təbii ehtiyatlarla zəngin olan və onlardan çox asılı olan ölkələrin vətəndaş cəmiyəti ilə məsləhətləşmələrinizi qiymətləndirir.

Koalisiyamız BMK tərəfindən təklif edilən təbii ehtiyatlardan asılı ölkələrdə məlumatların açıqlanması üzrə sənədləri diqqətlə öyrənmişdir. Bu sənədlər üzrə təkliflər hazılayarkən, Koalisiya aşağıdakı əsas prinsiplərə əməl etmişdir:

1. Şirkətlərin hökumətə ödəmələri haqqında məlumatların fərdi açıqlanmasının təmin edilməsi. Belə ki, Azərbaycan hökumətinin imzaladığı bütün neft kontraktlarında podratçı şirkətdə bir neçə şirkət təmsil olunur və onlardan birinin milli şirkət olması tələb edilir. Məlumatların fərdi açıqlanmasına ehtiyac həm də ondan irəli gəlir ki, bu halda milli şirkətin işinin monitorinqini aparmaq üçün daha yaxşı imkan vardır. Bundan başqa, xarici şirkətlərin məlumatları fərdi açıqlamaları hökumətin gəlirlərinin nə qədər əsaslandırılmış və şirkətlərin investisiyalarının nə qədər rasional olduğunu göstərməklə ictmaiyəti daha hərtərəfli məlumatlarla təmin edəcək

2. İnvestisiya layihələrinin maliyə göstəriciləri üzrə və həmçinin kredit şərtlərinin baxılması və yerinə yetirilməsi mərhələləri zamanı daha geniş məlumatların açıqlanmasının təmin edilməsi. Belə ki, ictimaiyətin, layihələrə sərf edilən kapital xərcləri, hansı ki, onun şərtləri daxilində layihələrdə milli şirkətin (və yaxud hökumətin) payını müqavilənin digər tərəfləri maliyələşdirir, milli şirkətin (hökumətin) müqavilənin digər tərəfləri qarşısında borc öhdəlikləri, podratçının cari daxili mənfəət norması haqqında məlumatları əldə etmək imkanları olmalıdır. Bu, mənfəət neftinin hökumət və podratçı arasında bölünməsinin şərtlərini qabaqcadan müəyən edir.

Bu prinsipləri nəzərə alaraq, Azərbaycan QHT-lərinin Koalisiyası inanır ki, BMK-nın məlumatların açıqlanması üzrə gələcək siyasətində aşağıdakı təklifləri nəzərə alması çox vacibdir:

1. Kredit sonda ictimai vəsaitdən, və ya təbii ehtiyatlar formasında qaytarılacağı üçün investisiyalar haqqında ictimaiyətə açıqlanan məlumatlarda (layihələr mədən sənayesinə aid olarsa) kredit şərtləri haqqında məlumatlar olmalıdır;

2. Maliyə şəfaflığı standartları təkmilləşdirilməli və BMK-dan borc alan şirkətlər üçün (BMK-nın sosial və ekoloji normalarına uyğun olan 9 standart kimi) tətbiq edilməlidir. Ona görə ki, həm borc, həm də kreditin qaytarılmasına cəlb edilən təbii ehtiyatlar ictimai sərvətlərdir. Bu standartlar yalnız “mühüm” (Dünya Bankının təyin etdiyi kimi) layihələr üçün deyil, bütün layihələr üçün məcburi olmalıdır;

3. Maliyyə Şəffaflığı Standartlarını pozan şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsi kredit müqavilələrində ayrıca maddə ilə göstərilməli və elə hüquqi effekti olmalıdır ki, bu Standartların pozulmasını minimuma endirsin.

Azərbaycan QHT-lərinin Koalisiyası DB təsisatları tərəfindən EITI-ın qəbul edilməsini qiymətləndirir və ümid edir ki, BMK-nın məlumatın açıqlanması üzrə yeni siyasəti EITI-ın uğurlarını asanlaşdıracaq, təbii ehtiyatlardan səmərəli istifadəyə gətirib çıxaracaq və təbii ehtiyatlarla bağlı korrupsiyanı cilovlayacaqdır.

Koalisiya məlumatın açıqlanması üzrə BMK-nın yeni siyasəti ictimai müzakirələrə çıxarıldıqdan sonra bu müzakirələrdə fəal iştirak etmək niyyətindır.

Səmimiyətlə Sizin
Sabit Bağırov,
Koordinator,
Azərbaycan QHT Koalisiyası



Sənədin sonuncu korrektə tarixi: 12/8/2008 - 15:20:39

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.632214