Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 19 Noyabr 2008, Çərşənbə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #7(26)(08/04/2005) (geniş)

MSŞA Koalisiyası Şurasının iclası #7(26)(08/04/2005) (geniş)

Koalisiyasının Şurasının 08 aprel 2005-ci il tarixli iclası ıhaqqında məlumat

Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiya Şurasının aprelin 6-da növbəti iclası keçirilib. İclasda aşağıdakı məsələlər müzakirə edilib:

Gündəlik:

  1. Memorandum tərəflərinin və “Deloyt ənd Tuş” audit şirkətinin nümayəndələrinin aprelin 6-da Neft Fondunda keçirilmiş görüşlə əlaqədar müzakirələr;

  2. Koalisiyanın ümumi yığıncağının keçirilməsi

  3. Mətbuatla iş üzrə Oqtay Gülalıyevin təkliflərinin müzakirəsi.

1-ci məsələ ilə əlaqədar Neft Fondunda keçirilmiş görüşdə iştirak etmiş Şura nümayəndələri İnqilab Əhmədov, Mirvari Qəhrəmanlı, Sevgim Rəhmanov, Himayət Rizvanqızı, ACİAF – nun icracı direktoru Fərda Əsədov, ACİAF-nun şöbə müdiri Qalib Əfəndiyev və DFİD nümayəndəsi Yalçın Hüseynov məlumat verdilər və təsuratları ilə bölüşdülər. Həmin görüşdə MHŞT-nin Azərbaycanda tətbiqinin ilk mərhələsinin nəticələri, inkişaf perspektivləri müzakirə edilib. Müzakirə zamanı Koalisiya Şurasının 31 mart 2005-ci il tarixli mətbuat üçün açıqlamasında qaldırılan suallara da aydınlıq gətirildi. Məlum oldu ki, Şuranın mətbuat üçün açıqlamasındakı ARDNŞ-nin müstəqil fəaliyyəti barədə hesabat verməməsi barədə təxmini düzgün olmayıb (bu təxminin əsasında şirkətlərin fərdi şəkildə hesabatlarını açıqlamaması və birinci hesabat prosesində özünü açıq birüzə vermiş hesabat formalarının müəyyən nöqsanlara malik olmasıdır), yəni ARDNŞ də müvafiq hesabatı təqdim etmişdir. Şuranın Auditor şirkətinə iradlarına isə onun tərəfindən aydınlıq gətirilmələdir.

Eyni zamanda qeyd edilmişdir ki, istər Hökumətin, istərsə də şirkətlərin hesabatlarında həqiqətən bəzi nöqsanlar və uyğunsuzluqlar olmuşdur. Bunun əsas səbəbləri hesabat formalarının bəzən düzgün qavranılmaması, bəzən də Memorandumla tələb olunmayan məbləğlərin hesabatlara daxil edilməsi olmuşdur. Bundan başqa bəzi şirkətlərin Memoranduma qoşulmamaları, bəzilərinin isə fəaliyətinə artıq xitam vermələri və hesabat verməmələri onlara aid olan məlumatları audit şirkəti tərəfindən başqa mənbələrdən əldə etməyə məcbur etmişdir ki, bu da arzu olunan deyil. Memorandum tərəflərinin görüşündə qərara alınmışdır ki, növbəti hesabatlar hazırlanarkən bunların təkrar olunmaması üçün tədbirlər görüləcəkdir.

Ümumiyyətlə Neft Fondundakı görüşdə Koalisiyanı maraqlandıran bu və digər suallara əsasən cavab alınmış, uyğunsuzluq kimi görünən bəzi məqamlar aydınlaşdırılmışdır.

Görüşdə iştirak etmiş Şura nümayəndələri onun əvvəlkilərindən bir qədər fərqli olaraq daha işgüzar və konstruktiv keçdiyini qeyd etdilər. Bununla belə, Koalisiyanı maraqlandıran məsələlərin heç də hamısının həlli bu görüşdə öz əksini tapmadı. Belə ki, Koalisiya nümayəndələri bir daha şirkətlərin fərdi açıqlamaları ilə bağlı məsələni qaldırdılar. Bu barədə müxtəlif mülahizələr söyləndi. Məsələn, BP şirkətinin nümayəndəsi fərdi açıqlamaların verilməsinə bu şirkətin nə qədər hazır olduğu haqqında suala cavab verərkən bildirdi ki, BP EITI-ı və birgə hesabatları dəstəkləyir. Eyni zamanda o, əvvəlkindən fərqli olaraq fərdi açıqlamalara qəti olaraq yox demir və fərdi açıqlamaların verilməsi istiqamətində də fəaliyət göstərə bilər. Lakin nəzərə almaq lazımdır ki, ümumiyətlə EITI və bu çərçivədə hesabatların verilməsi könüllüdür.

Görüşdə Şura nümayəndələrinin qaldırdığı digər bir məsələ ondan ibarət oldu ki, hesabatlarda və müvafiq olaraq Rəylərdə göstərilən rəqəmlər mədən sənayesində şəffaflığı tam təmin etmək üçün kifayət deyil və buna görə də Koalisiyanın 2004-cü ilin 11 iyun tarixli hesabat formalarının yenidən müzakirəsinə qayıtmaq lazımdır. Bu zaman S. Şərifov bildirmişdir ki, Memorandum tərəfləri artıq növbəti dövr üçün hesabatların hazırlanması prosesinə təcili olaraq başlamalıdırlar və buna görə də yeni audit şirkətinin də seçilməsi tezləşdirilməlidir. Beləliklə, iki alternativ variant yaranmışdır.

Birincisi odur ki, proses heç bir dəyişiklik edilmədən əvvəlki kimi davam etdirilir, ikinci variant isə Koalisiyanın təqdim etdiyi və Memorandumun digər tərəflərinin də edə biləcəyi təkliflərin müzakirəsinə başlanılır.

Bu ikinci halda EITI-ın Azərbaycanda tətbiqi tamamilə dayandırılır və Təşəbbüsün davamı sual altında qalır. Şura nümayəndələrinin fikri əsasən belə olmuşdur ki, əgər hesab edilirsə ki, həm hesabat formalarında, həm də Memorandumun müddəalarında təkmilləşdirmələr aparılmalıdır, o zaman prosesin indiki formalar üzrə və indiki tərzdə aparılmasına ehtiyac varmı? Düzgün olmazmı ki, proses müvəqqəti olaraq dayandırılsın və yeni formalar və yeni üsullar razılaşdırıldıqdan sonra davam etdirilsin? S. Şərifovun alternativ təklifi belə olmuşdur ki, proses bu vaxta qədər olduğu kimi davam etdirilsin və paralel olaraq qeyd olunan təkmilləşdirmələr üzrə danışıqlar da getsin. ExxonMobil şirkətinin nümayəndəsi təklif etmişdir ki, hər tərəfdən 2-3 nəfərin iştirak etdiyi bir işçi qrup yaradılsın və təkmilləşdirmələrlə bağlı məsələlər, təkliflər orada müzakirə edilsin, işlənsin və razılaşdırılmış son variant tərəflərə təqdim edilsin. Şura nümayəndələri bildirmişlər ki, bu təkliflər Şurada müzakirə edilməlidir və bunun üçün vaxt lazımdır. Sonda qərara alınmışdır ki, aprel ayının 12-dək tərəflər bu iki variantdan birini seçsinlər və öz qərarlarını Memorandumun digər tərəflərinə bildirsinlər.

Şura nümayəndələri şirkətlərə öz iradlarını bildirərək demişlər ki, Koalisiya onlara müəyən sorğularla müraciət edərsə, onlar cavab verməli, ya da cavab verməməyi əsaslandırmalıdırlar. Koalisiyanın sorğularına soyuq yanaşılarsa, sözsüz ki, Koalisiya lazım olan məlumatları qeyri- rəsmi olaraq əldə etməyə çalışacaq və bu zaman məlumatların qeyri- dəqiq olması ehtimalı var, Bunu və EITI çərçivəsində tərəflərin əməkdaşlığının vacib amil olduğunu nəzərə alaraq şirkətlər bu əməkdaşlıqda maraqlı olmalıdırlar. Başqa bir təklif isə o olmuşdur ki, hətta bir, və ya bir neçə şirkət fərdi açıqlamalar verməyə razıdırlarsa, onda onlar fərdi, digərləri isə birgə hesabatlar versinlər.

Y. Hüseynov qeyd etdi ki, Britaniya hökumətinin istəyi odur ki, Azərbaycanda fəaliyət göstərən bütün şirkətlər, o cümlədən İnpex, İran Milli Neft Şirkəti və başqaları da Memoranduma qoşularaq bu prosesdə iştirak etsinlər və Neft Fondundakı görüşdə cənab S. Şərifov da bu haqda danışanda bildirdi ki, həmin şirkətlərin də qoşulmaları üçün hökumət tərəfindən maksimium cəhd ediləcəkdir.

Şura iclasında ACİ YF-nun İcraçı Direktoru cənab F. Əsədov qeyd etdi ki, əvvəlki belə görüşlərdən fərqli olaraq bu dəfəki görüş həqiqətən konstruktiv və səmimi şəkildə keçdi. Verilən suallara hərtərəfli və düşünülmüş cavablar verilirdi. Lakin sözsüz ki, bu formatda keçirilən iclaslarda qərarların qəbul edilməsində çox çətinlik yarandığı şübhəsizdir. Görünür ki, Hökumət Komissiyasının Sədri də bu fikirdədir. Çünki, çox vaxt sonda kollegial qərarların verilməsi lazım gəlir. Bunun üçün isə müzakirə aparılmalıdır. Buna isə vaxt və şərait yoxdur. Bu mənada ExxonMobil şirkətinin nümayəndəsi Koalisiyanın fikirlərilə səsləşən bir təklif verdi ki, belə məsələləri öncədən müzakirə etmək məqsədi ilə Memorandum tərəflərinin təyin etdikləri nümayəndələrdən təşkil olunan daha kiçik saydan ibarət bir işçi qrup yaradılsın. Başqa bir təklif odur ki, prosesin davam etdirilməsi haqqında Şurada qərar qəbul edilməsinin və eyni zamanda təkmilləşdirmələrlə bağlı danışıqlara başlanmasının tərəfdarıyam. Bir məsələni də qeyd etmək istəyirəm ki, hələ də Şura neft şirkətləri ilə Hökumət Komissiyası vasitəsi ilə əlaqə yaradır. Mənə belə gəlir ki, artıq şirkətlərlə birbaşa əlaqə yaratmaq, görüş və müzakirələr keçirmək lazımdır. Bu ondan irəli gəlir ki, biz şirkətlər arasında fərdi açıqlamalarla bağlı fərqli fikirlərin olduğunu gördük və onlarla ayrı- ayrılıqda görüşmək üçün əsas var. Məncə ARDNŞ-nin ikili rolu qalmaqda davam etdikcə tam şəffaflığa nail olmaq çətin olacaq və bu Neft Fondundakı görüşdə də səsləndi və maraqlı fakt o oldu ki, S. Şərifov da ARDNŞ-in iki kürsüdə əyləşdiyini söylədi.

Şuranın iclasında iştirak edən Koalisiyanın üzvü, Konstitusya Fondunun nümayəndəsi cənab İlham Mustafayev təklif etdi ki, İnpex, İran Milli Neft Şirkəti və Memoranduma qoşulmamış digər neft şirkətlərinə Koalisiya adından müraciət göndərilsin və onların nə səbəbə bu prosesdə iştirak etmədiyi öyrənilsin. Lazım gələrsə danışıqlar apararaq onları da cəlb etməyə çalışmaq lazımdır.

Şura üzvləri prosesin necə davam etdiriləcəyi ilə bağlı məsələnin müzakirəsini davam etdirdilər. Bu zaman təklif edilən hər iki variantın (birinci variant odur ki, proses əvvəlki şəkildə davam etdirilir və eyni zamanda təkmilləşdirmələr üzrə danışıqlar aparılır, ikinci variant isə odur ki, Koalisiyanın ümumi yığıncağı çağırılır, Koalisiyanın bu məsələlərdə mövqeyi müəyənləşdirilir, Lazım gələrsə proses tamamilə dayandırılır və təkmilləşdirmələr üzrə üç tərəfli razılaşmalar əldə edldikdən sonra yenidən davam etdirilir) üstün və çatışmayan cəhətləri araşdırılır. Başqa bir variant isə o ola bilər ki, 2004-cü ilin ikinci yarısı üzrə hesabatlar əvvəlki qaydada hazırlansın, 2005-ci ilə aid hesabatlar isə təkmilləşdirilmiş formalar və qaydalar üzrə keçirilsin. Yəni avqustun 15-də 2005-ci ilin birinci yarısını əhatə edən hesabatlar təkmilləşdirilmiş formalar üzrə verilsin.

Müzakirə edilmiş məsələlərlə əlaqədar Şura tərəfindən aşağıdakı qərarlar qəbul edildi:

İclasda qəbul edilmiş qərarlar

1) Aprelin 6-da Neft Fondunda keçirilmiş görüşü Şura əvvəllər keçirilmiş bu cür görüşlərə nisbətən daha konstruktiv və səmərəli hesab edir. Lakin görüş zamanı bir arzuedilməz hadisə də baş vermişdir. Bu da Azadlıq qəzetində hesabatların şərhi ilə əlaqədar Koalisiya üzvü olan Himayədar təşkilatına irad tutulması idi. Bu şərh Koalisiyanın adından verilməmiş və Şura hesab edir ki, hər təşkilatın müstəqil fikir söyləməyə haqqı var və Memorandum tərəfləri plyuralizm prinsipinə riayət etməlidir;

2) Bu formatda keçirilən iclasda qərar qəbul edilməsi istər Koalisiya nümayəndələri, istərsə də şirkətlər üçün çətindir. Bu səbəbdən Şura həmin görüşdə səsləndirilmiş üç tərəfli işçi qrupun yaradılması prinsiplərini bir daha Şuranın iclasında müzakirə etsin;

3) Memorandumun təkmilləşdirilməsinə ehtiyac vardır. Koalisiyanın 11 iyul 2004-cü il tarixli təklifləri yenidən işlənərək (bu S. Bağırova və İ. Əhmədova tapşırıldı) aprelin 15-dək müzakirə üçün Şuraya təqdim edilsin;

4) Həm prosesin dayandırılmaması, həm də təkmilləşdirilmələrin aparılmasını təmin etmək məqsədilə 2004-cü ilin ikinci yarısı üçün hesabatların əvvəlki qaydada, 2005-ci ilin yarısına dair hesabatların isə təkmilləşdirilmiş qaydalarla hazırlanması və tutuşdururlması Memorandum tərəflərinə təklif edilsin;

5) İlk hesabatların verilməsi və EITI-ın 17 Mart London Konfransında müzakirə edilmiş məsələlər və Təşəbbüsün davam etdirilməsi prosesinin daha da təkmilləşdirilməsinin zəruriliyini və eyni zamanda Koalisiya üzvü Mais Gülalıyevin təklifi nəzərə alınaraq Koalisiyanın növbədənkənar ümumi yığıncağı aprelin 21-də keçirislin;

6) EITI prosesinə qoşulmayan şirkətlərə müvafiq sorğu ilə müraciət edilməsi Sabit Bağırova tapşırılsın;

7) BP şirkəti nümayəndəsinin Neft Fondunda keçirilmiş görüşdə fərdi açıqlamaların verilməsi yönündə müzakirələrə hazır olduqları haqqında açıqlaması yüksək qiymətləndirilsin. Eyni zamanda London Konfransında bir neçə başqa şirkətlərin də bu yöndə açıqlamalarının olduğunu, tərəflərin şəffaflığın daha da artırılmasında maraqlı olduqlarını nəzərə alaraq fərdi açıqlamalar prinsipi Koalisiya təkliflərində əks etdirilsin.

3-cü məsələ ilə əlaqədar Oqtay Gülalıyevin təklifləri müzakirə edildi və müvafiq layihəyə dair məsləhətlər verildi.



Sənədin sonuncu korrektə tarixi: 12/8/2008 - 15:20:35

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.348152