Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 23 İyul 2008, Çərşənbə |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyası Şurasının iclası #9(28)(06/05/2005)

MSŞA Koalisiyası Şurasının iclası #9(28)(06/05/2005)

Gündəlik:

  1. Son ümumi yığıncağın nəticələrinin və Koalisiya üzvlərinin yığıncaqdan sonra irəli sürdükləri təkliflərin müzakirəsi

  2. PWYP Koalisiyası məktubunun müzakirəsi

    1. EITI üzrə Beynəlxalq Məşvərət Qrupunun təşkil olunması haqqında məlumat;

    2. EITI üzrə Beynəlxalq Məşvərət Qrupuna MSŞA Koalisiyası namizədinin müəyənləşdirilməsi haqqında;

    3. EITI Katibliyi ilə iş üzrə DFID- ə ezam ediləcək 2 nəfərin namizədliyinin müəyənləşdirilməsi haqqında;

  3. Deloyt audit şirkətinin Koalisiyaya cavabının müzakirəsi;

  4. Cari məsələlər

İclasda qəbul edilmiş qərarlar

1-ci məsələ üzrə qərara alındı:

  • Koalisiyanın 5-ci növbədənkənar ümumi yığıncağında və bu iclasda edilmiş təkliflər, Koalisiyanın Əsasnaməsində üzvlüyə qəbul, layihələrin irəli sürülməsi, Koalisiyanın və Şuranın fəaliyətində şəffaflıq prinsiplərinin aydınlaşdırılması ilə bağlı dəyişikliklərin edilməsini vacib edir. Bunu nəzərə alaraq, Əsasnaməyə dəyişikliklər haqqında layihəni Sabit Bağırov və Azad Əliyev birlikdə hazırlayacaq. Kimin təklifləri olarsa onlara da göndərə bilər, və yaxud alternativ layihə hazırlaya bilər.

2-ci məsələ üzrə qərara alındı:

  • MSŞA Koalisiyası tərəfindən EITI üzrə Beynəlxalq Məşvərət Qrupuna S. Bağırov namizəd seçilsin

  • Mais Gülalıyevin və Razi Nurullayevin namizədlikləri (onların şəxsən razılıqları alındıqdan sonra) MSŞA Koalisiyası tərəfindən EITI Katibliyi ilə iş üzrə DFID- ə ezam ediləcək 2 nəfər olaraq təqdim edilsin

3-cü məsələ üzrə qərara alındı:

  • Şuranın bir neçə üzvü bu məktubla əlaqədar Neft Fondunun Sədri ilə görüşsün və belə bir cavabın yazılmasının nəyə əsaslandığını öyrənsin. Əgər audit şirkətinin həqiqətən iki tərəfli yazışmalara cavab verməli olmadığı aydınlaşarsa, növbəti mərhələ üçün Memorandumun dəyişdirilməsi və müvafiq əlavələrin edilməsi vacib sayılsın. S. Bağırova tapşırılsın ki, Neft Fondunda görüşün vaxtını Fondun İcraçı Direktoru ilə razılaşdırsın və Şura üzvlərinə məlumat versin.


1 ... 8 9 10 ... 22 A


Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:53:41

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.8
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.283248