|
MSŞA Koalisiyası Şurasının iclası #8(27)(15/04/2005)
MSŞA Koalisiyası Şurasının iclası #8(27)(15/04/2005)
Gündəlik: 1. Şura üzvləri arasında vəzifə bölgüsü məsələsinin müzakirəsi 2. Ümumi yığıncağın gündəliyinin müzakirəsi 3. Memoranduma və hesabat formalarına təkliflərin müzakirəsi 4. Cari məsələlər İclasda qəbul edilmiş qərarlar 1-ci məsələ üzrə qərara alındı: Koalisiyanın Ümumi yığıncağınadək: a. fəaliyət istiqamətləri üzrə təkliflər bu iclasda edilən əlavə bəndlər və düzəlişlər də nəzərə alınmaqla hazırlansın (S. Bağırov və S. Rəhmanov) və Koalisiyanın Ümumi yığıncağına təqdim edilsin; b. “Müşahidə – Audit Şurası” yaradılması haqqında Koalisiyanın Əsasnaməsinə müvafiq dəyişiklik layihəsi hazırlansın (O. Gülalıyev) və Koalisiyanın Ümumi yığıncağının müzakirəsinə verilsin. 2-ci məsələ üzrə qərara alındı: a. Koalisiyanın 5-ci Ümumi yığıncağı aprelin 21-də saat 1000- da Bakı Biznes Mərkəzində (Dənizkənarı park) keçirilsin. b. Ümumi yığıncağın gündəlik layihəsi, eyni zamanda Əsasnaməyə dəyişikliklər və Şurada nəzərdə tutulan iş bölgüsü ilə əlaqədar məlumatlar əvvəlcədən e-mail vasitəsi ilə Koalisiya üzvlərinə çatdırılsın. 3-cü məsələ üzrə qərara alındı: a. Memoranduma və Hesabat formalarına dəyişikliklər bu iclasda təklif edilənlər də nəzərə alınmaqla Koalisiyanın Ümuni yığıncağının müzakirəsinə təqdim edilsin
◄ 1 ... 7 8 9 ... 22 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 15:49:44
|