MSŞA Koalisiyası Şurasının iclası #7(26)(08/04/2005)
1) Aprelin 6-da Neft Fondunda keçirilmiş görüşü Şura əvvəllər keçirilmiş bu cür görüşlərə nisbətən daha konstruktiv və səmərəli hesab edir. Lakin görüş zamanı bir arzuedilməz hadisə də baş vermişdir. Bu da Azadlıq qəzetində hesabatların şərhi ilə əlaqədar Koalisiya üzvü olan Himayədar təşkilatına irad tutulması idi. Bu şərh Koalisiyanın adından verilməmiş və Şura hesab edir ki, hər təşkilatın müstəqil fikir söyləməyə haqqı var və Memorandum tərəfləri plyuralizm prinsipinə riayət etməlidir;
2) Bu formatda keçirilən iclasda qərar qəbul edilməsi istər Koalisiya nümayəndələri, istərsə də şirkətlər üçün çətindir. Bu səbəbdən Şura həmin görüşdə səsləndirilmiş üç tərəfli işçi qrupun yaradılması prinsiplərini bir daha Şuranın iclasında müzakirə etsin;
3) Memorandumun təkmilləşdirilməsinə ehtiyac vardır. Koalisiyanın 11 iyul 2004-cü il tarixli təklifləri yenidən işlənərək (bu S. Bağırova və İ. Əhmədova tapşırıldı) aprelin 15-dək müzakirə üçün Şuraya təqdim edilsin;
4) Həm prosesin dayandırılmaması, həm də təkmilləşdirilmələrin aparılmasını təmin etmək məqsədilə 2004-cü ilin ikinci yarısı üçün hesabatların əvvəlki qaydada, 2005-ci ilin yarısına dair hesabatların isə təkmilləşdirilmiş qaydalarla hazırlanması və tutuşdururlması Memorandum tərəflərinə təklif edilsin;
5) İlk hesabatların verilməsi və EITI-ın 17 Mart London Konfransında müzakirə edilmiş məsələlər və Təşəbbüsün davam etdirilməsi prosesinin daha da təkmilləşdirilməsinin zəruriliyini və eyni zamanda Koalisiya üzvü Mais Gülalıyevin təklifi nəzərə alınaraq Koalisiyanın növbədənkənar ümumi yığıncağı aprelin 21-də keçirislin;
6) EITI prosesinə qoşulmayan şirkətlərə müvafiq sorğu ilə müraciət edilməsi Sabit Bağırova tapşırılsın;
7) BP şirkəti nümayəndəsinin Neft Fondunda keçirilmiş görüşdə fərdi açıqlamaların verilməsi yönündə müzakirələrə hazır olduqları haqqında açıqlaması yüksək qiymətləndirilsin. Eyni zamanda London Konfransında bir neçə başqa şirkətlərin də bu yöndə açıqlamalarının olduğunu, tərəflərin şəffaflığın daha da artırılmasında maraqlı olduqlarını nəzərə alaraq fərdi açıqlamalar prinsipi Koalisiya təkliflərində əks etdirilsin.
3-cü məsələ ilə əlaqədar Oqtay Gülalıyevin təklifləri müzakirə edildi və müvafiq layihəyə dair məsləhətlər verildi.
(daha ətraflı ►)